Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6639/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 198/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055ci məhəllədə yerləşən 3 saylı evin 38 saylı mənzilinə ödədiyi 170000 manat məbləğində pulun və ödənilmiş 460 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 101000 manat məbləğində pul və 460 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron formada ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ödədiyi 101000 manat məbləğində pulun, əldən çıxmış fayda olan 14000 manat pulun, 50000 manat mənəvi ziyanın və ödənilmiş 460 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(004)-198/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə iddiaçı tərəfindən “iddia tələbinin artırılması” barədə ərizəsinin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5846/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(004)-198/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh 101000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 460 manat məbləğində pulun 391 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri və xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş manat məbləğində pulun Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılması qərara alınmışdır. Qərardadda Mülki Prosessual Məcəllənin 361, 363, 366-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 198/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi tam təmin olunmuş, iddiaçı iddia tələbinin artırılması barədə ərizənin geri qaytarılması barədə qərardaddan şikayət vermiş, apellyasiya intansiyasında şikayət təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı iddia ərizəsinin artırılması barədə qeyd etdiyi tələbin təmin olunmadığı hissədə həmin qərardaddan şikayət, həmin hissələrin təmin edilməsi barədə apellyasiya şikayəti vermişdir. Hal-hazırda iddiaçının tələbi üzrə iddiası təmin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1, 361.1.4-ci maddələrinə əsasən məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilmədiyindən geri qaytarılmalıdır. Apelyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi: İddiaçı şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 198/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunmasını xahiş etmiş və Mülki Prosessual Məcəllənin 361.1, 385-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, məhkəmənin gəldiyi nəticə tam yanlışdır. Belə ki, o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən şikayəti üzrə tələbini və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyini apellyasiya şikayətində göstərmişdir. Lakin, məhkəmə həmin halı nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması birinci instansiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə əsasən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə: Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İddiaçı xx.xx.2024-cü il tarixli qətnamədən verdiyi apellyasiya şikayətində yalnız iddia tələbinin həcminin artırılması barədə ərizəsinin icraata qəbul edilməməsi halına dair dəlillərini qeyd etmişdir, halbuki, o, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5846/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-198/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 385-390-cı maddələrinə, məhkəmə aktının qanuniliyinin (maddi və prosessual hüquq normalarının pozulmasının) hansı əsasla (dəlillərə əsasən) mübahisələndirilməsinin, habelə şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasların əks edilməməsi baxımından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş dayanıqlı əsaslara uyğun həyata keçirilməli, hüquqdan sui-istifadəyə şərait və bununla da digər şəxslərin hüquqlarının əsassız məhdudlaşması ehtimalı yaratmamalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-6639/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6639/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver