Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6584/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: («nikahın pozulması və əmlak bölgüsü») hakimlər X5 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və əmlak bölgüsü" tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6396/2025 saylı işi üzrə 21 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh qarşı İddiaçı ilə Cavabdeh arasında 25 iyun 2015-ci il tarixdə Lənkəran rayonu Gərmətük qəsəbə icra nümayəndəliyində bağlanmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X7 boşanmadan sonra anaları İddiaçı yanında saxlanılmaları, 4000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, ünvan 1 ünvanında yerləşən binanın “B2” girişinin 5-ci mərtəbəsində, 35 a saylı, 1 otaqlı mənzilə dair "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1603/B235a nömrəli payçı müqaviləsindən əmələ gəlmiş hüquqa ½ hissədə Cavabdeh payı, qalan ½ hissədə isə İddiaçı payı hesab edilməsi, mediasiya xidmətinə ödənilmiş 60 manat xidmət haqqı və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 25 iyun 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları Lənkəran rayonu Gərmətük qəsəbə icra nümayəndəliyində qeydiyyata alınaraq 13 iyul 2015-ci il tarixdə verilmiş AZ-T № 059604 nömrəli nikah haqqında şəhadətnamə və 05 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Onların həmin nikahdan 08 aprel 2017-ci il təvəllüdlü X11 və 30 avqust 2019-cu il təvəllüdlü X14 adlı övladları dünyaya gəlmişdir. Son illərdə tərəflər arasında münasibət dözülməz hala çatmışdır, bir neçə ildir ki, aralarında olan nikah faktiki olaraq pozulmuşdur, tərəflər bir-birindən ayrı olaraq yaşayır. İddiaçı müraciəti əsasənda Lənkəran Rayon Məhkəməsində 07 noyabr 2023cü il tarixli, 2(049)-3411/2023 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən 08 aprel 2017-ci il təvəllüdlü X11 və 30 avqust 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılması, hər iki uşaq yetkinlik yaşına çatanadək onların saxlanılması üçün ayda 360 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmçinin Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli qəradadı ilə Lənkəran Rayon Məhkəməsində 07 noyabr 2023-cü il tarixli, 2(049)-3411/2023 nömrəli qətnaməsi ilə 08 aprel 2017-ci il təvəllüdlü X11 və 30 avqust 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 180 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı Rvşən qızının xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli miqdarında indeksasiya edilməsi müəyyən edilmişdir. Bu səbəbdən də tərəflər arasında olan nikah pozulmalıdır. Hal-hazırda tərəflərin birgə nikahından dünyaya gələn iki azyaşlı övladın yetkinlik yaşına çatana qədər anası İddiaçı himayəsində saxlanılması və hər iki uşaq yetkinlik yaşına çatanadək onların saxlanılması üçün sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan qeyd edilən məsələlərin yenidən baxılmasına ehtiyac yoxdur və həmin hissələrdə Lənkəran Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(049)-3411/2023 nömrəli qətnaməsi nəzərə alınmalıdır. Tərəflər birgə nikah dövründə bir sıra əmlaklar əldə etmişlər: 04 avqust 2020-ci il tarixdə “Ford Focus” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birgə nikah dövründə, birgə təsərrüfat hesabına əldə edilmiş, Cavabdeh adına rəsmiləşdirilmiş, 18 fevral 2023-cü il tarixdə, alqı-satqı əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin sistemində Cavabdeh adında qeydiyyatdan çıxarılaraq X4 adına qeydiyyat şəhadətnaməsi tərtib edilmişdir. Bundan başqa 16 mart 2020-ci il tarixdə Cavabdeh ilə "xxxx" Mənzil Tikinti Kooperativi (sədr X15 şəxsində) arasında 1603/B235a saylı payçı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzil tələbatının ödənilməsi məqsədilə payçı, yəni Cavabdeh üzvlüyə qəbul olunmaqla bağlı MTK-nın nizamnaməsində və müqavilədə göstərilən şərtlərlə MTK üzvlüyünə daxil olmuş, MTK isə öz növbəsində müqavilə və öz nizamnaməsinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən və tikilmiş olan binanın B girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 51 kv.metr (daxili sahəsi 44,2 kv.metr) olan 35a saylı, 1 otaqlı mənzili təmirsiz halda payçıya, yəni Cavabdeh təqdim etmişdir. MTK tərəfindən vəkil sorğusu əsasında təqdim edilmiş, 27 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, mənzilin ümumi dəyəri 38030 manat müəyyən edilmiş və bu məbləğ tam şəkildə ödənilmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6396/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində 05 nömrəli akt qeydi ilə Lənkəran rayonu, Gərmətük qəsəbə icra nümayəndəliyində qeydə alınmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X11 boşanmadan sonra anaları İddiaçı yanında qalmaları, 4000 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, ünvan 1 ünvanında yerləşən binanın B2” girişinin 5-ci mərtəbəsində, 35a saylı, 1 otaqlı mənzilə dair "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1603/B235a nömrəli payçı müqaviləsindən əmələ gəlmiş hüquqa 1/2 hissədə Cavabdeh payı, qalan 1/2 hissədə isə İddiaçı payı hesab edilməsi,mediasiya sessiyası üçün ödənilmiş 60 manat və 100 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3, 19.1, 20.1, 32.1, 32.2, 33.1, 36.3, 37.1, 37.2, 223.3, 225.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X11 doğulmuşdurlar. Tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. Tərəflər nikahın vaxt verilmədən pozulması barəsində israrlıdırlar və buna görə də məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salmağı zəruri hesab etməmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin “birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların ananın himayəsində saxlanması” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli və tərəflərin birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşağı faktiki vəziyyətə və cavabdehin razılığına uyğun olaraq ananın yanında qalmalıdırlar. Həmçinin qeyd edilməlidir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-3411/2023 saylı qətnaməsi ilə 08.04 2017-ci il tarixdə doğulmuş X11 və 30.08 2019-cu il tarixdə doğulmuş X14 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 180 manat olmaqla iki uşağa hər ay cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. İddia tələbinin “4000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsinə” dair hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubla ** CY *** dövlət qeydiyyat nişanlı, Ford Focus minik markalı avtomobilinin uçot bazasında olan məlumatlarından görünür ki, avtomobil xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh mülkiyyətindədir. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh tərəfindən ** CY *** dövlət qeydiyyat nişanlı, Ford Focus minik markalı avtomobili X6 8000 manata satmışdır. Göründüyü kimi avtomobil birgə nikah dövründə əldə olunmuş və lakin iddiaçının razılığı olmadan cavabdeh tərəfindən satılmışdır. İddiaçı həmin əmlakın özgəninkiləşdirilməsi nəticəsində pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh tərəf ərizəsində avtomobilin alındığı zaman münasibətlərinin korlandığını bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərdən görünür ki, tərəflər ailə münasibətində olmuşdur. Habelə mübahisəli avtomobilin tərəflərin nikahda olduqları müddətdə özgəninkiləşdirilməsinə baxmayaraq, cavabdeh avtomobilin satışından əldə edilmiş vəsaitın ailə ehtiyaclarına xərclənməsini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Beləliklə, avtomobil birgə nikah dövründə əldə olunduğu və iddiaçının razılığı olmadan satıldığından, 4000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin “ünvan 1 ünvanında yerləşən binanın “B2” girişinin 5-ci mərtəbəsində, 35 a saylı, 1 otaqlı mənzilə dair "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1603/B235a nömrəli payçı müqaviləsindən əmələ gəlmiş hüquqa ½ hissədə Cavabdeh payı, qalan ½ hissədə isə İddiaçı payı hesab edilməsi” dair hissəsini də əsaslı hesab edir. Göründüyü kimi mübahisə predmeti olan mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1603/B235a nömrəli payçı müqaviləsindən əmələ gəlmiş hüquqa iddiaçı ilə cavabdehin hər birinin ½ hissədə payı müəyyən edilməlidir. Məhkəmə qeyd olunan mənzilə dair hüquqdakı payın tərəflər arasında qeyri-bərabər müəyyən edilməsinə əsas görmür və buna görə də əlavə geniş dəyərləndirmə aparılmasına lüzum görmür. Çünki mənzil üzərində olan hüququn qeyri-bərabər bölünməsi üçün əsas yoxdur. Belə ki, ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların qeyri-bərabər bölünməsinə əsas verən hallar Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanmışdır.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilən hallar: - Cavabdeh ilə X9 xx.xx.2015-ci il tarixdə Lənkəran rayon Gərmətük qəsəbəsi icra nümayəndəliyində 05 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Xalıqlı, arvada Xalıqlı soyadı verilmişdir. Onların birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X11 anadan olmuşdurlar; - xx.xx.2020-ci il tarixli , 1603/B235a saylı payçı müqaviləsinə əsasən, "xxxx" MTK ilə Cavabdeh arasında mənzil tələbatının ödənilməsi məqsədi ilə payçı üzvlüyə qəbul olunmaqla bağlı MTK–nın nizamnaməsində və müqavilədə göstərilən şərtlərlə MTK üzvlüyünə daxil olur, MTK isə öz növbəsində bu müüqavilə və öz nizamnaməsinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən və tikilmiş olan binanın B2 girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 51 m2 (daxili sahəsi 44.2 m2) olan 35a saylı, 1 otaqlı mənzili təmirsiz halda payçıya təqdim edir; - Kooperativ binada mənzil tikinti haqqında xx.xx.2020-ci il tarixli , 1603/B235a saylı müqaviləyə 1 saylı Əlavədə qeyd olunan ödəniş şərtlərinə əsasən, payçı Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1603/B235a saylı müqavilə üzrə Payçı tərəfindən MTK-ya ümumilikdə 38030 manat ödənilməlidir, müqavilə bağlandığı gün 26150 manat məbləğində MTK-ya ilkin ödəniş həyata keçirilmiş, payçı pulun qalan hissəsini, yəni 11880 manatı MTK-ya növbəti 36 ay ərzində hər ayın 15-dən gec olmayaraq 330 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. ödəniş nəğd qaydada həyata keçirilir və bu barədə payçıya müvafiq arayış təqdim olunur, ödəniş tam həyata keçirildikdən sonra müqavilənin dəyərininn tam ödənilməsi və heç bir borcunun olmaması barədə arayış verilir; - "xxxx" MTK tərəfindən verilən xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, payçı Cavabdeh xx.xx.2020-ci il tarixli , 1603/B235a saylı müqaviləyə əsasən 212 saylı bina, “B2” saylı giriş, 35a saylı mənzil üzrə qalıq borcu yoxdur; - xx.xx.2020-ci il tarixli 1603/B235a saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixli yaşayış sahəsinin təqdim edilməsi barədə akta əsasən, "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında yerləşən və tikilmiş olan binanın B2 girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 51 m2 (daxili sahəsi 44.2 m2) olan 35a saylı, 1 otaqlı mənzili payçı Cavabdeh təhvil verilmişdir; - xx.xx.2025-ci il tarixli Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi” barədə arayışa əsasən, iddiaçı mediasiya sessiyasında iştirak etmiş, 60 manat mediasiyaya dair xərci ödəmişdir; - Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)- 3411/2023 saylı qətnaməsi ilə 08.04 2017-ci il tarixdə doğulmuş X11 və 30.08 2019- cu il tarixdə doğulmuş X14 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 180 manat olmaqla iki uşağa hər ay cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur; - Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubla ** CY *** dövlət qeydiyyat nişanlı, Ford Focus minik markalı avtomobilinin uçot bazasında olan məlumatlarından görünür ki, avtomobil xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh mülkiyyətindədir. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən, Cavabdeh tərəfindən ** CY *** dövlət qeydiyyat nişanlı, Ford Focus minik markalı avtomobili X6 8000 manata satmışdır; - İş materiallarında olan fotoşəkillərdən görünür ki, 2021-2022-ci illərdə tərəflər birgə ailə münasibətlərində olmuşlar; - Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, ölkə xaricində olduğundan məhkəmə prosessinin onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Habelə tərəfindən xx.xx.2025-ci il tarixdə iddia tələbinə münasibətə dair ərizəsi ilə İddiaçı ilə onun arasında 25 iyun 2015-ci il tarixdə Lənkəran rayonu Gərmətük qəsəbə icra nümayəndəliyində bağlanmış AZ-T № 059604 nömrəli nikah haqqında şəhadətnamə və 05 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikaha xitam verilməsi Uşaqların 08 aprel 2017-ci il təvəllüdlü X11 və 30 avqust 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşma çatana qədər anaları İddiaçı yanında saxlanılmasını, ondan uşaqların saxlanılması üçün alimentin Lənkəran Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(049)-3411/2023 nömrəli qətnaməsi əsasında tutulduğu və Lənkəran rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 8(049)-278/2025 saylı qərardadı ilə indeksləşdirildiyi nəzərə alınmasını, “Ford Focus" markalı, ** CY *** dövlət qeydiyyat nişanlı (Şəhadətnamə: AD 839714, buraxılış ili -2014, rəngi - ağ, mühərrik nömrəsi - EU11416, ban WF0MXXGCBMEU11416) nəqliyyat vasitəsinə dair 18 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5- ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydasının tətbiq edilməsi, iddiaçının nəqliyyat vasitəsinə 14 (ikidə bir) pay hüququnun tanınması və onun dəyərinin müəyyən edilərək iddiaçının payına uyğun şəkildə ondan alınıb İddiaçı verilməsi barədə iddianın rədd edilməsi, ünvan 1 ünvanında yerləşən və tikilmiş olan binanın B girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 51 kv.metr (daxili sahəsi 44,2 kv.metr) olan 35a saylı, 1 otaqlı mənzili ilə bağlı irəli sürdüyü tələbin qismən təmin edilməsi, bu iddia tələbinə görə ondan iddiaçının xeyrinə 13015 manat pulun tutulması və mediasiya və dövlət rüsumu ilə bağlı tələbin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6396/2025 saylı, 21 oktyabr 2025-ci iltarixli qətnaməsinin avtomaşın və mənzillə bağlı iddianın təmin etdiyi hissədə ləğv edilməsini, “Ford Focus” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı (Şəhadətnamə:AD 839714, buraxılış ili - 2014, rəngi – ağ, mühərrik nömrəsi – EU11416, ban – WF0MXXGCBMEU11416) nəqliyyat vasitəsinə dair hissədə qətnamənin ləğv edilməsini, ünvan 2 ünvanında yerləşən və tikilmiş olan binanın B girişinin 5-ci mərtəbəsində,ümumi sahəsi 51 kv.metr (daxili sahəsi 44,2 kv.metr) olan 35a saylı, 1otaqlı mənzili ilə bağlı irəli sürdüyü tələbin qismən təmin edilməsini, bu iddia tələbinə görə ondan iddiaçının xeyrinə13015 manat pulun tutulmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3,36.5; Ali Məhkəmə Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli 1/2024 saylı qərarına; Mülki Məcəllənin 139-1.1.6, 222.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, o iddiaçıdan faktiki olaraq 2020-ci ildə ayrıldıqdan sonra, 04 avqust 2020-ci ildə (həmin vaxt arvadı artıq Lənkəranda valideynlərinin evində idi və Lənkəran Dövlət Universitetinin əyani söbəsinə qəbul almışdı) “Ford Focus ” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı (Şəhadətnamə: AD839714, buraxılış ili - 2014, rəngi - ağ, mühərrik nömrəsi - EU11416, ban - WF0MXXGCBMEU11416) nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsi əsasında almışdır. Daha sonra iddiaçı ilə faktiki ayrı yaşadığı dövrdə də 19 sentyabr 2022-ci ildə etibarnamə əsasında Neftçala rayon sakini X2, daha sonra həmin şəxs avtomaşını etibarnamə əsasında Yardımlı rayon sakini X3. Nəhayət 18 fevral 2023-cü ildə avtomaşın Bakı şəhəri Qarabağ rayon sakini X1 adına rəsmiləşdirilib. Bu səbəbdən bu tələbə Ailə Məcəlləsinin 36.5-cı maddəsi və Ali Məhkəmə Plenumunun qeyd olunan qərarının 5.13-cü bəndində göstərilən qayda tətbiq edilməli idi. Faktiki ayrı yaşadığı dövrdə əldə etdiyi avtomaşın onun ayrıca mülkiyyəti sayılmalı idi. Ali Məhkəmə Plenumunun qeyd olunan qərarının 5.14.- cü bəndində deyilir ki, materiallarında tərəflərin nikahına rəsmi qaydada xitam verildiyi tarixdən əvvəl onların faktiki nikah münasibətlərinin pozulması barədə kifayət qədər sübut yoxdursa, Ailə Məcəlləsinin 23.1-ci maddəsinin müddəaları rəhbər tutulmalıdır. Məhkəmə öz qətnaməsində qeyd edib ki, “tərəflər ayrı- ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır”. Belə çıxır ki, iş materiallarında tərəflərin nikahına rəsmi qaydada xitam verildiyi tarixdən əvvəl onların faktiki nikah münasibətlərinin pozulması barədə kifayət qədər sübut olub. Lakin Məhkəmə sadəcə Ailə Məcəlləsinin 36.5-cı maddəsini və Ali Məhkəmə Plenumunun qeyd olunan qərarının 5.13-cü bəndini tətbiq etmək istəməyib və ya hüqüq normalarınıın mövcudluğundan xəbəri olmayıb. Yuxarıda göstərdiyi kimi, avtomobili faktiki ayrı yaşadığı dövrdə almışdır. Bu səbəbdən hesab edir ki, bu əmlaka birgə mülkiyyət hüququ yaranmayıb. Əgər məhkəmə hesab edirsə ki, o avtomaşını faktiki ayrı yaşasa da, rəsmi nikahda olduğu dövrdə aldığı üçün birgə mülkiyyət olub, o zaman bu avtomaşına birgə mülkiyyət kimi Mülki Məcəllənin 222.2-ci maddəsini də tətbiq edilməli idi. Avtomaşın daşınar əşya oluduğu üçün ona Mülki Məcəllənin 222.2-ci maddəsi tətbiq edilir. Belə ki, əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. İddiaçı tərəfindən onun avtomaşına dair nə 19 sentyabr 2022-ci ildə verdiyi baş etibarnamə, nə 18 fevral 2023-cü ildə bağlanmış alqı-satqı müqaviləsi, nə də qanunla ehtimal edilən razılığını məhkəmədə Mülki Məcəllənin 14-15-ci fəsillərinin tələblərinə uyğun mübahisələndirilməmişdir. Belə olan halda həmin əqdlər onun tərəfindən bəyənilmiş hesab edilir. Beləliklə, nikah dövründ əldə edilmiş və özgəninkiləşdirilmiş əqdlər məhkəmə tərəfindən bölünə bilməz. 16 mart 2020-ci ildə onunla “ Yeni Masazır-A " Mənzil Tikinti Kooperativi (sədr X15 şəxsində) arasında 1603/B235a saylı payçı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzil tələbatının ödənilməsi məqsədilə payçı, yəni o üzvlüyə qəbul olunmaqla bağlı MTK-nın nizamnaməsində və müqavilədə göstərilən şərtlərlə MTK üzvlüyünə daxil olmuş, MTK isə öz növbəsində müqavilə və öz nizamnaməsinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən və tikilmiş olan binanın B girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 51 kv.metr (daxili sahəsi 44,2 kv.metr) olan 35a saylı, 1 otaqlı mənzili təmirsiz halda ona təqdim etmişdir. Həmin mənzilə görə MTK-ya onun tərəfindən hissə-hissə 38030 manat pul ödənilib. 16 mart 2020-ci ildə müqavilə imzalanarkən o MTK-ya 26150 manat ödəmişdir. Mənzilin qalan pulunu 11880 manatını isə iddiaçıdan faktiki ayrı yaşadığı dövrdə o tək ödəmişdir. Hesab edir ki, iddiaçının evə görə ödənilmiş 26150 manatlıq hissəyə birgə nikah dövründə əldə olunmuş əmlak kimi hüququ yaranır. Qalan məbləği isə o tək yaşayarkən MTK-ya ödəmişdir. O mənzildə olan pay haqqını yalnız 27 sentyabr 2022- ci ildə ödəyib bitirmişdir. Mülki Məcəllənin 139.1.1.6-cı maddəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0.6-cı maddəsinə görə MTK-də olan mənzilə mülkiyyət hüququ mənzilin haqqının tam ödənildikdən sonra yarandığı üçün onun mülkiyyət hüququ evə 27 sentyabr 2022-ci ildə yaranıb. Həmin dövrdə isə onlar iddiaçı ilə ayrı yaşayırdılar, iddiaçı Lənkəranda atasının evində, o isə Bakıda həmin evdə yaşayırdı. Belə halda iddiaçı mənzildən pay istəyə bilməz, yalnız faktiki birgə yaşadığları dövrdə ödənilən məbləğin bölünməsini tələb edə bilər. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Lənkəran rayon Məhkəməsinin 2( 049)-3411/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsinin məzmununda valideynlərinin məsləhəti ilə ailə dağılmasın deyə iyun 2022-ci il tarixinə kimi dözdüyünü, artıq 1 il 3 aydır ki Cavabdeh ilə faktiki olaraq ər-arvad kimi yaşamadıqlarını qeyd etmiş, cavabdeh isə alimentə dair hissədə etiraz etsə də iddianı qismən qəbul etmiş və iddia ərizəsinin bu dəlilinə qarşı hər hansı əks arqument təqdim etməmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyini, hər iki əmlakın birgə nikah dövründə birgə təsərrüfat nəticəsində əldə edildiyini, cavabdehlə faktiki olaraq nikah münasibətlərini 2022-ci ildən sonlandırdıqlarını, cavabdeh tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim edilmiş vəsatətlərin əsassız olduğunu qeyd etmiş və təmin edilməməsini xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Mübahisə edilən hissə müəyyən edilən alimentin məbləğidir.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir.223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. - Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 379.5. Nikahın mövcud olduğu dövrdə ərlə arvad arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır. Uşaqlar yetkinlik yaşına çatanadək uşaqlarla valideynlər arasındakı tələblər üzrə, habelə bütün qəyyumluq dövründə qəyyumlarla (himayəçilərlə) qəyyumluqda (himayədə) olanlar arasındakı tələblər üzrə də eyni qayda tətbiq edilir. 10.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən: nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə:onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. Kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən: nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər 37.1.Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 11.Azərbaycan Respublikası Ali Məhkəməsinin Pelnumunun 12 mart 2024-cü il tarixli 1/2024 saylı qərarında qeyd edilmişdir ki: 6.2.Nikah davam etdiyi müddətdə bölünmənin predmeti daha əvvəl ər-arvadın bölüşdürmədiyi ümumi əmlak ola bilər. Çünki tərəflər hansısa predmetləri öz aralarında bölüşdürdükləri andan həmin əmlak üzərində birgə mülkiyyət halı aradan qalxmış olur. Bu baxımdan nikah dövründə üzərində ümumi mülkiyyət olan əmlak bölüşdürülür, bununla da həmin predmetlərə münasibətdə birgəlik aradan qalxır. Nikah dövründə bölüşdürülməmiş və nikahın davam etdiyi müddətdə əldə edilən digər əmlaka ümumi qaydada qanuni rejim tətbiq olunur. Bu səbəbdən, Ailə Məcəlləsinin 36.8-ci maddəsində göstərilmişdir ki, ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 6.3.Nikah pozulduqdan sonra isə bir qayda olaraq, qanuni rejimə daxil olan aktivlər və passivlər nəzərə alınmaqla, bütün əmlakın bölgüsü aparılır. Bununla belə, ər-arvad hansısa predmetləri bölgüyə daxil etmədən mövcud hüquqi rejimdə saxlaya bilər, yaxud konkret əmlak dəyər(lər)i üzərində paylarını müəyyən etməklə paylı mülkiyyətçi vəziyyətinə keçə bilərlər. Bunun üçün hər iki tərəfin (ərin-arvadın) razılığı tələb olunur. Onlardan birinin razılığı olmadıqda ümumi əmlaka daxil olan hər bir aktiv (passiv) bölünmənin predmeti olur. 6.4.Ər-arvadın ümumi əmlakının bölünməsi onlardan birinin (və ya hər ikisinin), eləcə də ödəməni ər-arvadın ümumi əmlakında onlardan birinin payına yönəltmək istəyən kreditorun (kreditorların) tələbi ilə həyata keçirilə bilər (Ailə Məcəlləsi, 36.1-ci maddə). 6.5.Qanunverici bölgünün aparılmasını əvvəlcə ər-arvadın öz iradələrinə buraxmışdır. Ailə Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş əmlakın bölünməsinə dair ikitərəfli əqddir və müqavilə hüququnun ümumi qaydalarına tabedir. 12.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 13.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 76.1, 77, 80 - 82, 106, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onunla iddiaçı faktiki olaraq 2020-ci ildən ayrı yaşamışdır. Avtomobilin alınması və satılması, həmçinin ünvan 1 ünvanında yerləşən və tikilmiş olan binanın B” girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 51 kv.metr (daxili sahəsi 44,2 kv.metr) olan 35a saylı, 1 otaqlı mənzilin dəyərinin tam ödənilməklə özəlləşdirilməsi isə 2020-ci ildə tərəflər faktiki olaraq ayrı yaşamağa başladıqları dövrdən sonraya təsadüf etdiyindən həmin əmlaklar birgə nikah dövründə əldə edilən əmlak kimi qəbul edilə bilməz. Lakin bununla bağlı qeyd edilməlidir ki, cavabdeh iddiaçı ilə arasında olan nikah münasibətlərinin faktiki olaraq 2020-ci ildən bitməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən Lənkəran rayon Məhkəməsinin 2(049)-3411/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi və hazırki iş üzrə iddiaçının izahatlı ilə 2022-ci ilin iyun ayından tərəflərin faktiki olaraq ayrı yaşadıqları və birgə təsərrüfat aparmadıqları müəyyən edilmişdir. Beləliklə, cavabdehin subyektiv mülahizəli dəlilləri obyektiv mənada öz təsdiqini tapmır və bu dəlillər müəyyən edilmiş faktlara münasibətdə hüquqdan sui-istifadə əsasında mülki məsuliyyətdən yayınmaya yönəlmişdir. 14.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxslərə aid edilməlidir. 15.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6396/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.