Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6583/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6583/2023 (Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 2(011)-5133/2023 saylı qətnaməsindən iddiaçın tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh Xaçmaz X9 İdarəsinin xx.xx.2014-cü il tarixli 430 saylı əmri ilə İdarənin Xaçmaz rayonu üzrə Xudat təmir bərpa və satış xidmətində 4-cü dərəcəli çilingər kimi xidmətə başlamışdır.
2. Cavabdeh xx.xx.2023-cü il tarixli 14-2-2-8/3-1K-52/2023 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2-8/3-1K-52/2023 nömrəli əmrini ləğv edərək iddiaçını Cavabdeh İB-nin Xaçmaz X9 İdarəsinin Xaçmaz rayonu üzrə Xudat təmir bərpa və satış xidmətində 4-cü dərəcəli çilingər peşəsinə bərpa olunmasına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə və ilkin mediasiya sessiyası üçün ödənilən 55 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla xx.xx.2014-cü ildə Cavabdeh İBnin Xaçmaz X9 İdarəsi arasında 430 saylı əmrə əsasən əmək müqaviləsi bağlanmışdır və həmin tarixdən iddiaçı əmək fəaliyyətinə başlamışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh İB-nin Xaçmaz X9 İdarəsinin Xaçmaz rayonu üzrə Xudat təmir bərpa və satış xidmətində 4-cü dərəcəli çilingər kimi xidmətə başlamışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, qanunvericiliklə müəyyən olunmuş əmək funksiyalarımı yerinə yetirmədiyinə görə iddiaçı ilə və Cavabdeh İB-nin Xaçmaz X9 İdarəsi arasında bağlanmış 430 saylı əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilmişdir. İddiaçı bildirir ki, işdən azad edilməsinə dair əmri qanunsuz və əsssız sayır. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməsinə, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5133/2023 saylı iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia təmin edilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 70-ci maddəsinin ç bəndinə, 2, 12, 43.3, 300.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçının apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, əmək intizamını pozduğu üçün ondan izahat alınmamış, həmçinin işdən çıxamsı barədə ona xəbərdarlıq olunmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
12. Maddə 70, “ç” bəndi İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
13. Maddə 71, 2-ci hissə Bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
14. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
15. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
25. Belə ki, iş materiallarında olan, 089084 nömrəli əmək kitabçasının surətindən görnünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli, 430 saylı əmrlə ARDNŞ Cavabdeh Xaçmaz RQİİ -nin Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə qəbul edilmişdir.
26. Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 137/Ü saylı “Əmək və icra intizamı haqqında” əmrin surətindən görünür ki, təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbayca Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli intizam tənbehi “töhmət” verilmişdir.
27. Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 2246/Ü saylı “Əmək və icra intizamı haqqında” əmrin surətindən görünür ki, Manafov X6 Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən, 2018-ci ilin iyul ayı üzrə aylıq əmək haqqının ¼ misli (25%) məbləğində cərimə edilmişdir.
28. Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 400/Ü saylı “Əmək və icra intizamı haqqında” əmrin surətindən görünür ki, Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş intizam tənbehi “töhmət” verilmişdir.
29. Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “İntizam tənbeh tədbirinin tətbiq olunması haqqında” əmrin surətindən görünür ki, Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbayca Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş intizam tənbehi “töhmət” verilmişdir.
30. Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “İntizam tənbeh tədbirinin tətbiq olunması haqqında” əmrin surətindən görünür ki, Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbayca Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli intizam tənbehi “töhmət” verilmişdir.
31. Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli intizam tənbeh tədbirinin tətbiq olunması haqqında əmrdən görünür ki, Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbayca Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli intizam tənbehi “töhmət” verilmişdir.
32. Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli intizam tənbeh tədbirinin tətbiq olunması haqqında əmrdən görünür ki, Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbayca Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş intizam tənbehi “töhmət” verilmişdir.
33. Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli intizam tənbeh tədbirinin tətbiq olunması haqqında əmrdən görünür ki, Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbayca Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli intizam tənbehi “töhmət” verilmişdir.
34. Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “İntizam tənbeh tədbirinin tətbiq olunması” haqqında əmrdən görünür ki, Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbayca Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş intizam tənbehi “töhmət” verilmişdir.
35. Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixli 14-2-2-8/3-6- 483/2023 saylı xidməti yazıya əsasən Xudat təmir bərpa və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı izahat yazmaqdan imtina etmişdir. Aktın doğruluğunu Xaçmaz XS-nin XTBSX-nin xidmət rəisi E.Ə.Səlimov, mühəndis M.M.Əhmədova, usta M.L.Abiyev imzaları ilə təsdiqləmişdirlər.
36. Cavabdeh Xaçmaz RQİİ-nin Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixli, 25 nömrəli protokolundan görünür ki, Xaçmaz RQİİ-nin X4 heyətinin iclası Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin QAİT çilingəri İddiaçı ilə bağlanmışəmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara almışdır.
37. Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 14-2-2- 8/3-1K-52/2023 saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, Xaçmaz rayonu üzrə Xudat Təmirbərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri Manafov X6n Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, əmək funksiyasının yerinə yetirmədiyinə görə onunla bağlanmış 430 saylı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən ləğv edilərək tutduğu peşədən azad edilmişdir.
38. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
39. Apellyasiya şikayətinin “iddiaçının yol verdiyi pozuntularla bağlı izahatının alınmaması” ilə bağlı dəlilini əsassız hesab edərək kollegiya qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Xaçmaz XS-nin XTBSX-nin xidmət rəisi E.Ə.Səlimov, mühəndisi M.M.Əhmədov, ustası M.L.Abiyeb akt tərtibn etmişlər ona görə ki, İddiaçı izahat vermək üçün dəvət olunsa da, o izahat verməkdən imtina etmişdir. Bunda başqa cavabdehin məhkəməyə təqdim etdiyi məktubdan görünür ki, idddiaçı İddiaçı həmkarlar təşkilatının iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq sonuncu həmin iclasda iştirtak etməmişdir.
40. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmri qanunvericiliyə uyğun olmaqla, onun ləğv edilməsi üçün əsas mövcud deyildir, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
42. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
44. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5133/2023 saylı iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova