Məhkəmə qərarları › İş №2(103)-662/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-662/2023

11.07.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-662/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(006)-46/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2014-cü il tarixli, 3850 NF nömrəli Kredit müqaviləsinə əsasən, kredit müqaviləsinin bitdiyi, yəni xx.xx.2017-ci il tarixə olan 134251,64 ABŞ dolları əsas borc, 31873,14 ABŞ dolları faiz borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə illik 5 faiz dərəcəsilə hesablanmış 16781,45 ABŞ dolları faiz borcu, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 62 manat dövlət rüsumu, mülkiyyət və yüklülük çıxarışlarının, kredit, ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 37 manat dövlət rüsumunun tutulub ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 35 nömrəli mənzilə yönəldilməsi, həmin ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(006)-46/2022 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, cavabdehlərdən xx.xx.2014-cü il tarixli, 3850 NF nömrəli Kredit müqaviləsinə əsasən, kredit müqaviləsinin bitdiyi, yəni xx.xx.2017ci il tarixə olan 134251,64 ABŞ dolları əsas borc, 31873,14 ABŞ dolları faiz borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə illik 5 faiz dərəcəsilə hesablanmış 16781,45 ABŞ dolları faiz borcu (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 62 manat dövlət rüsumu, mülkiyyət və yüklülük çıxarışlarının, kredit, ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 37 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* nömrəli, **********36- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus və likvid qiyməti 15.000 manat müəyyən edilməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə və ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* nömrəli, **********28-05101-093041 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus və likvid qiyməti 80.000 manat müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 35 nömrəli mənzilə yönəldilməsi, həmin ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 (bir) ay müddətində fərdi yaşayış evi və mənzilin boşaldılması, əmlakların satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində ekspertiza xərcinin tərəflərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və mühasibatlıq ekspertizası keçirilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-662/2023 nömrəli iş üzrə 11 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəməyə Azərbaycan Respublikası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş təyin olunan məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məlumat daxil olmuşdur. Apelyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə3 ərizə təqdim edərək, apelyasiya şikayətindən imtina etdiklərini bildirərək, imtinanın qəbul edilməsini və apelyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə3 ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtinanın qəbul edilməsini və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir Cavabdeh1 nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli və Cavabdeh1 münasibətdə apelyasiya icraatına xitam verilməlidir. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh1 nümayəndəsivəkili tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilməli və Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh1 nümayəndəsi-vəkili tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(006)-46/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar