Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6625/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(011)-6731/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(011)- 6731/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin Xətai rayon Məhkəməsinin icraatına qəbul edilib baxılması bardə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4501/2023 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardad onunla əsaslandırılmışdır ki, cavabdehin hüquqi ünvanı Yasamal rayonu ərazisində qeydiyyatdan keçməmişdir. Belə ki, iş materialarına əlavə edilmiş X2 əsasən, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqi ünvanı ünvan 2tisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ayıca hüquqi şəxs olmyaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxil olmayan, tabeliyində olan qurumdur. Yenidən eyni iddia ilə Xətai rayon Məhkəməsinə müraciət etmiş, Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-6731/2023 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Hesab edir ki, həmin qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia ərizəsi Xətai rayon Məhkəməsinin icraatına qəbul edilib baxılmalıdır. Belə ki, Xətai rayon Məhkəməsi cavabdeh təşkilatın Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin elektron qeydiyyat sistemində hüquqi ünvanını araşdırmadan, dəqiqləşdirmədən iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. İddia ərizəsinə əsasən Cavabdehdir. İş materiallarına əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr məhz AR İN yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş, onun vəzifəli şəxsi tərəfindən imzalanmışdır. Lakin birinci instansiya məhkəməsi iddianı geri qaytarmaq barədə qərardad qəbul edərkən işin bu halallarını MPM-nin 35-ci, 40-cı və 152-ci maddələrinin tələblərinə əsasən yoxlamalı olduğu halda bunları yoxlamadan prosesual pozuntuya yol vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(011)- 6731/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin rəsmi internet saytından (https://dedkr.gov.az/az), Nizamnaməsindən (1.9-cu bənd) və iş materiallarına əlavə edilmiş rəsmi sənədlərdən müəyyən olunur ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135-dir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin hüquqi ünvanı Xətai rayonunda olmadığından iddiaçının hazırki iddia ərizəsi MPM-in 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, mülki işin materiallarından görünür ki, iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılarkən, mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İş materillarından görünür ki, cavabdeh qismində Cavabdeh qeyd edilmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr məhz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş, onun vəzifəli şəxsi tərəfindən imzalanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 1.8-ci bəndinə əsasən “DƏDRX məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər”. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin rəsmi internet saytından (https://dedkr.gov.az/az), Nizamnaməsindən (1.9-cu bənd) və iş materiallarına əlavə edilmiş rəsmi sənədlərdən müəyyən olunur ki, cavabdehin yerləşdiyi ünvan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135-dir. Şikayətin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Hazırki iddia ərizəsində cavabdeh qismində qeyd edilən Cavabdeh isə törəmə müəssisə olmamaqla, Nizamnaməsinə əsasən özü iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər (1.8-ci bənd). Həmçinin yuxarıda qeyd edildiyi kimi cavabdehin özünün ünvanı olmaqla Nizamnamədə yerləşdiyi ünvan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135 olaraq qeyd edilmiş, bu ünvanın faktiki ünvan olmasıdır. Lakin Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin elektron qeydiyyat sistemindən görünür ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 181 A-dır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bütün qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuş, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də məhkəmə kollegiyаsı hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2023cü il tarixli, 2(011)-6731/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə olan halda müəyyən edilir ki, hazırki iş üzrə hüquqi şəxsə qarşı olan iddia ərizəsi aidiyyət qaydalarına riayət olunmaqla həmin hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə - Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(011)- 6731/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-6625/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6625/2023
30.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver