Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6605/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Əliyeva Aytən Rafayıl qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkil X7 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər LPO QSC “xxxxxxxxxxxxx” KB-nin qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(006)- 271/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, 20.804,48ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh X1 alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Cavabdeh Azərbaycan X4 apellyasiya şikayəti verərək, Bakışəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)- 271/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə QSC “xxxxxxxxxxxxx” KB arasında bağlanmış xx xxxxxx 2015-ci il və xx xxxxxx 2016-cı il tarixli əmanət müqavilələrinə əsasən iddiaçı əmanət yerləşdirilmişdir. Əmanət müqavilələrinin 5.2-ci bəndinə əsasən həmin müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Əmanət müqavilələri üzrə müddət bitmiş və müqavilələr müvafiq olaraq müddət 1 il müddətinə müqavilə şərtlərinə müvafiq olaraq 5% dərəcəsi ilə uzadılmışdır. İddiaçı ilə bank arasında bağlanmış müqavilələr tərəflərin iradə ifadəsinin təzahürüdür. Tərəflər müqavilə imzalayarkən onun mühüm şərtləri barədə razılığa gəlmişlər və bu razılıq tərəflərin imzaları ilə rəsmiləşdirilmişdir. Həmin müqavilələrin 2.7-ci maddəsində tərəflər arasındakı müqavilənin uzadılması qaydası əvvəlcədən razılaşdırılmış və bu göstərilən şərtlər hazırkı mülki iş üzrə iddiaçının iradə ifadəsi ilə əhatə edilmişdir. Lakin əmanətin “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Lakin iddiaçı tərəfindənəmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmamışdır. İddiaçı tələbi xx xxxxxx 2018-ci il tarixində 1228 reyestr nömrəsi ilə kreditor tələbi kimi qeydə alınmışdır. Bankla əmanətçi arasındakı əmanət müqaviləsində əmanətin sığortalandığı göstərilsə də, X4 həmin müqavilənin tərəfi olmadığı üçün yalnız Qanunla qorunan hesab edilən əmanətlərüçün kompensasiya ödənilməsi vəzifəsini daşıyır. Sözügedən əmanət müqavilələri isə yuxarıda sadalanan əsaslara görə qorunan əmanət hesab edilmirlər. “X2” Qanunun 27.1-ci maddəsinə uyğun olaraq kompensasiyanın ödənilməsi əmanətin cəlb edildiyi tarixə deyil, sığorta hadisəsinin baş verdiyi tarixə mövcud məzənnə nəzərə alınmaqla ödənilməli idi. Sığorta hadisəsi baş verən tarixdə isə ABŞ dollarının məzənnəsi 1,6211 manat həddində olmuşdur Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- ********* saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-271/2019 saylı qətnaməsi ləğv edilərək və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia qismən təmin edilərək, İddiaçı və QSC “xxxxxxxxxxxxx” KB arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, LD********** saylı və xx xxxxxx 2016-cı il tarixli LD********** saylı “Standard” depozit müqavilələri üzrə kompensasiya olaraq 30000 (otuz min) manat və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat, cəmi 30025 (otuz min iyirmi beş) manat məbləğində pulun X1 alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13311/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2151/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, iş üzrə Bakı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini qəbul etməyərək, rədd olunmasını xahiş edən iddiaçının və onun səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ilə QSC «xxxxxxxxxxxxx» KB arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli LD********** nömrəli “Standard” depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 9.207 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 4,50 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 06 ay müddətinə bağlanmışdır. İş materiallarında olan İddiaçı ilə QSC «xxxxxxxxxxxxx» KB arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli LD********** nömrəli “Standard” depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 11.350 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 2,50 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 03 ay müddətinə bağlanmışdır. İş materiallarında olan Ləğv prosesində olan QSC «xxxxxxxxxxxxx» KB tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxxx 2017-ci il tarixli 19/25751 №-li məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Maliyyə X5 Direktorlar Şurasının xx.xx.2016-cı il tarixli qərarına əsasən QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının lisenziyası xx.xx.2016-cı il tarixindən etibarən ləğv edilib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(081)-4498/2016 saylı qərarı ilə Azərbaycan Respublikası Maliyyə X5 QSC “xxxxxxxxxxxxx” KB-nin iflas prosedurunun başlanmasına dair ərizəsi təmin olunaraq, QSC “xxxxxxxxxxxxx” KB-nin müflis elan edilməsi, iflas prosedurunun başlanılması və Azərbaycan X3 QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi təyin olunması qərara alınmışdır. İddiaçı ilə QSC “xxxxxxxxxxxxx” KB arasında aşağıdakı əmanət (depozit) müqavilələri bağlanıb: LD********** saylı əmanət (depozit) müqaviləsi xx.xx.2015-ci il tarixində Azərbaycan manatında 14 faiz dərəcəsi ilə 12 ay müddətinə yerləşdirilib, xx.xx.2016-cı il tarixində müqavilənin müddəti 12 faiz dərəcəsi ilə 12 ay müddətinə uzadılıb; LD********** saylı əmanət (depozit) müqaviləsi xx.xx.2015-ci il tarixində ABŞ dollarında 4,50 faiz dərəcəsi ilə 6 ay müddətinə yerləşdirilib, xx.xx.2016-cı il tarixində müqavilənin müddəti 5 faiz dərəcəsi ilə 12 ay müddətinə uzadılıb; LD********** saylı əmanət (depozit) müqaviləsi xx.xx.2016-cı il tarixində Azərbaycan manatında 5,50 faiz dərəcəsi ilə 3 ay müddətinə yerləşdirilib, xx.xx.2016-cı il tarixində müqavilənin müddəti 12 faiz dərəcəsi ilə 12 ay müddətinə uzadılıb; LD********** saylı əmanət (depozit) müqaviləsi xx.xx.2016-cı il tarixində ABŞ dollarında 2,50 faiz dərəcəsi ilə 3 ay müddətinə yerləşdirilib, xx.xx.2016-cı il tarixində müqavilənin müddəti 5 faiz dərəcəsi ilə 12 ay müddətinə uzadılıb; Azərbaycan X3 Himayəçilik Şurası tərəfindən qəbul edilən qərara uyğun olaraq, xx xxxxxx 2015-ci il tarixinə kimi 12 faiz həddində qəbul edilmiş bütün əmanətlər bu tarixdən etibarən qorunan əmanət hesab olunur. Yəni göstərilən tarixə qədər 12 faizlə cəlb edilən əmanətlər qorunan hesab edilmirdisə, həmin əmanətlər xx xxxxxx 2015-ci il tarixindən etibarən qorunan əmanət sayılır, həmçinin xx xxxx 2016-cı il tarixindən etibarən Azərbaycan X4na üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır. Yuxarıda yazılanlara əsasən LD********** və LD********** saylı əmanət (depozit) müqavilələri sığortalı olduğundan xx.xx.2016-cı il tarixində İddiaçı kompensasiya ödənişi həyata keçirilmişdir. LD********** və LD********** saylı əmanət (depozit) müqavilələri sığortalı olmadığından İddiaçı banka qarşı kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə uyğun olaraq xx xxxxxx 2016-cı il tarixində 1228 qeydiyyat nömrəsi ilə kreditorların reyestrində qeydə alınmışdır. Ərizədə qeyd edilmiş ödənilməmiş məbləğlər sığortalanmadığından, həmin məbləğ “Banklar haqqında” Qanunun 82.1.8-ci maddəsinə uyğun olaraq təsnifləşdirilmiş, təminatsız kreditor tələblərinə aid edilmişdir və həmin maddədə göstərilmiş növbəlilik qaydasına riayət olunmaqla ödənilə bilər. Nəzərə alınması xahiş edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan QSC «xxxxxxxxxxxxx» KB-nin ləğvedicisi X4 tərəfindən İddiaçı ünvanlanmış xx xxxxx 2018-ci il tarixli **********188 №-li məktubun surətindən görünür ki, X4 öz işini X2 qanunlara, habelə öz Nizamnaməsinə və normativ hüquqi xarakterli aktlara uyğun olaraq təşkil edir. Həmin sənədlərə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, X4 bütün məlumatları müvafiq bankın məlumat bazasından götürür, öz elektron məlumat sisteminə yükləyir və sığorta ödənişləri həmin məlumatlar əsasında icra edilir. Sığorta hadisəsininn baş verdiyi bankdakı məlumatlarda yalnışlıqlar baş veribsə, bu yalnışlığın aradan qaldırılması məsələyə hüquqi qiymət verildiyi təqdirdə mümkündür. Nəzərə alınması xahiş edilmişdir. “X2” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə X4 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6-ci maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə QSC «xxxxxxxxxxxxx» KB arasında xx xxxxxx 2015-ci il tarixli Standard depozit müqaviləsi bağlanmış, bank əmanətçidən 9.207 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 4,5 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 06 ay müddətinə bağlanmışdır. Eyni zamanda İddiaçı ilə QSC «xxxxxxxxxxxxx» KB arasında xx xxxxxx 2016-cı il tarixli Standard depozit müqaviləsi bağlanmış, bank əmanətçidən 11.350 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 2,50 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 03 ay müddətinə bağlanmışdır. Daha sonra QSC «xxxxxxxxxxxxx» KB-nin lisenziyası ləğv edilmiş, QSC «xxxxxxxxxxxxx» KB müflis elan olunmuş, iflas proseduruna başlanılmış (sığorta hadisəsi), ləğv prosesində olan QSC «xxxxxxxxxxxxx» KB-nin ləğvedicisi Azərbaycan X4 təyin edilmişdir. Qeyd olunan əmanətlər cavabdeh tərəfindən qorunan əmanətlərə aid olmadığı bildirilərək kompensasiya olunmamış və bu günə kimi iddiaçıya ödənilməmişdir. X3 Himayəçilik Şurasının xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx xxxxxx 2015-ci il tarixdən 12 faiz müəyyən edilmişdir. X3 Himayəçilik Şurasının iclasının xx xxxx 2016- cı il tarixli qərarına əsasən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz saxlanılmaqla, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında imzalanmış xx xxxxxx 2015-ci il tarixli “Standard” depozit müqaviləsinin 1.3-cü bəndinə əsasən iddiaçı tərəfindən əmanət məbləği xarici valyutada 4,5 faiz dərəcəsi ilə qoyulmuşdur. Tərəflər arasında imzalanmış xx xxxxxx 2016-cı il tarixli “Standard” depozit müqaviləsinin 1.2-ci bəndinə əsasən iddiaçı tərəfindən əmanət məbləği xarici valyutada 2,5 faiz dərəcəsi ilə qoyulmuşdur. İddiaçı tərəfin bildirdiyinə görə və iş materiallarından görünür ki, daha sonra müqavilələrin şərtlərinə əsasən bank tərəfindən birtərəfli qaydada müqavilələrin müddəti uzadılmış və əmanətlərə görə veriləcək illik faiz dərəcəsi 5 faizə çatdırılmışdır. Lakin müqavilələrin şərtlərinin dəyişdirilməsi zamanı iddiaçının razılığı alınmamışdır. Cavabdeh tərəf müqavilələrin şərtlərinin iddiaçının razılığı olmadan dəyişdirilməsinin zəruriliyi və bununla bağlı müqavilələrə uyğun müvafiq şərtlərin mövcud olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmin müqavilələrin 2.7-ci bəndinə əsasən əgər əmanətçi depozit müqaviləsinin müddəti bitənədək öz əmanətini tələb etməmişdirsə və ya həmin müqavilənin uzadılması yaxud dəyişdirilməsi barədə tərəflər razılıq əldə etməmişlərsə, onda müqavilə həmin müqavilədə nəzərdə tutulmuş depozit növü üçün bankda müəyyən edilmiş və qüvvədə olan şərtlərlə uzadılmış hesab edilir, bir şərtlə ki, 2.7.2-ci bəndi tətbiq edilməsin. Müqavilələrin 2.7.2-ci bəndinə əsasən isə həmin müqavilənin müddətinin bitdiyi gün bankda bəhs edilən müqavilədə nəzərdə tutulmuş depozit növü üçün müəyyən edilmiş şərtlər altında bu müqavilənin müddətinin uzadılması mümkün olmadığı halda depozit müqaviləsinə xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən əmanət qoyulmuş məbləğ 9.207 ABŞ dolları əmanətin qoyulduğu tarixə (xx.xx.2015-ci il) və əmanət qoyulmuş məbləğ 11.350 ABŞ dolları əmanətin qoyulduğu tarixə (xx.xx.2016-cı il) hər biri ayrıayrılıqda manatın ABŞ dollarına məzənnəsinə uyğun olaraq 30.000 manat məbləğindən artıq olmamışdır. Tərəflər arasında imzalanmış Depozit müqavilələrinin 8.2-ci bəndinə əsasən isə Fondun sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30000 manatdan çox olmayaraq kompensasiya ödəməli olması müəyyən edilmişdir. Göründüyü kimi, sığorta hadisəsi baş verdikdə ödənilməli olan kompensasiya məbləği sözügedən hər bir müqavilə imzalanan tarixdə müəyyənləşdirilmiş və bu məbləğ əmanət məbləğini tam əhatə etmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında əmanət müqavilələrindən biri xx xxxxxx 2015-ci il tarixdə imzalanmış, əmanət üçün illik 4,5 faiz dərəcəsi müəyyən edilmişdir. Tərəflər arasında əmanət müqavilələrindən digər isə xx xxxxxx 2016-cı il tarixdə imzalanmış, əmanət üçün illik 2,5 faiz dərəcəsi müəyyən edilmişdir. Həm qanunvericiliyin qeyd olunan tələbləri baxımından, həm tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, həm də X3 Himayəçilik Şurasının müvafiq qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçının əmanət məbləğləri qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh Azərbaycan X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxx 2020-ciil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6605/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6605/2020
24.09.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver