Məhkəmə qərarları › İş №2(103)-6595/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6595/2025

19.03.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6595/2025 19.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Əzizağa oğlunun cavabdehlər cavabdeh1, cavabdeh4, X5, Əliyeva Şəhla Ismayıl qızına, “xxxx” MMC-yə; iddiaçı Əliyeva Şəhla Ismayıl qızının cavabdehlər İddiaçı Əzizağa oğluna və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi; subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Əzizağa oğlu və onun nümayəndəsi-vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Şəhla Ismayıl qızının nümayəndəsi-vəkili vəkil2 Adil oğlunun iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Əzizağa oğlunun ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Şəhla Ismayıl qızına, ilkin iddia üzrə cavabdehlər cavabdeh1, cavabdeh4, X5 və “xxxx” MMC-yə qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Şəhla Ismayıl qızının ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Əzizağa oğluna və qarşılıqlı iddia üzrə cavabdeh cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı # ####### 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Şəhla Ismayıl qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. cavabdeh1 ilə Əliyeva Şəhla Ismayıl qızı arasında ##.##.2018-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, icraçı ünvan 2 ünvanında yerləşən 11 mərtəbəli mansardlı evin 6-cı mərtəbə, ümumi sahəsi 200 kv.m olan ** nömrəli mənzil, izolə olunmuş 4 otaqdan ibarət bir pay kimi “payçı”ya verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçün 800 manat təşkil edir, sahəsi 200 kv.m olan mənzil üçün cəmi 160.000 manat ödənilməlidir. Müqavilə hər iki şəxs tərəfindən imzalanmışdır.

2. ##.##.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Əliyeva Şəhla Ismayıl qızı tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış binasının 6-cı mərtəbə, ümumi sahəsi 200 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət ** nömrəli mənzilin pay dəyəri olan 160.000 manat ödənilmişdir, borc qalmamışdır.

3. ##.##.2021-ci il tarixdə cavabdeh1 ilə X3 arasında bağlanmış müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri,Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 10 mərtəbəli mansardlı evin 7-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.m olan, ** nömrəli mənzil, izolə edilmiş 4 otaqdan ibarət bir pay kimi “Payçı”ya verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçün 900 manat təşkil edir, sahəsi 200 kv.m olan mənzil üçün cəmi 180.000 manat ödənilməlidir. Müqavilə hər iki şəxs tərəfindən imzalanmışdır.

4. ##.##.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X3 tərəfindən Bakı şəhəri,Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən binanın blok 1, mərtəbə 7, ümumi sahəsi 200 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət ** nömrəli mənzilin pay dəyəri olan 180.000 manat ödənilmişdir, borc qalmamışdır.

5. ##.##.2023-cü il tarixdə cavabdeh1 ilə İddiaçı Əzizağa oğlu arasında bağlanmış müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri,Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 10 mərtəbəli mansardlı evin 7-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.m olan, ** nömrəli mənzil, izolə edilmiş 4 otaqdan ibarət bir pay kimi “Payçı”ya verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçün 1.100 manat təşkil edir, sahəsi 200 kv.m olan mənzil üçün cəmi 220.000 manat ödənilməlidir, Müqavilə hər iki şəxs tərəfindən imzalanmışdır.

6. ##.##.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Əzizağa oğlu tərəfindən Bakı şəhəri,Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən binanın blok 1, mərtəbə 7, ümumi sahəsi 200 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət ** nömrəli mənzilin pay dəyəri olan 220.000 manat ödənilmişdir, borc qalmamışdır.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */***- */*** saylı, 05 .06.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 169-170-ci vərəqələrindəki cavabdeh1 ilə Əliyeva Şəhla Ismayıl qızı arasında bağlanmış ## ###### 2018-ci il tarixli müqavilənin birinci vərəqin 1.1 bəndindəki “36” əlyazma rəqəmlərində hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə,üstdən düzəlişlər) müəyyən edilməmişdir.

8. Azərbaycan Respublikası “xxxx” MMC-nin *** saylı, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 4 ünvanda, 11 mərtəbəli manardlı evin 6-cı mərtəbəsində, ümumi sahəsi 200 kv. Metr olan ** saylı mənzilin Əliyeva Şəhla Ismayıl qızına verilməsinə dair ##.##.2018-ci il tarixli müqavilənin (iş vərəqi 169) 1.1-ci bəndindəki mənzilin nömrəsini göstərən “36” əlyazma rəqəmlərində sonradan əlavə müdaxilə, mexaniki və ya kimyəvi təhrifetmə izləri aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. Ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Əzizağa oğlu ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Şəhla Ismayıl qızına, ilkin iddia üzrə cavabdehlər cavabdeh1, cavabdeh4, X5 və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddianın dəqiqləşdirilməsinə dair ərizələr təqdim edərək, ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli, mansardlı evin 7-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.m olan ** nömrəli mənzilin, izolə olunmuş 4 otaqdan ibarət mənzilə qanunsuz daxil olmuş X5 və Əliyeva Şəhla Ismayıl qızının həmin mənzildən çıxarılması, qanuni əsaslarla alınmış mənzilin ona qaytarılması; əgər həmin mənzilin hər-hansı bir səbəbdən ona qaytarılması mümkün olmazsa mənzil üçün ödədiyi 220.000 pulun və onun Milli Bankın illik uçot dərəcəsinə əsasən 15.950 manat ziyanın cavabdeh cavabdeh1 alınıb ona verilməsi; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi **A saylı binanın yanındakı ərazidə yerləşən 7 mərtəbəli mansardlı evin 1-ci mərtəbəsində 50 kv.m qeyri-yaşayış sahəsini 1 kv.m 2.500 manat olmaqla 125.000 manat pulun və onun Milli Bankın illik uçot dərəcəsinə əsasən 9.625 manat ziyanın cavabdehlər “xxxx” MMC, cavabdeh4 və cavabdeh1 alınıb ona qaytarılması və 510 ödədiyi dövlət rüsumunun və sonradan ödədiyi 890 manat cəmi 1.400 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbirləri üçün ödədiyi 100 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Ilkin iddia onunla əsaslandırılmışdır ki, o, ## ###### 2023-cü ildə Baki şəhəri, ünvan 6 ünvanında yerləşən 10 mərtəbəli, mansardlı evin 7–ci mərtəbəsində, ümumi sahəsi 200 kv. metr olan, ** nömrəli mənzilin, izolə olunmuş 4 otaqdan ibarət mənzili, müqavilə əsasında, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi bina 8, mənzil 117–də yaşayan X7 almışdır. Həmin ev, X7 oğlu X3 adına olmuşdur. Ülvi Zeynalov həmin evi # #### 2021-ci ildə pulunu tam ödəyib almışdır. O, X7, yəni Zeynalov Ülvinin atası ilə razılaşmış, ona 220.000 manat pul ödəyib almışdır. Satın aldığı evi ## ###### 2023-cü ildə sözügedən çoxmərtəbəli yaşayış binasının icraçı direktoru cavabdeh1 yaxınlaşıb ona bildirmişdir ki, X3 məxsus olan Baki şəhəri, ünvan 6 ünvanında yerləşən 10 mərtəbəli, mansardlı evin 7–ci mərtəbəsində, ümumi sahəsi 200 kv. metr olan, ** nömrəli mənzilin, izolə olunmuş 4 otaqdan ibarət mənzilin pulunu tam ödənildiyi üçün həmin evi ona satmış və xahiş edir ki, həmin evi onun adına sənədləşdirsin. Çoxmərtəbəli binanın icraçı direktoru cavabdeh1 sənədləri nəzərdən keçirərək, heç bir qanunsuzluğun olmadığını müəyyən etdikdən sonra cavabdeh1 bildirmişdir ki, X3 adına # #### 2021–ci il tarixdə mənzilin alqı–satqısına dair müqavilə vardır və o, həmin mənzilin pulunu tam ödəmişdir. Bundan sonra cavabdeh1 onunla ## ###### 2023-cü il tarixdə yeni alqı–satqı müqaviləsi bağlamış və evin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı vermişdir. Həmin ev ona təhvil verilmiş, o həmin evin qapısının kilidini dəyişmiş və evin artıq ona məxsus olmasına tam əmin olmuşdur. Bütün bu müddət ərzində o, aldığı evə getmiş və evin təmiri üçün lazım olan materialları müəyyən etmişdir. # ###### 2024-cü ildə yenə evə getmiş yenə heç bir şey olmadığını müəyyən etmişdir. ## ###### 2024-cü ildə evə gedərkən görmüşdür ki, ona məxsus evin qapısı sökülmüş və bir kənara atılmışdır, evə yeni qapı qoyulmuşdur. Həmin günü qapının kim tərəfindən söküldüyünü müəyyən etmək istəsə də bunu müəyyən edə bilməmiş, icraçı direktoru axtarmış, lakin tapa bilməmişdir. 11 notyabr 2024–cü ildə evə gələrkən görmüşdür ki, evdə ustalar təmir işləri görürlər, həmin günü müəyyən etmişdir ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayon sakini X8 həmin evə qanunsuz daxil olmuşdur. X5 evi tikən cavabdeh4 və icraçı direktor cavabdeh1 həmyerliləridir. Buna görə də onlar ona şərait yaratmışlar ki, o, onun evinə belə rahat daxil olsun. Iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə həmçinin qeyd edilmişdir ki, “xxxx” MMC öz müqavilə öhdəliklərini yerinə yetirmir və onun aldığı qeyri-yaşayış sahəsini təhvil vermir, ona görə də o, müqaviləni pozaraq ödədiyi pulu geri tələb edir. O, həmçinin daha sonra Əliyeva Şəhla Ismayıl qızının cavabdeh kimi cəlb edilməsini və mübahisəli mənzildən çıxarılmasını xahiş etmişdir.

11. Ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Şəhla Ismayıl qızının ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Əzizağa oğluna və qarşılıqlı iddia üzrə cavabdeh cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Əzizağa oğlu ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2018-ci il tarixli çoxmənzilli yaşayış binasının alqı-satqı müqaviləsinə əsasən icraçı qismində “xxxx” MMC-nin direktoru cavabdeh1, payçı qismində ünvan 5 ünvanında yerləşən 11 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 200 kv metr olan, ** saylı 4 otaqdan ibarət olan mənzili ona verməyi, payçı qismində isə mənzilin dəyərini tam şəkildə ödəməyə dair üzərinə götürdüyü öhdəliyi icra etmiş və mənzilin dəyəri həmin tarixdə 160.000 manat olmuş və onun tərəfindən həmin məbləğ ödənilmişdir, bununla bağlı həmin tarixə maliyyə arayışı ona verilmişdir. Mənzil faktiki olaraq sahiblik və istifadəsindədir, giriş qapısı qoyulmuş, içərisində isə 30.000 manata yaxın təmir işləri görmüşdür, ona məxsus mənzilin heç bir hüquqi əsası olmayan etibarsız müqavilə əsasında ##.##.2021-ci il tarixində X3, daha sonra İddiaçı Əzizağa oğluna satılması barədə tərtib edilmiş müqavilələr etibarsız hesab edilməli, İddiaçı Əzizağa oğlu ünvan 1 ünvanında yerləşən 11 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 200 kv metr olan, ** saylı 4 otaqdan ibarət olan mənzilin alınmasına dair cavabdeh1 hər hansı bir məbləğdə pul ödəməmişdir, həmçinin # #### 2021-ci il tarixli müqavilə əsasında da X3 tərəfindən mənzilin alınmasına dair cavabdeh1 və ya “xxxx” MMC-yə pul ödənilməmiş hər iki müqavilə başqa bir əqdi pərdələmək məqsədilə bağlanmışdır, Ülvi Zeynalovun atası Seyfəddin Zeynalov iddiaçı İddiaçı Əzizağa oğlundan borca külli miqdarda pul götürmüş, “xxxx” MMC-nin rəhbərliyi ilə arasında olan etibardan sui-istifadə edərək ondan İddiaçı Əzizağa oğlunun adına mübahisə edilən mənzilin satılması və İddiaçı tərəfindən pulun ödənilməsinə dair maliyyə arayışı yazılmasını xahiş etmiş, İddiaçı borc kimi aldığı pulu “xxxx” MMC-yə ödəməyi vəd etsə də müqavilə tərtib edildikdən sonra Seyfəddin Zeynalov mənzilin pulunu ödəməmiş, vədinə əməl etməmişdir, bunları sonradan bilmişdir, cavabdeh1 və digərlərinin ona məxsus olan mənzili kiməsə satmağa ixtiyarı yoxdur və onun razılığı olmadan, pərdələnmiş əqd olubolmamasından asılı olmayaraq etibarsızdır.

13. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 bildirmişdir ki, mübahisəli mənzil onun oğlu Ülvi Zeynalova məxsus olmuş, sonradan həmin mənzili dəyəri ödənilməklə İddiaçı satmışlar. İddiaçı Əzizağa oğlu ona mənzilə görə 220.000 manat ödəniş etmişdir. Mənzili satdığı üçün sənədləşmə işini Anarın adına həll etmişlər. Şəhla Əliyeva tərəfindən həmin evin ona məxsus olması ilə bağlı onlara heç vaxt müraciət olunmamışdır.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərardadı ilə ilkin iddia ərizəsinin “Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi **A saylı binanın yanındakı ərazidə yerləşən 7 mərtəbəli mansardlı evin 1-ci mərtəbəsində olan 50 kv/m qeyri-yaşayış sahəsinə” dair hissəsində baxılmamış saxlanılması, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Əzizağa oğluna qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qayadada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, X5 və Əliyeva Şəhla Ismayıl qızının Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 10 mərtəbəli mansardlı evin 7-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metr olan, ** nömrəli mənzildən çıxarılması və mənzilin X5 və Əliyeva Şəhla Ismayıl qızı tərəfindən İddiaçı Əzizağa oğluna qaytarılması; qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

16. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iş üzrə tərəflərin izahatları, şahid ifadəsi və yerli baxış zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan müqavilələrdə binanın mərtəbə sayı və mənzilin yerləşdiyi mərtəbə fərqli göstərilsə də, İddiaçı Əzizağa oğlu və Əliyeva Şəhla Ismayıl qızı ilə bağlanmış müqavilələrdə qeyd edilən mənzil faktiki olaraq üst-üstə düşür və eyni mənzildir.

17. cavabdeh1 ilə Əliyeva Şəhla Ismayıl qızı arasında bağlanmış müqaviləyə münasibətdə qeyd etmişdir ki, müqavilədə onun ## ###### 2018-ci il tarixində bağlanması qeyd edilmiş, lakin cavabdeh1 ## ###### 2018-ci il tarixində verilmiş şəxsiyyət vəsiqəsinin rekvizitləri göstərilmişdir. Qeyd edilən fakt müqavilənin sonradan geri tarixlə tərtib olunduğunu təsdiq edir. Bununla da məhkəmə belə nəticəyə gəlmişdir ki, müqavilənin hansı tarixdə tərtib edilərək imzalandığını müəyyən etmək mümkün olmadığından, onun bağlandığı tarix qeyri-müəyyən hesab edilməlidir. Imzalandığı tarix qeyri-müəyyən olan sadə yazılı formalı müqavilə əhəmiyyətsiz əqddir, çünki belə müqavilənin qüvvəyə minmə anı məlum deyil.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh X5 ilk öncə məhkəməyə qeyd edilən müqaviləni təqdim etmiş (məhkəməyə müqavilənin əvvəl surəti, sonra iş vərəqi 169-dakı əsli təqdim edilmişdir), müqavilədə mənzilin 11 mərtəbəli mansardlı evin 6-cı mərtəbəsində yerləşməsi qeyd edilmişdir. İddiaçı Əzizağa oğlu ilə bağlanmış müqavilədə mənzilin 10 mərtəbəli mansardlı evin 7-ci mərtəbəsində yerləşməsi qeyd olunduğundan, növbəti məhkəmə iclasında o, eyni məzmunlu və tarixli ikinci müqaviləni (iş vərəqi 126) məhkəməyə təqdim etmiş, “bir neçə gün əvvəl müqaviləni köhnə tarixlə yenidən tərtib etdirdiyini, əvvəlki müqavilədə texniki səhv olaraq “11 mərtəbəli mansardlı evin 6-cı mərtəbəsində” sözlərinin düzəldilərək, “10 mərtəbəli mansardlı evin 7- ci mərtəbəsində” sözləri ilə əvəz edildiyini” bildirmişdir. Qeyd edilənlər məhkəmədə belə daxili inam formalaşdırmışdır ki, cavabdehlər mübahisəli mənzilə dair çox daha sonradan geri tarixli müqavilələr tərtib etdirmək imkanına malik olmuşlar.

19. Bundan başqa mübahisəli mənzilə dair cavabdeh1 ilə Əliyeva Şəhla Ismayıl qızı arasında bağlanmış ilkin müqavilədə (iş vərəqi 169) mənzilin nömrəsini bildirən “36” rəqəmindəki “6” rəqəmi əvvəl “5” olaraq yazılmış, daha sonra düzəliş edilərək “6” kimi göstərilmişdir. Qeyd edilən faktla bağlı iş materiallarında olan hər iki ekspert rəyinin nəticə hissəsində “36” rəqəmində hər hansı düzəlişlər müəyyən edilmədiyi qeyd edilsə də, hər iki rəyin əsaslandırıcı hissəsində “6” rəqəminin böyüdülmüş təsvirinə baxdıqda aydın olur ki, rəqəm əvvəl “5” yazılmış, sonaradan “6”-a düzəliş edilmişdir. Belə olan halda, ekspert rəylərinin əsaslandırıcı və nəticə hissələri bir-birinə uyğun gəlmədiyi üçün məhkəmə həmin rəyləri iş üzrə mötəbər sübut kimi qəbul etməmişdir.

20. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli məznilə dair Əliyeva Şəhla Ismayıl qızı ilə bağlanmış müqavilə geri tarixlə bağlandığından, müqavilənin dəqiq bağlanma tarixi qeyri-müəyyən olduğundan, o cümlədən müqavilədə mənzilin nömrəsini göstərən rəqəm düzəliş edilərək sonradan dəyişdirildiyindən həmin müqavilə etibarlı əqd kimi qəbul edilə bilməz, odur ki, Əliyeva Şəhla Ismayıl qızının özü ilə bağlanmış müqavilə etibarlı əqd olmadığından, yəni Əliyeva Şəhla Ismayıl qızının mübahisəli mənzilə hər hansı hüququ olmadığından, onun cavabdeh1 ilə İddiaçı Əzizağa oğlu arasında bağlanmış müqavilənin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.

21. Məhkəmə həmçinin müəyyən etmişdir ki, mübahisəli mənzilə dair X3 ilə bağlanmış müqavilə və mənzilin dəyərinin onun tərəfindən tam ödənilməsinə dair maliyyə arayışı olmuş, İddiaçı Əzizağa oğlu ilə X3 mənzilin alqı-satqısına dair öz aralarında razılaşmış, razılaşdırılmış 220.000 min manat məbləğ İddiaçı tərəfindən ödənilmiş və bundan sonra mənzilə dair müqavilə cavabdeh1 tərəfindən İddiaçı Əzizağa oğunun adına dəyişdirilmiş, həmçinin, mənzilin dəyərinin tam ödənilməsi və borcun qalmaması barədə İddiaçı Əzizağa oğluna maliyyə arayışı verilmişdir. Qeyd edilən hallar məhkəmədə şahid qismində dindirilmiş X3 atası X7 tərəfindən təsdiq edilmişdir.

22. Bundan başqa, X3 üçüncü şəxs qismində mülki işə cəlb edilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, bununla belə, özünə məxsus mənzilin dəyəri ödənilməklə İddiaçı Əzizağa oğuna satılmasına, İddiaçı Əzizağa oğunun mənzilə köçürülmə ilə bağlı iddiasına heç bir etiraz təqdim etməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh4 mənzilə dair müqavilələrin qardaşı cavabdeh1 tərəfindən imzalanmasına və VÖEN-nin onun adına olmasına baxmayaraq, işlərin faktiki olaraq onun tərəfindən aparıldığını, Seyfəddin Zeynalovun şərikləri olduğunu, bu səbəbdən ona (oğluna) maliyyə arayışının verildiyi qeyd etmiş, eləcə də İddiaçı Əzizağa oğu ilə bağlanmış müqavilənin və İddiaçı adına mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayşının cavabdeh1 tərəfindən imzalanmasını təsdiq etmişdir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29.1, 29.2, 29.3 və 29.4-cü maddələrinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.2, 157.4, 157.8, 324.1, 337.1 və 337.3-cü maddələrinə; Mənzil Məcəlləsinin 112.1, 113.1, 113.2 və 113.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

24. Ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Şəhla Ismayıl qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin Əliyeva Şəhla Ismayıl qızına məxsus mənzilə aid hissədə rədd olunması və Əliyeva Şəhla Ismayıl qızının qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin cavabdeh1 ilə onun arasında bağlanmış müqavilənin bağlanma tarixi ilə cavabdeh1 şəxsiyyət vəsiqəsinin alınması tarixinin arasındakı tarix uyğunsuzluğu ilə bağlı gəldiyi nəticə ilə bağlı bildirir ki, qeyd olunan hal müqavilənin əhəmiyyətsiz əqd olmasına heç bir əsas vermir. Qeyd olunan xüsusatla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # #### 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur. Iş materiallarından da göründüyü kimi iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş müqavilədə mənzilin yerləşdiyi mərtəbə hər bir müqavilədə fərqli qeyd edilmiş, bundan əlavə Məhkəmə sorğusu əsasında MTK tərəfindən digər mənzillərə dair göndərilmiş müqavilələrdə ona məxsus mənzilin qonşuluğunda olan mənzillərin mərtəbəsi eynilik təşkil edərək 6-cı mərtəbədə yerləşir. Lakin İddiaçı iddia etdiyi mənzilin müqavilədə 7-ci mərtəbədə yerləşməsi qeyd olunsa da Məhkəmə yanlışlığa yol verərək, işin faktiki hallarının əksinə mübahisələndirilən mənzillərin fərqli mərtəbədə yerləşməsinə baxmayaraq düzgün nəticəyə gəlməyərək yalnız şəxsiyyət vəsiqəsinin tarixinə istinad etməklə müqaviləsini əhəmiyyətsiz hesab etmişdir. Müqvilədə cavabdeh1 verilmiş şəxsiyyət vəsiqəsinin tarixi ilə müqavilənin bağlanma tarixi arasındakı tarix fərqi MTK-nın müqavilələrin sənədləşdirilməsi ilə bağlı MTK tərəfindən edilmiş texniki səhvdir. Onun tərəfindən icra edilməmişdir, bu hal müqavilənin bağlanmaması və mənzilin dəyərinin ödənilməməsi kimi qiymətləndirilə bilməz. Məhkəməyə təqdim edilmiş, qonşu mənzillərin müqavilələrindən də görünür ki, bəzi müqavilələrdə MTK təmsilçisinin şəxsiyyət vəsiqəsinin rekvizitləri göstərilməmişdir. Bu gündə həmin mənzillərə dair bağlanmış müqavilələr hal-hazırda qüvvədədir və həmin şəxslər öz mənzillərində yaşayırlar. Belə olan halda Məhkəmənin mövqeyindən çıxış edilsə həmin müqavilələr də əhəmiyyətsiz əqd kimi qəbul edilməlidir. Təbii ki, bu mümkün deyildir. Məhkəmənin cavabdeh Bəxtiyar Cəlilovun Məhkəməyə eyni mənzilə dair fərqli müqavilə təqdim etməsi və Məhkəmənin bu haldan çıxış edərək Bəxtiyar Cəlilovun onun adına olan müqavilənin sonradan geri tarixli müqavilə tərtib etməsi imkanına malik olması kimi qiymətləndirməsi qanunsuz və əsassızdır. X4 istənilən tarixə istənilən formada müqavilə bağlamaq imkanına malik olmuşdursa yuxarıda qeyd olunan texniki səhvi, yəni müqavilənin bağlanma tarixi ilə MTK-nın nümayəndəsinin şəxsiyyət vəsiqəsinin verilmə tarixi arasında olan texniki yanlışlığı aradan qaldırar və Məhkəməyə onun ziyanına qətnamə çıxarması üçün əsas verməzdi. Bu hal onu göstərir ki, Bəxtiyar Cəlilov MTK-nın nümayəndəsi və təmsilçisi deyildir, onun müqavilə tərtib etmək, onu təsdiqləmək imkanına malik deyildir, əgər bu hal Məhkəmədə hər hansı bir sual yaratmışdırsa MTK-nın nümayəndəsi Məhkəmədə şahid qismində dindirilən zaman Məhkəmə özü üçün aydın olmayan xüsusatları sual verməklə müəyyən edə bilərdi. Məhkəmənin cavabdeh Bəxtiyar Cəlilovun hərəkətləri ilə bağlı digər onun ziyanına qətnamə çıxarması qanunvericiliyin tələblərinə ziddir, məhkəmənin mövqeyi tamamilə yanlışdır. Məhkəmənin “cavabdeh1 ilə Əliyeva Şəhla Ismayıl qızı arasında bağlanmış ilkin müqavilədə mənzilin nömrəsini bildirən “36” rəqəmindəki “6” rəqəmi əvvəl “5” olaraq yazılmış, daha sonra düzəliş edilərək “6” kimi göstərilmişdir” mövqeyinə münasibətdə bildirir ki, iş üzrə təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */***-*/*** saylı, 05 .06.2025-ci il tarixli ekspert rəyindən və Azərbaycan Respublikası “xxxx” MMC-nin *** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyindən açıq-aşkar görünür ki, müqaviləyə əlyazma üsulu ilə əlavə və düzəlişlər edilməmişdir. Lakin Məhkəmə hər iki ekspert rəyini heçə sayaraq müqviləyə əlyazma üsulu ilə düzəliş edilməsi qənaətinə gəlmişdir. Belə olan halda Məhkəmə iş üzrə ekspertiza təyin etməsinə nə zərurət var idi? Məhkəmə iş üzrə tədqiqat apararaq yekun nəticəyə gələn ekspertlərin rəyini təkzib edən heç bir sübut olmadığı halda öz şəxsi təşəbbüsü ilə ekspertiza təyin edib daha sonra isə həmin rəyləri deyil özü şəxsən müqaviləyə düzəliş edilməsi qənaətinə gəlməsi əsassız və qanunsuzdur. Məhkəmə onun qarşılıqlı iddia qaldırmağa subyektiv hüququ olmaması qənaətinə gəlməsi ilə bağlı bildirir ki, Məhkəmənin gəldiyi nəticə ilə işin faktiki halları açıq-aşkar uyğunsuzluq təşkil edir. Belə ki, Məhkəmə MTKnın nümayəndəsi və təsisçiləri barəsində xüsusi qərardad çıxararaq araşdırılması üçün Prokurorluq orqanına aidiyyəti üzrə göndərir və qərardadda qeyd edir ki, eyni mənzil bir neçə şəxsə satılmışdır. Məhkəmə mənzilin həm İddiaçı, həm də ona satılması faktını təsdiq etdiyi halda yekunda belə bir qənaətə gəlir ki, onun qarşılıqlı iddia qaldırmağa heç bir subyektiv hüququ olmamışdır. Bu hal da işin digər halları ilə ziddiyət təşkil etmişdir. Əlavə olaraq bildirir ki, İddiaçı özünün Xətai rayon Prokurorluğuna etmiş olduğu müraciətdə iş üzrə Məhkəməyə şahid kimi gətirdiyi X7 ondan 220 000 manat pulun alınıb mənzili isə verməməsini göstərmiş faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Seyfəddin Zeynalovun barəsində cinayət işi başlanılmış və o təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Anar Eyvazonun şikayətindən və cinayət işinin materiallarından göründüyü kimi İddiaçı mənzilin alınmasına dair hər hansı bir ödəniş etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarş etiraz daxil olmamışdır.

Apelyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Şəhla Ismayıl qızı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ilkin iddia tələbinin mənzilə aid hissədə rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunması xahiş edilir.

31. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərardadı ilə ilkin iddia ərizəsinin “Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi **A saylı binanın yanındakı ərazidə yerləşən 7 mərtəbəli mansardlı evin 1-ci mərtəbəsində olan 50 kv/m qeyri-yaşayış sahəsinə” dair hissəsində baxılmamış saxlanılması, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Əzizağa oğluna qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qayadada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.

32. Həmçinin nəzərə alınmalıdır ki, ilkin iddia qismən təmin edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin ilkin iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissələrində yoxlanılması təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

33.Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Şəhla Ismayıl qızının nümayəndəsi-vəkili vəkil2 Adil oğlu apellyasiya şikayıtini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 34.Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Əzizağa oğlu və onun nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdirlər. 35.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Konstitusiyasının

36.13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 37.43-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

38.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 39.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 40.144-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. 41.178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 42.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 43.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 44.178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 45.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 46.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 47.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 48.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 49.358.1 və 358.2-ci maddələrinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 50.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 51.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 52.425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 53.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 54.452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 55.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 56.560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 57.567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 58.570.1.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. 59.572.1-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 60.573-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. 61.575-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 62.576-cı maddəsinə əsasən, əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. 63.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

64. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 65.752.1 və 752.2-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 66.762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2014cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmuş və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. (Mülki Məcəllənin 418.1-ci maddəsi). Müqavilənin standart şərtləri müqavilənin tərkib hissəsinə çevrildikdə, hüquqi qüvvə alır. Bunun üçün müqavilənin standart şərtlərini təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə bu barədə yazılı qeyd aparmaqla bu şərtlərə istinad etdiyini bildirməlidir. Bu, standart şərtlərin irəli sürülməsini təklif edən tərəfin iradəsinin ifadəsi olduğunu göstərir və digər tərəfin həmin şərtlərlə tanış olmasına imkan yaradır. Standart şərtlərin ünvanlandığı digər tərəf həmin şərtlərlə tanış olaraq onları qəbul edib-etməmək haqqında qərara gəlməlidir. Xüsusilə qeyd edilməlidir ki, Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu baxımdan, Mülki Məcəllənin 419.2-ci maddəsinin mənasına görə “xxxx” MTK ilə M.Hüseynov arasında bağlanan müqavilə sonuncunun şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini müqaviləyə daxil edən MTK-nın ziyanına (əleyhinə) təfsir edildiyindən, həmin müqavilə onun imzalandığı tarixin qeyri-müəyyən olması səbəbindən etibarsız hesab edilə bilməz.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

68. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 69.77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissələrində ləğv edilməli, ilkin iddia göstərilən hissədə rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir

71. Ilk növbədə qeyd edilməlidir ki, hazırki mübahisənin predmeti ünvan 1 ünvanında inşa edilmiş 10 mərtəbəli mansardlı evin 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m olan ** nömrəli 4 otaqdan ibarət mənzildir. Həmin mənzil İddiaçı Əzizağa oğlu və Əliyeva Şəhla Ismayıl qızı ilə ayrı-ayrılıqda cavabdeh cavabdeh1 arasında bağlanmış müqavilələrin predmeti olmuşdur. Tərəflər arasında bağlanmış müqavilələrdə göstərilən əmlakın eyni mənzil olması, yəni müqavilə predmetlərinin üst-üstə düşməsi halı tərəflər arasında mübahisə doğurmur.

72. Belə ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Əzizağa oğlunun (bundan sonra - iddiaçı) öz tələblərinin əsası kimi istinad etdiyi hallardan görünür ki, o, mübahisəli ünvan 1 ünvanında inşa edilmiş 10 mərtəbəli mansardlı evin 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m olan ** nömrəli 4 otaqdan ibarət mənzili ## ###### 2023-cü il tarixində cavabdeh1 ilə bağladığı müqaviləyə əsasən 220.000 manata əldə etmişdir. Tərəfindən qeyd edilən məbləğin ödənilməsi cavabdeh1 möhürü ilə təsdiq edilmiş ## ###### 2023-cü il tarixli maliyyə arayışı ilə rəsmiləşdirilmişdir. Iddiaçının bildirdiyinə görə, o, mübahisəli mənzili X3 almış, sonuncu isə həmin mənzili cavabdeh1 ilə onun arasında # #### 2021-ci il tarixdə bağlanmış müqavilə əsasında əldə etmişdir. Müqavilə və maliyyə arayışı cavabdeh1 tərəfindən imzalanmışdır.

73. Iddiaçı həmçinin göstərmişdir ki, ## ###### 2024-cü il tarixdə mənzilə gəldikdə qapının söküldüyünü, mənzilə yeni qapı qoyulduğunu, ustalar tərəfindən təmir işlərinin aparıldığını və X8 mənzilə qanunsuz daxil olduğunu aşkar etmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh1 ilə Əliyeva Şəhla Ismayıl qızı arasında da mübahisəli mənzilin satılması barədə # ###### 2018-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilənin qiyməti 160.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilədə nəzərdə tutulan məbləğin alıcı tərəfindən müqavilə bağlanan gün tam həcmdə ödənilməsi cavabdeh1 imzası ilə təsdiq edilmişdir.

74. Qeyd olunan hallar üzrə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəli mənzilə dair Əliyeva Şəhla Ismayıl qızı ilə bağlanmış müqavilə geri tarixlə tərtib edildiyindən, müqavilənin dəqiq bağlanma tarixi qeyri-müəyyən olduğundan, habelə müqavilədə mənzilin nömrəsini göstərən rəqəmlər sonradan dəyişdirilildiyindən həmin müqavilə etibarlı əqd kimi qəbul edilə bilməz. Bu əsasla məhkəmə hesab etmişdir ki, Əliyeva Şəhla Ismayıl qızı ilə bağlanmış müqavilə etibarlı əqd olmadığından, onun mübahisəli mənzil üzərində hər hansı hüququ mövcud deyildir və nəticə etibarilə cavabdeh1 ilə İddiaçı Əzizağa oğlu arasında bağlanmış müqavilənin etibarsız hesab olunmasına dair qarşılıqlı iddia qaldırmaq subyektiv hüququ yaranmamışdır.

75. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

76. Işə birinci instansiya məhkəməsində baxılarkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */***-*/*** saylı, # #### 2025-ci il tarixli ekspert rəyi alınmışdır. Həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 169-170-ci vərəqələrindəki cavabdeh1 ilə Əliyeva Şəhla Ismayıl qızı arasında bağlanmış # ###### 2018ci il tarixli müqavilənin birinci vərəqinin 1.1-ci bəndində “36” əlyazma rəqəmlərində hər hansı düzəlişlərin (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər) edilməsi faktı müəyyən edilməmişdir.

77. “xxxx” MMC-nin *** saylı, ## ###### 2025-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında inşa edilmiş 10 mərtəbəli mansardlı evin 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m olan ** nömrəli 4 otaqlı mənzilin Əliyeva Şəhla Ismayıl qızına verilməsinə dair # ###### 2018-ci il tarixli müqavilənin (iş vərəqi 169) 1.1-ci bəndində mənzilin nömrəsini göstərən “36” əlyazma rəqəmlərində sonradan əlavə müdaxilə, mexaniki və ya kimyəvi təhrifetmə izləri aşkar edilməmişdir.

78. Belə ki, iş materiallarında mövcud olan ekspert və mütəxəssis rəyləri ilə təsdiq olunmuşdur ki, Əliyeva Şəhla Ismayıl qızının tərəf olduğu # ###### 2018-ci il tarixli müqavilədə əks olunmuş məlumatlarda, o cümlədən mənzilin nömrəsini göstərən “36” əlyazma rəqəmində sonradan hər hansı dəyişiklik, müdaxilə və ya saxtalaşdırma əlamətləri mövcud deyildir. Bu hal müqavilənin tərəflər arasında razılaşdırılmış şərtlərə uyğun şəkildə tərtib edildiyini və sənədin etibarlılığına şübhə yaradan halların olmadığını göstərir.

79. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən rəylər ilə razılaşmayaraq cavabdehin təqdim etdiyi müqavilə və digər sənədlərin saxta olduğu qənaətinə gəlmiş, sözügedən rəyləri mötəbər sübut kimi qiymətləndirməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza nəticələrinin nəzərə alınmaması prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla, işin hallarına tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinin pozulmasına səbəb olmuşdur.

80. Belə ki, qeyd edilən rəylərdə mübahisələndirilən müqavilədə hər hansı mexaniki və ya kimyəvi müdaxilə, sonradan dəyişiklik və ya saxtalaşdırma əlamətlərinin mövcud olmaması açıq şəkildə müəyyən edildiyi halda, birinci instansiya məhkəməsi həmin sübutlara hüquqi qiymət vermədən və onların nəticələrini əsaslandırılmış qaydada təkzib etmədən müqavilənin saxta olması qənaətinə gəlmişdir. Halbuki, prosessual qanunvericiliyin tələblərinə görə, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması müvafiq qaydada əsaslandırılmalı və bu hal məhkəmə aktında əks etdirilməlidir.

81. Bundan başqa birinci instansiya məhkəməsi ilkin iddianın əsaslı olub-olmamasını müəyyən edərkən, cavabdeh1 ilə Əliyeva Şəhla Ismayıl qızı arasında alqı-satqı müqaviləsinin # ###### 2018-ci il tarixdə bağlanmasını nəzərə almış, həmin müqavilədə cavabdeh1 * saylı Bakı “ASAN xidmət” tərəfindən ## ###### 2018-ci il tarixində verilmiş şəxsiyyət vəsiqəsinin seriya və nömrəsinin göstərilməsinə istinad edərək, müqavilənin şəxsiyyət vəsiqəsinin verilməsindən əvvəl tərtib edilməsinin qeyri-mümkün olduğu nəticəsinə gəlmişdir.

82. Bu əsasla məhkəmə müqavilənin əslində şəxsiyyət vəsiqəsinin verilməsindən sonra tərtib edildiyini qeyd etmiş, nəticə etibarilə müqavilənin bağlanma tarixinin qeyri-müəyyən olduğu qənaətinə gəlmiş və həmin müqaviləni Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş şərtlər pozulmaqla bağlanmış hesab edərək etibarsız hesab etmişdir.

83. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razılaşmayaraq qeyd edir ki, bu məsələ üzrə MTK-ların fəaliyyəti sahəsində formalaşmış və geniş tətbiq edilən praktika nəzərə alınmalıdır. Belə ki, MTK üzvlüyünə qəbul, pay haqqının ödənilməsini təsdiq edən maliyyə sənədlərinin və s. tərtib edilməsi zamanı sənədlərin cari tarixlə rəsmiləşdirilməsi hallarına tez-tez rast gəlinir və bu, mülki dövriyyədə (mövcud sahibliyini təsdiq etmək üçün) istisna hal kimi qiymətləndirilmir.

84. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Əliyeva Şəhla Ismayıl qızı ilə cavabdeh1 arasında # ###### 2018-ci il tarixdə bağlanmış müqavilənin sonuncunun ## ###### 2018-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin seriya və nömrəsinin müqavilədə göstərilməsi ilə bağlı uyğunsuzluq müqavilənin etibarsız sayılması üçün müstəqil və kifayət qədər əsas hesab edilə bilməz.

85. Bundan başqa, birinci instansiya məhkəməsi Bakı Şəhəri Xətai Rayon Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış ********* nömrəli cinayət işinə aid sənədlərin məzmununu nəzərə almamışdır.

86. Həmin sənədlərdən göründüyü kimi, ünvan 2 ünvanında “xxxx” mənzil-tikinti kooperativi tərəfindən inşa edilmiş yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m olan ** nömrəli mənzilin # ###### 2018-ci il tarixdə 160.000 manata Əliyeva Şəhla Ismayıl qızına satılması ilə bağlı kooperativin sədrinin imza və möhürü ilə təsdiqlənmiş maliyyə arayışı verildiyi halda həmin mənzilin qabaqcadan əlbir olan mənzil-tikinti kooperativinin vəzifəli şəxsi və qeyrisi tərəfindən Evyazov Anar Əzizağa oğluna satılacağına dair yalan vəd verilərək sonuncunun 220.000 manatının ## ###### 2023-cü il tarixdə dələduzluq yolu ilə ələ keçirilməsi, həmçinin mənzil-tikinti kooperativinin vəzifəli şəxsləri tərəfindən həmin mənzilin ## ###### 2023-cü il tarixdə Anar Evyazova satılmasına dair məzmununa bilərəkdən yalan məlumatlar daxil edilməklə imza və möhürlə təsdiq edilmiş maliyyə arayışının tərtib edilərək sonuncuya təqdim edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmaqla istintaq aparılır.

87. Iş üzrə X7 1# #### 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Eyni zamanda mənziltikinti kooperativinin faktiki rəhbəri cavabdeh4 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəzərdə tutulur, lakin sonuncunun ağır xəstəliyi ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığından ittiham elan edilməsi mümkün olmamışdır.

88. Bundan başqa, həmin sənədlərə əsasən iş üzrə vurulmuş maddi ziyanın 50.000 manat hissəsi təqsirləndirilən şəxslər tərəfindən ödənilməklə istintaq orqanının depozitinə yerləşdirildiyi müəyyən edilmişdir.

89. Cinayət işi üzrə aparılmış araşdırma zamanı MTK-nın faktiki rəhbəri, təqsirləndirilən şəxs cavabdeh4 verdiyi izahatdan da müəyyən edilir ki, 2021-ci ilin iyun–iyul aylarında Seyfəddin Zeynalov ona müraciət edərək 7-ci mərtəbədə yerləşən ** nömrəli mənzili almaq istədiyini bildirmiş, o isə cavabında həmin mənzilin artıq Bəxtiyar Cəlilova satıldığını qeyd etmişdir. Seyfəddin Zeynalov mənzilə görə Bəxtiyar Cəlilova 180.000 manat ödəməyə hazır olduğunu bildirmiş, bununla əlaqədar olaraq mənzilin sonuncu tərəfindən satılıb-satılmaması məsələsinin dəqiqləşdirilməsi üçün Bəxtiyar Cəlilovla danışıqlar aparılmışdır. Aparılmış danışıqlar zamanı Bəxtiyar Cəlilovun aldığı ** saylı mənzili Seyfəddin Zeynalovun özü üçün 180.000 manata əldə etmək istədiyi ona çatdırılmış, həmçinin həmin mənzilin Seyfəddin Zeynalova verilməsi xahiş edilmiş və əvəzində eyni sahəyə malik başqa mənzilin təqdim olunacağı bildirilmişdir.

90. Bəxtiyar Cəlilov göstərilən təkliflə razılaşaraq, 180.000 manat məbləğinin ona ödənildiyi halda müqavilədən imtina edəcəyini qeyd etmişdir. Onunla mövcud olan dostluq münasibətləri və qarşılıqlı etimad səbəbindən bu məsələlər üzrə əlavə narahatlıq yaranmamışdır. Daha sonra Bəxtiyar Cəlilovun razılığı barədə Seyfəddin Zeynalova məlumat verilmişdir. Seyfəddin Zeynalov isə öz növbəsində, oğlu Ülvi Zeynalovun adına maliyyə arayışı tərtib edilməsini xahiş etmiş, qısa müddət ərzində vəsait əldə edərək Bəxtiyar Cəlilova 180.000 manat ödəniləcəyini bildirmişdir. Onunla əvvəlki işgüzar münasibətlər və qarşılıqlı etimad nəzərə alınaraq bu vədlərə inanılmışdır. Bu əsasla, ** nömrəli mənzil üzrə X16 Zeynalovun adına # #### 2021-ci il tarixli maliyyə arayışı tərtib edilmiş, cavabdeh1 tərəfindən imzalandıqdan sonra möhürlə təsdiq edilərək Seyfəddin Zeynalova təqdim olunmuşdur. Həmin arayışın tərtib edilməsindən Bəxtiyar Cəlilovun məlumatı olmamışdır.

91. Seyfəddin Zeynalov maliyyə arayışını dərhal, ödəniş etmədən tələb etməsini mənzildə təmir işlərinə başlanılması, eləcə də su, qaz və elektrik xətlərinin çəkilməsi üçün həmin sənədin zəruri olması ilə əsaslandırmışdır. Bununla belə, o, mənzilə görə ödənişi həyata keçirmədən maliyyə arayışını əldə etdikdən sonra su, qaz və elektrik sayğaclarını oğlunun adına rəsmiləşdirmişdir. Aradan uzun müddət keçməsinə baxmayaraq, Seyfəddin Zeynalov tərəfindən mənzilə görə Bəxtiyar Cəlilova hər hansı ödəniş edilməmiş, müxtəlif bəhanələrlə müddət uzadılmışdır. Nəhayət, X9 Zeynalovun ödəniş etmək niyyətində olmadığını müəyyən etdikdən sonra müraciət edərək mənzildə təmirə başlamaq istədiyini və mənzilin Seyfəddin Zeynalova satılması niyyətindən imtina etdiyini bildirmişdir. Həmin vaxt X11 adına maliyyə arayışı verilməsi barədə məlumatı olmamışdır. Son olaraq, Bəxtiyar Cəlilova mənzilə sahib çıxması və təmir işlərinə başlamasını tövsiyə etmişdir.

92. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisəli mənzil üzrə Əliyeva Şəhla Ismayıl qızı ilə bağlanmış müqavilənin geri tarixlə bağlanması, bağlanma tarixinin qeyri-müəyyən olması, habelə mənzilin nömrəsini göstərən rəqəmin sonradan dəyişdirilməsi səbəbilə həmin müqavilənin etibarlı hesab edilməməsi barədə gəldiyi qənaət mötəbər sübutlara əsaslanmır və iş üzrə sübutların düzgün hüquqi qiymətləndirilməməsinin nəticəsidir.

93. Beləliklə, Əliyeva Şəhla Ismayıl qızı ilə cavabdeh1 arasında # ###### 2018-ci il tarixli müqavilənin bağlanması ilə öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin öhdəliklərin mahiyyəti də ondan ibarət olmuşdur ki, Əliyeva Şəhla Ismayıl qızı ünvan 1 ünvanında inşa edilmiş 10 mərtəbəli mansardlı evin 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m olan ** nömrəli 4 otaqlı mənzili əldə etmək üçün müqavilədə nəzərdə tutulmuş məbləğdə ödənişi həyata keçirməli, cavabdeh1 isə həmin mənzili razılaşdırılmış müddətdə ona təhvil verməlidir.

94. Hazırkı halda, mübahisə predmeti olan yaşayış sahəsinə dair tərəflər arasında bağlanmış müqavilələrin hüquqi nəticə doğurub-doğurmamasına hüquqi qiymət verilərkən müqavilələrin bağlanma tarixlərinin ardıcıllığı, mənzilin ilkin olaraq kimə təhvil verilməsi, öhdəliklərin faktiki icra vəziyyəti, habelə tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır. Yalnız qeyd edilən meyarların məcmu qiymətləndirilməsi əsasında mübahisəli məsələyə düzgün hüquqi qiymət verilə və tərəflərin hüquq və vəzifələri müəyyən edilə bilər.

95. Belə ki, Mülki Məcəllənin 452-ci maddəsinin məzmununa görə, fərdi-müəyyən əşyanın kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi öhdəliyi icra edilmədikdə, kreditor həmin əmlakın borcludan alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Lakin həmin əmlak üçüncü şəxsin sahibliyinə verilmişdirsə, bu hüquq aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəliyin hansı kreditorun xeyrinə daha əvvəl yarandığı müəyyən edilir, bu mümkün olmadıqda isə üstünlük daha əvvəl iddia irəli sürmüş şəxsə verilir.

96. Başqa sözlə, borclu eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşdürsə, üstünlük əşyaya faktiki sahib olan alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmiş, yəni üçüncü şəxs əşyaya yiyələnmiş və ona mülkiyyətçi kimi sahiblik etməyə başlamışdırsa, digər kreditorun (alıcıların) həmin əşyanı borcludan tələb etmək hüququ hüquqi baxımdan aradan qalxmış hesab edilir. Fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlanmış olsa belə, əgər həmin əşya digər müqavilə tərəflərindən heç birinə verilməmişdirsə, üstünlük müqavilələrin bağlanma tarixlərinin ardıcıllığı əsasında müəyyən edilir. Əks halda, əşya artıq başqasının sahibliyinə keçmişdirsə, onun kreditorlardan birinə verilməsi obyektiv olaraq mümkün deyildir.

97. Hazırkı mülki işin materiallarından görünür ki, cavabdeh cavabdeh1 ünvan 1 ünvanında inşa edilmiş 10 mərtəbəli mansardlı evin 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m olan ** nömrəli 4 otaqlı mənzilin müvafiq ödəniş müqabilində təhvil verilməsi öhdəliyi cavabdeh Əliyeva Şəhla Ismayıl qızının xeyrinə daha əvvəl yaranmışdır. Bundan əlavə, mübahisəli daşınmaz əmlakın faktiki sahibliyi də daha əvvəl Əliyeva Şəhla Ismayıl qızına verilmişdir.

98. Məhkəmə kollegiyası vurğulayır ki, əşyaya sahib olma dedikdə yalnız hüquqi sənədləşmə deyil, həmçinin faktiki hərəkətlərlə həyata keçirilən yiyələnmə başa düşülür. Sahibliyin (yiyələnmənin) mahiyyəti ondan ibarətdir ki, şəxs əşyanı özünün nəzarətində saxlayır, ona təsir göstərir, üçüncü şəxslərin müdaxiləsindən qoruyur və faktiki olaraq onu idarə edir.

99. Bu baxımdan, mübahisəli mənzilin açarının cavabdeh Əliyeva Şəhla Ismayıl qızında olması, onun tərəfindən mənzildə təmir işlərinə başlanılması və digər faktiki hallar həmin şəxsin mənzilə faktiki yiyələndiyini təsdiq edir. Eyni zamanda, cavabdehin vaxtilə həmin əmlak üzərində yaranmış hüquqlara dair sərəncam vermək imkanına malik olması və bu imkanın həyata keçirilməsi də onun həmin mənzil üzərində real nəzarətinin mövcudluğunu göstərir (§§ 88-90).

100. Bu şəraitdə, iddiaçının mübahisəli mənzilə dair kommunal xidmət göstərən təşkilatlarla müqavilə bağlaması həmin əmlak üzərində sahibliyin ona keçdiyini təsdiq edən həlledici sübut kimi qiymətləndirilə bilməz.

101. Beləliklə, iş materialları ilə sübuta yetirilir ki, cavabdeh Əliyeva Şəhla Ismayıl qızının tərəf olduğu müqavilənin bağlanması anı, həmin müqavilə üzrə öhdəliklərin icrası ödənişin tam şəkildə həyata keçirilməsi, mübahisəli daşınmaz əmlakın faktiki olaraq təhvil alınması, eləcə də sonrakı davranışları (mənzildə təmir işlərinin aparılması və s.) onun həmin əmlak üzərində hüquqlarının formalaşdığını təsdiq edir. Müəyyən edilmiş bu hallar iddiaçının mübahisə predmeti olan yaşayış sahəsini tələb etmək hüququnun aradan qalxdığını göstərir.

102. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin (yeni redaksiyada) tələblərinə uyğun olaraq, podrat müqaviləsi əsasında cavabdeh Əliyeva Şəhla Ismayıl qızının vəsaiti hesabına çoxmənzilli yaşayış binasında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış daşınmaz əmlaka münasibətdə onun üçün müəyyən əmlak hüquqları və gözləntilər yaradır. Bu hüquqlara, o cümlədən gələcəkdə həmin əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı tələblər də daxildir.

103. Bu baxımdan, eyni əşya üzrə sonradan iddiaçı ilə bağlanmış müqavilə hüquqi nəticə doğurmur və onun əsasında iddiaçının mübahisəli yaşayış sahəsinə dair tələbləri təmin edilə bilməz. Bu şəraitdə, eyni əmlak üzərində iddiaçı ilə sonradan bağlanmış müqavilə hüquqi cəhətdən mümkün olmayan predmet (fərdi-müəyyən əşyanı təhvil vermək öhdəliyinin icrasını tələb etmək hüququ) üzrə bağlandığından, belə əqd Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi müddəalarına zidd olmaqla etibarsız hesab edilməlidir. Çünki borclu artıq üzərinə götürdüyü öhdəliyi icra etdikdən sonra həmin əmlak üzərində ikinci dəfə sərəncam vermək hüququna malik olmamışdır.

104. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçının hüquqlarının pozulması halı, onun müdafiə vasitəsi kimi öhdəliyin naturada icrasını tələb etmək deyil, müvafiq qaydada zərərin əvəzinin ödənilməsibi tələb etmək hüququnun yaranmasına əsas verir. Iş materialları ilə də müəyyən edilir ki, vurulmuş maddi ziyanın 50.000 manat hissəsi artıq təqsirləndirilən şəxslər tərəfindən ödənilərək istintaq orqanının depozitinə yerləşdirilmişdir, bu da iddiaçının mümkün zərərinin qismən kompensasiya olunduğunu müəyyən edir.

105. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Şəhla Ismayıl qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia təmin olunan hissədə rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir.

106. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

107. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

108. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

109. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Şəhla Ismayıl qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı # ####### 2025-ci il tarixli qətnaməsi qismən – ilkin iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissələrində ləğv edilsin. Həmin hissələrdə mülki iş üzrə yeni qətnamə qəbul edilsin. Ilkin iddia təmin olunan hissədə rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı Əzizağa oğlu ilə cavabdeh1 arasında ünvan 1 ünvanında inşa edilmiş 10 mərtəbəli mansardlı evin 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m olan ** nömrəli 4 otaqdan ibarət mənzilə dair ## ###### 2023-cü il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilsin. Iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 70 manatın 35 manatı ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Əzizağa oğlundan, 35 manatı ilkin iddia üzrə cavabdeh X5 və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Şəhla Ismayıl qızından (müştərək qaydada) tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN 1700326621, AZ34CTRE00000000000002088501, X17, Kod 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ01360100000000003944) ödənilsin. Iş üzrə mütəxəssi rəyinin əldə olunması üçün 500 manatın 250 manatı ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Əzizağa oğlundan, 250 manatı ilkin iddia üzrə cavabdeh X5 və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Şəhla Ismayıl qızından (müştərək qaydada) tutularaq “X10” MMC-yə (Kapitalbank ASC Sahil filialı, Kod 201218, VÖEN 9900003611, SWIFT kod: AIIBAZ2X, Müxbir hesab AZ37NABZ01350100000000001944, VÖEN 1405366621, Hesab: AZ64AIIB400900C9443414466208) ödənilsin. Iddia ərizəsinin verilməsi üçün ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Əzizağa oğlu tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 1400 manat (510 + 890) dövlət rüsumunun 526 manatı iddiaçının özünə aid edilsin; artıq ödənilmiş dövlət rüsumu kimi 874 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə Idarəsi tərəfindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Əzizağa oğluna qaytarılsın. Qarşılıqlı iddianın və apellyasiya şikayətinin verilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Şəhla Ismayıl qızı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 650 manat (550+100) dövlət rüsumunun əvəzi ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Əzizağa oğlundan tutularaq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Əliyeva Şəhla Ismayıl qızına ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar