Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6561/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evin divarının sökülməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, cavabdehin inşa etdirdiyi evin onun həyətinə olan pəncərənin cavabdehin hesabına tikilərək bağlanması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-809/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-809/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı evin divarının sökülməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, cavabdehin inşa etdirdiyi evin onun həyətinə olan pəncərənin cavabdehin hesabına tikilərək bağlanması tələbinə dair iddiası təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olaraq icraata qəbul edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi R.Allahverdiyeva ərizə təqdim edərək, mübahisə üzrə iddiaçı ilə aralarında razılıq əldə edildiyindən apellyasiya şikayətindən imtina etdiyini və bu səbəbdən apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətindən imtinanın nəticələrinin ona aydın olduğunu bildirmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizənin qəbul edilməsini, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. . Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından Cavabdeh şikayətdən imtinası qəbul edilməli və onun şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-809/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-6561/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6561/2023
22.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver