Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6588/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC (bank) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bankın xeyrinə müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 9493,47 manat kredit borcu, 2003,45 manat faiz borcu, 2796,97 manat cərimə borcu olmaqla cəmi 14 293,89 manatın, 026R********** saylı kredit razılaşması üzrə 7621,79 manat kredit borcu, 1583,43 manat faiz borcu, 1856,48 manat cərimə olmaqla cəmi 11 061,7 manatın, hər iki müqavilə üzrə ümumilikdə 25 355,59 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Göyçay şəhəri, Nəsimi küçəsi, 1-ci döngədə yerləşən Cavabdeh1 mülkiyyətindəki 0.0668 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 52 m2 yaşayış, 80.5 m2 köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 bankla bağladığı 05.12.2016-cı il tarixli 026L**********07 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500 000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə əsasən ona veriləcək məbləğin və müddətin ayrıca olaraq kredit razılaşması ilə müəyyənləşdiriləcəyi razılaşdırılmış, 07.12.2016-cı il tarixli 026R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 27 000 (iyirmi yeddi min) manat məbləğində kredit verilmiş, lakin o, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 09.01.2018-ci il tarixdən banka qaytarmamış, kredit borcundan 17 506,53 manat ödəsə də, 9493,47 manat borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 22.10.2018-ci il tarixinə 286 gün üçün hesablanmış faiz borcu 2003,45 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 22.10.2018-ci il tarixə 286 gün üçün hesablanmış cərimə 2796,97 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 bankla bağladığı 18.08.2017-ci il tarixli 026R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 10 000 (on min) manat kredit götürmüş, razılaşmanın 1.2-ci bəndinin tələbini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.02.2018-ci il tarixdən banka qaytarmamış, kredit borcundan 2378,21 manat ödəsə də, 7621,79 manat borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 22.10.2018-ci il tarixinə 244 gün üçün hesablanmış faiz borcu 1583,43 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 22.10.2018-ci il tarixinə 244 gün üçün hesablanmış cərimə 1856,48 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bankla bağladığı 06.12.2016-cı il tarixli ipoteka müqaviləsi əsasında Göyçay şəhəri, Nəsimi küçəsi 1-ci döngədə mülkiyyətində olan 0.0668 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 52 m2 yaşayış 80.5 m2 köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evini bankın xeyrinə ipoteka ilə yüklü etmiş, həmin evdə qeydiyyatda olan Cavabdeh4 notariat kontoruna ərizə təqdim edərək əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 07 dekabr 2016-cı il tarixli 026R********** saylı kredit razılaşması üzrə 9493,47 (doqquz min dörd yüz doxsan üç manat, qırx yeddi qəpik) manat əsas, 2003,45 (iki min üç manat, qırx beş qəpik) manat faiz, 900 (doqquz yüz) manat cərimə borcu olmaqla cəmi 12 396,92 (on iki min üç yüz doxsan altı manat, doxsan iki qəpik) manatın, 18 avqust 2017-ci il tarixli, 026R********** saylı kredit razılaşması üzrə 7621,79 (yeddi min altı yüz iyirmi bir manat, yetmiş doqquz qəpik) manat əsas, 1583,43 (bir min beş yüz səksən üç manat, qırx üç qəpik) manat faiz, 700 (yeddi yüz) manat cərimə borcu olmaqla cəmi 9905,22 (doqquz min doqquz yüz beş manat, iyirmi iki qəpik) manatın, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla cəmi 22 362,14 (iyirmi iki min üç yüz altmış iki manat, on dörd qəpik) manatın alınaraq İddiaçı QSC-yə ödənilməsi, ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Göyçay şəhəri, Nəsimi küçəsi, 1-ci döngədə yerləşən 0.0668 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 52 m2 yaşayış 80.5 m2 köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 35 000 (otuz beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 banka olan kredit borclarının ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda artıq qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmeti satıldıqdan bir ay sonra boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 250 (iki yüz əlli) manatın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq həmin MMC-nin hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ipoteka predmetinin ilkin satış qiyməti və kredit borcunun məbləği hissəsində dəyişdirilməsini, Cavabdeh2 aid hissədə isə ləğv olunmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, kredit borcunun məbləğinin düzgün hesablanmadığını, eləcə də Cavabdeh2 vəfat etmiş olduğunu nəzərə almadığı, ipoteka predmetinin real deyərindən ucuz qiymətləndirildiyi arqumentləri ilə əsaslandırmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək müvafiq ekspertizalar təyin olunmasını xahiş etmiş, vəsatət təmin olunaraq təkrar qiymətləndirmə və mühasibatlıq ekspertizaları keçirilmiş, lakin onlar, rəylər alındıqdan sonra təyin edilən iclasla bağlı ərizələr göndərərək prosesin təxirə salınmasını istəmişlər. İşin halları, apellyatorun və nümayəndəsinin əvvəlki iclasda iştirak edərək izahat vermiş olmaları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə apellyatorun, həmçinin digər cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi mühasibatlıq ekspertizasının rəyi ilə razılaşdıqlarını, lakin əmlaka qoyulan qiymətin real dəyərdən yüksək olduğunu, qətnamənin əmlakın qiyməti hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etdiyini, borcun məbləği ilə bağlı bağlı hissədə dəyişdirilib-dəyişdirilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh2 07 dekabr 2016-cı il tarixli 026R********** saylı kredit razılaşması üzrə 9493,47 (doqquz min dörd yüz doxsan üç manat, qırx yeddi qəpik) manat əsas, 2003,45 (iki min üç manat, qırx beş qəpik) manat faiz, 900 (doqquz yüz) manat cərimə borcu olmaqla cəmi 12 396,92 (on iki min üç yüz doxsan altı manat, doxsan iki qəpik) manatın, 18 avqust 2017-ci il tarixli, 026R********** saylı kredit razılaşması üzrə 7621,79 (yeddi min altı yüz iyirmi bir manat, yetmiş doqquz qəpik) manat əsas, 1583,43 (bir min beş yüz səksən üç manat, qırx üç qəpik) manat faiz, 700 (yeddi yüz) manat cərimə borcu olmaqla cəmi 9905,22 (doqquz min doqquz yüz beş manat, iyirmi iki qəpik) manatın, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla cəmi 22 362,14 (iyirmi iki min üç yüz altmış iki manat, on dörd qəpik) manatın alınaraq İddiaçı QSC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh2 banka olan kredit borclarının ödənilməsi, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulması, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 250 (iki yüz əlli) manatın Cavabdeh2 tutularaq həmin MMC-nin hesabına köçürülməsi” hissəsində ləğv olunmalı və iddia tələblərinin Cavabdeh2 qarşı yönəlmiş hissələrində mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından Cavabdeh2 01.09.2017-ci il tarixdə, yəni birinci instansiya məhkəməsində müvafiq icraat başlamamışdan əvvəl vəfat etdiyi aydın olur; vəfat etmiş şəxsin isə işdə tərəf olması, mülki hüquq və vəzifələr daşıması mümkün deyildir. Mülki Prosessual Məcəllənin 387.2.8-ci maddəsinə görə, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-66/2021 saylı iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi “Cavabdeh2 07 dekabr 2016-cı il tarixli 026R********** saylı kredit razılaşması üzrə 9493,47 (doqquz min dörd yüz doxsan üç manat, qırx yeddi qəpik) manat əsas, 2003,45 (iki min üç manat, qırx beş qəpik) manat faiz, 900 (doqquz yüz) manat cərimə borcu olmaqla cəmi 12 396,92 (on iki min üç yüz doxsan altı manat, doxsan iki qəpik) manatın, 18 avqust 2017-ci il tarixli, 026R********** saylı kredit razılaşması üzrə 7621,79 (yeddi min altı yüz iyirmi bir manat, yetmiş doqquz qəpik) manat əsas, 1583,43 (bir min beş yüz səksən üç manat, qırx üç qəpik) manat faiz, 700 (yeddi yüz) manat cərimə borcu olmaqla cəmi 9905,22 (doqquz min doqquz yüz beş manat, iyirmi iki qəpik) manatın, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla cəmi 22 362,14 (iyirmi iki min üç yüz altmış iki manat, on dörd qəpik) manatın alınaraq İddiaçı QSC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh2 banka olan kredit borclarının ödənilməsi, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulması, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 250 (iki yüz əlli) manatın Cavabdeh2 tutularaq həmin MMC-nin hesabına köçürülməsi” hissəsində ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia tələblərinin Cavabdeh2 qarşı yönəlmiş hissələrində mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6588/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6588/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver