Məhkəmə qərarları › İş №2(103)-6605/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6605/2022

05.10.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6605/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «ipoteka müqaviləsinin Əlavə Kredit Müqaviləsinə münasibətdə bağlanılmamış hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5404/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" KB ASC ilə onun arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli 38KL/14 nömrəli «Əsas Kredit Müqaviləsi» üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə cavabdehlə onun mərhum anası - 21 iyun 2017-ci il tarixdə vəfat etmiş X4 arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli 38KLİ/14 nömrəli «İpoteka Müqaviləsi»nin cavabdehlə onun arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli 38KL/14-1 nömrəli «Əlavə Kredit Müqaviləsi»nə münasibətdə bağlanılmamış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5404/2021 nömrəli, 10 noyabr 2021ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı cavabdehlə bağlanmış barışıq sazişini təqdim edərək, əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında razılığa gəlinmiş və bu barədə barışıq sazişi bağlanmışdır. Qeyd olunanlara əsasən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X5 iddiaçı ilə bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları 04 oktyabr 2022-ci il tarixli “Barışıq sazişi”nə görə: İddiaçı "xxxx" KB ASC-nin cavabdeh İddiaçı, X6, X3 və X7 qarşı, hazırda Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan "kreditin, kreditin faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair" iddia tələbi ilə bağlı, həmçinin İddiaçı (mərhum anası X1 hüquqi varisi kimi) cavabdeh "xxxx" KB ASC-yə qarşı, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan "Cavabdeh "xxxx"xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış 29 oktyabr 2014-cü il tarixli, 38KL/14 nömrəli "Əsas Kredit Müqaviləsi" üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə cavabdehlə İddiaçı mərhum anası (21 iyun 2017-ci il tarixdə vəfat etmiş) X4 arasında bağlanılmış 30 oktyabr 2014-cü il tarixli, 38KLİ/14 nömrəli "İpoteka Müqaviləsi"nin cavabdehlə İddiaçı arasında bağlanılmış 30 oktyabr 2014-cü il tarixli, 38KL/14-1 nömrəli "Əlavə Kredit Müqaviləsi”nə münasibətdə bağlanılmamış hesab edilməsi barədə iddia tələbi ilə bağlı olan bu Barışıq müqaviləsi, bir tərəfdən X12 şəxsində təmsil olunan "xxxx" KB ASC, bundan sonra «Bank» adlanacaq, digər tərəfdən isə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (şəxsiyyət vəsiqəsi: AZE № 0*******. xxxxxxx), bundan sonra «Borclu» adlanacaq, birlikdə isə «Tərəflər» adlanacaq şəxslər tərəfindən aşağıdakı məzmunda bağlanılır: 1.1. Yuxarıda qeyd edilən iddialarla əlaqədar olaraq. «Borclu» ilə «Bank» arasında 29 oktyabr 2014-cü il tarixli, 38KL/14 nömrəli "Əsas Kredit Müqaviləsi” çərçivəsində bağlanılmış 30 oktyabr 2014-cü il tarixli. 38KL/14-1 nömrəli Əlavə Kredit Müqaviləsi üzrə «Tərəflər» arasında hazırda razılaşdırılmış 20000 (iyirmi min) ABŞ Dolları həcmində öhdəlik məbləğinin «Bank»a birdəfəlik tam ödənilməsi və hazıda «Tərəflər» arasında mövcud olan məhkəmə çəkişmələri üzrə ümumi barışıq müqaviləsinin bağlanması təşəbbüsü tərəflər arasında irəli sürüldüyündən, bu Müqaviləyə əsasən «Tərəflər» aşağıdakıları öhdəliklərinə götürüb icra edirlər: 1.1.1. «Borclu» «Banka» birdəfəlik olaraq 20000 (iyirmi min) ABŞ Dolları ödəniş həyata keçirir. 1.1.2. «Borclu» «Banka» birdəfəlik olaraq 20000 (iyirmi min) ABŞ Dolları ödəniş etdikdə «Bank» öz növbəsində aşağıdakıları icra edir: - «Borclu» tərəfindən «Bank» qarşısında öz öhdəliyini tam icra etməsi və «Bank»a hər hansı borcunun olmadığı barədə rəsmi sənədi təqdim edir: - Şirvan Apelyasiya Məhkəməsinə rəsmi müraciət edərək (müraciətin nüsxəsi «Borclu»ya təqdim etməklə) «Borclu»ya qarşı özünün iddia tələbindən imtina edir. 1.1.3. «Bank» Şirvan Apellyasiya Məhkəməsində «Borclu»ya qarşı özünün iddia tələbindən imtina etdikdən sonra «Borclu» Bakı Apellyasiya Məhkəməsinə rəsmi müraciət edərək (müraciətin nüsxəsi «Bank»a təqdim etməklə) «Bank»a qarşı özünün iddia tələbindən imtina edir. 2.1. X10 təsbit edilmiş öhdəlikləri icra edilmədiyi halda bu Barışıq Müqaviləsi qüvvədən düşür. «Borclu» tərəfindən ödənilmiş məbləğ dərhal geri qaytarılır və Tərəflər arasındakı yuxarıda göstərilən məhkəmə çəkişmələri yenidən başlanır. 2.2. Bu Müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca və vaxtı-vaxtında icra etmədikdə Azərbaycan Respublikası qanunvericiliyinə və bu Müqavilənin müddəalarına əsasən mülki məsuliyyətə məruz qalacaqlar. 2.3. Bu Müqavilədə nəzərdə tutulmuş haldan başqa Tərəflər hər hansı formada və üslubda bu Müqavilənin icrasını mübahisələndirmirlər və ya onun digər şəxslər tərəfindən mübahisələndirilnəsinə şərait və həvəsləndirmə yaratmırlar. 2.4. Bu Müqavilə 30 oktyabr 2014-cü il tarixli, 38KL/14-1 nömrəli Əlavə Kredit Müqaviləsi üzrə Tərəflər arasında razılaşdırılmış 20.000 ABŞ Dolları məbləğində pul vəsaiti tam olaraq Banka ödənildikdən sonra qüvvəyə minir və Tərəflər üzərlərinə götürdükləri öhdəliklərini icra edənədək qüvvədə qalır. 2.5. X11 yazılı razılığı əsasında müvafiq əlavə və dəyişikliklər edilə bilər və onlar Müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaqdır. 2.6. Bu Müqavilə Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) əsl nüsxədə tərtib edilir. Tərəflərin hər birində bir nüsxə, bir nüsxə Şirvan Apellyasiya Məhkəməsində, bir nüsxə isə Bakı Apellyasiya Məhkəməsində qalır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin bağladıqları “Barışıq sazişi” yazılı formada ifadə edilmiş və sazişi bağlamış şəxslər sazişi imzalamışlar. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə kollegiyası, MPM-nin 261 və 384.0.5-ci maddələrinə əsasən hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Hazırki mülki iş üzrə İddiaçı cavabdeh "xxxx" KB ASC arasında bağladıqları aşağıdakı məzmunda olan 04 oktyabr 2022-ci il tarixli “Barışıq sazişi” təsdiq edilsin: İddiaçı "xxxx" KB ASC-nin cavabdeh İddiaçı, X6, X3 və X7 qarşı, hazırda Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan "kreditin, kreditin faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair" iddia tələbi ilə bağlı, həmçinin İddiaçı (mərhum anası X1 hüquqi varisi kimi) cavabdeh "xxxx" KB ASC-yə qarşı, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan "Cavabdeh "xxxx"xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış 29 oktyabr 2014-cü il tarixli, 38KL/14 nömrəli "Əsas Kredit Müqaviləsi" üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə cavabdehlə İddiaçı mərhum anası (21 iyun 2017-ci il tarixdə vəfat etmiş) X4 arasında bağlanılmış 30 oktyabr 2014-cü il tarixli, 38KLİ/14 nömrəli "İpoteka Müqaviləsi"nin cavabdehlə İddiaçı arasında bağlanılmış 30 oktyabr 2014-cü il tarixli, 38KL/14-1 nömrəli "Əlavə Kredit Müqaviləsi”nə münasibətdə bağlanılmamış hesab edilməsi barədə iddia tələbi ilə bağlı olan bu Barışıq müqaviləsi, bir tərəfdən X12 şəxsində təmsil olunan "xxxx" KB ASC, bundan sonra «Bank» adlanacaq, digər tərəfdən isə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (şəxsiyyət vəsiqəsi: AZE № 0*******. xxxxxxx), bundan sonra «Borclu» adlanacaq, birlikdə isə «Tərəflər» adlanacaq şəxslər tərəfindən aşağıdakı məzmunda bağlanılır: 1.1. Yuxarıda qeyd edilən iddialarla əlaqədar olaraq. «Borclu» ilə «Bank» arasında 29 oktyabr 2014-cü il tarixli, 38KL/14 nömrəli "Əsas Kredit Müqaviləsi” çərçivəsində bağlanılmış 30 oktyabr 2014-cü il tarixli. 38KL/14-1 nömrəli Əlavə Kredit Müqaviləsi üzrə «Tərəflər» arasında hazırda razılaşdırılmış 20000 (iyirmi min) ABŞ Dolları həcmində öhdəlik məbləğinin «Bank»a birdəfəlik tam ödənilməsi və hazıda «Tərəflər» arasında mövcud olan məhkəmə çəkişmələri üzrə ümumi barışıq müqaviləsinin bağlanması təşəbbüsü tərəflər arasında irəli sürüldüyündən, bu Müqaviləyə əsasən «Tərəflər» aşağıdakıları öhdəliklərinə götürüb icra edirlər: 1.1.1. «Borclu» «Banka» birdəfəlik olaraq 20000 (iyirmi min) ABŞ Dolları ödəniş həyata keçirir. 1.1.2. «Borclu» «Banka» birdəfəlik olaraq 20000 (iyirmi min) ABŞ Dolları ödəniş etdikdə «Bank» öz növbəsində aşağıdakıları icra edir: - «Borclu» tərəfindən «Bank» qarşısında öz öhdəliyini tam icra etməsi və «Bank»a hər hansı borcunun olmadığı barədə rəsmi sənədi təqdim edir: - Şirvan Apelyasiya Məhkəməsinə rəsmi müraciət edərək (müraciətin nüsxəsi «Borclu»ya təqdim etməklə) «Borclu»ya qarşı özünün iddia tələbindən imtina edir. 1.1.3. «Bank» Şirvan Apellyasiya Məhkəməsində «Borclu»ya qarşı özünün iddia tələbindən imtina etdikdən sonra «Borclu» Bakı Apellyasiya Məhkəməsinə rəsmi müraciət edərək (müraciətin nüsxəsi «Bank»a təqdim etməklə) «Bank»a qarşı özünün iddia tələbindən imtina edir. 2.1. X10 təsbit edilmiş öhdəlikləri icra edilmədiyi halda bu Barışıq Müqaviləsi qüvvədən düşür. «Borclu» tərəfindən ödənilmiş məbləğ dərhal geri qaytarılır və Tərəflər arasındakı yuxarıda göstərilən məhkəmə çəkişmələri yenidən başlanır. 2.2. Bu Müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca və vaxtı-vaxtında icra etmədikdə Azərbaycan Respublikası qanunvericiliyinə və bu Müqavilənin müddəalarına əsasən mülki məsuliyyətə məruz qalacaqlar. 2.3. Bu Müqavilədə nəzərdə tutulmuş haldan başqa Tərəflər hər hansı formada və üslubda bu Müqavilənin icrasını mübahisələndirmirlər və ya onun digər şəxslər tərəfindən mübahisələndirilnəsinə şərait və həvəsləndirmə yaratmırlar. 2.4. Bu Müqavilə 30 oktyabr 2014-cü il tarixli, 38KL/14-1 nömrəli Əlavə Kredit Müqaviləsi üzrə Tərəflər arasında razılaşdırılmış 20.000 ABŞ Dolları məbləğində pul vəsaiti tam olaraq Banka ödənildikdən sonra qüvvəyə minir və Tərəflər üzərlərinə götürdükləri öhdəliklərini icra edənədək qüvvədə qalır. 2.5. X11 yazılı razılığı əsasında müvafiq əlavə və dəyişikliklər edilə bilər və onlar Müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaqdır. 2.6. Bu Müqavilə Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) əsl nüsxədə tərtib edilir. Tərəflərin hər birində bir nüsxə, bir nüsxə Şirvan Apellyasiya Məhkəməsində, bir nüsxə isə Bakı Apellyasiya Məhkəməsində qalır. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5404/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar