Məhkəmə qərarları › İş №2(103)-6604/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6604/2023

09.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6604/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, 24 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Qurbanov Əsəd Vaqif oğluna qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması tələblərinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında 3-cü giriş, 11-ci mərtəbə, yaşayış sahəsi 124 kv.m olan, 3 otaqlı, 201 nömrəli mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC və “Kaspian-İnşaat MB“ MTK tərəfindən törədilən maneələrin aradan qaldırılması və bu cür maneələrin yaradılmasının onlara qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Ələkbərova Günay Bahadur qızı cavabdehlər Cavabdeh2, İddiaçı, "xxxx" MTK-ya, 44 saylı Notariat Ofisinin xüsusi notariusu Süleymanlı Hikmət Bəxtiyar oğluna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “çıxarışın və maliyyə arayışının etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, qeyd və çıxarışın ləğv edilməsi mənzilə sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Caspian İnşaat MB" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarışın və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 adına aparılmış qeydin və xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın, həmin mənzilə dair Cavabdeh2 ilə İddiaçı arasında bağlanaraq, 44 saylı Notariat Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına aparılmış qeydin və xx.xx.2021ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, onun Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 4 otaqdan ibarət, müqavilə üzrə ümumi sahəsi 144 kv.m (faktiki 138,9 kv.m.) olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Qurbanov Əsəd Vaqif oğluna qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması tələbinə dair” iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs iddiası qismən təmin edilmiş, "xxxx" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarışın və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin (maliyyə arayışına əsasən) "xxxx" MTKdan tutularaq Cavabdeh2 ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 adına aparılmış qeydin və 29 iyul 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, 44 saylı Notariat Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə, 201 saylı mənzilinə dair İddiaçı tərəfindən Cavabdeh2 ödənilmiş 135000 (bir yüz otuz beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair İddiaçı adına aparılmış qeydin və 12 noyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Ələkbərova Günay Bahadur qızının Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə 4 otaqdan ibarət və müqavilə üzrə ümumi sahəsi 144 kv.m (faktiki 138,9 kv.m. təşkil edən) olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın İddiaçı tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ01360100 **********44 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir. Daha sonra cavabdeh "xxxx" MTK-nın qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, cavabdeh "xxxx" MTK-nın qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 993/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsindən ötrü qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilmiş və cavabdeh "xxxx" MTK-nın qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, xx.xx.2023cü il tarixli qərardadını ləğv edərək "xxxx" MTK-nın apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, 09 avqust 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 şikayət geri qaytarılmışdır. Daha sonra Cavabdeh2 yenidən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 993/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iş üzrə cavabdeh "xxxx" MTK nümayəndəsi Rəhimov Rafail Rəhim oğlu tərəfindən verilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il, 2(004)- 993/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsindən ötrü qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, 31 avqust 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır. Daha sonra Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət vermiş və şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilmə müddətini bərpa edərək işin apellyasiya qaydasında baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Cavabdeh2 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, xx.xx.2023-cü tarixli qərardadından şikayətin verilməsindən ötrü qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi, Cavabdeh2 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, xx.xx.2023-cü tarixli qərardadından verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibət bildirsə də, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayəti ümuümiyyətlə müzakirə etməmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2 və 269.3-cü maddəsinə görə şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində göstərilən normalara uyğun birinci instansiya məhkəməsi tərəfindən ilk növbədə özü baxıb müvafiq qərar qəbul etməli olduğu halda, yuxarda qeyd olunan maddənin ziddinə olaraq verilmiş şikayəti birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Ona görə də, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, 24 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin və Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əsasən baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar