Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6575/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və əmlak” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-410/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan cehiz əmlakın – ümumi dəyəri 14.370 manat olmaqla, dəyəri 4.600 manat olan mebel-masa və 8 ədəd stuldan ibarət dəst, dəyəri 450 manat olan 2 ədəd ağ və qara rəngli xalça, dəyəri 300 manat olan 2 ədəd çılçıraq, dəyəri 400 manat olan 2 otaq üçün nəzərdə tutulmuş ikili pərdə dəsti, dəyəri 200 manat olan uşaq çarpayısı, dəyəri 100 manat olan uşaq üçün yorğan-döşək dəsti, dəyəri 150 manat olan taxt döşəyi, dəyəri 50 manat olan 1 ədəd qış yorğanı, dəyəri 70 manat olan 2 ədəd sintepon yorğan, dəyəri 200 manat, 50 manat və 50 manat olan 3 dəst yataq örtüyü, dəyəri 50 manat olan 2 ədəd tük yastığı, dəyəri 20 manat olan 2 ədəd sintepon yastıq, dəyəri 30 manat olan qulaq yastığı, dəyəri 30 manat olan bir ədəd nazik adyal, dəyəri 150 manat olan tozsoran, dəyəri 70 manat olan ətçəkən maşın, dəyəri 250 manat olan qara rəngli yemək dəsti, dəyəri 150 manat olan qara rəngli çay-servis dəstinin, dəyəri 200 manat olan 24 ədəd sarı boşqab, 12 ədəd boşqab və 6 ədəd ağ yemək dəsti, dəyəri 200 manat olan 5 ədəd meyvə qabı (2 ədəd billur (xrustal), 2 ədəd yaşıl və 1 ədəd ağ), dəyəri 100 manat məbləğində olan 4 ədəd billur (xrustal) konfetqabı, dəyəri 50 manat olan bir ədəd uzun ölçülü billur (xrustal)qədəh, dəyəri 30 manat olan bir ədəd qara rəngli qədəh, dəyəri 30 manat olan bir ədəd kiçik ölçülü qədəh, dəyəri 50 manat olan kompotqabı dəsti, dəyəri 40 manat olan billur (xrustal) stəkanları, dəyəri 50 manat olan bir ədəd rəngli güldan, dəyəri 150 manat olan bir ədəd çamadan qaşıq dəsti, dəyəri 50 manat olan iki ədəd tort qabı, dəyəri 200 manat olan 8 ədəd stəkan nəlbəki dəsti, dəyəri 150 manat olan dörd ədəd masa örtüyü, dəyəri 100 manat olan 11 ədəd dəsmal, dəyəri 200 manat olan 7 ədəd yorğanüzü,dəyəri 200 manat olan qazan dəsti, dəyəri 20 manat olan bir ədəd xəmiryoğuran və süzgəc, dəyəri 30 manat olan bir ədəd lampa, dəyəri 40 manat olan mikser, dəyəri 40 manat olan 2 ədəd dondurma qabı, dəyəri 70 manat olan ağ rəngli çay dəsti və dəyəri 5000 (beş min) manat olan 750 problu 34 qram italyan qızılından hazırlanmış 47 ədəd brilyant qaşlı qızıl komplektin cavabdehdən alınaraq ona verilməsi, azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülmələri və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 13.10.2015-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuş və birgə nikahdan Umudcan və İnci adlı uşaqları anadan olmuşdur. Lakin tərəflər arasında olan münasibətlər pozulduğundan həyat yoldaşı və qaynanası onun bütün cehiz, qızıl-zinət əşyalarını əlindən alaraq onu və körpə uşaqlarını gəlin köçdüyü mənzildən qovmuşlar. O, məcburən uşaqları ilə birlikdə valideynlərinin yanına sığınıb. Cavabdehlərdən öz əmlakını istəsə də, cavabdehlər onu verməkdən imtina edirlər. İddiaçı məcbur qalaraq həm cehiz və digər əmlaklarının geri qaytarılması, həm də özünün və azyaşlı uşaqlarının daimi yaşaması üçün cavabdehlərə məxsus gəlin köçdüyü mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat
3. Birinci instansiya məhkəməsinin 16.10.2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil2 izahat verərək, iddia tələbini qismən qəbul etdiklərini, cehiz əşyaları ilə bağlı etirazlarının olmadığını, qızıl-zinət əşyalarının isə birgə nikah dövründə satılıb, ailəyə xərcləndiyini qeyd etmişlər. Həmçinin mübahisəli mənzilin Socar-ın “Qaz İxrac” İdarəsinin balansında olduğunu, hal-hazırda həmin evin cavabdehin qohumlarına kirayəyə verildiyini bildirmişlər.
4. Birinci instansiya məhkəməsinin 16.10.2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 izahat verərək, iddiaçının cehiz əşyalarına məhkəmə qərardadı ilə həbs qoyulduğunu, qızıl-zinət əşyalarının isə onlarda olmadığını, oğlunun borcuna görə satıldığını, həmin qızılların 1800 manata alındığını bildirdi. Həmçinin onların toy xərclərinə görə 2500 manat borclarının olduğunu, həmin pulun sahibi də pulunu tələb etdiyini və iddiaçının öz razılığı ilə həmin qızılları borcu bağlamaq üçün ona öz razılığa ilə verdiyini qeyd etmişdir.
5. Birinci instansiya məhkəməsinin 06.10.2020-ci il tarixli iclasında şahid qismində dindirilən X5 məhkəməyə verdiyi ifadəsidə bildirmişdir ki, O, iddiaçının xalası ilə qonşu, həyat yoldaşı ilə iddiaçının dayısı qohumdular. İddiaçı ilə cavabdehin ailə qurmaq məqsədi ilə tanış olmasında o vasitəçilik edib. İddiaçının gəlin köçdüyü ev cavabdehindir. Cavabdeh tərəf 15 ildən artıqdır ki, orada yaşayır. Bildiyinə görə iddiaçıya toyda 5000 manat məbləğində qızıl-zinyət hədiyyə etmişlər. Qızılları yalnız iddiaçının öz toyunda görüb, sonradan heç bir məclisdə istifadə etdiyini görməmişdir. Bir müddət sonra yola getmədikləri üçün ayrıldıqlarını eşitmişdir. Onun yoldaşı usta kimi həmin mübahisəli evi toydan əvvəl təmir etmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-410/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı yetkinlik yaşına çatmayan övladları 30.07.2016-cı il təvəllüdlü X6 və 25.09.2018-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119 ünvanında yerləşən İddiaçı məxsus olan cehiz əmlakın - ümumi dəyəri 14.370 manat olmaqla, dəyəri 4.600 manat olan mebel-masa və 8 ədəd stuldan ibarət dəstin, dəyəri 450 manat olan 2 ədəd ağ və qara rəngli xalçanın, dəyəri 300 manat olan 2 ədəd çılçırağın, dəyəri 400 manat olan 2 otaq üçün nəzərdə tutulmuş ikili pərdə dəstinin, dəyəri 200 manat olan uşaq çarpayısının, dəyəri 100 manat olan uşaq üçün yorğan-döşək dəstinin, dəyəri 150 manat olan taxt döşəyinin, dəyəri 50 manat olan 1 ədəd qış yorğanının, dəyəri 70 manat olan 2 ədəd sintepon yorğanın, dəyəri 200 manat, 50 manat və 50 manat olan 3 dəst yataq örtüyünün, dəyəri 50 manat olan 2 ədəd tük yastığın, dəyəri 20 manat olan 2 ədəd sintepon yastığın, dəyəri 30 manat olan qulaq yastığının, dəyəri 30 manat olan bir ədəd nazik adyalın, dəyəri 150 manat olan tozsoranın, dəyəri 70 manat olan ətçəkən maşının, dəyəri 250 manat olan qara rəngli yemək dəstinin, dəyəri 150 manat olan qara rəngli çay-servis dəstinin, dəyəri 200 manat olan 24 ədəd sarı boşqabın, 12 ədəd boşqab və 6 ədəd ağ yemək dəstinin, dəyəri 200 manat olan 5 ədəd meyvə qabının (2 ədəd billur (xrustal), 2 ədəd yaşıl və 1 ədəd ağ), dəyəri 100 manat məbləğində olan 4 ədəd billur (xrustal) konfetqabının, dəyəri 50 manat olan bir ədəd uzun ölçülü billur (xrustal)qədəhin, dəyəri 30 manat olan bir ədəd qara rəngli qədəhin, dəyəri 30 manat olan bir ədəd kiçik ölçülü qədəhin, dəyəri 50 manat olan kompotqabı dəstinin, dəyəri 40 manat olan billur (xrustal) stəkanların, dəyəri 50 manat olan bir ədəd rəngli güldanın, dəyəri 150 manat olan bir ədəd çamadan qaşıq dəstinin, dəyəri 50 manat olan iki ədəd tort qabının, dəyəri 200 manat olan 8 ədəd stəkan nəlbəki dəstinin, dəyəri 150 manat olan dörd ədəd masa örtüyünün, dəyəri 100 manat olan 11 ədəd dəsmalın, dəyəri 200 manat olan 7 ədəd yorğanüzünün, dəyəri 200 manat olan qazan dəstinin, dəyəri 20 manat olan bir ədəd xəmiryoğuranın və süzgəcin, dəyəri 30 manat olan bir ədəd lampanın, dəyəri 40 manat olan mikserin, dəyəri 40 manat olan 2 ədəd dondurma qabının, dəyəri 70 manat olan ağ rəngli çay dəstinin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çəkisi 34 qram olan 750 əyarlı İtaliya istehsalı 47 brilliant qaşlı dəstin alınaraq İddiaçı verilməsi, qətnamə icra olunan vaxt həmin əşyalar mövcud olmadığı halda qızıl-zinət əşyalarının çəkisi 34 qram olan 750 əyarlı İtaliya istehsalı 47 brilliant qaşlı dəstin ümumi qiyməti 3230 (üç min iki yüz otuz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavadehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (sədrlik edən: Günel Abbasova).
7. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-410/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddai tələbinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti və dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində tələb etdiyi əmlaklar cavabdehin pulu ilə alınmışdır. İddiaçının tələb etdiyi əmlaklar hər biri cavabdehlərə məxsusdur. Ona görə də cavabdehlər məhkəməyə müraciət eetməli olublar. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır. Ona görə də həmin qətnamə ləğv olunmalı və cavabdehlərin iştirakı ilə işə yenidən baxılmalıdır. Tərəflərin izahatları:
9. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdehlər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
11. Kollegiya iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Kollegiya iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir.
13. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
14. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi qəsəbə üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışına əsasən, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119 ünvanında yaşayırlar.
15. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər 13.10.2015ci ildə 448 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar və bu nikahdan 30.07.2016-cı il təvəllüdlü X6 və 25.09.2018-ci il təvəllüdlü X8 anadan olmuşdur.
16. İş materiallarında olan "xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İB-nin hesab fakturalarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119 ünvanında yerləşən mənzilin kommunal xidmətlər Cavabdeh2 adınadır və ödənişlər onun adında həyata keçirilir.
17. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3801/2020 saylı, 29.07.2020-ci il tarixli qərardadı ilə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı məxsus əmlakların siyahıya alınması və üzərilərinə həbs qoyulması qərar alınmışdır.
18. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin 18.09.2020-ci il tarixli qərardadına əsasən, akt tərtib edilərək əmlaklar siyahiya alınmış və üzərlərinə həbs qoyularaq saxlanca təhvil verilmiş, beləliklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3801/2020 saylı, 29.07.2020-ci il tarixli qərardadı icra olunmuşdur.
19. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 17.02.2021-ci il tarixli 9/6054 nömrəli ekspert rəyinə əsasən, mübahisə predmeti olan qızılların, yəni – çəkisi 34 qram olan 750 əyarlı İtaliya istehsalı 47 brilliant qaşlı dəstin ümumi qiymətli 3230 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə:
20. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
21. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Yenə həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edəbilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsədə mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
23. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
24. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
25. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
26. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1-ci ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
28. Kollegiya qeyd edir ki, işin faktiki hallarından görünür ki, mübahisəli mənzil özbaşına tikilidir, iddiaçı həmin evə ailə qurduqdan sonra köçmüş, orada yaşamışdır. Müəyyən edilmişdir ki, ev özbaşına tikilidir və iddiaçı həmin evdə digər ailə üzvləri ilə birlikdə təsərrüfat aparmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdehlərin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir. İddiaçının və onun övladlarının hal-hazırda başqa yaşayış yeri olmadığı nəzərə alınaraq, eyni zamanda qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçı onun övladı ilə birlikdə mübahisəli mənzilə köçürülmələrini tələb etməkdə haqlı olduğundan, iddia həmin hissədə təmin edilməli, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda 30.07.2016-cı il təvəllüdlü X2 və 25.09.2018-ci il təvəllüdlü X7 yaşayış yeri analarının yaşayış yeri ilə müəyyən edilir.
29. Kollegiya həmçinin birinci intstansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qızıl-zinət əşyaları iddiaçıya gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan əşyalar yalnız iddiaçının əmlakıdır. Buna görə də iddiaçı göstərilən cehiz əşyalarının mülkiyyətçisi olduğundan, həmçinin cavabdehlərin həmin hissədə iddianı qəbul etdiklərindən həmin əşyaları tələb etməkdə haqlıdır. İddia tələbinin qızıl-zinət tələbi hissəsində araşdırma apararaq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir və qətnamə icra olunan vaxt həmin əşyalar mövcud olmadığı halda qızıl-zinət əşyalarının çəkisi 34 qram olan 750 əyarlı İtaliya istehsalı 47 brilliant qaşlı dəstin ümumi qiyməti 3230 (üç min iki yüz otuz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir.
30. Kollegiya qeyd edir ki, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanunsuz və əsassız olduğu qeyd edilsə də, qətnamənin məhz hansı səbəbdən qanunsuz və əsassız hesab edilməsi, eləcə də apelyasiya şikayətinin əsaslandığı hallar apelyasiya şikayətində götərilməmişdir. Cavabdehlər tərəfindən verilmiş apalyasiya şikayəti yalnız formal mülhizələrə əsaslanmışdır.
31. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Sadalanan hallara və hüquq normalarının tələblərinə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-410/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev