Məhkəmə qərarları › İş №2(103)-6628/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6628/2022

12.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6628/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın, sərəncamın ləğv edilməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(103)-6628/2022 Açar sözlər:(müqavilənin etibarsızlığı, çıxarışın ləğvi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(008)-1996/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 50/B saylı sərəncamı ilə iddiaçıya Bakı şəhəri Yeni Balaxanı ünvanında (hal-hazırda Bakı şəhəri, Zabrat qəsəbəsi, P.Hüseynov küçəsi) şəxsi mülk tikmək məqsədilə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. 2.Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN 034549 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsünə, Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Cavabdeh3 adına xx.xx.2018-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. Bundan sonra həmin torpaq sahəsi xx.xx.2018-ci ildə Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmış, sonuncu isə həmin torpaq sahəsini xx.xx.2021-ci ildə Cavabdeh1 satmış, hal-hazırda Cavabdeh1 həmin torpaq sahəsinin mülkiyyətçisidir. 3.İddiaçı Cavabdeh3 adına olun sərəncamı, bundan sonra olan bütün sənədləşmələri qanunsuz hesab edərək mübahisələndirir. a) Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın, sərəncamın ləğv edilməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin alğı-satqı müqaviləsinin, Cavabdeh3 ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə xx.xx.2021ci il tarixdə **********qeydiyyat nömrəsi, **********25 daşınmaz əmlakın dövlət reyestr nömrəsi ilə verilməsi ilə bağlı çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün, həmin torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********225 daşınmaz əmlakın dövlət reyestr nömrəsi ilə verilməsi ilə bağlı çıxarışın, həmin torpaq sahəsinin Cavabdeh3 mülkiyyətinə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********25 daşınmaz əmlakın dövlət reyestr nömrəsi ilə verilməsi ilə bağlı çıxarışın, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh3 ayrılması barədə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 50/B saylı sərəncamı ilə ona Bakı şəhəri Yeni Balaxanı ünvanında (halhazırda Bakı şəhəri, Zabrat qəsəbəsi, P.Hüseynov küçəsi) şəxsi mülk tikmək məqsədilə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının 820 saylı, xx.xx.2000- ci il tarixli sərəncamı ilə Balaxanı Bələdiyyəsinin mülkiyyətinə verilməsi əsas götürülmüşdür. Sözügedən torpaq sahəsi ayrıldıqdan sonra özü orada hasar çəkərək darvaza qoydurmuş və həyətin içərisində ağaclar əkdirmişdir. Həmin sahəyə qulluq və nəzarəti isə kürəkəni X2 həvalə etmişdir. 2021-ci ilin may ayının ortalarında ona verilmiş torpağa baxmaq məqsədilə getdikdə məlum olmuşdur ki, naməlum şəxs onun tərəfindən qapıya qoyulmuş qıfılı qıraraq dəyişdirmişdir. Bununla əlaqədar polis orqanlarına müraciət etmiş və ərizəsi əsasında aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qapının qıfılını dəyişən Bakı şəhəri, Zabrat-1 qəsəbəsi, Vidadi küçəsi, ev 22A-da yaşayan Cavabdeh1dur. Həmin şəxs izahat verərək bildirmişdir ki, qeyd edilən torpaq sahəsi onun mülkiyyətindədir və bununla əlaqədar o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Dövlət reyestrindən çıxarış təqdim etmişdir. Bununla əlaqədar olaraq, tərəfindən sorğu verilərək müəyyən edilmişdir ki, Cavabdeh1 qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi olmasına səbəb onunla Gəncə şəhəri, Nizami rayonu, A.İmanquliyeva küçəsi, ev 15, mənzil 236-da yaşayan Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış alğı-satqı müqaviləsi olmuşdur. Həmin alğı-satqı müqaviləsi ilə əlaqədar notariat işi sorğu verilərək alındıqdan sonra tərəfindən sorğu verilərək müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində olması üçün əsas həmin torpaq sahəsinin 11 saylı notariat ofisinin 4Ə/415 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçməsi olmuşdur. Daha sonra Emin Lalayevin qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmə əsasını müəyyən etmək üçün 11 saylı notariat ofisinə sorğu verilərək notariat işi alınmış və müəyyən edilmişdir ki, həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh2 ilə Bakı şəhəri, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 37, mənzil 5-də yaşayan Cavabdeh3 arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir. Bundan başqa, tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş sorğuya həmin idarənin xx.xx.2021-ci il tarixli, **********65 saylı məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN 034549 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsünə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Cavabdeh3 adına xx.xx.2018-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. Cavabdeh3 torpaq sahəsi ayrılmasını müəyyən etmək üçün xx.xx.2021-ci il tarixdə tərəfindən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu verilmiş və icra hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, icra hakimiyyətinin aparatında olan sənədlər beş illik müddət başa çatdıqdan sonra daimi saxlanması üçün Dövlət Arxivinə təhvil verilir. Bu səbəbdən də, tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu verilmiş və həmin filialın xx.xx.2021-ci il tarixli, BA-063592021 saylı məktubundan görünür ki, Sabunçu Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli sərəncamları Dövlət arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamlarda Cavabdeh3 barədə heç bir məlumat olmadığından, həmin sərəncamların göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Bununla da, verilmiş sorğular və alınmış cavablar nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh3 heç bir hüquqi əsası olmadan mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququ əldə edərək onu-torpaq sahəsini notariat qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış və sonuncu da öz növbəsində notariat qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. 6.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 25 may 2022-ci il tarixli, 2(008)-1996/2022 saylı qətnaməsi (sədrlik edən-Mahmudova Həqiqət) ilə iddia təmin edilməmişdir. 7.İş materiallarında olan Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 50/13 saylı sərəncamının surətindən görünür ki, Balaxanı qəsəbəsinin yeni yaşayış massivində Yeni Balaxanıünvanda şəxsi mülk tikmək üçün İddiaçı 1200 kv.m torpaq sahəsi ayrılmışdır. 8.İş materiallarında olan Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin təhqiqatçısı Tahir Vəliyevin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı rəsmi müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. 9.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmişçıxarışın və A seriyalı 614911 saylı xx.xx.2021-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün surətlərindən görünür ki, Bakışəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatından keçmiş, torpaq sahəsinə dair sonuncunun adına plan və ölçü tərtib edilmişdir. 10.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakışəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN 034549 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsünə, Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Cavabdeh3 adına xx.xx.2018ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. 11 saylı Dövlət notariat kontorunun 4Ə/415 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. 5 saylı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə/703 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 11.İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X7 mülkiyyətində olan Bakışəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsini 40.000 manat məbləğinə alıcı Cavabdeh1 satmışdır. 12.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* saylıçıxarışın və A seriyalı 337094 saylı 26.111.2018-ci il tarixli torpaq sahəsinin planı və sxemindən görünür ki, Bakışəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatından keçmiş, sonuncunu adına torpaq sahəsinin planı və sxemi tərtib edilmişdir. 13.İş materiallarında olan Mamedova Apruz tərəfindən notarial qaydada verilmiş xx.xx.2021ci il tarixli ərizənin surətindən görünür ki, həyat yoldaşı X5 məxsus Bakışəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin satılmasına etiraz etmir. 14.İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 mülkiyyətində olan Bakışəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsini 30.000 manat məbləğinə alıcı X1. 15.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylıçıxarışın surətindən görünür ki, Bakışəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatından keçmişdir. 16.İş materiallarında olan X3 tərəfindən notarial qaydada verilmiş xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, həyat yoldaşı Cavabdeh3 məxsus Bakışəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin satılmasına etiraz etmir. 17.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakışəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN 034549 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsünə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamına əsasən, Cavabdeh3 adına xx.xx.2018ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. 11 saylı Dövlət notariat kontorunun 4Ə/415 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə/703 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 18.İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini tərəfidən verilmiş xx.xx.2021-ci il tarixli, 1/2238 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçıları aparatında sənədlərlə iş barədə» Təlimatın 127-ci maddəsinə əsasən İcra Hakimiyyəti başçısının aparatında olan sənədlər beş illik müddət başa çatdıqdan sonra daimi saxlanmasıüçün Dövlət Arxivinə (onun yerli şöbə və ya filialına) təhvil verilir. Sorğuda qeyd edilən torpaq sahəsinin ayrılması barədə ayrıc akt, habelə ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsi barədə məlumat icra hakimiyyətində mövcud deyildir. 19.İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli, BA-06359-2021 saylı məktubundan görünür ki, Bakışəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli sərəncamları Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamlarda Cavabdeh3 və İddiaçı barədə heç bir məlumat olmadığından həmin sərəncamların təqdim olunması məqsədəuyğun hesab edilməmişdir. 20.İş materiallarına əlavə edilmiş “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakışəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair su təchizatı sistemindən istehlakçı Cavabdeh1 tələbatına uyğun lazımi miqdarda, tərkibi və keyfiyyətinə görə tələblərə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, tənzimləməsi və axıdılması ilə əlaqədar müqavilə "xxxx" ASC-nin Sabunçu rayon Sukanal İdarəsi ilə Cavabdeh1 arasında bağlanmışdır. 21.İş materiallarına əlavə edilmiş "xxxx" QSC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 221 nömrəli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə təmin olunmuş "xxxx" QSC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsi üzrə borclu öz öhdəliklərini icra edərək təminatlı kredit borcunu ödəmişdir. 22.İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh2 bank qarşısında ipoteka ilə yüklü etdiyi Bakışəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinin ipotekaya qoyulması barədə aparılmış müvafiq qeydiyyatın ləğv edilməsi, daşınmaz əmlakın girovdan azad edilməklə özgəninkiləşdirilməsinə icazə veriləsi xahiş edilmişdir. 23.Məhkəmə hesab etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 50/13 saylı sərəncamı ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinin sərəncam əsasında iddiaçıya Balaxanı qəsəbəsinin yeni yaşayış massivində Yeni Balaxanı ünvanında ayrılmış 1200 kv.m torpaq sahəsi ilə eynilik təşkil etməsi öz təsdiqini tapmır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə Balaxanı qəsəbəsinin yeni yaşayış massivində Yeni Balaxanı ünvanda ona ayrılmış torpaq sahəsinin plan və ölçüsü, sxemi təqdim edilməmişdir. Bundan əlavə, Sabunçu rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli sərəncamlarında Cavabdeh3 adının göstərilməməsi Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alğı-satqı müqaviləsinin, Cavabdeh3 ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin alğı-satqı müqaviləsinin etibarsızlığına səbəb olan əsas kimi qəbul edilə bilməz. 24.Məhkəmə həmçinin qeyd etmişdr ki, iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olub-olmadığı və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. 25.Məhkəmə iddia tələblərinə hüquqi qiymət verərkən, ilk növbədə iddiaçının bunu tələb etmək hüququnun olub-olmamasını araşdırmış, iddiaçı müqavilə tərəfi olmadığından və belə tələb etmə hüququ olsa belə o, qanunsuz məhrum etmə hüququndan müdafiəni məhz cavabdehlərdən tələb etmək hüququnun əsasının yarandığını məhkəmədə sübut edə bilməmişdir. Belə ki, müqavilə bağlamaq azadlığı olan mülki dövriyyənin subyekti, yəni satıcı Arif Babayev və alıcı Cavabdeh2, həmçinin satıcı Cavabdeh2 və alıcı Cavabdeh1 arasında bağlanılmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və müqavilələr əsasında cavabdehlərin adına verilmiş çıxarışların ləğvi üçün iddiaçının məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Belə ki, iddiaçı alğı-satqının predmeti olmuş 0,12 ha torpaq sahəsinə dair mülkiyyət və ya digər əşya hüquqlarının olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. 26.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 8.0.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 27.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə iddiaçının təqdim etdiyi sübutları araşdırmamış və onlardan istifadə edərək həqiqətə nail olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 29.Məhkəmə kollegiyasının iclasında iddiaçıın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. 30.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 31.Cavabdehlər X7, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti və Bakı şəhəri 11 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişlər, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 32.Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 33.Maddələr 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 35.Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(008)-1996/2022 saylı qətnaməsi iddia tələbinin Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli sərəncamının ləğv edilməsinin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmiş, iddiaçıya izah edilmişdir ki, “Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli sərəncamının ləğv edilməsi” iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. 36.Belə olan halda, kollegiya qeyd edir ki, apellyasiya baxışının predmetində qalan hissə- Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(008)-1996/2022 saylı qətnaməsinin iddianın Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin alğı-satqı müqaviləsinin, Cavabdeh3 ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə xx.xx.2021ci il tarixdə **********qeydiyyat nömrəsi, **********25 daşınmaz əmlakın dövlət reyestr nömrəsi ilə verilməsi ilə bağlı çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün, həmin torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********225 daşınmaz əmlakın dövlət reyestr nömrəsi ilə verilməsi ilə bağlı çıxarışın, həmin torpaq sahəsinin Cavabdeh3 mülkiyyətinə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********25 daşınmaz əmlakın dövlət reyestr nömrəsi ilə verilməsi ilə bağlı çıxarışın ləğv edilməsinin təmin edilməyən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(008)-1996/2022 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə ləğv edilməli, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. 38.Birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, müqavilə bağlamaq azadlığı olan mülki dövriyyənin subyekti, yəni satıcı Arif Babayev və alıcı Cavabdeh2, həmçinin satıcı Cavabdeh2 və alıcı Cavabdeh1 arasında bağlanılmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və müqavilələr əsasında cavabdehlərin adına verilmiş çıxarışların ləğvi üçün iddiaçının məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Belə ki, iddiaçı alğı-satqının predmeti olmuş 0,12 ha torpaq sahəsinə dair mülkiyyət və ya digər əşya hüquqlarının olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. 39.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. 40.Kollegiya qeyd edir ki, iddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993cü il tarixli sərəncamını inzibati məhkəmədə mübahislələndirmədiyindən, onun apellyasiya baxışının predmetində qalan tələblərə subyektiv hüququnun olub-olmamasını təyin etmək hüquqi baxımdan qeyri-mümkündür. Yalnız qeyd olunan sərəncamın etibarsızlığı məsələsi inzibati məhkəmədə mübahisələndiriləndən sonra, apellyasiya baxışının predmetində qalan hissəyə hüquqi qiymət vermək olar. 41.Belə olan halda, kollegiya hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə iddia tələbinə, iddianın faktiki əsası kimi istinad olunan və inzibati akt olan Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli sərəncamın qanuna uyğun olub-olmamasına iddiaçının inzibati məhkəməyə müraciət etməsinin nəticəsindən asılı olaraq qiymət vermək olar. 42.Hazırki vəziyyətdə isə, apellyasiya baxışının predmeti olan hissədə iddia tələbinə qiymət verilməsi mümkün olmadığından, həmin hissədə iddia təmin oluna bilməz. Buna görə də, qətnamə apellyasiya baxışının predmetində qalan hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(008)-1996/2022 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar