Məhkəmə qərarları › İş №2(103)-6585/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6585/2024

17.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6585/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən sahəsi 59,20 kv.m. mənzil üzərində Cavabdeh tam mülkiyyət hüququ xx.xx.2022019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

2. xx.xx.2023-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, Satıcı Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,20 kv.m. olan mənzilin tam hissəsini alıcı X5 mülkiyyətinə verməyi, alıcı - X2 - Cavabdeh 110000 manat ödəməyi öhdəsinə götürmüşdür.

3. Bakı şəhəri 32 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, X3 ünvan 1 (Yeni qaydalarla AZ 1070 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,20 kv.m olan mənzili, alıcılar İddiaçı1 Ağayar oğlu və İddiaçı2, hər birinə ½ hissə olmaqla, mülkiyyətinə verməyi, alıcılar - İddiaçı1 Ağayar oğlu və İddiaçı2 satıcı - X6 111000 manat ödəməyi öhdəsinə götürmüşdür.

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 (Yeni qaydalarla AZ 1070 ünvan 2 ünvanında yerləşən sahəsi 59,20 kv.m. mənzilin ½ hissəsi üzərində İddiaçı1 və ½ hissəsi üzərində İddiaçı2 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

5. "xxxx" ASC-nin ilə İddiaçı1 Ağayar oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 48101178 nömrəli müqaviləyə görə, "xxxx" ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətçisi olduqları ünvan 1 (Yeni qaydalarla AZ 1070 ünvan 2 ünvanındakı evdən çıxarılması, evin onlara təhvil verilməsi və cavabdeh tərəfindən əmlaka daxil olmaqlarına və sərbəst şəkildə istifadə etməklərinə dair törədilən bütün növ maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 (Yeni qaydalarla AZ 1070 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,20 kv.m olan xüsusi mülkiyyəti ******* saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 dəyəri tam şəkildə ödənilməklə satın almışlar. Həmin mənzilə dair onların adına paylı mülkiyyət hüququ ilə çıxarış verilmişdir. Mənzili satın aldıqları zaman mənzildə cavabdeh yaşayırdı. Onlara bildirib ki, 1 ay müddətində ev boşaldılacaq. Lakin bu günədək cavabdeh mənzildən çıxmaq istəmir. Dəfələrlə xəbərdarlıq edib, polisə şikayət etsələr də bunlar fayda verməmişdir. Nəticədə son çıxış yolu kimi məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh konstitusion hüquqları olan mülkiyyət hüquqlarını qanunsuz və əsassız şəkildə məhdudlaşdırmışdır. Hazırda cavabdeh bu qanunsuz hərəkətlərini davam etdirir. Bundan başqa cavabdeh onların öz əmlaklarına daxil olmağa və əmlakdan sərbəst şəkildə istifadə etməyə maneələr törədir. Hesab edirlər ki, Cavabdeh mülkiyyətçisi olduqları ünvan 1 (Yeni qaydalarla AZ 1070 ünvan 2 ünvanındakı evdən çıxarılması, evin onlara təhvil verilməsi və cavabdeh tərəfindən əmlaka daxil olmaqlarına və sərbəst şəkildə istifadə etməklərinə dair törədilən bütün növ maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi zəruridir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir.

10. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 43-cü maddələri; Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 153.4 və 157.2-ci maddələrinə; Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

11. Cavabdeh X9 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1208/2024 saylı qətnaməsindən apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun kürəkəni Ələкbərоv İbrаhim Аzər оğlu bоrc pulа еhtiyаcı оlduğu üçün 2-3 ildir ki, sələmçi кimi tаnıdığı Lətаfət və Dilbər аdlı şəхslərə mürаciət еtmişdir. Bu sоnuncu şəхslər İbrаhimi Rəyаnə аdlı şəхslə tаnış еtmişlər və Rəyаnə аdlı şəхs İbrаhimə аydа 5% ödəməк şərti ilə 74.500 mаnаt bоrc pul vеrmişdir. Həmin pulu 1 il müddətinə vеrmiş və kürkəni ilk vахtlаr аydа 3725 mаnаt sələm ödəmişdir. Ən dəhşətlisi də оdur кi, sələm vеrən Lətаfət, Dilbər və оnlаrlа əlbir оlаn Rəyаnə аdlı şəхslərin qоyduqlаrı şərtə əsаsən Bакı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv кüçəsi, еv 26К, giriş 3, mənzil 112 ünvаndа yеrləşən ona məхsus mənzil оnlаrın хеyrinə girоv qоyulmаlı idi. Lакin əslində ona məхsus mənzil onun irаdəsinə zidd оlаrаq Əhmədоvа Rəyаnə Аbdulhəlim qızı ilə аlqı-sаtqı еdilmişdir. Hаzırdа ona məlum оlmuşdur ki, onunla Əhmədоvа Rəyаnə Аbdulhəlim qızı аrаsındа girоv əvəzinə mübаhisəli mənzilin аlqı-sаtqısınа dаir müqаvilənin bаğlаnmаsı həyаtа кеçirilmişdir. Müqаvilə xx.xx.2023-cü il tаriхdə Хətаi rаyоnu ərаzisində yеrləşən Bакı şəhər 40 sаylı nоtаriаt оfisində rəsmiləşdirilmişdir. Göründüyü кimi, tərəflər аrаsındа bаğlаnmış аlğı-sаtqı müqаviləsindən irəli gələn yаrаnmış mülki münаsibətlər girоv münаsibətlərinə аid оlаn mülкi qаnunvericiliкlə tənzimlənməli və burаdаn belə nəticəyə gəlmək olur ki, tərəflər аrаsındа mübаhisə faktiki оlаrаq girоv müqаvilələrindən irəli gələn öhdəliklər əsаsındа həll оlunmаlıdır. Belə ki, tərəflər аrаsındа bаğlаnmış müqаvilə "аlğı-sаtqı" müqаviləsi аdlаndırılmаsınа bахmаyаrаq həmin müqаvilə bаğlаnаrkən tərəflərin irаdə ifаdəsi məhz girоv müqаviləsinin bаğlаnmаsınа istiqаmətlənmişdir. Lакin tərəflər аrаsındа bаğlаnmış müqаvilə sаtıcının irаdə ifаdəsinə zidd оlduğunudаn və bаşqа əqdi pərdələdiyindən əhəmiyyətsiz əqddir. İddiаçı Hüsеynоvа Sеvil Hüsеyn qızı ilə cаvаbdеh Əhmədоvа Rəyаnə Аbdulhəlim qızı аrаsındа Bакı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv кüçəsi, еv 26К, giriş 3, mənzil 112 ünvаndа yеrləşən mənzilə dаir bаğlаnmış xx.xx.2023-cü il tаriхli аlqı-sаtqı müqаviləsi yаlаn əqd оlduğundаn еtibаrsız hеsаb еdilməlidir. Tərəfindən Хətаi rаyоn məhkəməsinə müvаfiq iddiа ərizəsi ilə mürаciət оlunmuşdur. Lаkin hаzırdа məlum оlmuşdur ki, yuхаrıdа qеyd оlunаn mübаhisəli mənzil dаhа sоnrа Əsgərоv Еlnur Аğаyаr оğlunа və Məmmədоv Cеyhun Məhəmməd оğlunа (hər birinə 1/2 hissə оlmаqlа) sаtılmış və оnlаr mülкiyyət hüququnа dаir çıхаrış аlmışlır. Burаdа sаtıcı qismində hаzırкi iş üzrə cаvаbdеh Əhmədоvа Rəyаnə Аbdulhəlim qızı çıхış еtmişdir. Lакin mənzilin 2 nəfərə sаtılmаsı və еyni zаmаndа, аlıcılаrın birinin (Əsgərоv Еlnur Аğаyаr оğlu) əvəzinə еl аrаsındа "maklеr" dеyilən Əkbərli Аzаd Mааrif оğlunun çıхış еtməsi, bu sоnuncu əqdin bаğlаnmаsındа mübаhisəli mənzili ələ кеçirməк məqsədi güdülmüşdür. Bеlə кi, bu sоnuncu аlqı-sаtqı müqаviləsi görünüş üçün bаğlаnmış uydurmа əqddir, еtibаrsız hеsаb еdilməlidir. Qеyd еtməк lаzımdır ki, məhkəmə iclasının vaxtı və yeri haqqında onu lazımi qaydada xəbərdar etməmiş, qətnаməsində iştirаkı qаnun əsаsındа təmin оlunmаmış cаvаbdеhin iştirаkı оlmаdаn kеçirərək cаvаbdеhin prоsеssuаl hüquqlаrını süni surətdə pоzmuşdur.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, qarşı tərəf süni şəkildə işi uzatmaq istəyir. 15.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının 21.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

22.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

23.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 24.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 25.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 26.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 27.139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı və qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. 28.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 29.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 31.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 32.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 33.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 34.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 35.340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 36.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında qeyd olunur ki, ... əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

37.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəmənin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. 40.Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər apellyatorun hazırda müraciət etdiyi apelyasiya şikayətində qeyd edilən ünvana göndərilmişdir. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir. 41.Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. 42.Bundan başqa mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri 32 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 26K/112 (Yeni qaydalarla AZ 1070 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,20 kv.m olan mənzili X1. Sonuncu isə öz növbəsində xx.xx.2023-cü il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili iddiaçılara satmış, onların müqlkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də qeydiyyata alınmışdır.

43. Göründüyü kimi iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara məxsus yaşayış sahəsindən əvvəlki mülkiyyətçinin çıxarılması barədədir. İddiaçılar tələblərinin əsası kimi mübahisəli mənzili alqı-satqı müqaviləsi ilə almalarına, mənzil üzərində paylı mülkiyyət hüquqlarının qeydə alınmasına, Cavabdeh isə hər hansı hüquqi əsas olmadan mübahisəli mənzili tərk etməməsinə istinad etmişlər.

44. Cavabdeh apelyasiya şikayətində etirazın qanuni əsası olaraq Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad etmiş, üçüncü şəxs X7 ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin əslində alqı-satqı müqaviləsi olmadığını, X5 ona borc olaraq faizlə verdiyi pulun qatarılmasının təminatı kimi qeyd edilən mənzili sonuncunun adına rəsmiləşdirdiyini, borcunu vaxtında qaytara bilmədiyinə görə mənzilin adına olmasından istifadə edərək onun yaşadığı mənzili iddiaçılara özgəninkiləşdirdiyi, bu alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə müvafiq məhkəməyə müraciət etdiyini qeyd etmişdir.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçılar cavabdehin çıxarılmasını istədiyi daşınmaz əmlakın mülkiyyətçiləridir, onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

46. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

47. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

48. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər.

49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi mənzilin mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sadalanan hüquq normalarından da göründüyü kimi, iddiaçılar qeyd olunan mənzilin mülkiyyətçiləri olduğundan cavabdehə qarşı hazırki tələbi irəli sürməkdə haqsız olmamışlar. İddiaçıların mübahisəli əmlakın mülkiyyətçisi olmaları, onların həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olmaları və apellyatorun əşyaya sahiblik hüququnun olmaması işin müəyyən edilmiş hallarıdır. Buna baxmayaraq cavabdeh iddiaçıların mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır, bu isə qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

50. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır.

51. Göründüyü kimi, iddianın təmin olunmaması Mülki Məcəllənin 140, 148.2 və 149.2ci maddələrinin tələblərinə açıq-aşkar zidd sayılardı. Çünki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

52. Bununla əlaqədar məhkəmə kollegiyası “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadının 54, 55, 56-cı bəndlərinə istinad edir.

53. Belə ki, sözügedən Qərardaddan göründüyü kimi, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Buna görə də əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs, hazırki iş üzrə cavabdeh tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin, yəni alqı-satqı müqaviləsinin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı.

54. Əksinə, cavabdeh iddiaçıların əşya hüquqlarının mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, hazırki tələbə uyğun qeydin hüquqi səbəbini təşkil edən alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.

55. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2014/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh X6 qarşı “xx.xx.2023-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmiş, həmin qətamə qanuni qüvvəsini almışdır.

56. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətində istinad olunan dəlilləri əsassız sayaraq qeyd etməyi zəruri sayır ki, iddiaçıların mübahisəli mənzilə dair mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmənin də iddiaçıların əşya hüquqlarının əsaslandığı qeydin mötəbərliyini apelyasiya şikayətində istinad edilən dəlillərə əsasən yoxlamaq vəzifəsi, maraqlı şəxs tərəfindən əqdin etibarsız olmasına dair yazılı tələb irəli sürülmədiyindən, yaranmamışdır.

57. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

58. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

59. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 saylı, 14 mart 2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar