Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6624/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı cə cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi" tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1457/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən yaşadığı ünvan 1 saylıünvanına quraşdırılmış zavod nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi səbəbindən yazılmış 1944 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli ******* №-li akta əsasən yazılmış 1944 manat borcun silinməsi və ödənilmiş 262 manat sayğacın dəyərinin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Qambov Vəzirov küçəsi, 56/1 saylı evdə 1 ədəd PQ-4 qaz peçi mövcuddur. xx.xx.2018-ci ildə Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Akt tərtib edilərək göstərilmişdir ki, guya zavod nömrəli çıxış plastmas borusu deşilmişdir. Ümumiyyətlə yaşadığı evdə kombi sistemi olmadığı halda aktda göstərilmişdir ki, evdə kombi sistemi var. Bundan sonra Cavabdeh tərəfindən 29/1710-0348 saylı Akt tərtib edilərək 1944 manat borcunun olduğu göstərilmişdir. Qaz sayğacı yaşadığı evdən kənarda yerləşdiyindən ona daima nəzarət etmək mümkün deyil. Qaz sayğacının qorunmasına məsuliyyət daşımadığı bir halda sayğaca müdaxilə göstərməklə ona qanunsuz olaraq 1944 manat məbləğində cərimə yazılmışdır. Halbu ki, əgər sayğaca müdaxilə olunubsa belə bu onun günahı və məsuliyyətsizliyi deyil. Sayğaca müdaxiləyə görə o, məsuliyyət daşımır və cərimə dəödəməli deyil. Hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, qanunsuz yazılmış 1944 manat məbləğində cərimə borcu silinməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1457/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İstehsalat Birliyi tərəfindən xx.xx.2018ci il tarixli ******* №-li akta əsasən İddiaçı yazılmış 1944 manat borcun silinməsi və ödənilmiş 262 manat sayğacın dəyərinin İddiaçı geri qaytarılması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1457/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı abonentin iştirakı ilə akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir. Ünvandan çıxarılmlış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdəndə itirilmiş qazın dəyərinə görə 1944 manat abonentdən tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydalarf'mn təsdiq edilməsi haqqında qanunun 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qərarda vətəndaşın laboratoriyada keçirilən yoxlamada iştirakının Birlik tərəfindən təmin olunması qeyd olunmamışdır. Abonent öz vəsaiti hesabına da yoxlamanı keçirdə bilər. Məhkəməyə təqdim olunmuş laboratoriyanın rəyindədə aydın görünürki sayğaclar yoxlamaya gedərəkən kütləvi şəkildə və yalnız sayğacın nömrəsi qeyd olunur orada vətəndaş və onun ünvanı barədə məlumat olmur. Bununlada yoxlamanın nə qədər şəffaf keçirildiyi öz təsdiqini tapır. Dövlət təşkilatı kimi Cavabdeh İstehsalat Birliyinin məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Sayğaca müdaxilə rəydə aşkar göründüyü halada məhkəmə bunu ağlabatan saymır. Bu qərarla hər kəs sayğaca müdaxilə edər və ödəniş etmədən təbii qazdan istifadə edər və dövlət əmlakını yararsız hala salar. Məhkəmə qeyd edirki, sayğaca cavabdeh qazpaylayıcıdır. Bəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları"nm 4.9-cu maddəsinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Lakin burada sayğacın dəyişdirilməsi, təmiri və yoxlamaya göndərilməsi göstərilir. Vətəndaş tərəfindən sayğacın yararsız hala salınması heç vaxt dövlət təşkilatının hesabına dəyişdirilə bilməz. Bu kimi hallar mövcud iqtisadi vəziyyətdə Birliyin vəziyyətini ağırlaşdırar və istehlakçılar arasında intizamsızlıq yaradar. Hər kəs sayğaca müdaxilə edib təbii qazı sayğac göstəricisi nəzərə alınmadan işlədər. Bu da öz növbəsində dövlətə maliyə cəhətdən zərər vurar. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları"nm 4.9-cu maddəsində göstərilir ki, vətəndaşın təqsiri olmasa sayğaca cavabdeh qazpaylayıcıdır. Məhkəməyə təqdim olumuş olunmuş laboratoriyanın rəyində qeyd olunurki sayğaca müdaxilə halı var lakin məhkəmə bu işə laqeyd yanaşaraq vətəndaşın təqsiri məsələsini araşdırmaq yerinə sayğacın dəyərini qazpaylayıcmın hesabına ödənilməsini qət etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanlmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi Z.Qurbanov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, İddiaçı ünvan 2 ünvanında quraşdırılan GRG18014503 smart sayğac üzrə qeydiyyatdan keçən qaz abonentidir. xx.xx.2018-ci il tarixli ******* saylı Aktdan görünür ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı yaşadığı ünvan 3 ünvanına quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmişdir. Həmin Aktın «Baxış keçrilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd» sütununda 29/1710-0348-1 №-li rəyə əsasən 12** AQ ***00135203 zavod nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsinin aşkar edilməsi, eyni zamanda iddiaçının aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. 29/1710-0348-1 №-li rəyə əsasən müəyyən edilir ki, həmin rəy Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə, yəni Aktın tərtibindən 1 ay sonra tərtib və təsdiq edilmişdir. CavabdehİB-nin xx.xx.2018-ci il tarixli qərarına əsasən müəyyən edilir ki, Akt əsasında İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğacda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3 /saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 1,2x6x180=1296 m3 2,6x18x180=8424 m3 cəmi 9720 m3 ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2018-ci il tarixli ******* saylı akt olmuşdur. İş materiallarında olan ödəniş barədə qəbzlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 1944 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçıya çıxarılmış sayğacın yerinə yenisi quraşdırılarkən iddiaçı Cavabdeh İB-nə 262 manat ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinəəsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isəöz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isəözləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi iləəvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Vətəndaş tərəfindən sayğacın yararsız hala salınmasının dövlət təşkilatının hesabına dəyişdirilə bilməməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, sayğacın iddiaçı tərəfindən yararsız hala salınması faktı iş materiallarında olan hər hansı sübutla təsdiq edilmədiyindən qətnamənin ləğvi üçün əsas ola bilməz. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, qeyd olunan normaların tələblərinə əsasən, sayğacın zədələnməsinə görə cavabdehliyi iddiaçı deyil, cavabdeh daşıyır. Belə olan halda, zədələnmənin məhz abonentin (iddiaçının) təqsiri üzündən baş verməsi sübuta yetirilməlidir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdeh tərəfindən tərtib edilən aktda qazdan qeyri-qanuni istifadə edilməsi, sayğacda dəliyin olması qeyd edilsə də, həmin nasazlıqların iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməsinin sübut edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas olmadığından apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1457/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6624/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6624/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver