Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6589/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3rşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli qətnamədən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün və onun vəkili (nümayəndəsi) Vəkil, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-ə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə cavabdeh PHŞ-in verdiyi xx.xx.2024-cü il tarixli, K- 96 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdeh PHŞ tərəfindən ona ödənilməsi və mediasiya xidmətinə görə çəkdiyi xərcin əvəzinin – 60 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonunun Yenidaşkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə daimi yaşayan, ali təhsilli, ixtisası yer quruluşçusu olan, 44 günlük Vətən Müharibəsinin iştirakçısı, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli, 2720 nömrəli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250S nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə ixtisası üzrə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı, xx.xx.2018-ci il tarixli K-93 nömrəli əmrlə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Mingəçevir Layihə Tədqiqat İdarəsinə 8-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli K-039 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. Bundan sonra iddiaçı cavabdeh PHŞ-in xx.xx.2022-ci il tarixli, K-063 nömrəli əmri ilə 7 saylı Bərdə Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestr şöbəsinə 9-cu dərəcə vəzifə maaşı ilə mühəndisinventarlaşdırıcı vəzifəsinə 1 ay müddətinə təyin edilmişdir. Lakin həmin vəzifədə 1 il 3 ay 5 gün saxlanılmaqla işləmiş və əmək haqqı almışdır. Bundan sonra cavabdeh PHŞ-in xx.xx.2023-cü il tarixli, K-137 nömrəli əmri ilə 7 saylı Bərdə Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinə 1 ay müddətinə 10-cu dərəcə vəzifə maaşı ilə kadastr üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. Lakin həmin vəzifədə 11 ay 23 gün saxlanılmaqla işləmiş və əmək haqqı almışdır. Cavabdehin PHŞ-in İdarə Heyətinin sədri Nigar Alimova tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, K-96 nömrəli əmrlə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmrdə, əmrin verilməsinə əsas kimi “İddiaçı əmək müqaviləsi” göstərilmişdir. Halbuki iddiaçı cavabdehin nə xx.xx.2022-ci il tarixli, K-063 nömrəli əmri ilə 7 saylı Bərdə Ərazi İdarəsinə 9-cu dərəcə vəzifə maaşı ilə mühəndis-inventarlaşdırıcı vəzifəsinə 1 ay müddətinə təyin edilərkən nə də cavabdehin xx.xx.2023-cü il tarixli K-137 nömrəli əmri ilə 7 saylı Bərdə Ərazi İdarəsinə 1 ay müddətinə 10-cu dərəcə vəzifə maaşı ilə kadastr üzrə mütəxəssis vəzifəsinə keçirilərkən onunla cavabdeh arasında hər hansı bir müddətli əmək müqaviləsi bağlanmamışdır. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdeh PHŞ-in iddiaya qarşı verdiyi etiraz onunla əsaslandırılmışdır ki, PHŞ-in xx.xx.2024-cü il tarixli, K-96 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilmişdir. İşçi olan iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanıldığdan əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşəgötürənin xx.xx.2024-cü il tarixli, K-063 nömrəli əmri ilə iddiaçı cavabdeh PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsinə mühəndis-inventarlaşdırıcı vəzifəsinə təyin olunmuş və aralarında xx.xx.2022-ci il tarixli, 1034 nömrəli “Əmək müqaviləsi” bağlanmışdır. İşəgötürənin xx.xx.2023-cü il tarixli, k-137 nömrəli əmri ilə iddiaçı mütəxəssis vəzifəsinə təyin edilmişdir və xx.xx.2022-ci il tarixli, 1034 nömrəli “Əmək müqaviləsinə” dəyişiklik edilməsi barədə xx.xx.2023-cü tarixli “Əlavə” imzalanmışdır. İddiaçi ilə xx.xx.2022-ci il tarixli, 1034 nömrəli “Əmək müqaviləsi” bağlandıqdan sonra vəzifənin dəyişilməsi və əmək haqqının artırılması barədə həmin müqaviləyə müxtəlif vaxtlarda “Əlavələr” imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 yaradılmışdır. xx.xx.2022-ci il tarixdə yeni işə götürən olan PHŞ-in İdarə Heyətinin sədri ilə iddiaçı arasında müqavilə bağlanmışdır. İşçi olan iddiaçı ilə yeni işə götürən olan cavabdeh PHŞ arasında yeni əmək münasibətləri yarandığından Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələbinin nəzərə alınması mümkün olmamış və iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə əmək müqaviləsini bağlayan zaman müqaviləni oxumuş, müddəti və müddəaları ilə tanış olmuş və onu imzalamaqla qəbul etmişdir. Nə müqavilə imzalanan zaman, nə də ki işlədiyi 2 ildən artıq olan müddət ərzində müqavilənin müddətindən və ya şərtlərindən hər hansı formada şikayət etməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. İş materiallarından müəyyən edilir ki, iddiaçı 2012-ci il tarixdən 2024-cü il tarixədək, yəni artıq 11 ildən çoxdur ki, həmin müəssisədə çalışmışdır. İşçinin uzun illər ərzində həmin müəssisənin tabeliyində olan qurumlarda müxtəlif vəzifələrdə işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. Eyni strukturda iş stajına (11 ildən çox) malik işçi ilə 1 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Məhkəmə bildirir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. Rayon Məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə məhkəmə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. İş materiallarından görünür ki, hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması işin mübahisəsiz halıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinin bağlanılması işdən görünmür. “Qarşılıqlı razılığa” gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
7. İddiaya etirazın əsaslarına uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi işçinin – iddiaçının qanunamüvafiq olaraq işdən azad edilməsini əsassız olaraq əmək hüquqlarının pozuntusu kimi qiymətləndirmişdir. İddiaçının özünün razılığı əsasında müddətli əmək müqaviləsi bağlanılmış və ləğv edilmişdir. Əmək müqaviləsinin müddəti tərəflərin razılaşması ilə müəyyən olunur. İşçini müqaviləni bağlayarkən onun müddəti barədə məlumatı olmuş və onun 1 ay sonra işdən azad olunma ehtimalını bilmiş və bununla razılaşmıdır. Rayon Məhkəməsi iddiaçı ilə 1 aylıq müqavilənin bağlanılmasının Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmadığını qeyd etsə də, bunların hansı prinsip olmasını açıqlamamışdır. Prinsipə zidd olan hüquq münasibəti və hüquq normasının əsassız hesab edilməli olduğu məhkəmə tərəfindən qeyd edilmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə cavabdeh tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin tələblərinin pozulduğunu qeyd etsə də, əslində iddiaçı ilə “Əmək müqaviləsi” Əmək Məcəlləsini 47-ci maddəsinin “f” bəndinin tələbləri nəzərə alınmaqla 1 ay müddətinə bağlanmış və bu zaman cavabdeh tərəfindən qanunun tələblərinə əməl olunmuşdur. Bundan əlavə Rayon Məhkəməsi qətnamənin qət etdi hissəsində qeyd etmişdir ki, iddiaçı, cavabdeh PHŞ-in Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin kadastr üzrə mütəxəssisi vəzifəsinə bərpa edilsin. Halbuki iddiaçı heç vaxt həmin Şöbədə işləməmiş, 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşı olmuşdur. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
8. Cavabdeh PHŞ-in nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
9. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
11. Belə ki, iddiaçının adına verilmiş 34743 nömrəli “Əmək kitabçasından” görünür ki, iddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-də xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə müxtəlif vəzifələrdə işləmişdir.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri “Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsinə işə qəbul haqqında xx.xx.2022-ci il tarixli, K063 nömrəli əmrindən görünür ki, həmin əmrə əsasən iddiaçının Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma qiymətləndirmə və ünvan reyestri şöbəsinə 9-cu dərəcə vəzifə maaşı ilə mühəndisinventarlaşdırıcı vəzifəsinə qəbul edilmişdir.
13. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1034 saylı “Əmək müqaviləsindən” görünür ki, iddiaçı 1 ay müddətinə Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma qiymətləndirmə və ünvan reyestri şöbəsinin mühəndis-inventarlaşdırıcı vəzifəsinə işə qəbul edilmişdir.
14. PHŞ ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış razılaşmadan görünür ki, həmin razılaşma ilə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” 4-cü hissəsinin 4.2-ci bəndinə dəyişikliklər edilmiş, onun əmək haqqısı 968 manatdan 1080 manata artırılmışdır.
15. PHŞ-in xx.xx.2023-cü il tarixli K-137 nömrəli əmrindən görünür ki, həmin əmrə əsasən iddiaçının xx.xx.2023-cü il tarixdən PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin 9-cu dərəcə vəzifə maaşı ilə mühəndis-inventarlaşdırıcısı vəzifəsindən 1 ay müddətinə Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinə 10-cu dərəcə vəzifə maaşı ilə kadastr üzrə mütəxəssis vəzifəsinə keçirilməsi əmr edilmişdir.
16. PHŞ ilə iddiaçı arasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə razılaşmalar bağlanmışdır.
17. PHŞ-in xx.xx.2024-cü il tarixli, K-96 nömrəli əmrindən görünür ki, həmin əmrlə iddiaçının 7 saylı Bərdə Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin kadastr üzrə mütəxəssisi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
18. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx000405 saylı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsinə” əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.
19. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, 2012-ci ildən etibarən 12 ilə yaxın müddət ərzində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 müxtəlif vəzifələrdə işləmişdir. Bu müddət ərzində iddiaçının işlədiyi təşkilatın adı dəyişdirilsə də, iddiaçı eyni yerdə çalışmış və eyni işləri görmüşdür. Həmçinin cavabdeh, iddiaçı ilə bağlanmış “Əmək müqavilələrinin” 1 aylıq müddətə bağlandığını bildirsə də, iddiaçı onunla hər ay müqavilə bağlanmadığını və müqavilələrin müddətli olmadığını bildirmişdir. Belə ki, işəgötürənin – cavabdeh PHŞ-in xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
20. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır (maddə 68.; hissə 2.; bənd “b”.). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (maddə 45.: hissə 1.). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir (maddə 45.; hissə 2.). Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz (maddə 45.; hissə 3.). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (maddə 45.; hissə 4.). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir (maddə 45.; hissə 5.). Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;https://e-qanun.az/framework/46943 əmək müqaviləsinə xitam verilən gün, ay və il;https://e-qanun.az/framework/46943 əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər (maddə 84.; hissə 1.). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (maddə 84.; hissə 2.). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada – təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər (maddə 84.; hissə 3.). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər (maddə 300.; hissə 1.).
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Məhkəmə qanunvericilik normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, iddiaçı 2012-ci ildən 2024-cü ilədək, yəni təxminın 13 ilə yaxın müddət ərzində eyni müəssisədə işləmişdir. İddiaçının uzun illər ərzində həmin müəssisənin tabeliyində olan qurumlarda müxtəlif vəzifələrdə işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir.
23. Digər tərəfdən eyni strukturda 13 ilə yaxın iş stajına malik işçi ilə 1 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz.
24. Məhkəmə bildirir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
25. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır.
26. Belə ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur.
27. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər.
28. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması işin mübahisəsiz halıdır.
29. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh PHŞ-in iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinin bağlanılması işdən görünmür.
30. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin qarşılıqlı razılığı onların hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. Lakin cavabdeh qanundan irəli gələn hüquqlarından sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır.
31. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi eyni əsaslar ilə eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır.
32. Bununla belə Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçının bərpa edildiyi iş yerini düzgün göstərməmişdir. Belə ki, qətnamənin nəticə hissəsində Rayon Məhkəməsi qət etmişdir: “İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5də Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin kadastr üzrə mütəxəssisi vəzifəsinə bərpa edilsin”. Halbuki iş materiallarından görünür ki, iddiaçı həmin Şöbədə heç vaxt işləməmiş, PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşı olmuşdur.
33. Rayon Məhkəməsinin qətnaməsinin nəticə hissəsində yanlışlığa yol verdiyini və bu yanlışlığın vaxtında aradan qaldırılmadığını nəzərə alan Məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilməli və iddiaçının cavabdeh PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsində daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin kadastr üzrə mütəxəssisi vəzifəsinə bərpa edilməlidir.
34. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin qətnaməsinin bu hissəsinə aid dəlili formal mülahizə xarakterli deyil, dəlil əsaslıdır. g) apellyasiya baxışının nəticəsi
35. Beləliklə də, göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli qətnamə iddiaçının işə bərpa edilməli olan vəzifənin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 7 saylı Bərdə Ərazi İdarəsində daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin kadastr üzrə mütəxəssisi vəzifəsinə bərpa edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 sentyabr 2024-cü il tarixli qətnamə qalan hissədə, yəni İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 verdiyi 23 may 2024-cü il tarixli, K-96 nömrəli əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 tərəfindən hesablanaraq İddiaçı ödənilməsi, mediasiya xidmətinə görə çəkilmiş xərcin əvəzinin – 60 (altmış) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 İddiaçı xeyrinə tutulması hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.