Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6573/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzillərin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3762/2022 saylı işi üzrə 26 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh MMC-nin üzərinə ünvan 1 ünvanında tikilmiş yüksək mərtəbəli yaşayış binasının A bloku, 1-ci giriş, 7-ci mərtəbədə, ümumi sahəsi 60.7 kv.m olan 1 otaqlı, 21 saylı mənzil, eyni ünvanda və mərtəbədə yerləşən ümumi sahəsi 97 ə 99.6 kv.m olan müvafiq olaraq 2 otaqlı 23 saylı və 22 saylı mənzillərin İddiaçı təhvil verilməsi, tərəflər arasında bağlanmış müqavilənin 1№-li Əlavəsində qeyd olunan öhdəliklərin yerinə yetirilməsi və maneələrin aradan qaldırılması vəzifəsinin qoyulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. 2.Cavabdeh müqavilələr üzrə iradə ifadəsinin Cavabdeh MMC-nin yox, bu cür cinayətkar əməllər törətmiş və hazırda X19 ilə birgə həbsdə olan X8 iradə ifadəsi olması əsası ilə iddiaya etirazını məhkəməyə təqdim etmişdir. 3.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3762/2022 saylı işi üzrə 26 iyul 2022ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Konstitusiyasının 29,125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına;Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1; Mülki Məcəlləsinin 152.1,157.2, 157.4, 218.3-cü maddələrinə istinadən) İddiaçı Cavabdehnə qarşı “mənzillərin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının təmin edilməsi, ünvan 2 ünvanında tikilmiş yüksək mərtəbəli yaşayış binasının A bloku, İ giriş, 7-ci mərtəbə, ümumi sahəsi 60,7 kv.m. olan 1 otaqlı 21 saylı; A bloku, İ giriş, 7-ci mərtəbə, ümumi sahəsi 99,6 kv.m. olan 2 otaqlı 22 saylı; A bloku, İ giriş, 7-ci mərtəbə, ümumi sahəsi 97 kv.m. olan 2 otaqlı 23 saylı mənzillərin İddiaçı təhvil verilməsi, tərəflər arasında bağlanmış "Mənzil tikintisi və satışına dair” müqavilələrə Əlavə №1-də qeyd olunan öhdəliklərin yerinə yetirilməsi və İddiaçı mənzillərə münasibətdə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması,ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 4.İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2017-ci il tarixli üç müqaviləyə və maliyyə arayışlarına əsasən müqavilələr "Aqana Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış və müqavilələrə əsasən, ünvan 3 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının A bloku, İ giriş, 7-ci mərtəbədə, 60,7 kv.m. sahəsi olan 1 otaqlı 21 saylı; 97 kv.m. sahəsi olan 2 otaqlı 23 saylı və 99,6 kv.m. sahəsi olan 2 otaqlı 22 saylı mənzillər İddiaçı satılmış və İddiaçı tərəfindən mənzillərin dəyəri tam həcmdə ödənilmişdir. - Müqavilələrə 1 saylı Əlavələrə əsasən Cavabdeh aşağıdakı vəzifələri üzərinə götürmüşdür: binanın tikintisi; dəmir-beton karkas, xarici divarlar və arakəsmələrdə hörgü (daş və kərpicdən);mənzillərdə pəncərələrin qoyulması; binanın giriş qapısının qoyulması; su və kanalizasiya xətlərinin çəkilməsi; qaz kəmərinin çəkilməsi; işıq xətlərinin çəkilməsi, transformator və generatorun quraşdırılması; sərnişin və yük liftlərinin quraşdırılması; pilləkanların və meydançaların döşənməsi; televizor və telefon kabellərinin çəkilməsi; yanğından mühafizə sisteminin qoşulması; binanın ərazisinin abadlaşdırılması; mərkəzləşdirilmiş mühafizə sistemi; - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021 -ci il tarixli, ********* saylı cavab məktubunda aşağıdakılar göstərilmişdir: " ... Müəyyən edilmişdir ki, X8 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunmuş cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 13 mart 2021-ci il tarixli qərarla "Aqana Servis” MMC tərəfindən ünvan 4 ünvanında inşa edilən yaşayış binasında sizə mənzil sahələrinin satılması ilə bağlı cinayət hadisəsi baş verməməsi əsasına görə həmin xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmişdir; -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 1(004)-190/2021 saylı hökmünə əsasən, həmin hökmdə hazırkı iş üzrə iddiaçının adı cəmi bir dəfə - X8 aşağıdakı məzmunlu ifadəsində hallanmışdır: " . . . X16, X17, İddiaçı, X4, X12, X10, X18, X13, X14, X5 adlarına qeyd edilən binadan yaşayış sahələrinin rəsmiləşdirilməsi ilə bağlı müqavilələr üzrə izahatları düzgün qeyd edilməmişdir. Həmin şəxslərin borc almamışdır. Həmin şəxslərin adlarına mənzil sahələri real olaraq rəsmiləşdirilib və satılıb. Bir daha təkrar etmişdir ki, yalnız Faiq Qasımov və onun Eldar Piriyev və Əli Tağıyev adlı qohumlarından, həmçinin Aləm Əkbərovdan borc pul alıb adlarına binadan yaşayış və qeyri yaşayış sahələrinin rəsmiləşdirilməsi barədə müqavilə yazdırdığını, digər şəxslərin, o cümlədən X3, X2, X6, X7 və digərlərinin adlarına isə real alğı-satqı olunmaqla yaşayış və qeyri-yaşayış sahələrinin rəsmiləşdirildiyini, Rahim İskəndərovun adına olan müqaviləni isə həmin anda Valeh Əliyev ofisdə olmadığına görə bilavasitə özünün imzasıyla təsdiq etdiyini göstərmişdir”(səh.7-12 ,37-52 , 62-66 ,110). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.Cavabdeh apellyasiya şikayəti verərək hazırki iş üzrə xx.xx.2022-ci il tarixli qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.2, 331.1ci maddələrinə istinadən qeyd edilmişdir ki, Nağıyev Azad tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli Aktda cəmi 36 mənzil satıldığını göstərilmiş, xx.xx.2019-cu il tarixdə həmin dövrdə direktor olmuş Əliyev Valeh tərəfindən imzalanmış Aktda 37 mənzil satıldığını göstərilmiş, lakin İddiaçı həmin siyahıların heç birində yoxdur. Nağıyev Azad və Əliyev Valeh cinayətkar əməlləri üzrə həbs edildikdən sonra xx.xx.2019-cu ildə İddiaçı da daxil olmaqla və müxtəlif şəxslərlə Nağıyev Azad arasında bağlanılan saxta müqavilələrin və maliyyə arayışlarının surətləri Aqana Servis MMC-nin ünvanına poçt vasitəsilə daxil olmuşdur. Azad Nağıyevin sonradan rəsmiləşdirdiyi bu müqavilələr barədə şirkətin yalnız o həbs olunduqdan sonra Faiq, Azadın oğlu və digər şəxslər tərəfindən bu sənədlər bizə göstərildikdən sonra xəbəri olmuşdur. Həmin müqavilələrdə satış kimi göstərilən mənzillərin dəyəri Cavabdeh MMC-yə mədaxil edilməmiş və yaxud hər hansı bir formada binanın tikintisinə xərclənməmişdir. X20 öz şəxsi borcuna görə şirkətin əmlaklarını (mənzil və qeyri yaşayış sahəsi) saxta yollarla hazırki iddiaçıya və digərlərinin adına sənədləşdirmişdir. X8, yəni təsisçilərdən birinin şəxsi borcuna görə, Cavabdeh MMC məsuliyyət daşımamalıdır.) Burada söhbət Azad Nağıyevlə həmin 3-cü şəxslər arasında olan borc münasibətindən gedir. Aqana Servis MMC ilə həmin 3-cü şəxslər arasında olan borc münasibətindən söhbət getmir. Cavabdeh mübahisəli mənzillərin X20 tərəfindən öz şəxsi borcuna görə saxta yollarla hazırkı iddiaçının adına sənədləşdirilməsini göstərsə və bununla əlaqədar olan halların sübutedilməsi vəzifəsi onun üzərinə düşsə də, o, bu vəzifəni icra etməmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə qəti razılaşmırlar. Belə ki, məhkəmə Nağıyev Azad tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli Akta ümumiyyətlə qiymət verməmişdir. Nağıyev Azad tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli Aktda cəmi 36 mənzil satıldığını göstərilmiş, xx.xx.2019-cu il tarixdə həmin dövrdə direktor olmuş Əliyev Valeh tərəfindən imzalanmış Aktda 37 mənzil satıldığını göstərilmiş, lakin İddiaçı həmin siyahıların heç birində yoxdur. Bu fakt onu təsdiq edir ki, X20 ilə İddiaçı arasında olan münasibətin şəxsi xarakter daşıyır və Aqana Servis MMC-yə heç bir aidiyyatı yoxdur. 6.İddiaçı məhkəməyə elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayətinə etiraz ünvanlamışdır.Etirazda qeyd edilmişdir ki, сavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 1(004)-190/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün məzmunundan da göründüyü kimi İddiaçı məxsus mənzillərlə bağlı ödənişlərin təqsirləndirilən şəxslər tərəfindən mənimsənilməsi ilə əlaqədar onlara ittiham elan edilməmişdir, eyni zamanda İddiaçı məxsus mənzillərin alğı-satqı sənədlərinin və maliyyə arayışlarının saxtalaşdırılıb digər şəxslərə də satılaraq dələduzluq etməsi faktı da hökmdə öz əksini tapmamışdır. Cavabdehin qeyd etdiyi kimi direktor X19 tərəfindən iddiaçının tam şəkildə ödədiyi pul məbləği mənimsənilmiş olsa belə, bu onların mülkiyyət hüquqlarını məhdudlaşdıra bilməz. Bu halda direktor X19 ona etibar edilmiş əmlakı mənimsəməklə bağlı məsuliyyətə cəlb edilməlidir.Əlavə olaraq, şirkətə vurduğu zərərin əvəzi ödənilməlidir.Qeyd edilən situasiyada İddiaçı vicdanlı əldə edəndir. Cavabdeh tərəfindən 1(004)-190/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün iddiaçıya heç bir adiyyatı yoxdur. Belə ki, hökmün şəxsə ittiham elan edilməsi ilə bağlı olan hissəsində iddiaçının adı, ona məxsus mənzillərlə bağlı sənədlərin saxtalaşdırılması və ödənişlərin mənimsənilməsi öz əksini tapmamışdır. Həmçinin 1(004)-190/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün 18-ci səhifəsində qeyd edildiyini kimi, təqsirləndirilən səxs və eyni zamanda Cavabdeh MMC-nin təsisçisi X20 dindirilmişdir. Onun ifadələri hökmün 20-ci səhifəsində öz əksini tapmışdır. İfadələrdən də aydın olur ki, İddiaçı həmin şəxslərin adlarına mənzil real olaraq rəsmiləşdirilib və satılıb. İfadənin də məzmunundan onlar arasında real alğı-satqı mövcuddur.Cavabdehin təqdim etdiyi 1(004)-190/2021 saylı xx.xx.2021-ci il tarixli hökmdə də qeyd edildiyi kimi Korrupsiyaya qarşı Mübarizə Bas İdarəsinin İstintaq İdarəsində cavadehlə bağlı cinayət isinin istintaqı aparılmışdır. Korrupsiyaya qarsı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən verilmiş məktuba əsasən, iddiaçı X11 məxsus mənzillərlə bağlı cinayət faktı yoxdur. Binəqədi rayon Məhkəməsinin e-2(001)-3762/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsində qeyd edilmişdir ki, məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli üç müqavilədən və maliyyə arayışlarından görünür ki, müqavilələr Cavabdeh ilə İddiaçı arasında bağlanmış və müqavilələrə əsasən, ünvan 3 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının A bloku, İ giriş, 7-ci mərtəbədə, 60,7 kv.m. sahəsi olan 1 otaqlı 21 saylı; 97 kv.m. sahəsi olan 2 otaqlı 23 saylı və 99,6 kv.m. sahəsi olan 2 otaqlı 22 saylı mənzillər İddiaçı satılmış və İddiaçı tərəfindən mənzillərin dəyəri tam həcmdə ödənilmişdir. Eyni zamanda cavabdeh mübahisəli mənzillərin X20 tərəfindən öz şəxsi borcuna görə saxta yollarla hazırkı iddiaçının adına sənədləşdirilməsini göstərsə və bununla əlaqədar olan halların sübutedilməsi vəzifəsi onun üzərinə düşsə də, o, bu vəzifəni icra etməmişdir. Qeyd olunanlar göstərir ki, iddia tələbi qanuni və əsaslıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 7.İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verməklə birinci instansiya məhkəməsi qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. 8.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Münasibətlərin mövcud olduğu zamanda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən: “ Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər”. 11.Qüvvədə olan Mülki Məcəllənin 49.2 və 49.3-cü maddələrinə əsasən: ”Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.” “ Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.” 12.Məcəllənin 52-ci maddəsinin təlbinə əsasən 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.” 13.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Mülki Məcəllənin 139-158, 178, 324, 337-360, 385-388, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Qeyd edilməlidir ki, hüquqi şəxsin (MMC) təmsilçisinin (təsisçinin) imzaladığı rəsmi sənəd üzrə mülki məsuliyyət məhz hüquqi şəxsin özünə mənsub olduğundan, şikayətin iş üzrə müəyyən edilən hallara (müqavilə öhdəliklərə və ödənişlərə) aidiyyəti müəyyən edilmir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilməsi üçün əsaslar olmadığından onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxsə aid edilməlidir. 14.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. 15.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3762/2022 saylı işi üzrə 26 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6573/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6573/2022
10.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver