Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6569/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı“əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(103)-6569/2022 Açar sözlər ( borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı1 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(011)-7/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1."xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə kredit və ipoteka müqaviləsi bağlanmış, cavabdeh öhdəliyini yerinə yetirmədiyi üçün, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı1 MMC Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9609,62 ABŞ dolları məbləğində əsas borcun, 1828,76 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə 11438,38 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı1 MMC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU835966, rəngi-qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC-si ilə İddiaçı2 QSC-si arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı2 QSC-yə keçmişdir. İddiaçı2 QSC ilə İddiaçı1 MMC arasında 16 sentyabr 2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı2 QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı1 MMC həyata keçirir. Qeyd edilən Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı2 QSC tərəfindən "xxxx" ASC ilə İddiaçı2 QSC arasında S-AVK-1618 saylı, 11 dekabr 2017-ci il tarixli sənədlərin təhvil-təslim aktı tərtib edilmiş, daha sonra isə İddiaçı2 QSC tərəfindən borclu şəxs Cavabdeh dair sənədlər təhvil-təslim aktına əsasən İddiaçı1 MMC-yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 01058 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh illik 17% tətbiq edilməklə, 36 ay müddətinə 20783 ABŞ dolları məbləğində kredit verilmişdir. 03 iyun 2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-VU-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobili (buraxılış ili 2013, Ban KMHDH41EBDU835966, rəngi-qara) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X3 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 090688 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank avtomobil alınması üçün 20 783 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 17 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 9609.62 ABŞ dolları məbləğində əsas borc, 1828.76 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 11438.38 manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas kreditdən istifadəyə və öhdəliyin gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. 4.Birinci instansiya məhkəməsində İddiaçı1 MMC əsl İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilmişdir. 5.Məhkəmə iclasında çıxış edən İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 ərizə təqdim edərək, iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 25 iyun 2013-cü il tarixli, 01058 saylı kredit müqaviləsinə əsasən 5632,00 ABŞ dolları məbləğində əsas borcun, 1828,76 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə 7460,76 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı2 QSCnin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU835966, rəngi-qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin İddiaçı2 QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı2 QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 10 yanvar 2022-ci il tarixli, 2(011)-7/2022 saylı qətnaməsi (sədrlik edən-İlahə Abbasova) ilə iddia qismən təmin edilərək, Cavabdeh kredit müqaviləsi üzrə 5632 ABŞ dolları məbləğində əsas borc, 847,99 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 6479,99 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı2 BOKT QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU835966, rəngi-qara) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmiş, iddia tələbi “satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı2 BOKT QSC-nin hesabına ödənilməsi” hissəsində təmin edilməmişdir. 7.İş materiallarında olan "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01058 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Sənaye filialı tərəfindən illik 17 % olmaqla 36 ay müddətinə Cavabdeh 20783 ABŞ dolları məbləğində kredit verilmişdir. 8.İş materialında olan "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013cü il tarixli 1058 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2013cü il tarixli 01058 saylı kredit müqaviləsinə əsasən “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU835966, rəngi-qara) avtomobil kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir. 9.İş materialında olan İddiaçı2 BOKT QSC-si tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə 5632 ABŞ dolları əsas, 1828.76 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7460.76 ABŞ dolları borcu vardır. 10.İş materiallarında olan "xxxx" ASC-si tərəfindən xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məktubdan görünür ki, bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizə Cavabdeh göndərilmişdir. 11.İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş 25 iyun 2013-cü il tarixli, AA seriyalı, 090688 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan məlum olur ki, Cavabdeh mülkiyyətində olan ** VU *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobili "xxxx" ASCnin Sənaye filialı qarşısında ipoteka ilə yüklü edilmişdir. 12.İş materiallarında olan İddiaçı1 MMC-si tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, İddiaçı2 QSC BOKT-un 2(011)29/2020 saylı mülki iş üzrə iddiaçı qismində cəlb edilməsi xahiş olunmuşdur. 13.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2018-ci il tarixli, 23977 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında hesabdan çıxarış məlumatları, 25 iyun 2013-cü il tarixli, 1058 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla sual üzrə müqavilə müddəti bitdiyi tarixə, yəni 25 may 2016-cı il tarixinə Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan borcu 10450.95 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsasborcüzrə 9602.96 ABŞ dolları, faiz borcu üzrə 847.99 ABŞ dolları. 14.Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı, faiz borcu hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən əsas borcun qalığına 1828,76 ABŞ dolları məbləğində faizin hesablanması borclunun vəziyyətini daha da ağırlaşdırmaqla yanaşı, bərabərlik prinsipinin kobud surətdə pozulmasına gətirib çıxarar. Odur ki, iddiaçının borcludan müqavilə müddəti bitdikdən sonra hesablanmış faizləri tələb etməsi əsassızdır. Buna görə də iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2016-cı il tarixinə kimi əsas borca hesablanmış 847,99 ABŞ dolları məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.1, 445.2.1, 448.1, 449.1, 449.4, 739.1, 739.2-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləvğ edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış və cavabdehə məhkəmənin yeri və vaxtı barədə rəsmi qaydada məlumat vermədən özünün fərziyyəsi və ehtimalları əasında əsasız və qanunusuz qətnamə qəbul etmişdir. Məhkəmə öz qətnaməsində tərəflər arasında Restrukturizasiya müqaviləsinin bağlanmamasının səbəblərin araşdırmalı olduğu halda araşdırmamış və buna hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci ildə 1001 manat məbləğində pul ödənilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, bank tərəfindən cavabdehin apellyasiya şikayətində qeyd etdiyi 1001 manat ödənişi 585,99 ABŞ dolları kimi nəzərə alınmışdır.
20. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:. 21.Maddə 6.2.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 22.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 25.Maddə 439.1.Pul öhdəliyi manatla ifadə edilməlidir. 26.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 27.Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 28.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 29.Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həçmdə təmin edir. Bu tələbə həmcinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 30.Maddə 317.1.Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 31.Maddə 319.1.Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu: 32.Maddə 1.0.9.İlkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33.Maddə 33.1.Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.Maddə 34.1 İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. 35.Maddə 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 36.Maddə 47.4.Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 37.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 38.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 39.Maddə 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 40.Maddə 387.2.2. İşdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
Apellyasiya baxışının hədləri 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43.Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipini pozmuşdur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmasını, şikayətin dəlillərindən asılı olmadan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas kimi nəzərdə tutmuşdur. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. 45.Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 46.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmişdir. 47.Göründüyü kimi Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. 48.Kollegiya apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının “təsiri altına” düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. 49.Odur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı“ Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından, iddia tələbi faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. 50.Kollegiya ekspert rəyinə əsasən müəyyən edilmiş 9602,96 ABŞ dolları əsas borcdan cavabdehin ödədiyi 1001 manat (1001:1,7=588,8 ABŞ dolları) və 3391,63 ABŞ dolları kompensiyasiya məbləğinin çıxılmaqla, 5622,53 ABŞ dolları (9602,96-588,8-3391,63=5622,53) əsas borcun tutulması qənaətinə gəlir. 51.Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləği ilə bağlı tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. 52.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. 53.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi muəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. 54.İş materiallarında görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 55.Kollegiya hesab edir ki, təmin edilmiş tələbə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 22 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 56.Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 108 manatı cavabdehdən, 37 manatı iddiaçıdan tutulmalıdır. 57.Kollegiya tələbin ipoteka predmeti olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcun ödənilməsi ilə bağlı hissədə iddianı əsaslı hesab edərək, təmin olunması qənaətinə gəlir. 58.Kollegiya qeyd edir ki, ipoteka predmeti olan daşınan əmlak-avtomobil faktiki olaraq məhkəməyə təqdim olunmadığından, buna görə də, həmin avtomobili qiymətləndirmək mümkün olmaması səbəbindən, avtomobilin ilkin satış qiymətini müəyyən etmək mümkün deyildir. Avtomobilin ilkin satış qiyməti gələcəkdə hərrac keçirilərkən müəyyən olunmalıdır. 59.Kollegiya hesab ekdir ki, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi cavabdehə qaytarılmalı, iddia tələbi “satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində rədd olunmalıdır. 60.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(011)-7/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin İddia qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 5622,53 (beş min altı yüz iyirmi iki ABŞ dolları əlli üç sent) ABŞ dolları məbləğində əsas borc (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla) və 22 (iyirmi iki manat) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı2 BOKT QSC-yə ödənilsin. Tələb Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU835966, rəngi-qara) avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcu ödənilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri olan 145 (yüz qırx beş) manatın- 108 (yüz səkkiz) manatı Cavabdeh, 37 (otuz yeddi) manatı İddiaçı2 BOKT QSC-dən alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev