Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-664/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümyəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Mehralıyev Yaqut Rövşən qızı və Cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-171/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 2 saylı evin 1 nömrəli mənzilindən öz əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 1 saylı evin 1 nömrəli mənzilini alqı-satqı müqaviləinə əsasən almış və həmin mənzil xx xxxxxx 2019-cu il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin evi aldıqdan sonra evdə təmir işlərinə başlamışdır. Həmin müddət ərzində cavabdehlər evin qapısını qıraraq evə daxil olmuşlar və həmin evin onlara məxsus olduğunu bildirmişlər. Cavabdehlərin özlərinə məxsus fərdi yaşayış evləri olmasına baxmayaraq ona məxsus evdən çıxmırlar. Cavabdehlərin evdən çıxmasını tələb etsə də cavabdehlər evin ona məxsus olduğunu bildirərək evi tərk etməkdən imtina edirlər. Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 2 saylı evin 1 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Ağdam rayonu işğal olunduqdan sonra babası X7 öz ailə üzvləri ilə birlikdə X4 məxsus olan mübahisəli evdə məskunlaşmışlar. Bundan sonra 1994-cü ildə o, 1996-cı ildə baxısı Yaqut və 1997-ci ildə qardaşı Səbuhi həmin evdə dünyaya gəlmişlər. 2000-ci ildə məskunlaşdıqları evin sahibi Yevgeniya Belousova vəfat etmişdir. Sonradan atası Rövşan Mehralıyev başqa yerə getdiyindən onlar babaları Sultan Mehralıyevin qəyyumluğuna vermişlər. Sonradan özünü Yevgeniya Belousovanın nəvəsi kimi tanıdan Marina Sivoxina mirası qəbul etmək məqsədilə müraciət etmişdir. Lakin ona dövlət orqanları tərəfindən etiraz olunduğu üçün, o iddiaçının atası Abuzər Novruzova müraciət etmişdir. Abuzər Novruzov ona verilən etibarnamədən istifadə edərək manzili oğlu İddiaçı adına rəsmiləşdirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında işitirak edən iddiaçının nümayəndəsi və vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin şikayəti qətnamənin ləğvinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır. İş materialarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən göründüyü kimi Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, 2 saylı evin 1 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materialarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dölət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin **********46- 05101-093003 nömrəli xx.xx.2019-cu il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, 2 saylı binanın, 1 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materillarında olan Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 159 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 391 nömrəli xx xxxx 2020-ci il tarixdə verilmiş Forma 2 arayışından görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, 2 saylı binanın, 1 saylı mənzili İddiaçı xüsusi mülkiyyətində olmaqla həmin mənzildə Ağdam rayonundan məcburi köçkün Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatsız yaşayırlar. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Kollegiya hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respbulikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən aydın olur ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 11, ev 2, 1 saylı mənzil (2 otaq, ü/s 33.1 kv.m, y/s 23.6 kv.m) xx.xx.1993-cü il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir; 33 saylı DNK-nın 2V-19 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir; 31 saylı DNK-nın 4Ə-201 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir; 31 saylı DNK-nın 4Ə-141 reyestr nömrəli 05.11,2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında mübahisəli əmlakın mülkiyyətiçisi olsa da, sonradan, yəni xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi ilə həmin əmlak X3 un adına qeydiyyatdan keçmişdir. Hazırki dövrdə İddiaçı iddia tələbini irəli sürməkdə subyektiv hüququ yoxdur. Kollegiya onu da qeyd edir ki, hazırki iddia tələbi ilə yalnız əmlakın mülkiyyətçisi məhkəməyə müraciət edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilən maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-171/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-664/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-664/2021
03.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver