Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6581/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Apellyasiya icraatı zamanı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 369-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 369-cu maddəsinin göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Apellyasiya şikayətindən imtina qəbul olunsun. Hazırkı mülki iş üzrə apellyasiya icraatına iddiaçıya münasibətdə xitam verilsin və mülki iş Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6581/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6581/2021
13.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver