Məhkəmə qərarları › İş №2(103)-6626/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6626/2020

20.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6626/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi-vəkil Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-1442/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə tikilmiş, ünvan 1 ünvanında yerləşən 14 A saylı evə iddiaçının və xx xxxxxx 2009-cu il təvəllüdlü X2, xx xxxxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxxxx 2015-ci il təvəllüdlü X4 köçürülməsi və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən 14 A saylı evdə qalan və iddiaçıya məxsus olan 1 ədəd bənövşəyi rəngdə xalçanın, 1 ədəd ağ zərli xalçanın, 1 ədəd ağ-qara rəngli xalçanın, 1 ədəd boz rəngdə balaca soyuducunun, 1 ədəd boz rəngdə böyük soyuducunun, 1 ədəd boz rəngdə tozsoranın, 1 ədəd LG markalı 102 ekran televizorun, 1dədəd LG markalı 107 ekran televizorun, 1 ədəd Samsung markalı boz rəngdə paltaryuyan maşının, 1 ədəd qara rəngdə kartof free bişirən, 1 ədəd ağ rəngdə blenderin, 1 ədəd ağ rəngdə ətçəkən maşının, qara-qırmızı rəngdə mətbəx mebelinin, 1 ədəd boz rəngdə mikrodalğalı sobanın, 1 ədəd boz rəngdə elektrik çaydanın, 1 ədəd duxovkalı qaz peçinin, ağ güllü qazan dəstləri, qara rəngdə tefal qazan dəstinin, 1 ədəd ütünün, 1 ədəd ütü stolunun, 11 yorğanın, 6 tək döşəyin, 1 taxt döşəyinin, 6 yastığın, 2 ədəd süd rəngli böyük və balaca divanın, 1ədəd boz rəngdə künc divanın, 1 ədəd qəhvəyi rəngdə 10 nəfərlik stolun, 10 ədəd stulların, 1 ədəd qaşlı taxtın (yataq), 1 ədəd güzgülü paltar dolabının, 1 ədəd qaşlı trümonun, uşaq yataq dəstinin (1 güzgülü türmo, iki çarpayı, ağ rəngdə bir dolab, 2 kompyuter masası) və 1 ədəd mikserdən ibarət olan əşyaların siyahıya alınmaqla üzərinə həbs qoyulmalı, əşyalarının yerinin dəyişdirilməsi cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-1442/2020 saylı qərardadı ilə İddiaçı iddianın təmin tədbir barədə ərizəsi təmin edilərək, Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən 14 A saylı evdə qalan və iddiaçıya məxsus 1 ədəd bənövşəyi rəngdə xalça, 1 ədəd ağ zərli xalça, 1 ədəd ağqara rəngli xalça, 1 ədəd boz rəngdə balaca soyuducu, 1 ədəd boz rəngdə böyük soyuducu, 1 ədəd boz rəngdə tozsoran, 1 ədəd LG markalı 102 ekran televizor, 1dədəd LG markalı 107 ekran televizor, 1 ədəd Samsung markalı boz rəngdə paltaryuyan maşın, 1 ədəd qara rəngdə kartof free bişirən, 1 ədəd ağ rəngdə blender, 1 ədəd ağ rəngdə ətçəkən maşın, qara-qırmızı rəngdə mətbəx mebeli, 1 ədəd boz rəngdə mikrodalğalı soba, 1 ədəd boz rəngdə elektrik çaydan, 1 ədəd duxovkalı qaz peçi, ağ güllü qazan dəstləri, qara rəngdə tefal qazan dəsti, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 11 yorğan, 6 tək döşək, 1 taxt döşəyi, 6 yastıq, 2 ədəd süd rəngli böyük və balaca divan, 1ədəd boz rəngdə künc divanı, 1 ədəd qəhvəyi rəngdə 10 nəfərlik stol, 10 ədəd stullar, 1 ədəd qaşlı taxt (yataq), 1 ədəd güzgülü paltar dolabı, 1 ədəd qaşlı trümo, uşaq yataq dəsti (1 güzgülü türmo, iki çarpayı, ağ rəngdə bir dolab, 2 kompyuter masası) və 1 ədəd mikserdən ibarət olan əşyalar siyahıya alınmaqla üzərinə həbs qoyulsun və həmin əmlakların yerinin dəyişdirilməsi cavabdehə qadağan edilmişdir. Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)- 1442/2020 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsini xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayətin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsini, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı,Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ciil tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, hazırkı halda iddianın təmin etmə ilə bağlı iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən əmlaklar iddiaçıya məxsusdur. Cavabdeh isə şikayətində həmin əşyaların iddiaçıya məxsus olmadığını iddia edir. Həmin əşyaların kimə məxsus olması məhkəmə prosesinin araşdırılması nəticəsində müəyyən olunacaq hallardandır. Cavabdeh isə həmin əşyaların iddiaçıya məxsus olmamasını iddia etsə də, buna dair hər hansı əsaslı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə iddiaçının yuxarıda qeyd olunan əşyaları siyahıya alınaraq üzərinə həbs qoyulmaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaqla iddianı təmin etmək üçün tədir görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdeh səlahiyətli nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar