Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6590/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi" barədə ilkin və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma" barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-222/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən evin ümumi sahəsi 53,04 kv.metrdən ibarət olan və otaqların sayı iki otaqdan ibarət olan mənzilə köçürülməyinə və həmin mənzilin qonaq otağı olan hissəsinin onun istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, iddiaçı olaraq, hazırki iş üzrə cavabdeh olan Cavabdeh ilə 28 noyabr 1996-cı il tarixində Ucar rayonu, İcra hakimiyyəti Başçısının X18 nümayəndəliyində rəsmi qeydiyyatdan keçməklə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 27 sentyabr 1997-ci il tarixində anadan olmuş Nərminə, 10 avqust 2000-ci il tarixində anadan olan Sevda adlı qız övladları və 06 iyul 2009-cu il tarixində Yusif adlı oğul övladları dünyaya gəlmişdir. Məhkəmənin nəzərinə onuda bildirmək istəyir ki, Cavabdeh ona qarşı “nikahın pozulması, aliment və uşağın ananın yanında qalması” tələbinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsində iddia qaldırmışdır. Sözügedən 2(007)-817/2020-saylı mülki iş (nikahın pozulması, aliment və uşağın ananın yanında qalması tələbinə dair) hakim Fikrət Mirzəyevin icraatındadır və halhazırda mülki iş məhkəmə baxışı mərhələsində olmaqla hakim tərəfindən 3 ay vaxt verilmişdir. Həmçinin iddiada qeyd edilən ünvan 1 ünvanını nikah bağlanmamışdan qabaq özü şəxsi vəsaiti hesabına almış və sonra isə cavabdehlə ailə həyatı qurmuşdur. Sonra isə cavabdehlə rəsmi ailə həyatı qurduqdan sonra həyat yoldaşı ilə birlikdə ünvan 1 ünvanına köçmüşlər və orada övladları dünyaya gəlmişdir. O, ailə üzvüləri ilə birlikdə həmin mənzildə rəsmi pasport qeydiyyatındadır. Cavabdeh birgə nikahdan olan uşaqları ilə birlikdə orada yaşayır. Həmçinin məhkəmənin nəzərinə onuda bildirmək istəyir ki, qeyd edilən mənzilin Dövlət Mənzil Fondundan verilən orderinə əsasən ünvan 2 ünvanı 5mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşməklə, mənzilin ümumi sahəsi 53,04 kv metr yaşayış sahəsindən ibarət olmaqla iki otaqdan ibarətdir (mətbəx, qonaq otağı, yataq otağı, sanitar qovşağı, hamam və heyvandan ibarətdir). Qeyd edilən mənzilin bu günə kimi rəsmi çıxarışı yoxdur, yalnız dövlət mənzil fondu tərəfindən verilmiş orderdir. Həmçinin, qeyd edilən mübahisəli mənzildə o, 1996-cı ildən daimi rəsmi pasport qeydiyyatında olmaqla ailəsi ilə birlikdə yaşamışdır. Cavabdeh nikahın rəsmi qaydada pozulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə iddia verilənə qədər hazırki mülki iş üzrə onun şəxsi vəsaiti hesabına aldığı və rəsmi pasport qeydiyyatında olduğu ünvan 1 ünvanında yaşamağına etiraz edir, onu mənzilə buraxmır. Cavabdeh hər dəfə məzilə daxil olmaq istəyərkən ona maneçilik törətməklə (hədə-qorxu gəlir və özünə məxsus şəxsi sənədlərini belə vermir), həm övladları ilə görüşməyinə həmdə ki, mübahisəli mənzildə yaşamağına imkan vermir. Cavabdehin ona qarşı bu cür qanunsuz və əsassız addım atması onun rəsmi pasport qeydiyyatında olduğu və yaşadığı mənzildən istifadə hüquqdlarını kobud şəkildə pozur. Məhz bu səbəbdəndə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, onun ünvan 1 ünvanında yerləşən evin ümumi sahəsi 53,04 kv metrdən ibarət olmaqla, otaqların sayı iki otaqdan ibarət olan mənzilə köçürülməyinə və həmin mənzilin qonaq otağı olan hissəsinin onun istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ona qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair” iddiasının rədd edilməsi barədə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 3 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə nikahları qeydiyyatdan keçirməklə 28 noyabr 1996-cı il tarixdə ailə qurmuşlar. Cavabdehlə birgə nikahdan olan qızları Nərminə 27 sentyabr 1997-ci il tarixdə, ikinci qızları Sevda 10 avqust 2000-ci il tarixdə, oğulları Yusif isə 06 iyul 2009-cu il tarixdə dünyaya gəlmişlər. Cavabdeh İddiaçı ilə ailə qurduqdan sonra ailə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pisləşməyə başlamışdır. Onun içkiyə aludə olması, ailənin qayğılarına biganə yanaşması, onlara, ona və övladlarına fiziki və mənəvi təzyiqlər göstərməsi onun ailədən tədricən uzaqlaşmasına gətirib çıxarmışdır. Cavabdeh dəfələrlə evə içkili vəziyyətdə gələrək, səs-küy salaraq onu döymüşdür. Uşaqlar onu qorumağa çalışdıqda onlara da fiziki güc göstərməkdən çəkinməmişdir. Ailə kimi birgə yaşayamaqları qeyri-mümkün olduğundan o, İddiaçı qarşı aralarındakı nikahın pozulması tələbinə dair Bakı şəhəri Nizami rayon məhkəməsində iddia qalıdırmışdır. Nizami rayon məhkəməsinin 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə aralarındakı nikah pozulmuşdur. Cavabdeh İddiaçı Nizami rayon məhkəməsində ona qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair” iddia qaldırmışdır. İddiaçı bu iddiası tamamilə qanunsuz və əsassızdır. İddia ərizəsində göstərilən bir sıra hallar həqiqəti əks etdirmir. ünvan 1 ünvanındakı mənzil atası tərəfindən ona cavabdeh İddiaçı ilə nikaha daxil olmamışdan xeyli əvvəl alınmış və həmin vaxtdan onun mülkiyyətindədir. Cavabdehlə nikaha daxil olduqdan sonra 1997-ci il tarixdə onun mükiyyətində olan ünvan 4 ünvanındakı mənzilə onun razılığımla qeydiyyata götürülmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-222/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddia tələbi rədd edilmiş, ilkin iddia tələbi isə təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün halları aydınlaşdırmadığını, bununla da işin halları barədə səhv nəticəyə gəldiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6590/2021 saylı, 07 iyul 2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 10.03.2021-ci il tarixli qətnaməsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "qeydiyyatdan çıxarılma" tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş və həmin hissədə mülki iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikahyətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı isə apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. (cavabdehin “qeydiyyatdan çıxarılması” tələbi üzrə icraata xitam verildiyi nəzərə alınmaqla). Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdi ki, o, tərəfləri tanıyır, o, ilkin iddia üzrə iddiaçının qardaşıdır və 2000-ci ildən bu yana onlar ilə münasibəti pisdir. 1995-ci il tarixdə Xanların pulu ilə mübahisəli mənzili almışdır. Həmin vaxt Xanlar Rusiya Federasiyasında imiş. Evi satan rusmuş, gedib görüşərək beh vermişdir. X8 gəlmiş və gedib evə baxmış və almışlar. Qeyd etmək istəyir ki, Xanların qeydiyyatı rayona olduğu üçün mənzili Xalidənin adına almışlar. Mübahisəli mənzili təxmini 5700 manata almışlar. Notarius Q.Qarayev tərflərdə imiş. Həsənoğlundakı mənzili 1996-cı ilin əvvəllərində almışdır. İş yoldaşım kirayə mənzil axtarırmış. O, həmin şəxlə razılaşmışdır ki, onu Xanların evinə yerləşdirsin, orada yaşasın və əvəzində o, mənzildən çıxanda onu qismən təmir etdirib onlara geri qaytarsın. Xanlar və Xalidənin toyu ərəfəsində mənzili iş yoldaşım təmir etdirirmiş. Həsənoğludakı mənzil təmirsiz imiş. Mübahisəli mənzili alarkən onun qeydiyyatı Nərimanov rayonunda imiş. Xalidəgillə onların münasibətləri çox yaxşı olmuş, hətta o, ailə quranda bir müddət Xalidəgildə qalmışdır. 1995-ci ildə Xanlar və Xalidənin nişanın etmişlər, 1996-cı ilin yanvarında isə mübahisəli mənzilə Xalidənin iştirakı ilə çıxarış almışlar. Həsənoğlunda yerləşən mənzili öz puluna almışdır. Mübahisəli mənzili alandan sonra Xanların onda 1500 pulu qalmışdır və Xanlar ona bildirmişdir ki, həmin pula gedib özünə maşın alsın. Lakin o, həmin pulu saxlamış və üzərində düzəlmiş Həsənoğlundakı mənzili almışdır. Sonradan Xanların 1500 pulun da qaytarmışdır. Həsənoğludakı mənzilə köçmək məsələsi olmamışdır, çünki həmin mənzil təmirsiz olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərmişdi ki, o, ilkin iddia üzrə iddiaçının qardaşıdır. Mübahisəli mənzili 1995-ci ilin noyabrında qardaşım almışdır. Böyük qardaşı ilə gedib evi satan ilə görüşmüşlər, evə baxmışlar və demişlər ki, evə gələn həftə beh verəcəklər. 500 ABŞ dolları beh vermişlər və razılaşmışlar. Xanlar həmin vaxt Rusiya Federasiyasında imiş və o gələndə gedib evə baxmışlar, bəyənmişlər. Xanlar rayon qeydiyyatında olduğundan mənzili Xalidənin adına almışlar. Həmin ərəfədə Xalidə ilə Xanları evləndirmək istəyirmişlər. 1995-ci ildə Xalidə ilə evlənmək məsələsini Xanlara demişlər və o da Azərbaycana gələndə gedib Xalidəni görmüş və razılaşmışdır. Xalidənin hərisi noyabrın 10-u olmuş, noyabrın 16-da isə nişan etmişlər. Sonra isə mənzilin sənədləşdirmə işini aparmışlar. Neftçilərdə yerləşən notariusda müqavilə bağlamışlar. Mübahisəli mənzilin çıxarışını qardaşı Xalidə ilə gedib almışdır. 1 il sonra, yəni 1996-cı ilin noyabrında Xalidə ilə Xanların toyu olmuşdur. Toydan sonra Xanlar mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Mübahisəli mənzili 5700 manata almışlar. Başqa ev almamışlar. Həsənoğludakı mənzil onun olmuş və həmin ev qardaşı Cavanşirin vəsaiti hesabına 1996- cı il tarixdə alınmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdi ki, o, qarşılıqlı iddia üzrə iddiaçının anasıdır. 1995-ci ildə evi o və həyat yoldaşı almışlar. Tərəflər 1996-cı il tarixdə ailə həyatı qurmuşlar. Toy olduqdan sonra qızı Xanların qardaşı gilə köçmüş və orada 2 aydan artıq müddət ərzində birlikdə yaşamışlar. 997-ci ildən onların aldığı evdə qalmağa başlamışlar və hələ də orada yaşayırlar. Nikahları iyul ayında pozulmuş və barışmaqları mümkün deyil. Xanlar hər gün içirmiş. Xanların halhazırda harada yaşadığını bilmir. Xanların qardaşı evi ona almışdır. 1 otaqlı mənzili isə kirayə verirmiş. 2 otaqlı mənzildə kirayə qalan yoxmuş. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil X1 adına xüsusi mülkiyyət hüququ üzrə 32 №-li reyestr kitabının 3454 nömrəli vərəqində 23984 №-si ilə 28.12.1995-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 10 saylı MKİS-in 19.06.2020-ci il tarixli 250 saylı arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yaşayır. Mənzilin sahibi Cavabdehdır. Mənzildə qeydiyyatda olan digər şəxslər İddiaçı, X2, X7 və 2009-cu il təvəllüdlü X5r. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-817/2020 saylı 30.07.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Ucar Rayonu İHB-nın X18 Nümayəndəliyində 28 noyabr 1996-cı il tarixdə bağlanmış və 16 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 06 iyul 2009-cu il təvəllüdlü X3 anası Cavabdeh himayəsinə verilməsi, İddiaçı 06 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında nikah 28 noyabr 1996-cı il tarixdə bağlanmışdır. Tərəflər ailə həyatı qurduqdan sonra hazırda mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışlar və tərəflərin birgə nikahından üç övladları həmin mənzildə anadan olmuşdur. Qeyd edilən mənzil Cavabdeh mülkiyyətindədir və İddiaçı və tərəflərin birgə nikahından doğulmuş övladlar həmin mənzildə qeydiyyatdadırlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-817/2020 saylı 30.07.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Hazırda ilkin iddia üzrə İddiaçı ünvan 1 ünvanında yerləşən evin ümumi sahəsi 53,04 kv.metrdən ibarət olan və otaqların sayı iki otaqdan ibarət olan mənzilə köçürülməyi və həmin mənzilin qonaq otağı olan hissəsinin onun istifadəsinə verilməsini xahiş edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ünvan 3 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. İstinad olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Kollegiya qeyd edir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 7 ünvanında yerləşən 16 saylı mənzilə istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir; tərəflərin mübahisə etdikləri hal, onun həmin mənzilə istifadə hüququnun qalıbqalmaması ilə bağlıdır; qarşılıqlı iddia üzrə iddiaçı, keçmiş həyat yoldaşının spirtli içki aludəçisi olmasını, onlara fiziki təzyiq göstərdiyini irəli sürərk qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir, iddiaçı isə 2020-ci ilin iyul ayına qədər mənzildə yaşadığını, bu tarixdən sonra Cavabdeh onu mənzilə buraxmadığını və mənzildə hazırda da əşyalarının olduğunu irəli sürmüşlər. Kollegiya, Bakı şəhərində işlədiyi və bu şəhərdə başqa yaşayış sahəsi olmadığı müəyyən edilən İddiaçı 25 ildən artıq müddətdir yaşadığı, qeydiyyatda olduğu, cari saxlanılmasında iştirak etdiyi mənzildən könüllü və birdəfəlik çıxıb getməsinin ağlabatan olmadığını da nəzərə almaqla onun arqumentini inandırıcı hesab edir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir; hazırki işdə isə belə sənədlər mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, işdəki sübutların məcmusu iddiaçının mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi qənaətinə gəlməyə əsas verməməklə, mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olmadığını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni İddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda keçmiş həyat yoldaşı onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Kollegiya hesab edir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüquqları olduğundan o, bu hüququn ona tanıdığı imkandan istifadə edərək həmin evə köçürülməsini tələb, məhkəmə də haqlı olaraq bu tələbi təmin etmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddianı isə təmin rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-222/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə (cavabdehin “qeydiyyatdan çıxarılması” tələbi üzrə icraata xitam verildiyi nəzərə alınmaqla) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6590/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6590/2021
07.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver