Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6563/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi X13 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1058/2020saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti cəlb ediməklə işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, əlavə iş saatlarına görə əmək haqqı, maddi və mənəvi zərərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ilin dekabr ayından 2019-cu ilin dekabr ayının 20-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeoroloji departamentinin Quba şimal-şərq X12 hidrometeoroloji stansiyasında mühəndis meteoroloq vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində 2007, 2010 (hamiləliklə bağlı bülletendə olduğu zaman) və xx.xx.2019-cu il tarixlərdə attestasiya olunmuşdur. İkinci attestasiya xx.xx.2010cu ildə keçirilmişdir. Halbuki o, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək bülletendə olmuşdur. Quba hidrometeorologiya stansiyasının rəis müavini Aliyə xanım onu əsassız olaraq təkrar müayinəyə göndərmiş, onun bu hərəkəti nəticəsində stress keçirtmiş və uzun müddət bu səbəbdən müalicə olunmuşdur. Bundan sonra analıq məzuniyyətinə çıxmışdır. Analıq məzuniyyətindən xx.xx.2014-cü il tarixdə qayıtmaq hüququ və istəyi olduğu halda, ştatının ixtisara düşdüyünü bildirərək onu işə buraxmamışlar. Əmək və X16 Nazirliyi və Nazirliyin 2 saylı Əmək müfəttişliyi işə qarışdıqdan, 2 illik fasilədən sonra, yalnız xx.xx.2016-cı il tarixdə işə, həm də öz vəzifənə deyil, başqa işə qaytardılar. Bu günədək, məcburi işburaxma səbəbindən ona ödəniş verilməmişdir. Regional mərkəzin və Departamentin rəhbərliyinin ona qarşı qərəzli mövqeyi yenidən təkrarlanmışdır. Sonuncu attestasiyada guya müsahibə zamanı verilmiş sualları cavablandıra bilmədiyinə görə onun vəzifəsindən azad edilməyi barədə qərar verilmiş və o, tutduğu vəzifədən azad olunmuşdur. Attestasiya komissiyası ona münasibətdə qərəzli hərəkət etmiş, onu vəzifəsindən kənarlaşdırmaqla, Xınalıq stansiyasının rəisi X6 iş yeri təşkil etmək üçün, müsahibə zamanı verdiyi cavabları qeyri obyektiv qiymətləndirmişdir. Müsabiqə zamanı verilmiş sualları rəsmi cavablandırmış, cavabları təhlil etmək yetər ki, komissiyanın qərəzli mövqeyi təsdiq edilsin. O, da qeyd edilməlidir ki, Milli Hidrometeorologiya Departamentinin 720/Ü saylı xx.xx.2012-ci il tarixli əmri 974/Ü saylı xx.xx.2019-cu il tarixli əmrlə ləğv edilmişdir. Buna baxmayaraq o, qüvvədən düşmüş - ləğv edilmiş əmrlə qanunsuz olaraq işdən azad edilmişdir. Həmçinin Əmək Məcəlləsinin 242.2-ci maddəsinin tələblərini pozaraq gecə saatlarında onun razılığı olmadan artıq işə cəlb edilmişdir. Bundan başqa onun işlədiyi yerdə dörd nəfər ştat vahidi olduğu halda, başqa sözlə görəcəkləri işi dörd nəfər görməli olduğu halda, o da daxil olmaqla həmin işi xx xxxxxx 2018-ci ildən işdən çıxarılmağına qədər üç nəfər görmüşlər. Bu da Əmək Məcəlləsinin 101.2-ci maddənin və 9-cu maddənin “e” bəndinin tələblərinə ziddir. Əlavə gecə saatlarında işə cəlb edilib işlədiyinə görə ona cavabdeh tərəfindən 3082 AZN pul vəsaiti ödənilməlidir. Bundan əlavə o, qanunsuz olaraq xx xxxxxx 2019-cu ildə işdən çıxarıldığına görə ona cavabdeh tərəfindən 3 000 AZN mənəvi ziyan vurulmuşdur və bu məbləğ cavabdeh tərəfindən ona ödənilməlidir. xx.xx.2014-cü il tarixdən xx.xx.2006-cı il tarixədək onu işinə qaytarsaydılar, və həmin müddətdə əmək haqqını versəydilər, həmin pulu bank hesabına yerləşdirib 5760 AZN-dən illik 12% olmaqla 3072 AZN mənfəət əldə edəcəkdi. Bu ümumi məbləğ, yəni 8832 AZN pul vəsaiti cavabdeh tərəfindən ona ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq, onun işdən azad olunmağına dair Milli Hidrometeorologiya Departamenti direktorunun 720/Ü saylı xx.xx.2018-ci il tarixli qüvvədən düşmüş qanunsuz əmri ləğv edilməklə, əvvəlki vəzifəsinə işə bərpa olunmağı, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, məcburi iş buraxma müddəti üçün cəmi 8832 manat pulun, xx xxxxxx 2018-ci il tarixdən, xx xxxxxx 2019-cu il tarixə kimi aylıq normadan əlavə işlədiyi iş saatlarının ödənilməmiş əmək haqqı olaraq 3082 manat pulun, xx xxxxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixədək, xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək verilməmiş 2642 litr dizel yanacağının dəyəri olaraq 1585 manat pulun, məhkəmə xərcləri və ona vurulmuş mənəvi zərər olaraq 3000 manat pulun cəmi 16499 (on altı min dörd yüz doxsan doqquz) manat pulun Milli Hidrometeorologiya Departamentindən iddiaçının xeyrimə tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, təqaüdün az hesablanmasını nəzərə alaraq 5000 (beş min) manat pulun, iş yerinin təhlükəsizliyini və sanitar-gigiyena qaydalarına əməl etmədiklərinə görə 5000 (beş min) manat pulun, mühafizə ləvazimatlarının və ayrılan ərzaq pulunun verilməməsi ilə əlaqədar 7000 (yeddi min) manat pulun, meteoroloji müşahidələrin təşkili ilə əlaqədar lazımi mal-materialın verilməməsi ilə əlaqədar 5000 (beş min) manat pulun, razılıq ərizəsi olmadığı halda onu Əmək Məcəlləsinin 242-ci maddəsinin 2-ci bəndinin tələblərinə əsasən qanunsuz işlətdiklərinə görə 10000 (on min) manat pulun, qeyriqanuni keçirilmiş attestasiyanın nəticələrinə görə ona qərəzli şəkildə işdən kənarlaşdırdıqlarına görə 10000 (on min) manat pulun, məcburi iş buraxmaya görə əmək haqqı kimi ona düşən 2000 (iki min) manat pulun, cəmi: 44000 (qırx dörd min) manat pulun Milli Hidrometeorologiya Departamentindən onun xeyrinə tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1058/2020 saylı iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi,Cavabdeh İddiaçı işdən azad edilməsinə dair 1385/K saylı xx.xx.2019-cui il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, iddiaçıya məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçıapellyasiya şikayəti verərək, qətnamənin “iddiaçıya məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulsun” hissəsində dəyişdirilərək “iddiaçıya məcburi iş buraxmaya görə əməkhaqqı ayrıayrılıqda hər bir ay üçün (axşam və gecə pıılu, bayram pulu və mükafatları) ştatda nəzərdə tutulan məbləğdə ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulsun” sözləri ilə əvəz edilməsini, qətnamə qalan hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X18 apellyasiya şikayətinə uyğun yazılı izahat təqdim edərək apellyasiya şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilmiş Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunmayan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qeyd olunan qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmiş, iddiaçı isə yalnız qeyd edilən hissədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1058/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli 367/k №-li əmrdən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən X7 Müəssisəsinin X1 müvəqqəti 3 (üç) ay sınaq müddətinə hidroloq vəzifəsinə qəbul olunmuş, Xidməti zərurət ilə əlaqədar olaraq işlədiyi müddətdə İddiaçı X7 X3 Stansiyasına təhkim edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1385/k №-li əmrdən çıxarışdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin iş fəaliyyətinin səviyyəsinin yüksəldilməsi və müasir texnologiyaların daha geniş tətbiq edilməsi istiqamətində bir sıra təkmilləşdirmə işlərinin həyata keçirilməsi ilə bağlı MHD-nin tabeli qurumlarının yeni tələblərə uyğun fəaliyyətlərinin qurulması zərurəti ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarfna uyğun olaraq MHD-nin 720/Ü nömrəli xx.xx.2018-ci il tarixli əmrinə əsasən xx.xx.2019-cu il tarixində X2 Mərkəzində (Quba şəhəri) işçilərin attestasiyası keçirilmişdir. Keçirilmiş attestasiyanın nəticəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2001- ci il 23 may tarixli 97 nömrəli Qərarına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2003-cü il tarixli 177/Ü nömrəli əmri ilə təsdiq edilmiş MHD haqqında Əsasnaməsinin 15.2-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin kifayət qədər olmaması nəticəsində tutduqları vəzifəyə uyğun gəlmədikləri üçün Milli Hidrometeorologiya Departamentinin X2 Mərkəzinin işçisi X5 mühəndis metroloqu İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 720/Ü №-li əmrdən görünür ki, 2019-cu il təqvim ilində (01-30 noyabr) Milli Hidrometeorologiya Departamentinin tabeli qurumları işçilərinin attestasiyası keçirilməsi və Departarnentdə attestasiyanın keçirilməsi ilə əlaqədar komissiya yaradılması və onun tərkibi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 974/ü №-li əmrdən görünür ki, Attestasiyanın keçirilmə tarixi və komissiya tərkibində edilən dəyişikliklə əlaqədar Milli Hidrometeorologiya Departamentinin 720/Ü nömrəli xx xxxxxx 2018-ci il tarixli əmri qüvvədən düşmüş hesab edilmiş, 2019-cu ilin 15 noyabr-15 dekabr tarixlərində Milli Hidrometeorologiya Departamentinin tabeli qurum işçilərinin attestasiyası keçirilməsi, MHD-də attestasiyanın keçirilməsi ilə əlaqədar yeni tərkibdə komissiya yaradılması qərara alınmışdır. İş materiallarında olan Quba RİHB-nın Xınalıq kənd İƏD üzrə nümayəndəsinin arayışından görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı həqiqətən ailə üzvləri ilə birlikdə Xınalıq kəndində yaşayır. İş materiallarına əlavə edilmiş attestasiya vərəqəsindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı lehinə 5, əleyhinə 0 səs verilmişdir. Attestasiya vərəqəsi komissiyanın sədri Əbdülov.İ.M, komissiyanın üzvləri Əsgərov Ə.A, Əhmədova S.R, Abbaszadə Ə.M, Ağabalayeva S.A tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Xınalıq HMS- nın rəisi X10, Xınalıq HMS-nın mühəndis meteroloqu Sadıqov Rəhim, Xınalıq HMS-nın mühəndis meteroloqu Hümmətov Kamal, Xınalıq HMS- nın mühəndis meteroloqu İddiaçı aktı ondan ötrü tərtib etmişlər ki, Milli Hidrometrologiya Departamenti tərəfindən X4 Mərkəzinin Xinalıq HMS-na yanacağa olan təlabatı ödəmək üçün ayrılmış 290 litr dizel yanacağını həqiqətən sutka ərzində 9 litr olmaqla almışlar. Yanacağı dekabr ayı 2018-ci il üçün iş otaqlarının qızdırılması üçün istifadə etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2016-cı il tarixli 220 saylı göndərişdən görünür ki, AR ƏM-nin 15-ci 308-ci maddələrinin tələblərinə uyğun olaraq baş məsləhətçi-Baş əmək müfəttişi X15 vətəndaş X13 şikayət ərizələri ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək məqsədilə 5 gün müddətinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometerologiya Departamentinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1102/em №-li əmrdən görünür ki, X17 Resurslarının idarə Edilməsi Şöbəsinin aparıcı Mükafat oğlu məsləhətçisi Milli Hidrometeorologiya Departamentinin 2019-cu il 07 oktyabr tarixli 974/ü nömrəli “İşçilərin attestasiya keçməsi barədə” əmrinə əsasən attestasiyanın keçirilməsi ilə əlaqədar işlərin təşkili və nəzarət məqsədi ilə 2019-cu ilin 29 noyabr tarixindən 1 (bir) gün müddətinə Quba rayonuna ezam edilmiş, Maliyyə və İqtisadiyyat Şöbəsinə (Nəcməddin Orucova) tapşırılmışdır ki, ezamiyyə xərclərinin qanunvericiliyə uyğun ödənilməsini təmin etməsi qərara alınmışdır. İddia tələbindən müəyyən edilir ki, iddiaçının iddia tələbi bir neçə hissədən ibarətdir. Kollegiya qeyd edir ki, iddiaçının tələbindən bir hissəsi xx xxxxxxxx 2018-ci il tarixdən xx xxx 2019cu il tarixədək, xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək verilməmiş 2642 litr dizel yanacağının dəyəri olaraq 1585 manat pulun cavabdehdən onun xeyrinə tutulmasıdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaasızdır. Belə ki, mülki işin materiallarında olan aktla təsdiq edilmişdir ki, Milli Hidrometeorologiya Departamenti tərəfindən X4 Mərkəzinin Xınalıq HMS-na yanacağa olan təlabatı ödəmək üçün ayrılmış 290 litr dizel yanacağını həqiqətən sutka ərzində 9 litr olmaqla təhvil almışlar. Qalan vaxtlar üçün istifadə edilmiş yanacağın təhvil alınmaması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddiaçının gündəlik iş saatlarından artıq işə cəlb edilməsi barədə normadan artıq iş saatına görə əlavə pul ödənilməsi ilə bağlı tələbinin təmin edilməsini də məhkəmə haqlı olaraq mümkün hesab etməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsinə görə iş vaxtından artıq iş işə götürənin əmri (sərəncam,qərar) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır. Başqa sözlə, işçi iş vaxtından artıq işlərə işəgötürənin əmri ilə cəlb olunur. Göründüyü kimi, işçi işə götürənin əmri olmadan iş yerində qalıb iş günü vaxtından artıq müddət ərzində əmək vəzifələrini yerinə yetirirsə, bu iş vaxtından artıq iş hesab oluna bilməz. İddiaçının xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək məcburi işburaxma ilə bağlı daha bir pul tələbi ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə həmin hissədə də düzgün olaraq qeyd etmişdir ki, iddiaçı həmin dövrdə qanunsuz hesab etdiyi ixtisarla bağlı məhkəməyə müraciət etmədiyindən, bununla bağlı məhkəmə qərarı mövcud olmadığından və hazırki iddia ərizəsində həmin halları mübahisələndirmədiyindən, məhkəmə tərəfindən qanunsuz hesab edilməyən hərəkətlərə görə cavabdehdən məcburi işburaxmaya görə pul tutulması mümkün deyil. Digər maddi tələblərlə bağlı məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdehdən tələb edilən maddi ziyanın hansı meyarlarla hesablanmasını ümumiyyətlə əsaslandılmadığından və mötəbər sübutlarla təsdiqləmədiyindən, bu tələblər də təmin edilə bilməz. Belə ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1058/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1058/2020 saylı iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçımünasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6563/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6563/2020
02.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver