Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6597/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-yə qarşı və iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqnun tanınması, qeyriyaşayış sahəsinin təhvil verilməsi və pulun ödənilməsi ) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili Nümayəndə iştirakları ilə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1113/2022 saylı iş üzrə 04 iyul 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, o, ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsinə payçı omaq üçün koorperativə özünün üzv qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən təqdim olunmuş Cavabdeh MTK ilə onun arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 51 nömrəli “Kooperativ Mənzil Tikinti” müqaviləsindən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı təhvil verməyi, sonuncu isə müqavilə ilə müəyyən edilən məbləği MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.
3. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh MTK tərəfindən təqdim olunmuş MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 51 nömrəli “Kooperativ Mənzil Tikinti” müqaviləsindən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsini, 1 kv.m-nin qiyməti 7.000 ABŞ dolları şərti ilə İddiaçı təhvil verməyi, sonuncu isə müqavilə ilə müəyyən edilən məbləği MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2007-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci girişində yerləşən, ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsi üçün Cavabdeh MTK-ya 132.455 manat məbləğində pul ödəmişdir.
5. Cavabdeh MTK-nın məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 40a ünvanında yerləşən "xxxx" MTK-nin inşa etdiyi yaşayış binasının 2005-ci ildə təsdiq olunmuş işçi layihəsində binanın girişlərinin nömrələnməsi soldan sağa aparılmışdır, lakin sonradan binada girişlər MTK tərəfindən sağdan sola nömrələnib, binada mənzillərin satışı bu qaydada aparılıb və 2015-ci ildə faktiki, mövcud vəziyyətdə istismara verilmişdir. Bu vəziyyətdə binadakı bütün mənzillər və qeyri-yaşayış sahələr reyestrdən çıxarış alıblar.
6. Müqavilələrə əsasən cavabdeh ünvan 3 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hundürmərtəbəli binada iddiaçıların hər birinə tam təmirli, sahələri 83 kv.m olan 02 (iki) otaqlı mənzil verməyi, mənzilləri təhvil verənədək yaşayışlarını təmin etmək məqsədi ilə kompensasiya şəklində iddiaçıların hər birinə aylıq 500 (beş yüz) manat kirayə haqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə uç ayda 1 (bir) dəfə 1500 (bir min beş yüz) manat ödəməlidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh MTK-ya qarşı “qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai rayonu 42 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 1-ci girişində, ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınması, qeyriyaşayış sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İlkin iddia onunla əsaslandırılmışdır ki, payçı olaraq onunla Cavabdeh MTK arasında bağlanmış 02 noyabr 2007-ci il tarixli, 51 saylı Müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai rayonu 42 ünvanında “Payçı”ların vəsaiti hesabına yaşayış binası inşa etməyi, həmin yaşayış binasının 1-d girişində, ümumi sahəsi 31,02 kv.m. olan qeyri-yaşayış sahəsini ona təhvil verməyi öhdəsinə götürmüşdür. O, xx.xx.2007-d il tarixdə sözügedən qeyri-yaşayış sahəsi üçün 132.455 (bir yüz otuz iki min dörd yüz əlli beş) manat məbləğində pul ödəmiş və bununla bağlı ona qəbz verilmişdir. Hazırda cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai rayonu 42 ünvanında yaşayış binasının tikintisi başa çatmış olsa da, sözügedən qeyriyaşayış sahəsi hələ də ona təhvil verilməmişdir. 02 noyabr 2007-ci il tarixli, 51 saylı Müqavilə bağlanıldığı gün o, qeyri-yaşayış sahəsinin alınmasına görə 132.455 (bir yüz otuz iki min dörd yüz əlli beş) manat məbləğində pul ödəyərək müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etmişdir. Lakin cavabdeh bu günə qədər öz öhdəliyini yerinə yetirməyərək müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsini ona təhvil verməmişdir. Mərhum həyat yoldaşının və onun dəfələrlə cavabdehə müraciət edərək qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etməsinə baxmayaraq, cavabdeh MTK hər dəfə müxtəlif bəhanələr gətirərək qeyri-yaşayış sahəsini ona təhvil verəcəyini bildirsə də sözügedən qeyri-yaşayış sahəsinin təhvil verilməsindən yayınmışdır. O, cavabdeh MTK-ya 03 dekabr 2021-ci il tarixdə rəsmi pretenziya məktubu ilə müraciət edərək 5 gün müddətində qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini, təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh MTK tərəfindən müraciətinə hər hansı bir münasibət bildirilməmişdir. Cavabdehin müqavilə üzrə öz öhdəliklərinin icrasından yayınması, həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməməsi onun Azərbayca Respublikasının Konstitusiya və qanunlarında təsbit edilmiş mülkiyyət hüquqlarını pozur. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “müqavilə öhdəliyinin tam icra edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən "xxxx" MTK ilə bağladığı xx.xx.2007-ci il tarixli, 51 saylı müqavilə üzrə öhdəliyinin tam icra edilərək MTK-ya borclu qaldığı 52.982 manatın ondan MTK-nın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin hər kv.m.-nin qiyməti 7000 ABŞ dolları, olmaqla, cəmi 217 140 ABŞ dollarına (həmin vaxt məzənnəyə uyğun olaraq manat ekvivalenti kimi 185 437,56 manata) (müqavilə bağlanan dövrdə dolların məzənnəsi 0.85400 AZN/USD olmuşdur) razılaşdırılmış, həmin məbləğin 132 455 manatı ilkin iddiaçı tərəfindən MTK-ya ödənilmiş, qalan məbləği isə qısa zamanda ödəyəcəyini bildirsə də, ödəməmişdir. Həmin dövrdə danışıqlar ilkin iddiaçının mərhum həyat yoldaşı ilə aparılmış, MTK-nın sədri ilə mərhum arasında səmimi münasibətlər olmuş, buna görə də MTK sədri qalan məbləği ödəməsi üçün mərhuma bir az vaxt vermişdir. Aralarındakı razılaşma bundan ibarət olmuşdur ki, ilkin iddiaçının həyat yoldaşına ödədiyi (ilkin) pulun məbləği barədə kassa mədaxil orderi verilir, müqaviləyə əsasən şərtləşdikləri pulu tam məbləğdə ödədikdən sonra isə ona MTK-ya borcunu tam ödəməsi və hər hansı borcunun olmamasına dair müvafiq maliyyə arayışı veriləcəkdir. Lakin sonradan həmin məbləğ ödənilə bilmədiyindən qeyri-yaşayış sahəsi onlara təhvil verilməmiş, onlar da qalıq məbləği ödəyə bilmədiklərindən qeyri-yaşayış sahəsini tələb etməmişlər. Əks halda 2007-ci ildə bağlanan müqaviləyə görə hazırda məhkəməyə müraciət olunmazdır.
11. Birinci instansiya məhkəməsi 05 aprel 2022-ci il tarixli qərardadla iş üzrə kompleks məhkəmə ekspertizası təyin edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/511- 5/421-5/422 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 72-ci vərəqəsində Nəzərəiiyeva İradə İbiş qızı və ‘'Bəm-Bəyaz” MTK-nın adlarından olan 02 noyabr 2007-ci il tarixli 51 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilədə “Payçı" hissəsindəki imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 68-69-cu vərəqələrində Nəzərəiiyeva İradə İbiş qızı və “BəmBəyaz" MTK-nın adlarından olan 02 noyabr 2007-ci il tarixli 51 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilədə “Payçı” hissəsindəki yazılar və imza, mülki işin 72-ci vərəqəsində Nəzərəiiyeva İradə İbiş qızı və “Bəm-Bəyaz" MTK-nın adlarından olan 02 noyabr 2007-ci il tarixli 51 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilədə "Payçı"hissəsindəki yazılar - İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki iş İddiaçı qızı və Cavabdeh MTKnınadlarından olan 02 noyabr 2007-ci il tarixli 51 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilədə“Payçı”hissəsindəki yazılar və imza ilə mülki işin 72-ci vərəqəsində Nəzərəiiyeva İradə İbiş qızı və Cavabdeh MTK-nın adlarından olan 02 noyabr 2007-ci il tarixli 51 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilədə "Payçı" hissəsinindəki yazılar və imza- müxtəlif şəxs tərəfindən icra olunmuşdur.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1113/2022 saylı iş üzrə 04 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) ilkin iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının birinci girişində yerləşən və ümumi sahəsi 31,02 kv.m olan qeyriyaşayış sahəsinin üzərində İddiaçı istifadə və sahiblik hüququ tanınması, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının birinci girişində yerləşən və ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməsi, ilkin iddia üzrə 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MTKdan tutularaq İddiaçı verilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8, 425, 442, 752.1 və 752.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1113/2022 saylı qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış, nəticədə iş üzrə düzgün olunmayan qətnamə qəbul edilmişdir. Belə ki, tərəflərindən məhkəməyə binanın təhvil təslim aktının surəti, MTK-nın məlumat (arayışı) və layihə təqdim edilərək, bildirilmişdir ki, ilkin vaxtlar binanın girişlərinin nömrələnməsi soldan sağa aparılsa da, sonradan MTK tərəfindən binada girişlər sağdan sola nömrələnmiş, binada mənzillər və digər sahələr bu qaydada satılmış, bina bu qaydada istismara verilmiş və məhz bu qaydada mülkiyyətçilər öz adlarına reyestrdən müvafiq çıxarışları almışlar. Həmçinin məhkəməyə bildirilmişdir ki, həmin binada olan bütün qeyri-yaşayış sahələri özgəninkiləşdirilmiş və müvafiq çıxarışlar alınmışdır. Məhkəmə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının birinci girişində yerləşən və ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin iddiaçıya təhvil verilməsi qənaətinə gəlmişdir. Halbuki yuxarıda da göstərdiyi kimi binanın girişlərinin nömrələnməsi qaydası dəyişmiş, binada hazırda ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsi ümumiyyətlə, mövcud deyildir. Binanın bütün, həm də fərqli ölçülü qeyri-yaşayış sahələri ilə bağlı başqa şəxslər qanunvericiliyə uyğun qaydada müvafiq çıxarışlar almışdır ki, həmin çıxarışlar da şikayətə əlavə ediləcəkdir. Birinci instansiyada da bildirdiyi kimi rəsmiləşdirilməsi qanunauyğun qaydada aparılmasa da, çox güman ki, ilkin iddiaçının əri ilə MTK-nın keçmiş sədri dost olduqlarından və o, ödəməni tam həyata keçirə bilmədiyindən tərəflərin öz aralarındakı razılığa əsasən müqaviləyə xitam verilmişdir. Əks halda 2007-ci ildə bağlanan müqaviləyə görə bu illər ərzində ilkin iddiaçı MTK-dakı qeyri-yaşayış sahəsi ilə maraqlanar, adına çıxarış almağa çalışar, qeyri-yaşayış sahəsinin istifadə və sahibliyi ilə bağlı hər hansı hərəkətləri edər, ən azından hazırkı iddia ərizəsi ilə məhkəməyə məhz dost olduqları MTK sədri rəhmətə gedəndən sonra yox, daha əvvəllər müraciət edərdi. Birinci instansiya məhkəməsi tərəfindən isə bu hallara ümumiyyətlə, əhəmiyyət verilməmiş, iş üçün əhəmiyyətli olan işin faktiki halları tam və hərtərəfli araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
19. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
20. Mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
21. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.2 qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki halda qətnamə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən mübahisələndirilərək ləğv edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1113/2022 saylı iş üzrə 04 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, İşin mübahisələndirilməyən hallarından müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında 02 noyabr 2007-ci il tarixli 51 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsini payçının mülkiyyətinə verməyi, payçı isə həmin qeyri-yşayış sahəsini qəbul etməyi və bunun müqabilində müvafiq məbləğdə ödəniş etməyi öhdəsinə götürmüşdür.
37. Həmçinin İddiaçı tərəfindən 02 noyabr 2007-ci il tarixli 51 saylı müqavilə üzrə Cavabdeh MTK-ya 132.455 manat məbləğində pul ödənildiyi də işin mübahisələndirilməyən hallarına aiddir.
38. Hazırda ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək, mübahisəli qeyri-yaşayış sahəsinin ona tərəf olduğu müqavilə ilə müəyyən edilmiş şərtlərə əsasən təhvil verilməsini tələb etmiş və müvafiq müqaviləni təqdim edərək müqavilə üzrə pay haqqını tam ödədiyini, bu halın xx.xx.2007-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edildiyini qeyd etmişdir. İddiaçı eyni zamanda mübahisəli müqavilənin bilavasitə cavabdeh MTK-nın sədri tərəfindən imzalanmaqla, kooperativin dairəvi möhürü ilə təsdiq edildiyinə, müqavilədə qeyri-yaşayış sahəsinin 1 kv.m qiymətinə dair hər hansı şərtin mövcud olmasının müəyyən edilmədiyinə istinad edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə məhkəməyə əşyanın qiymətinə dair şərti özündə əks etdirən müqaviləni təqdim edərək, İddiaçı tərəfindən pay haqqının natamam ödənildiyini, 52.982 manat məbləğində MTK-yə hələ də borclu qaldığını qeyd etmişdir.
39. Təqdim edilmiş müqavilələr arasında uyğunsuzluq aşkar edildiyi üçün birinici instansiya məhkəməsi tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmişdir. Belə ki, müvafiq ekspert rəyinə əsasən ‘'Bəm-Bəyaz” MTK tərəfindən ekspertizaya təqdim edilmiş 02 noyabr 2007-ci il tarixli 51 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilədə “Payçı” hissəsindəki yazıların və imzanın İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunduğu, İddiaçı tərəfindən ekspertizaya təqdim edilmiş 02 noyabr 2007-ci il tarixli 51 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilədə “Payçı" hissəsindəki imzanın - İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir.
40. Qeyd edilən xüsusatları təkzib etmək üçün ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin irəli sürdüyü dəlillərə (yəni müqavilənin iddiaçının əri tərəfindən imzalanması və s. Kimi) dair heç bir sübut təqdim edilməmiş, yalnız mülahizə xarakteri daşıyan izahat verilmişdir.
41. Məhkəmə kolegiyası onu da qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsinin qiymətinin 2007-ci ildə 132.455 manat məbləğində olması (1 kv.m=4.270 manat) ağlabatandır. İlkin iddia üzrə cavabdeh həmin binada qeyri-yaşayış sahəsinin 1 kv.m qiymətinin daha yüksək məbləğdə olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübutu təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq yuxarıda qeyd olunan müqaviləni mahiyyət etibarı ilə podrat müqaviləsi kimi qiymətləndirmişdir. Belə ki, Cavabdeh MTK mübahisəli qeyri-yaşayış sahəsini inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin qeyri-yaşayış sahəsinin dəyərini ödəməyi öz üzərinə götürmüşdür.
43. Yuxarıda qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
44. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
45. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı isə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
46. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsini almış, sahənin dəyərini 132.455 manat olmaqla tam ödəmişdir. İddiaçı qeyri-yaşayış sahəsinin dəyərini tam ödədiyindən, onun mübahisəli əmlakı sahibliyinə və istifadəsinə verilməsini tələb etmək üzrə subyektiv hüququ yaranmışdır. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmaqla, iddiaçının Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququnun yaranmasına zəmin yaratmışdır.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1113/2022 saylı iş üzrə 04 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.