Məhkəmə qərarları › İş №2(103)-6613/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6613/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6613/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə. İddiaçı Alik oğlunun nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-2102/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Avtomobilin alınıb verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hunday Elantra” markalı ** FO *** qeydiyyat nişanlı avtomobili sahibinə qaytarılması üçün Cavabdeh Abdula oğlundan alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, özünə minik avtomobili almaq üçün mütamadi olaraq avtomobillərin satışını bildirən elanlar verilən “Turbo az” saytına baxırmış. 2014-cü il tarixdə bir avtomobilin göstərilmiş xüsusiyyətləri xoşuna gəlmiş və onu almaq üçün elanı vermiş Elnur adlı şəxsə zəng vurmuşdur. Elnur avtomobili etibarnamə ilə idarə etdiyini bildirmişdir. Bakı şəhəri Xalqlar dostluğu metrosunun yaxınlığında razılaşdıqları 6000 (altı min) manat pulu Elnura vermiş, qalan 2500 (iki min beş yüz) manat pulu hər ay banka ödəmişdir. Sonradan məlum olmuşdur ki, avtomobilin əsl sahibi Türkan adlı bir qızdır. xx xxxx 2017-ci ildə X7 avtomobili Elnura satmış, sonuncu isə həmin avtomobilin pulunu və faizləri ilə birlikdə banka ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2016-cı il tarixdə notariat kontorunda təsdiq edilmiş etibarnamə ilə avtomobili ona satmış bunun üçün o, ilkin olaraq 6000 (altı min) manat, nəğd ödəmə yolu ilə 2500 (iki min beş yüz) manat pul ödəmişdir. xx.xx.2017-ci il tarixdə avtomobilin sahibi T.A.Quliyeva tərəfindən etibarnamə ləğv edilmişdir. Avtomobilin mübahisəli olduğunu bilən kimi Cavabdeh tapmış, avtomobili ona qaytarmış, ona verdiyi və nağd şəkildə ödədiyi pulunu tələb etmişdir. Elnur avtomobili sahibi T.A.Quliyevə qaytarmaq üçün ondan qəbul etmiş, lakin pulunu bir neçə günə qaytaracağına söz verməsinə baxmayaraq bu günə qədər qaytarmamışdır. O Sabunçu rayon Məhkəməsinə pul tələbinə dair iddia vermişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdehdan 5.425 (beş min dörd yüz iyirmi beş) manat pulun tutulub ona verilməsi qət edilmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı T.A.Quliyevanın ona, R.A.Məmmədova, F.N.Əliyevə və Cavabdeh qarşı pul və əmlak tələbinə dair iddiası qismən təmin edilmiş “Hunday Elantra” markalı ** FO *** dövlət qeydiyyat markalı avtomobilin ondan alınıb iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamənin icrası zamanı ondan izahat alınmış, o avtomobili Cavabdeh təhvil verdiyini sübut etmiş, icra məmuru tərəfindən avtomobilə axtarış verilmiş, lakin avtomobil bu günə qədər tapılmamışdır. Ona görə də avtomobil ondan tələb olunur. O, isə rəsmi olaraq etibarnamə ləğv edildiyi zaman avtomobili Cavabdeh təhvil vermişdir. İndi həmin avtomobil ondan tələb olunduğundan o, da bu avtomobilin cavabdehdən alınıb ona verilməsini tələb etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-2102/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-2102/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qətnaməsini qanunsuz, əsassız və qərəzli hesab edir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir. Qətnamənin icrası zamanı ondan izahat alınmış, o, avtomobili Cavabdeh təhvil verdiyini sübut etmiş, icra məmuru tərəfindən avtomobilə axtarış verilmiş, lakin avtomobil bu günə qədər tapılmamışdır. Ona görə də avtomobil ondan tələb olunur. O, isə rəsmi olaraq etibarnamə ləğv edildiyi zaman avtomobili Cavabdeh təhvil vermişdir. İndi həmin avtomobil ondan tələb olunduğundan, o, da bu avtomobilin cavabdeh E.A. Cəbrayılovdan alınıb ona verilməsini tələb edir. Avtomobil ona qaytarılarsa, o, da həmin avtomobili onun mülkiyyətçisi olan T.A. Quliyevaya təqdim edər. Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh 5.425 manat tutularaq ona ödənilməsi qət edilmişdir. Ali Məhkəmənin MK-nın qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onun iddia tələbinə baxan Sabunçu rayon Məhkəməsi həqiqəti müəyyən etməmiş, preyudisial qüvvəyə malik olan bu qətnaməni nəzərə almamışdır. Onun Cavabdeh ilə alğı-satqı müqaviləsinin şərtlərinə daxil olan pulun ondan alınıb ona verilməsi barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsində 5.425 manat pulun, həqiqətən, Elnura verilməsi, şərtin cavabdeh tərəfindən pozulması, avtomobilin tərəfindən Elnura qaytarılması, bundan sonra 5.425 manat pulun ona alınıb verilməsi qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edib, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 6510/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-10419/2017 saylı qətnaməsinə əsasən iddiaçı X4 cavabdehlər Məmmədov Röyal Afiq oğlu, İddiaçı, X9 və Cavabdeh qarşı pul və əmlak tələbinə dair iddiaçı qismən təmin edilmiş, “Hyundai Elantra” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq (İbrahimzadə) X1ytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Kollegiya qeyd edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)- 10419/2017 saylı qətnaməsindən görünür ki, hazırkı iş üzrə İddiaçı Alik oğlu və Cavabdeh həmin işdə tərəf olmuşlar. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquq doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədi ilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi deyil, məhkəmə səhvlərini ədalət mühakiməsinin düzgün aparılmasını yoluna qoymaq məqsədi ilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Bu isə öz növbəsində qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən mübahisələrin yekunlaşmasının və hüquq sabitliyinin təmin edilməsi üçün məhkəmə qərarlarının yenidən baxılmasına əsasən apellyasiya və kassasiya məhkəmələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Brumaresku Rumıniyaya qarşı” xx xxxxxxx 1999-cu il tarixli qərarda X10 Məhkəməsi göstərmisdir ki, hüququn aliliyinin əsas aspektlərindən bıri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Kollegiya hesab edir ki, avtomobilin İddiaçı alınaraq (İbrahimzadə) X1ytarılması barədə qüvvədə olan məhkəmə qətnaməsi olduğundan, iddiaçının iddia tələbini təsdiq edən mötəbər sübutlar olmadığından, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə, onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)- 2102/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar