Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6613/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(004)-6856/2019 nümrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Yasamal Rayon Məhkəməsinin 2(004)-6856/2019 saylı, 08 may 2021-ci il tarixli qərardadından ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı “vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə ilə 24.10.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslər “xxxx” MMC-nin (VÖEN **********) 15.680,77 manat, “xxxx” MMC-nin (VÖEN **********) 20.114,37 manat və “xxxx” MMC-nin (VÖEN **********) 9.749,57 manat olmaqla, dövlət büdcəsinə olan ümumilikdə 45.544,71 manat vergi borcunun ödənilməsini təmin etmək üçün həmin şirkətinin rəhbəri olan Maraqlı şəxs (Doğulduğu tarix xx.xx.1983cü il, Doğulduğu yer - Azərbaycan, Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx; şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA0771357) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli 2(004)-6856/2019 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil 07.04.2021-ci il tarixdə iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli 2(004)-6856/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli 2(004)-6856/2019 nömrəli qərardadı ilə Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli 2(004)-6856/2019 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayəti, apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddət buraxıldığına görə geri qaytarılmışdır. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil 23.04.2021-ci il tarixdə buraxılmış posessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizəsinə 23.04.2021-ci il tarixli apelyasiya şikayətini əlavə etmişdir. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil buraxılmış prosessual müddətin bərpasına dair ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(004)-6856/2019 nömrəli qətnaməsi Maraqlı şəxs rəsmi qaydada verilməmişdir. O, məhkəməyə 03.03.2021-ci il tarixdə rəsmi qaydada müraciət edərək, qətnaməni 18.03.2021-ci il tarixdə rəsmi qaydada poçt vasitəsi ilə əldə etmişdir. Bundan sonra Yasamal Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli 2(004)6856/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilmişdir. Yasamal Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli 2(004)-6856/2019 nömrəli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli 2(004)-6856/2019 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayəti şikayət vermə müddətinin keçməsinə görə geri qaytarılmışdır. Maraqlı şəxs rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvanda 20 ildən artıqdır ki, yaşamır və həmin mənzildə formal olaraq pasport qeydiyyatındadır. O, ünvan 2 ünvanda yaşayır. Qətnaməni onun yerinə başqa şəxs imzalayıb götürmüş, Maraqlı şəxs həmin mənzildə yaşayan şəxslərlə münasibəti olmadığından, ona bu barədə məlumat verilməmişdir. Xəbərnamədə olan imza Maraqlı şəxs məxsus deyildir. Həmin qətnamədən Maraqlı şəxs ölkədən getmək istəyərkən saxlanıldıqda ona verilən şifahi məlumat əsasında xəbərdar olmuşdur. Bu səbəbdən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş bir aylıq prosessual müddəti buraxmasının səbəblərini üzürlü hesab edərək, müddətin bərpa edilməsini və apelyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-6856/2019 saylı, 08 may 2021-ci il tarixli qərardadı ilə Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil müddətin bərpasına dair ərizəsi təmin edilərək, Maraqlı şəxs iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli 2(004)-6856/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddəti buraxmasının səbəbləri üzürlü hesab edilərək bərpa edilməsi, Maraqlı şəxs iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli 2(004)-6856/2019 nömrəli qətnaməsindən 23.04.2021-ci il tarixdə verdiyi apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi şikayət verərək Yasamal Rayon Məhkəməsinin 2(004)-6856/2019 saylı, 08 may 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə Maraqlı şəxs arasında aparılan yazışmalarda sonuncunun yaşayış ünvanının Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 33 ünvanı olduğu məlum olur. Belə ki, Maraqlı şəxs tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəti Lokal Gəlirlər Baş İdarəsinə göndərilmiş 13.12.2019-ci il tarixli **********007800 nömrəli (AVİS nömrəsi) ərizədə Maraqlı şəxs yaşadığı ünvan Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 33 göstərilmişdir. Həmçinin, Maraqlı şəxs müvafiq ərizəsində qeyd etmişdir ki, ölkədən çıxmağa hazırlaşdığı ərəfədə yaşadığı ünvana vergi orqanından daxil olan məktuba əsasən ölkədən çıxışına məhdudiyyət qoyulduğunu, araşdırma apardıqdan sonra isə təsisçisi olduğu müəssisələrin vergi borcu ilə bağlı cinayət işinin başlanıldığını öyrənmişdir. Maraqlı şəxs müvafiq müraciət məktubu Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 12.02.2020ci il tarixli **********185300 nömrəli məktubla cavablandırılmışdır. Həmçinin “xxxx” (VÖEN:**********), “xxxx” (VÖEN:**********) və “xxxx” (VÖEN:**********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin 27.11.2017-ci il tarixdə qeydiyyat barədə məlumatları vergi orqanına təqdim edilərkən icra orqanının rəhbəri, təsisçi fiziki şəxs kimi Maraqlı şəxs göstərilmiş, yaşayış ünvanının isə Bakı şəhəri Yasamal rayonu, Cəlil Məmmədquluzadə ev.33 ünvanı olduğu qeyd olunmuşdur. Hüquqi şəxslərin dövlət reyestr məlumatlarında da hal-hazırda rəhbər Maraqlı şəxs ünvanı AZ1065, ünvan 6ü kimi həm Lokal Gəlirlər Baş İdarəsi ilə Maraqlı şəxs arasında aparılan yazışmalar, həm də hüquqi şəxslərin dövlət reyestr məlumatları Maraqlı şəxs məhkəməyə təqdim etdiyi prosessual müddətin bərpasına dair ərizəsində qeyd olunanları təkzib edərək prosessual müddətin buraxılmasının səbəbinin üzrlü olmadığını göstərir. Yasamal Rayon Məhkəməsinin 2(004)-6856/2019 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və MPM-nin 269-cu maddəsinə əsasən ilkin şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil şikayətlə razılaşmayaraq birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayəti iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə görə Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Eyni Məcəllənin 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdən görünür ki, məhkəmənin mübahisələndirilən qətnaməsinin surəti surəti 31.10.2019-cu il tarixli məktubla Maraqlı şəxs ünvan 7 ünvana sifarişli xəbərnaməli poçt vasitəsilə göndərilmişdir. Poçt xəbərnaməsinə imza edilməklə 28.11.2019-cu il tarixdə qətnamə rəsmi qaydada alınmışdır. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil 02.03.2021-ci və 05.03.2021-ci il tarixdə məhkəməyə verdiyi ərizəsinə əsasən, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli qətnaməsinin surəti təkrarən 05.03.2021-ci il tarixli məktubla ona göndərilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, poçt xəbərnaməsinə imza edilməklə 28.11.2019-cu il tarixdə qətnamə rəsmi qaydada alınsa da, imzalayan şəxsin soyadı göstərilməmiş, bu səbəbdən qətnamənin kim tərəfindən alındığı dəqiq deyildir. Həmçinin poçt xəbərnaməsindəki imza ilə maraqlı şəxs tərəfindən verilmiş etibarnamədəki imzası tamamilə fərqlidir. Maraqlı şəxs ərizəsində 20 ildən artıqdır ki, qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşamadığını, faktiki olaraq ünvan 8vanda yaşadığını qeyd etmişdir. Ərizədə xəbərnamədəki imzanın Maraqlı şəxs məxsus olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Maraqlı şəxs iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti üzürlü səbəblərdən ötürmüşdür. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər əsaslı deyil və Rayon Məhkəməsi vəsatətin təmin edilməsi barədə qərardadı qəbul etməkdə, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-6856/2019 saylı, 08 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-6613/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6613/2021
24.06.2021 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver