Məhkəmə qərarları › İş №2(103)-66/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-66/2022

16.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-66/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlundan və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə Cavabdeh3 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma, yaşayış sahəsinin boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” barədə ilk tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı, üçüncü şəxs X14 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə qarşı “çıxarışların və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-325/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə və icraatı birləşdirilmiş-iddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X9, Bakı şəhəri 37 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı Sutanəli oğluna qarşı evə dair mülkiyyət hüququna hüquqi əsas olan ilkin qeydiyyat sənədlərinin və onların əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı 05 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh A.İ.Məmmədovun nümayəndəsi Vəkil3, İddiaçı və maraqlı şəxs (X6 hüquqi varisi X12 nümayəndəsi-vəkili Vəkil3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 16 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ mülki iş üzrə: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər və onlar tərəfindən köçürülmüş digər şəxslərin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi ev 143 c saylı evdən çıxarılmaları və həmin yaşayış sahəsinin boşaldılması, qətnamə çıxarılan günə fərdi yaşayış evində qanunsuz yaşadıqları üçün maddi ziyana görə hər ay 500 manat olmaqla, 1 il 1 ay hesabı ilə 6000 manat və mənəvi ziyana görə 5000 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən AN-İ № ******* saylı qeydiyyat nömrə ilə qeyd edilməklə xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 37 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiq edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, C.Cabbarlı küçəsi, 0.02425 kv/m yardımçı sahəsi 336,27 kv/m olan fərdi yaşayış evinin, satıcı X14 (407.73 kv/m, 3 otaq) ona sataraq müqaviləni rəsmiləşdirmişlər. AR ƏMDK yanında DƏDRX ərazi İdarəsində xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 259 nömrəli reyestr kitabının 24073 nömrəli vərəqində qeydiyyata alınaraq ünvan 1 ünvanına dair müvafiq olaraq ******* saylı çıxarış verilmişdir. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər könüllü olaraq mənzildən çıxmaqdan boyun qaçırırlar. Məhkəmə baxışı zamanı Cavabdeh3 cavabdeh İddiaçı, 3-cü şəxs X9 və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X6 ünvan 2 ünvanında yerləşən 0,02425 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli evə verilmiş seriya RX N ******* xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışın, həmin evin bağışlanmasına dair Bakı şəhəri 37 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 05 may 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsinin, həmin evə dair X8 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət əsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX N 038695 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışın, X8 həmin çıxarış əsasında qeyd olunan evi 37 saylı Notariat Kontorunda 21 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaqla İddiaçı satması barədə müqavilənin, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti idarəsi tərəfindən İddiaçı adına verilmiş seriya ********* qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı boşaldılmasını tələb etdiyi ev mərhum həyat yoldaşı Cahangir Məmmədova, ona və uşaqlarına məxsusdur. Belə ki, ünvan 3 ünvanında yerləşən qeydiyyatsız ev mərhum həyat yoldaşı C.Məmmədovla birlikdə öz vəsaitlari hesabına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 336 saylı qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.metr torpaq sahəsinin 09 dekabr 2004-cü il tarixli, 189 saylı alqı-satqı müqaviləsi əsasında ona satılmış torpaq sahəsində tikilmişdir. Həmin evin tikintisi, təmiri və ev əşyalarının alınması üçün həmçinin yaşadıqları, C.Məmmədovun mülkiyyətində olan, Bakı şəhəri Moskva pr.78 saylı evin 24-cü mənzilinin satılmasından əldə etdikləri pulu da xərcləmişlər. C.Məmmədova ayrılmış torpaq sahəsinin situasiya planı da Binəqədi rayon bələdiyyəsi tərəfindən çəkilərək təsdiq olunmuşdur. Onlar 2008-ci ildə həmin evə köçərək hal-hazıra kimi orada yaşayırlar. xx.xx.2009-cu il tarixdən Cavabdeh1, xx.xx.2008-ci il tarixdən Cavabdeh3 və xx.xx.2012-ci il tarixdən Cavabdeh2 həmin ünvanda daimi qeydiyyatdadırlar. 23 dekabr 2015-ci il tarixdə məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsindən göndərilmiş sənədlərin surəti onlara təqdim ediləndən sonra sənədlərlə tanış olub müəyyən etmişdir ki, X6 adına olan, ona məxsus ünvan 2 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində guya tikilmiş 2 mərtəbəli ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən serya ******* saylı, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışa əsasən ünvan 2 ünavanda yerləşən, yardımçı sahəsi 336,27 kv.metr, yaşayış sahəsi 71,46 ev.metr, ümumi sahəsi 407,73 kv.metr olan 3 otaqlı, 2 mərtəbəli, 0,02425 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evi X6 adına qeydə alınmışdır. Həmin ev Bakı şəhəri 37 saylı Notariat Kontoru tərəfindən 05 may 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsi əsasında X15 tərəfindən X9 bağışlanmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfındən A.Məmmədovun adına seriya 038695 saylı, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə reyestrdən çıxarış verilmişdir. X14 həmin çıxarış əsasında qeyd olunan evi 37 saylı Notariat Kontorunda 21 avqust 2014-cü il tarixdə AN-İ N ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlamaqla digər cavabdeh İddiaçı satmışdır. Həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən İddiaçı adına seriya RX N ******* saylı, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixli reyestrdən çıxarış verilmişdir. Cavabdehin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında» daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, onun mülkiyyətində olan evin hüquqi ünvanı, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi (əslində Biləcəri qəsəbəsi), Cəfər Cabbarlı küçəsi 143c-dir, onlar ailəlikcə yaşadıqları evin rəsmi ünvanı isə ünvan 5 mərhum həyat yoldaşının alqı-satqı müqaviləsi əsasında Binəqədi Bələdiyyəsindən 2004-cü ildə aldığı 200 kv.m. torpaq sahəsində olmaqla tamamilə başqa ünvanda yerləşir və onun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Cəfər Cabbarlı küçəsi 143c saylı ünvanda yerləşən xəyali evə heç bir aidiyyatı yoxdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-325/2016 saylı 19 yanvar 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 143c saylı evdən çıxarılmaları və həmin yaşayış sahəsinin boşaldılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, həmçinin qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə Cavabdeh3 apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddia tələblərinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ona və uşaqlarına qarşı qeyd edilən iddianı qaldırmaq hüququ yoxdur. Hazırda iddiaçının boşaldılmasını tələb etdiyi ev onun mərhum həyat yoldaşına, ona və uşaqlarına məxsusdur. Binəqədi rayon bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı il ayrılmış və onlarda öz vəsaitləri hesabına 200 kv.m torpaq sahəsində evi tikilmişlər. Onlar ailəlikcə 2008-ci ildə həmin evə köçmüş və hal-hazıra kimi orada yaşayırlar. Hazırda yaşadıqları ikimərtəbəli yaşayış evinin həyat yoldaşının aldığı torpaq sahəsində tikilməsi barədə müvafiq sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə bu subutlara heç bir hüquqi qiymət verməyərək onların nə üçün qəbul edilmədiyini qətnamədə əsaslandıra bilməmişdir. İddiaçı adına verilmiş çıxarışdan görünür ki, onun mülkiyyətində olan evin hüquqi ünvanı ünvan 7ların ailəlikcə yaşadığı evin rəsmi ünvanı isə ünvan 8 onlara mxsus olan ev tamamilə başqa hüquqi ünvanda yerləşir və İddiaçı mülkiyyətində olan evə heç bir aidiyyəti yoxdur. Məhkəmə hər iki torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi və mübahisənin predmeti olan evin kimə məxsus torpaq sahəsində yerləşməsi barədə yazılı olaraq məhkəmə-inşaat (tikinti) eksoertizasının təyin edilməsi barədə vəsatət qaldırılsa da, əsassız və qanunsuz olaraq vəsatətin təyin edilməməsi barədə qərardad qəbul edilərək MPM-nin 263.2-ci m addəsinin tələblərini açıq-aşkar pozmuşdur. İddiaçı mülkiyyətində olması hesab edilən ev X18 rayon İcra Hakimiyyəti Başçısının 275 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə Biləcəri qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsində tikilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3604/2016 saylı 24 may 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Binəqədi rayon Məhkəməsinin 2(001)-325/2016 saylı 19 yanvar 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5313/2016 saylı 14 oktyabr 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İİ mülki iş üzrə: İddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X9, Bakı şəhəri 37 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı Sutanəli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli X6 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarış və Texniki Pasportun, fərdi yaşayış evinin X15 tərəfindən X9 bağışlanması haqqında Bakı şəhəri 37 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş 05 may 2014-cü il tarixli Bağışlama müqaviləsinin, seriya RX N0386995 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X8 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarış və Texniki pasportun, seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X8 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın, X14 ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 37 saylı notariat kontorunda rəsmiləşdirilmiş 21 avqust 2014-cü il tarixli, AN-İ ******* li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, seriya RX N0475340 saylı, ********* qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli İddiaçı adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın və Texniki pasportun etibarsız hesab edilməsi, bütün hüquqi və məhkəmə xərcləri və ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 2008-ci ildən hal-hazıra kimi ünvan 9 ünvanında yaşayırlar və həmin ünvanda daimi qeydiyyatdadırlar. Həmin ev onların əvvəllər yaşadığı Bakı şəhəri Moskva prospekti, 78 saylı evin 24 saylı mənzilinin satışından və mərhum həyat yoldaşı X4 birgə nikah dövründə ldə etdikləri pul vəsaiti hesabına Binəqədi bələdiyyəsi tərəfindən sonuncuya ayrılmış torpaq sahəsində tikilmişdir. Bələdiyyə tərəfindən verilmiş “9-cu mikrorayon, C.Cabbarlı küçəsində fərdi yaşayış evinin tikintisi üçün C.Məmmədova təklif olunan torpaq sahəsinin (200 kv.m) situasiya planı”ndan da görünür ki, həmin torpaq sahəsi C.Cabbarlı küçəsində Yanğından Mühafizə İdarəsindən sağ tərəfdə yuxarıda iddiaçıların yaşadığı ünvanda yerləşir. İddiaçılar həmin ünvanda 2008-ci ildən yaşasalar da onlardan asılı olmayan səbəblər, yəni, bələdiyyə torpaqlarının özəlləşdirilməsi ilə bağlı qanunvericilikdəki boşluqlar, tələb olunan sənədlərin əldə edilməsində əngəllər, C.Məmmədovun xəstəliyi və ölümü, sənədləşmə üçün tələb olunan maliyyə vəsaitinin çatışmamazlığı və sair səbəblərdən həmin evə dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın döalət reyestrindən çıxarış ala bilməmişlər. Sonradan İddiaçı onlara qarşı Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evdən çıxarılma və digər tələblərlə onlara qarşı iddia qaldırmışdır. Halbuki, iddiaçıların yaşadığı ev Cəfər Cabbarlı küçəsi, 143C saylı ev ünvanında deyil, Cəfər Cabbarlı küçəsi 240 “v” ünvanında yerləşir. İddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən bir qədər əvvəl iddiaçılara məlum olmuşdur ki, mübahisəli evə X6 adına olan ünvan 11 ünvanında yerləşən, mülkiyyət növü dövlətə məxsus, hüququn növü istifadə kimi göstərilən 0,02425 ha torpaq sahəsi üzərində tikilmiş 2 mərtəbəli evə verilmiş reyestrdən çıxarış, texniki pasport, evin N.M.Quliyev tərəfindən X9 bağışlanması barədə 05 may 2014-cü il tarixli müqavilə ilə rəsmiləşdirilmişdir. Halbuki, N.M.Quliyev 22 may 2013-cü il tarixdə vəfat etmiş və müqavilə onun adından 05 may 2014-cü il tarixdə rəsmiləşdirilmişdir. Yəni, həmin müqavilə N.M.Quliyevin ölümü ilə qüvvədən düşmüş etibarnamə əsasında bağlanmışdır. Bu proseslər mərhumun qardaşı, uzun müddət torpaq alqı-satqısı ilə məşğul olmuş X14 tərəfindən aparılmışdır. Belə ki, 22 may 2013-cü il tarixdə vəfat etmiş N.M.X2 baldızının həyat yoldaşı olmuşdur və onun ölümündən sonuncunun məlumatı olduğu halda bu müqavilə bağlanmışdır. Bundan başqa, N.M.Quliyevin adına rəsmiləşdirilmiş çıxarışın verilməsi üçün əsas olmuş sənədlər də təsdiq edir ki, onun adına ayrılmış torpaq sahəsi Binəqədi qəsəbəsində deyil, Biləcəri qəsəbəsi, Dəmir yol xəstəxanası və Natəvan küçəsindən sol yuxarı tərəfdə yerləşir. N.M.Quliyevə torpaq sahəsinin ayrılması barədə sərəncamda və torpağın cizgisində torpaq sahəsinin C.Cabbarlı küçəsində yerləşdiyi qeyd olunmamışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubla da müəyyən olunur ki, Biləcəri qəsəbəsinin inzibati ərazisində Cəfər Cabbarlı küçəsi yoxdur. Qeyd olunan hallar onu təsdiq edir ki, iddiaçıların yaşadığı ev, N.M.Quliyevə deyil, C.İ.Məmmədova ayrılmış torpaq sahəsində tikilmişdir. Həmçinin, A.İ.Məmmədov həmin ərazidə deyil, Suraxanı rayonunun ərazisində yerləşən 37 saylı notariat kontorunda bağışlama müqaviləsi bağlandıqdan sonra öz adına çıxarış və texniki pasport almış, bir müddət sonra 12 avqust 2014-cü il tarixdə ərizə verərək guya həmin sənədlərdə səhvən “M.Ə.Rəsulzadə” əvəzinə “Biləcəri” qəsəbəsi yazıldığını bildirmiş və düzəlişlərin olunmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə heç bir hüquqi əsas olmadan, ilkin torpaqayırma sənədlərindən fərli olaraq həmin düzəlişləri edərək yeni çıxarış vermişdir. Sonradan A.İ.Məmmədov borc götürülmüş pulun əvəzində, yəni, başqa əqdi pərdələmək məqsədilə həmin evi guya 150000 manata İddiaçı satmışdır. Bundan başqa E.İ.Qurbanzadənin adına verilmiş texniki pasportda göstərilən məlumatlar evin faktiki ölçüləri ilə də tamam fərqlidir. Belə ki, texniki pasportda evin 3 otağının olması göstərilsə də, ev 7 otaqdan ibarətdir, 1-ci mərtəbədə anbarın olması göstərilsə də həmin mərtəbədə ümumiyyətlə anbar yoxdur. 2-ci mərtəbədə 1 sanitar qovşağı göstərilsə də, faktiki olaraq 2 sanitar qovşağı var. Bu hallar onu təsdiq edir ki, texniki pasport həmin evə məxsus deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı 05 noyabr 2018ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, C.Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X6 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport, həmin evin X15 tərəfindən X9 bağışlanması barədə 05 may 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X8 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X8 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin X14 tərəfindən İddiaçı satılması barədə 21 avqust 2014-cü il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı – satqı müqaviləsi, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması barədə RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər A.İ.Məmmədov və İddiaçı, eyni zamanda maraqlı şəxs (X6 hüquqi varisi) X12 nümayəndəsi-vəkili Vəkil3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək cavabdehlər qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını, maraqlı şəxs isə qətnamənin X10 aid hissədə ləğv edilərək həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-627/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-325/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin ləğv edilərək, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma, yaşayış sahəsinin boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, 3-cü şəxs X9 qarşı “çıxarışların və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, X8 nümayəndəsi Vəkil3, İddiaçı və maraqlı şəxs (X6 hüquqi varisi) X13 nümayəndəsi-vəkili Vəkil3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən X14 və X19 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7108/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-627/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən- qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı, 3-cü şəxs X14 və maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “çıxarışların və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanıldığı hissələrdə ləğv edilməsi və həmin hissələrdə işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bununla bağlı işə yenidən apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış X14, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" Bank ASC, Bakı şəhəri 37 saylı Notariat Kontoru, X6 hüquqi varisi X20 məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İşdə iştirak etmiş şəxslər hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nn 376.2-ci maddəsinin tələbləri baxımından hazırki işə X8, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin, "xxxx" Bank ASC-nin nümayəndəsinin, Bakı şəhəri 37 saylı Notariat Kontorunun nümayəndəsinin, X6 hüquqi varisi X12 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Apellyasiya baxışı zamanı cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdehlərin və maraqlı şəxsin apellyasiya şikayətlərini müdafiə edərək onların təmin edilməsini, Cavabdeh3 apellyasiya şikayətinin təmin olunmamasını, Binəqədi rayon Məhkəməsinin 2(001)-325/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı 05 noyabr 2018-ci il tarixli qətnaməsinin isə ləğv edilərək, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı Cavabdeh3 öz apellyasiya şikayətini müdafiə edərək, cavabdehlərin və maraqlı şəxsin apellyasiya şikayətlərini isə qəbul etməyərək onların təmin edilməməsini, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı 05 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, Binəqədi rayon Məhkəməsinin 2(001)- 325/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin isə ləğv edilərək ilkin iddianın rədd edilməsini xahiş etmiş, eyni zamanda ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətləinin dəlillərini, iş materiallarını və ekspert rəyini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Əvvəla qeyd olunmalıdır ki, hazırki iş üzrə kassasiya instansiya məhkəməsi tərəfindən apelyasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qismənqarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı, üçüncü şəxs X14 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışların və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissələrində ləğv edildiyindən və həmin hissələrdə iş yenidən baxılması üçün göndərildiyindən apellyasiya baxışının hədlərini qeyd olunan hissələr təşkil edir. Çünki ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı mənzildən çıxarılma, yaşayış sahəsinin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə apellyasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verməmişdir, buna görə də xx.xx.2019-cu il tarixli qətnamə həmin hissələrdə qanuni qüvvəsini almışdır. İşin faktiki hallarına görə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 336 №-li qərarı ilə Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində əlavə olunmuş cizgiyə uyğun olaraq 200 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə 20800 manat ödəmək şərti ilə X3 mülkiyyətinə ayrılması qərara alınmışdır. 09 dekabr 2004- cü il tarixli, 189 №-li müqavilə ilə Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində yerləşən 200 kv.m torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi tərəfindən X1. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 12 ünvanında daimi qeydiyyatdadırlar. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 aprel 1999-cu il tarixli sərəncamı ilə X10 Biləcəri qəsəbəsinin ərazisindən fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. 24 noyabr 2009-cu il tarixli etibarnamənin surətinə əsasən X15 Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 275 saylı, 07 aprel 1999-cu il tarixli sərəncamına əsasən onun adına verilmiş Bakı şəhəri Biləcəri qəsəbəsinin ərazisindən fərdi yaşayış evi tikmək üçün olan 600 kv.m torpaq sahəsinə aid səlahiyyətlərini 50 il müddətinə X4 etibar etmişdir. RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, C.Cabbarlı küçəsi, 143C saylı ev xüsusi mülkiyyət hüququ əsasında X6 adına qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 22 may 2013-cü il tarixdə vəfat etmişdir və bu barədə 29 may 2013-cü tarixdə ölüm haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. 05 may 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsinə əsasən X15 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, C.Cabbarlı küçəsi, 143C saylı evi X9 bağışlamış, X11 24 noyabr 2009-cu il tarixli etibarnamə əsasında X5 təmsil etmişdir. RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı ev xüsusi mülkiyyət hüququ əsasında X8 adına qeydə alınmışdır. X14 ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə müraciət edərək ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarış və texniki pasportunda səhvən M.Ə.Rəsulzadə qəsəbəsi əvəzinə Biləcəri qəsəbəsi yazıldığını bildirmiş və düzəliş olunmasını xahiş etmişdir. RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı ev xüsusi mülkiyyət hüququ əsasında X8 adına qeydə alınmışdır. 21 avqust 2014-cü il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X14 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evi 150000 manata İddiaçı satmışdır. RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 143C saylı mənzil "xxxx" ASC-də ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 03 oktyabr 2018-ci il tarixli məktubundan aydın olur ki, X5 ilə bələdiyyə arasında bağlanmış 09 dekabr 2004-cü il tarixli, 189 saylı müqavilə və bələdiyyənin 10 dekabr 2004-cü il tarixli, 336 saylı qərarı əsasında torpaq və əmlak vergi ödəyicisi qismində “Bələdiyyə vergiləri və uçot sistemi” adlı məlumat bazasında qeydə alınmışdır. Bakı şəhəri, Biləcəri bələdiyyəsinin 26 oktyabr 2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07 aprel 1999-cu il tarixli sərəncamına əsasən ayrılmış torpaq sahəsi Biləcəri bələdiyyəsinin mülkiyyətinə ayrılmış ərazi daxilində olsa da, mübahisə predmeti olan fərdi yaşayış evi Binəqədi rayon bələdiyyəsinin ərazisindədir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubu ilə müəyyən olunur ki, Biləcəri qəsəbəsinin ərazisində Cəfər Cabbarlı küçəsi yoxdur. İşin təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, İddiaçı ilk iddiası ilə yanaşı, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı, üçüncü şəxs X9 və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsində qoyduğu tələblərlə, iddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X9, Bakı şəhəri 37 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı Sutanəli oğluna qarşı Binəqədi rayon məhkəməsində 02 avqust 2017-ci il tarixdə təqdim etdiyi müstəqil iddia ərizəsindəki iddia tələbləri, seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X8 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın etibarsız hesab edilməsi tələbi istisna olmaqla, eynilik təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı 05 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddianın “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, C.Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X6 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport, həmin evin X15 tərəfindən X9 bağışlanması barədə 05 may 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X8 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin X14 tərəfindən İddiaçı satılması barədə 21 avqust 2014-cü il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı – satqı müqaviləsi, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması barədə RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” hissələrdə baxılmamış saxlanılması qərara alınmışdır. Eyni zamanda, həmin mülki işdə məhkəmə kollegiyası iddiaçı Cavabdeh3 “Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X8 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” barədə tələblərinə və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-325/2016 saylı mülki işində “ünvan 2 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X6 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatla bağlı verilmiş seriya ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu nəzərə alaraq, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1460/2018 saylı mülki işində iddiaçı Cavabdeh3 “Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X8 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” barədə tələbləri, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-325/2016 saylı mülki işində isə “ünvan 2 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X6 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatla bağlı verilmiş seriya ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi” barədə tələbləri üzrə icraata xitam vermişdir. Hazırki vəziyyətdə yerdə qalan- Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 325/2016 saylı 19 yanvar 2016-cı il tarixli qətnaməsinin “iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X9, Bakı şəhəri 37 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı Sutanəli oğluna qarşı fərdi yaşayış evinin X15 tərəfindən X9 bağışlanması haqqında Bakı şəhəri 37 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş 05 may 2014-cü il tarixli Bağışlama müqaviləsinin, seriya RX N0386995 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X8 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarış və Texniki pasportun, seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X8 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın, X14 ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 37 saylı notariat kontorunda rəsmiləşdirilmiş 21 avqust 2014-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, seriya RX N0475340 saylı, ********* qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli İddiaçı adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın və Texniki pasportun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın rədd edilməsi” hissəsinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları diqqətə çəkir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7108/2019 saylı xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdi ki, “....apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisəli ev yerində mövcuddur və həmin evin tikilməsi ilə bağlı işin materiallarında müvafiq sənədlər mövcuddur, həmçinin həm bələdiyyə tərəfindən C.İ.Məmmədova satılmış 200 kv.m. torpaq sahəsinin, həm də Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 07 aprel 1999-cu il tarixli sərəncamı əsasında N.N.Quliyevə ayrılmış 600 kv.m. torpaq sahəsinin ayrıc sənədləri, yerləşmə sxemləri iş materiallarında mövcuddur. Belə olan halda mübahisəli evin yerləşdiyi torpaq sahəsinin kimə məxsus torpaq sahəsi olmasını müəyyən etmək, həmin evə verilmiş ünvanın, Cavabdeh3 və ailə üzvlərinin qeydiyyatda olduğu ünvanın eyni ünvan olub-olmamasını araşdırmaq mümkündür”. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla bağlı məhkəmə kollegiyası Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 336 nömrəli qərarı ilə Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində əlavə olunmuş cizgiyə uyğun olaraq C.İ.Məmmədova satılmış 200 kv.m. torpaq sahəsinin, həm də Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 07 aprel 1999-cu il tarixli sərəncamı əsasında N.N.Quliyevə ayrılmış 600 kv.m. torpaq sahəsinin ayrıc sənədləri, yerləşmə sxemləri nəzərə alınmaqla Cavabdeh3 və övladlarının yaşadığı evin X10 Biləcəri qəsəbəsinin ərazisindən fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 600 kv.m. torpaq sahəsində tikilib-tikilmədiyinin, Cavabdeh3 və övladlarının qeydiyyatda olduqları ünvan 15 ünvanının mübahisəli evin yerləşdiyi ünvan olub-olmadığı, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin yuxarıda göstərilən ayrıc sənədləri və yerləşmə sxemləri nəzərə alınmaqla ümumiyyətlə kimə məxsus olması, həmin evin ünvanının Cavabdeh3 ailə üzvləri ilə qeydiyyatda olduqları ünvanla eyni ünvan olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini qərara almış və ekspertizanın keçirilməsini “X21 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisi cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə etmişdir. xx.xx.2022-ci il tarixdə “X21 və Ekspertiza Mərkəzi” MMC tərəfindən məhkəməyə daxil olmuş mütəxəssis rəyindən aydın oldu ki, Cavabdeh3 Növruz qızı və övladlarının yaşadığı evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan Bakı şəhəri, Binəqədi bələdiyyəsinin 336 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə Binəqədi rayonu, 9-cu mikrorayon, C.cabbarlı küçəsində əlavə olunmuş cizgiyə uyğun olaraq C.İ.Məmmədova satılmış 200 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli sərəncamı əsasında N.N.Quliyevə ayrılmış 600 kv.m torpaq sahəsinin ayrıc sənədləri, yerləşmə sxemi əlavə edilmədiyindən həmin 600 kv.m torpaq sahəsinin hazırda harada yerləşməsinin və mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh3 və övladlarının qeydiyyatda olduqları, yaşadıqları iş üzrə mübahisələndirilən fərdi yaşayış evi Bakı şəhəri, ünvan 16 ünvanında uyğun gəlir. İş üzrə mübahisələndirilən sözügedən evin birinci sualda göstərilən ayrıc sənədləri və yerləşmə sxemləri nəzərə alınmaqla ümumiyyətlə kimə məxsus olması, həmin evin ünvanının Cavabdeh3 ailə üzvləri ilə qeydiyyatda olduqları ünvanla eyni olub-olmadığını isə müəyyən eymək mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4789 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinin məzmunu mütəxəssis rəyinin məzmunu ilə eynilik təşkil edir. Bu baxımdan Kollegiya hesab edir ki, Cavabdeh3 yuxarıda qeyd olunan tələbləri irəli sürməkdə subyektiv hüququ olmuşdur. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-325/2016 saylı mülki işində Cavabdeh3 və qeyrilərinin qarşılıqlı iddiası rədd edilərkən ona istinad olunmuşdu ki, “mübahisəli mənzilə dair bağlanmış əqdlərin və həmin əqdlərin əsasında verilmiş çıxarışların etibarsız hesab olunması tələb edilsə də, iddiaçı öz tələbinin əsaslı olduğunu sübut edə bilməmişdir. Belə ki, baxılan iş üzrə mənzilə dair bağlanmış əqdlərin rəsmiləşdirilməsində hər hansı qanunsuzluğa yol verilməmişdir. Alqısatqı zamanı həmin mənzildə qeydiyyatda olan bütün 18 yaşına çatmış şəxslərin razılığı alınmış, alqı-satqı zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir.” Birinci instansiya məhkəməsinin göstərilən qaydada əsaslandırması ilə razılaşmayan Kollegiya nəzərə alır ki, yuxarıda da göstərildiyi kimi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-325/2016 saylı mülki işində “iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X9, Bakı şəhəri 37 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı Sutanəli oğluna qarşı fərdi yaşayış evinin X15 tərəfindən X9 bağışlanması haqqında Bakı şəhəri 37 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş 05 may 2014-cü il tarixli Bağışlama müqaviləsinin, seriya RX N0386995 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X8 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarış və Texniki pasportun, seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X8 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın, X14 ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 37 saylı notariat kontorunda rəsmiləşdirilmiş 21 avqust 2014-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, seriya RX N0475340 saylı, ********* qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli İddiaçı adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın və Texniki pasportun etibarsız hesab edilməsi” barədə tələblərə mülki məhkəmə icraatı qaydasında baxılması yuxarıda göstərilən inzibati mübahisəyə baxılmasının nəticəsindən asılıdır. Yəni, həmin tələblərə mülki məhkəmə icraatında baxılıb qiymət verilməsi yalnız iddiaçı Cavabdeh3 “ünvan 2 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X6 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatla bağlı verilmiş seriya ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi” və “Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 143C saylı evin xüsusi mülkiyyət hüququ əsasında X8 adına verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə tələblərinə inzibati məhkəmə icraatı qaydasında baxıldıqdan sonra mümkündür. Hazırki vəziyyətdə isə iddiaçı Cavabdeh3 inzibati məhkəmə icraatının predmeti olan, yuxarıda qeyd olunan iddia tələbləri ilə məhkəməyə müraciət etdiyi müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki. yuxarıda qeyd olunanlar işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən nəzərə alınmamış və bununla da maddi hüquq normalarının pozulmasına, düzgün tətbiq edilməməsinə yol verilmişdir ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-325/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi “iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X9, Bakı şəhəri 37 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı Sutanəli oğluna qarşı fərdi yaşayış evinin X15 tərəfindən X9 bağışlanması haqqında Bakı şəhəri 37 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş 05 may 2014-cü il tarixli Bağışlama müqaviləsinin, seriya RX N0386995 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X8 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarış və Texniki pasportun, seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X8 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın, X14 ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 37 saylı notariat kontorunda rəsmiləşdirilmiş 21 avqust 2014-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, seriya RX N0475340 saylı, ********* qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli İddiaçı adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın və Texniki pasportun etibarsız hesab edilməsi barədə tələblərinin rədd edildiyi” hissələrdə ləğv edilməli, iddia yuxarıda qeyd olunan əsasla rədd edilməli və bununla da apellyasiya şikayətləri qismən təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 izah edilsin ki, onun mübahisəli evin ünvan 2 ünvanda yerləşən 0,02425 ha. torpaq sahəsində tikilmiş 2 mərtəbəli ev kimi X6 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatının düzgün olmaması və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfındən seriya ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın, həmçinin sözügedən idarə tərəfindən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinin tələbləri pozulmaqla A.Məmmədovun adına aparılmış reyestr yazısında düzəliş aparılmaqla, evin ünvanındakı “Biləcəri qəsəbəsi” sözlərinin “Rəsulzadə qəsəbəsi” sözləri ilə əvəz edilməsinə dair X8 adına verilmiş seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən Çıxarışın mübahisələndirilməsi ilə bağlı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-325/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi “iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X9, Bakı şəhəri 37 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və İddiaçı Sutanəli oğluna qarşı fərdi yaşayış evinin X15 tərəfindən X9 bağışlanması haqqında Bakı şəhəri 37 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş 05 may 2014-cü il tarixli Bağışlama müqaviləsinin, seriya RX N0386995 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X8 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarış və Texniki pasportun, seriya RX N0476024 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli X8 adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın, X14 ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 37 saylı notariat kontorunda rəsmiləşdirilmiş 21 avqust 2014-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, seriya RX N0475340 saylı, ********* qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli İddiaçı adına rəsmiləşdirilmiş reyestrdən Çıxarışın və Texniki pasportun etibarsız hesab edilməsi barədə tələblərinin rədd edildiyi” hissələrdə ləğv edilsin. Həmin hissələrdə iddia tələbləri rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar