Məhkəmə qərarları › İş №2(103)-6632/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6632/2020

23.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6632/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Ərizəçi İbrahimov Novruz Allahverdi oğlunun, maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Məmmədova Günay Mustafa qızının iştirakları ilə Ərizəçi İbrahimov Novruz Allahverdi oğlunun əmək fəaliyyəti barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-1658/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi İbrahimov Novruz Allahverdi oğlu ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1984-cü ildən xx xxxxx 1993-cü ilə kimi Kəlbəcər rayonunun Engels adına kolxozuda 3-cü dərəcəli traktorçu-maşinist vəzifəsində xx xxxxxx 2010-cu ildən xx xxxx 2013-cü ilə kimi isə “xxxxxxxxx” ASC-nin 8 saylı mexaniki təmir sahəsində 5-ci dərəcəli elektrik qaz qaynaqşısı vəzifəsində işləməyi ilə bağlı hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi və bu faktın ona pensiya təyin edilən zaman iş stajı kimi nəzərə alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)- 1658/2020 saylı qərardadl ilə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.1–ci maddələrinə əsasən ərizəçi İbrahimov Novruz Allahverdi oğlunun “xx xxxxxx 2010-cu ildən xx xxxx 2013-cü ilə kimi isə “xxxxxxxxx” ASC-nin 8 saylı mexaniki təmir sahəsində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləməyi ilə bağlı hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” hissəsində iddia tələbi üzrə icraata icraata xitam verilməsi qərara alınmışdır. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olmuşdur. 1962-1972-ci illərdə Ağcakənd kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirəndən sonra xx xxxxxx 1972-ci ildə yaşadığı Ağacakənd kəndinin də daxil olduğu Kəlbəcər rayonunun Engels adına kolxozuna elektrik qaynaqçısı peşəsinə işə qəbul edilməklə əmək fəaliyyətinə başlamış və xx xxxxxxx 1974cü ilə kimi bu vəzifədə işləmişdir. Hərbi xidmətə getməyi ilə əlaqədar xx xxxxxxx 1974-cü ildə işdən azad edilmişdir. xx xxxxxx 1974 - xx xxxxxx 1976-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx xxxxxx 1976cı ildə yenidən Engeks adına kolxoza 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. xx xxxxxxx 1977-ci ilə kimi bu vəzifədə çalışandan sonra öz ərizəsi ilə işdən azad olunmuşdur. xx xxxx 1978-ci ildə yenidən Engels adına kolxoza 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş, xx xxxxxx 1979-cu ilə kimi bu vəzifədə çalışandan sonra öz ərizəsi ilə işdən azad olunmuşdur. xx xxx 1980-ci ildə yenidən Engels adına kolxoza 3-cü dərəcəli traktorçu-maşinist vəzifəsinə işə qəbul olunmuş, xx xxxxxx 1984-cü ilə kimi bu vəzifədə işləyəndən sonra həmin vəzifədən azad edilərək Ehgels adına kolxoza mexanik vəzifəsinə təyin edilmişdir. Ondan sonra da o, xx xxxxx 1993-cü ilə Ağcakənd kəndində yaşamaqla bu vəzifədə işləmişdir. Kəlbəcər rayonu və yaşadığı kənd işğal olunduğuna görə ailəsi ilə birgə xx xxxxx 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. Məcburi köçkün düşəndən sonra ailəsilə bərabər Bakı şəhərində yaşayan qardaş və bacılarının yanına gəlmiş və o vaxtdan indiyə kimi ailə üzvləri ilə birgə məcburi köçkün kimi Bakı şəhərində məskunlaşaraq yaşayır. Kəndləri işğal olunan zaman kolxozlarına aid bütün sənədlər işğal zonasında qalmışdır. Rayon və kənd işğal olunmamışdan təxminən 10 gün əvvəl əmək kitabçası ona lazım olduğuna görə onu müvəqqəti olaraq götürmüşdür. Lakin sonradan əmək kitabçası kolxozun kadrla şöbəsinə təhvil vermədiyinə görə onda qalmış və xx xxxxx 1993-cü ildə kəndlərini tərk edərkən əmək kitabçanıözü ilə götürmüşdür. İşlədiyi Engels adına kolxoza aid bütün sənədlər işğal zonasında qaldığına görə əmək kitabçasında xx xxxxx 1993-cü ilə kimi Engels adına kolxozda işləməyi barədə heç bir qeydiyyat aparılmamışdır. Onun xx xxxxxx 1974-cü ildən xx xxxxxx 1976-cı ilə kimi hərbi xidmətdə olmağını, 1972-ci ildən xx xxxxx 1993-cü ilə kimi Kəlbəcər rayonunun Engels adına kolxozunda işləməyini bütün ailə üzvləri, qohumları,həmkəndliləri,Engels adına kolxozun bütün vəzifəli şəxsləri, onu və ailəsini tanıyan hər kəs,o cümlədən həyat yoldaşı İbrahimova Müdvari Bəhmən qızı,həmkəndliləri Süleymanov Seyfəli Xanlar oğlu və Süleymanova Ulduzə Qənbər qızı da tam təsdiq edə bilər. Bakı şəhərinə gələndən sonra xx xxxxxx 1994-cü ildə Bakı şəhərində yerləşən H.Z.Tağıyev adına Bakı Taxıl Məhsulları Kombinatının 3 nömrəli elevatoruna yükləyici vəzifəsinə işə qəbul olunmuş və xx xxxxxx 2008-ci ilə kimi bu vəzifədə işləmiş, sonra öz ərizəsi ilə işdən azad olunmuşdur. Ondan sonra xx xxxxxx 2010-cu ildə “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə 5-ci dərəcə ilə 8 saylı mexaniki təmir sahəsinə elektrik qaz qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş və xx xxxx 2013-cü ilə kimi bu vəzifədə işləmiş. xx xxxx 2013-cü ildə isə öz ərizəsi ilə işdən azad olunmuşdur. Mənim bu Cəmiyyətdə xx.xx.2010-cu ildən xx.xx.2013-cü ilə kimi işləməyimi bütün iş yoldaşlarım, o cümlədən iş yoldaşım Əliyev Vaqif Rəcəb oğlu, kadrlar şöbəsinin rəisi M.N.Babayeva, Cəmiyyətin mühasibi Mahirə xanım da tam təsdiq edə bilərlər. Bu 3 nəfər hazırda da “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətində işləyirlər. Bu şəxslərin də məhkəmədə şahid kimi dindirmələrini xahiş edirəm. Əmək fəaliyyəti barədə qeyd etdiyim bu faktlar əmək kitabçamda aparılmış qeydlərlə də tam təsdiq olunur. xx xxxxxx 1974-cüildən xx xxxxxx 1976-cı ilə kimi hərbi xidmətdə olmağı hərbi biletində aparılmış müvafiq qeydlərlə tam təsdiq olunur.Pensiya yaşma çatandan sonra 2019-cu ildə pensiyaya çıxmaq üçün sənədlərimi toplayıb Bakı şəhəri 4 saylı “ASAN” Xidmət Mərkəzinə müraciət etdim.Oradan mənim sənədlərimi AR ƏƏSN yanında DSMF-nm Suraxanı rayon şöbəsinə göndərdilər. DSMF-nin Suraxanı rayon şöbəsi sənədlərini araşdırandan sonra ona pensiya təyin etməkdən imtina etmişdir.Səbəbini də belə izah etdilər ki, onun xx xxxxxx 1984-cü ildə Ehgels adına kolxoza 3-cü dərəcəli traktorçu- maşinist vəzifəsinə işə təyin olunmağı barədə əmək kitabçasında müvafiq qeyd və möhür vardır. Lakin onun bu vəzifədə nə vaxta kimi işləməyi və işdən azad olunmağı barədə əmək kitabçasında heç bir qeyd yoxdur.Bundan başqa onun xx xxxxxx 2010-cu ildən xx xxxx 2013-cü ilə kimi “xxxxxxxxx” ASC-də işlədiyi dövrdə sosial müdafiə fonduna pul keçirilməmişdir.Ona görə də qeyd olunan müddətlər,yəni 05 fevral1984-cü ildən xx xxxxx 1993-cü ilə kimi Engels adına kolxozda 3-cü dərəcəli traktorçu- maşinist vəzifəsində işlədiyi dövr və xx xxxxxx 2010-cu ildən xx xxxx 2013-cü ildə “xxxxxxxxx” ASC-də 5-ci dərəcə ilə 8 saylı mexaniki təmir sahəsində elektrik qaz qaynaqçısı vəzifəsində işlədiyi dövr onun üçün iş stajı sayıla bilməz. DSMF-nin Suraxanı rayon şöbəsi ona göndərdiyi xx xxxxxx 2019-cu il tarixli, **********2 saylı məktubunda qeyd etmişdir ki,”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə uyğun olaraq 64 yaş 6 aya çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Onların sosial sığorta stajı və fərdi hesabınızın sığorta hissəsində tələb olunan pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-1658/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Qətnamədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəməsinin ifadəsinə əsaslandığı şahidlərin ifadələrinin heç bir sənədə və sübuta əsaslanmadığı arqumenti ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsinnümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizəçi isə ərizəsinin məzmununa uyğun izahat verməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə ərizənin təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Süleymanov Seyfəli Xanlar oğlu ifadəsində bildirmişdir ki, o, ərizəçi İbrahimov Novruz Allahverdi oğlu ilə birlikdə Kəlbəcər rayonunun Engels adına kolxozunda birlikdə işləyib. O, təsdiq edir ki, İbrahimov Novruz Allahverdi oğlu xx xxxxxx 1984-cü ildən xx xxxxx 1993-cü ilə kimi Kəlbəcər rayonunun Engels adına kolxozunda 3-cü dərəcəli traktorçu-maşinist vəzifəsində işləyib. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi İbrahimova Müdvari Bəhmən qızı və Süleymanova Ulduzə Qənbər qızı ifadəsində şahid Süleymanov Seyfəli Xanlar oğlunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Suraxanı rayon Sektoru xx xxxxxx 2020-ci il tarixli 785 №-li Arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkündür və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, ev 5, mənzil 15 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan İT-İ seriyalı ******* №-li Əmək Kitabçasının müvafiq qaydada tədiq olunmuş surətindən görünür ki, İbrahimov Novruz Allahverdi oğluxx xxxxxx 1984-cü ildə Kəlbəcər rayonunun Engels adına kolxozunda 3-cü dərəcəli traktorçu-maşinist vəzifəsində işə qəbul olunub. Lakin onun həmin işdən nə vaxt çıxması əmək kitabçasında göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Birinci instansiya məhkəməsi ərizəçinin İbrahimov Novruz Allahverdi oğlunun Kəlbəcər rayonunun Engels adına kolxozunda 3-cü dərəcəli traktorçu-maşinist vəzifəsində işləmiş olduğunu (tarixləri dəqiq göstərmədən) qət etmiş, bu qənaətə gələrkən ərizəçinin və şahidlərin verdiyi ifadələrə əsaslanmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan kollegiya qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş İbrahimova Müdvari Bəhmən qızı, Süleymanova Ulduzə Qənbər qızı və Süleymanov Seyfəli Xanlar oğlunun həmin kolxozda işləmiş olduqlarına dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Buna görə də kollegiya Novruz İbrahimovun ərizəsinin təmin edilməsini mümkünsüz hesab edir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəzərə alınmalıdır ki, 2006-cı ilədək qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ aktın da məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır.Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (xx xxxxx 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub- olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib- edilməməsinə xüsusi diqqət yetirilməlidir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlmir; bu isə Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, ərizəçi İbrahimov Novruz Allahverdi oğlunun İT-İ seriyalı ******* nömrəli əmək kitabçasından aydın olur ki, xx xxxxxx 1984-cü ildə ərizəçi Kəlbəcər rayonu Engels adına kolxozda mexanik vəzifəsinə təyin olunub. Lakin şahid qismində dindirilmiş Süleymanov Seyfəli Xanlar oğlu ərizəçinin xx xxxxxx 1984-cü ildən xx xxxxx 1993-cü ilə kimi Kəlbəcər rayonunun Engels adına kolxozunda 3-cü dərəcəli traktorçu-maşinist vəzifəsində işlədiyini təsdiq etmiş, şahid qismində dindirilmiş digər şəxslər - İbrahimova Müdvari Bəhmən qızı və Süleymanova Ulduzə Qənbər qızı öz ifadələrində şahid Süleymanov Seyfəli Xanlar oğlunun qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-1658/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi İbrahimov Novruz Allahverdi oğlunun əmək fəaliyyəti barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar