Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6646/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filalının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respbulikasındakı filalına qarşı “əmrin ləğv olunması, əmək kitabçasına düzəliş edilməsi və.s. tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1698/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respbulikasındakı filalına qarşı “əmrin ləğv olunması, əmək kitabçasına düzəliş edilməsi və.s. tələbləri” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 yanvar 2021-ci il tarixli XHR-2021-018 nömrəli əmrin ləğv olunması, İddiaçı öz təşəbbüsü ilə işdən azad olunması haqqında 03 noyabr 2020-ci il tarixli ərizənin qəbul edilmiş hesab olunması, İddiaçı 04 sentyabr 2019-cu il tarixli CHR- 2019-11 nömrəli əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə 03 dekabr 2020-ci il tarixdən xitam olunması, bununla bağlı müvafiq əmrin verilməsi və onun əmək kitabçasında müvafiq düzəlişin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (İddiaçı) və "X4" şirkətinin Azərbaycan Respublikasındakı filialı (Cavabdeh) arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli CHR-2019-11 nömrəli əmək müqaviləsinə (Əmək müqaviləsi) 19 yanvar 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Əmək Məcəlləsi) 70ci maddəsinin (ç) bəndinə əsasən cavabdeh tərəfindən birtərəfli qaydada xitam edilmişdir. İddiaçı 3 noyabr 2020-ci il tarixində cavabdehin baş direktorunun adına ünvanlanan və layihə menecerinin müavini olaraq tutduğu vəzifəsindən öz təşəbbüsü ilə 3 dekabr 2020-ci il tarixində azad edilməsini tələb edən ərizəsini filialın ümumi məsələlər üzrə meneceri vəzifəsini icra edən Tahir Qasımova şəxsən təqdim etmişdir. Təqdim olunan ərizədə cavabdehin direktoru olan Tahir Dadaşovun müvafiq qaydada qeyd edilmiş dərkənarı olmuşdur.16 noyabr 2020-ci il tarixində iddiaçı sağlamlığında yaranmış problemlərə görə həkim tapşırığına əsasən, xəstəlik vərəqəsində də qeyd edildiyi kimi, 2 həftə müddətində ev şəraitində müalicə almalı olması və işləyə bilməyəcəyi barədə cavabdehin əməkdaşlarına elektron məktub yazmaqla məlumat vermişdir. Həmin xəstəlik vərəqəsinin bağlanma tarixi 4 dekabr 2020-ci il olaraq müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilən 4 dekabr 2020-ci il tarixində cavabdehin əməkdaşları Nigar Allahverdiyeva, Tahir Qasımov və İddiaçı arasında baş tutmuş elektron yazışmalardan aydın olur ki, filialın İnsan Resursları üzrə Baş koordinatoru COVİD-19 testi üçün 4 dekabr saat 12.30-da ofisə gəlməsini xahiş etmişdir. Buna cavab olaraq, iddiaçı 3 noyabr 2020-ci il tarixində işdən öz istəyi ilə azad edilməyə dair ərizəsi əsasında artıq işdən azad edilməli olduğunu və şirkətə məxsus avadanlıqların təhvil alınması üçün sürücünün göndərilməsini xahiş etmişdir. Tahir Qasımov isə öz növbəsində 3 noyabr 2020-ci il tarixli ərizənin surətinin yenidən göndərilməsini xahiş etmişdir. Son olaraq iddiaçı öz cavabında 3 dekabr 2020-ci il tarixində işdən azad edilməli olduğunu və cavabdehə məxsus avadanlıqların təhvil alınması və iddiaçıya məxsus sənədlərin özünə təqdim edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilən 4 dekabr 2020-ci il tarixində yazılmış elektron məktubda Tahir Qasımov 3 noyabr 2020-ci il tarixli ərizənin onun tərəfindən əldə edilmədiyini qeyd edir. Buna cavab olaraq, iddiaçı bir daha həmin ərizəni Tahir Qasımova şəxsən verdiyini və şirkətin dəfələrlə zəng edərək şirkətə məxsus avandanlıqların təhvil alınması üçün konkret tarix müəyyən etməsi üçün əsasən da məhz həmin ərizə olduğunu vurğulamışdır. Cavabdehin əməkdaşları iddiaçının 3 noyabr 2020-ci il tarixli işdən könüllü azad olunması barədə ərizəsini nəzərə almadan onun müalicə müddəti bitdikdən sonra, yəni 5 dekabr 2020-ci il tarixindən iddiaçıdan əmək funksiyasının icrasına davam etməsini tələb ediblər. İddiaçı işdən azad olunma ilə əlaqədar ərizəsini əsas gətirərək əmək funksiyalarının icrasnı davam etdirməkdən imtina etdikdə isə 07 dekabr 2020-ci il tarixində "Filialın Layihə menecerinin müavinin xəstəlik məzuniyyətindən sonra işə gəlməkdən imtina etməsi ilə əlaqədar" akt tərtib edilmişdir. Həmin aktda İddiaçının işdən azad edilməsi barədə ərizəsinin tapılmamasının səbəbi olaraq filialda həmin ay baş vermiş direktor dəyişikliyi zamanı keçmiş baş direktor tərəfindən yeni baş direktora sənədlərin təhvil-təslim olunması və keçmiş baş direktorun icraatında olan müxtəlif sənədlərin ofisdə aşkar olunmaması göstərilmişdir. Həmçinin, iddiaçının işdən azad edilmə ilə bağlı ərizənin surətini filiala təqdim etməməsi və bununla bağlı yeni ərizə ilə hazırkı baş direktora müraciət etmədiyi bildirilmişdir. 19 yanvar 2021-ci il tarixində iddiaçının əmək müqaviləsinə 07 dekabr 2020ci il tarixindən 19 yanvar 2021-ci il tarixinədək işə gəlmədiyindən Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə xitam verilməsinə dair XHR-2021-018 nömrəli əmr qəbul edilmiş və həmin əmrin surəti KOC/EB-04-007 nömrəli bildiriş məktubu ilə iddiaçıya çatdırılmışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı, iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, iddiaçı 03 noyabr 2020-ci il tarixində cavabdehin baş direktorunun adına ünvanlanan və layihə menecerinin müavini olaraq işlədiyi vəzifəsindən öz istəyi ilə 03 dekabr 2020-ci il tarixində azad edilməsini tələb edən ərizəsini filalın ümumi məsələlər üzrə meneceri vəzifəsini icra edən Tahir Qasımova şəxsən təqdim etmişdir. Lakin nəticə olaraq cavabdeh əmək məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndindəki öhdəliklərinə uyğun olaraq əmək müqaviləsinin işçi tərəfindən könüllü surətdə xitam verilməsini göstərməklə əmək müqaviləsinin ləğv edilməsini təmin etmək yerinə həmin əmək müqaviləsinə iddiaçının əmək funskiyaları icra etməməsinə və işə çıxmamasına görə 19 yanvar 2020-ci il tarixində əmək məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam verilmişdir. 07 dekabr 2020-ci il tarixində “Filalın Layihə menecerinin müavininin xəstəlik məzuniyyətindən sonra işə gəlməkdən imtina edilməsi ilə əlaqədar” tərtib edilmiş aktda iddiaçının ərizəsinin tapılmamasının səbəbinin direktor dəyişikliyi ilə yaranmış vəziyyət olaraq göstərilməsi onu sübut edir ki, cavabdehin əməkdaşlarının ərizənin mövcudluğundan və təqdim olunmasından xəbərləri var. Həmçinin, həmin aktla cavabdeh etiraf etmiş olur ki, ərizənin tapılmamsı və ya itirlməsi cavabdehin təqsiridir və bunun nəticəsində yaranmış hallara görə cavabdeh məsuliyyət daşıyır. İddiaçının ərizəsinin itirilməsinə görə məsuliyyət daşımaqla yanaşı cavabdeh iddia ərizəsində qeyd etdiyi kimi iddiaçının əmək müqaviləsinin 70-ci maddəsinin (ç) bəndi ilə ləğv etməklə əmək qanunverciliyinin tələblərini pozmuşdur. Beləliklə, hazırki işdə cavabdehin iki təqsirli hərəkəti mövcuddur. Birincisi iddiaçının işdən könüllü azad olunması barədə ərizəsinin cavabdeh tərəfindən itirlməsi və ikincisi isə əmək qanunverciliyinin tələbləri pozulmaqla iddiaçını əmək məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə işindən azad etməsi ilə əlaqədardır. Cavahdehin təqsirli hərkətlərinin nəticəsi olaraq iddiaçının şəxsi qeyri-əmlak hüquqları pozulmuşdur. Belə ki, əmək qanunverciliyinin tələblərinə uyğun olaraq iddiaçı işdən könüllü surətdə azad olunmalı idi. Lakin indiki halda iddiaçı işindən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işindən azad edilmiş hesab edilir. Cavabdehin əsassız və qanunsuz surətdə qəbul etdiyi qərarında iddiaçı əmək funksiyalarını kobud şəkildə pozan biri olaraq göstərildiyi üçün onun gələcək işgüzar nüfuzuna ciddi şəkildə zərər dəymişdir. Belə ki, cavabdeh öz öhdəliklərini əmək qanunverciliyinin tələblərinə uyğun surətdə yerinə yetirsə idi və iddiaçının iddia ərizəsində qeyd etdiyi hüquqlarını pozması idi. İddiaçının qeyri-əmlak hüquqlarına heç bir zərər dəyməyəcək və bunun nəticəsi olaraq iddiaçı mənəvi sarsıntılar yaşamayacaqdı. Ali Məhkəmənin Plenumunun qərarını nəzərə alaraq iddiaçının pozulmuş qeyri-əmlak hüququnun bərpa edilməsi cavabdehin üzərinə mənəvi zərərin ödənilməsi vəzifəsinin qoyulması ilə həll edilməlidir. Bu məqsədlə də cavabdehin iddiaçının xeyrinə 30.000 (otuz min) manat məbləğində mənəvi zərər ödənilməsini məqsədə uyğun hesab etmişlər. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalının 19 yanvar 2021-ci il tarixli XHR-2021-018 nömrəli əmrinin ləğv olunması, İddiaçı öz təşəbbüsü ilə işdən azad olunması haqqında 03 noyabr 2020-ci il tarixli ərizənin qəbul edilmiş hesab olunması, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalı ilə İddiaçı arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli CHR-2019-11 nömrəli əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə 03 dekabr 2020-ci il tarixindən xitam olunması, bununla bağlı müvafiq əmrin verilməsi və onun əmək kitabçasında müvafiq düzəlişin edilməsi, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalından İddiaçı xeyrinə 30.000 (otuz min) manat məbləğində mənəvi zərərin tutulmasına dair qətnamə çıxarılmasını və Cavabdeh şrkətinin aidiyyatı işçilərinin əməllərində hər hansı cinayət tərkibinin olmasının araşdırılması üçün bu işçilər barədə xüsusi qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1698/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi eyni zamanda vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan 03.11.2020-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı cavabdehdən 03.12.2020-ci il tarixinə qədər onu layihə menecerinin müavini vəzifəsindən azad edilməsini xahiş etmiş ərizəyə T.Qasımov soyadlı şəxs tərəfindən 04.11.2020-ci il tarixdə dərkənar qoyularaq müvafiq qaydada icra edilməsi barədə müvafiq qeydlər aparılmışdı. İş materiallarında olan Cavabdeh Şirkətinin 04.09.2019-cu il tarixli işə qəbul haqqında OHR-2019-010 nömrəli əmrin surətindən görünür ki, İddiaçı (bundan sonra “işçi” adlanacaq) 04 sentyabr 2019-cu il tarixindən etibarən əmək haqqı 04 sentyabr 2019-cu il tarixli CHR-2019-011 saylı əmək müqaviləsinə uyğun olaraq ödənilməklə, Layihə departamentinə, qiymətləndirmə üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalı və İddiaçı arasında 04 sentyabr 2019-cu il tarixli, CHR-2019-011 nömrəli əmək müqaviləsinə 1 saylı əlavənin 4.1.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqı 7000 manat məbləğində (yeddi min) (vergi və sosial ödəmələr daxil olmaqla) manat (bundan sonra “Əmək haqqı” adlanacaq) təşkil edir və Azərbaycan manatı (AZN) ilə ödənilir. İş materiallarında olan Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalı və İddiaçı arasında 04 sentyabr 2019-cu il tarixli, CHR-2019-011 nömrəli əmək müqaviləsinə 22.05.2020-ci il tarixli 2 saylı əlavəniin 4.1.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqı 8000 AZN (səkkiz min) (vergi və sosial ödəmələr daxil olmaqla) manat (bundan sonra “əmək haqqı adlanacaq”) təşkil edir və Azərbaycan manatı (AZN) ilə ödənilir. İş materiallarında olan Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalı və İddiaçı arasında 04 sebtyabr 2019-cu il tarixli, CHR-2019-011 nömrəli əmək müqaviləsinə 28.09.2020-ci il tarixli 3 saylı əlavəniin 4.1.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqı 9406 AZN (doqquz min dörd yüz altı) (vergi və sosial ödəmələr daxil olmaqla) manat (bundan sonra “əmək haqqı adlanacaq”) təşkil edir və Azərbaycan manatı (AZN) ilə ödənilir. İş materiallarında olan Cavabdeh şirkətinin 10 sentyabr 2020-ci il tarixli layihə üzrə əməliyyatların icra olunmasının həvalə edilməsi haqqında GHR/2020-063 nömrəli əmrinin 1-ci bəndinə əsasən X10 STB-1 barjasına yüklənməsi, nəqli və quraşdırılması əməliyyatları ilə əlaqədar hazırlıq, planlama və podratçı şirkətlər üzərində nəzarət Layihə Menecerin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. Əmrin 2-ci bəndinə əsasən dayağ bloku ilə əlaqədar qərarların qəbulu və əməliyyatların icrası Layihə Menecerin müavini vəzifəsinfə çalışan İddiaçı həvalə edilmişdir. İş materiallarında olan Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalının baş direktoru X3 filalın ümumi məsələlər üzrə meneceri X7 tərifindən ünvanlanmış filalın layihə menecerinin müavininin xəstəlik məzuniyyəti ilə əlaqədar xitməti yazıdan görünür ki,16 noyabr 2020-ci il tarixində X4 şirkətinin Azərbaycan Respublikasındakı filalın layihə menecerinin müavini vəzifəsində çalışan İddiaçı bütün işçi heyyətinə elektron məktub ünvanlayaraq 2(iki) həftə ərzində səhhətində yaranmış probem ilə əlaqədar ev şəraitində müalicə alacağını bildirmişdir. Sözügedən işçi, məktub ilə bütün işçi heyyətinə müraciət etmədən öncə, səhhətində yaranmış problem və bununla bağlı işə gəlməyəcəyi barədə, birbaşa tabeçiliyndə olmağına baxmayaraq heç bir məlumat vermədiyindən tapşırığa əsasən elektron məktubu alınandan dərhal sonra araşdırma başlanmışdır və müəyyən olunmuşdur ki, “işçi” “məktub” ilə bütün işçi heyyətinə müraciət etmədən öncə 16 noyabr 2020-ci il tarixində işə gəlməyəcəyi barədə nə İnsan Resursları üzrə baş koordinator X1,nə də səhhətində yaranmış problem barədə Filalın Sağlamlıq üzrə koordinatoru X2 məlumat verməmişdir və filalın işçilərinin sığortalandığı könüllü tibbi sığorta şirkəti olan A- Group şirkətinə yaranmış problem ilə bağlı heç bir müraciət qeydə alınmamışdır və “işçi” “məktub” xəstəlik məzuniyyətində olduğu müddətdə, təkbaşına verdiyi qərarına əsasən, icraatında olan işlər üzrə tam qərar vermək səlahiyyətini, filalın Baş direktorunun yazılı əmri olmadan digər işçilərə həvalə etmişdir, bununla da işçi ilə filal arasında imzalanmış 04 sentyabr 2020-ci il tarixli CHR-2019-011 saylı əmək müaviləsinin (bundan sonra “əmək müqaviləsi” adalancaq) 6.1.8-ci bəndi (işəgötürənin yazılı surətdə göstərişi olmadan iş vəzifələrinin yerinə yetrilməsini digər şəxslərə həvalə etməmək) üzrə nəzərdə tutulan öhdəliklərini pozmuşdur. İş materiallarında olan Cavabdeh şirkətinin ümumi məsələlər üzrə meneceri vəzifəsində çalışan X7 tərəfindən 19.01.2021-ci il tarixdə filalın baş direktoruna ünvanlanmış layihə menecerinin müavininin son 5 ay ərzində olan əmək fəaliyyətinin araşdırılması ilə əlaqədar təqdimatdan görünür ki, işçi qrupu tərəfindən “işçi”nin son 5 ay ərzində olan əmək fəaliyyətində müəyyən olunmuş uyğunsuzluqlar və “işçi”nin ona dəfələrlə müraciət olunmasına baxmayaraq, 07 dekabr 2020-ci il tarixindən 18 yanvar 2021-ci il tarixinədək hər hansı üzürlü səbəb bildirmədən işə gəlməməsi, “işçi” ilə filal arasında 04 sentyabr 2020-ci il tarixli CHR-2019-011 saylı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və yaxud məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilməsinə əsas yaratmışdır. “İşçi” ilə filal arasında 04 sentyabr 2020-ci il tarixli CHR-2019-011 saylı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilməsinə əsas yaratmış, rəhbərlik etdiyi işçi qurupunun araşdırması nəticəsində toplanmış sənədləri, aktları nəzərdən keçirərək və işçiyə münasibətdə görülə biləcək gələcək tədbirlər üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh şirkəti tərəfindən 07.12.2020-ci il tarixdə filalın layihə menecerinin müavininin xəstəlik məzuniyyətindən sonra işə gəlməkdən imtina etməsi ilə əlaqədar aktından görünür ki, “ümumi məsələlər üzrə menecer” və “İR üzrə baş koordinator” tərəfindən “işçi”yə bildirilmişdir ki, “işçin” nin istinad etdiyi ərizənin noyabr ayında filalın ümumi məsələlər üzrə departamentinə daxil olması faktı qeydə alınmışdır və ərizələrin qeydiyyat jurnalında belə bir ərizə aşkar olunmamışdır. Filialda həmin ayda baş vermiş direktor dəyişikliyi zamanı filalın keçmiş baş direktoru tərəfindən yeni baş direktora sənədlərin təhvil-təslim olunmaması, keçmiş baş direktorun icraatında olan müxtəlif sənədlərin ofisdə aşkar olunmaması faktı nəzərə alınaraq, “işçi” dən xahiş edilmişdir ki, 07 dekabr 2020-ci il tarixində şirkətin ofisinə gələrək istinad etdiyi ərizənin surətini təqdim etsin. Ərizənin surəti təqdim edildiyi təqdirdə, qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Buna baxmayaraq “işçi” bu gün, yəni 07 dekabr 2020-ci il tarixində hər hansı üzürlü səbəb bildirmədən işə gəlməmiş, istinad etdiyi ərizənin surətini filala təqdim etməmiş və eləcə də işdən azad olunmaq ilə bağlı yeni ərizə ilə baş direktor X3 müraciət etməmişdir. İş materiallarında olan 07.12.2020-ci il tarixdə Tahir Qasımov tərəfindən iddiaçı Ağamalı Qafarova ünvanlanmış elektron məktubun məzumunda qeyd edilir ki, “Ağamalı m, tərəfinizdən mənə 03.11.2020-ci il tarixində heç bir ərizə təqdim olunmamışdır. Ərizə mənə təqdim olunsaydı, həmin ərizə müvafiq qaydada qeydiyyatdan keçib baş direktora təqdim olunardı. .....Qeyd edilənləri nəzərə alıb ərizənin surətini bizə təqdim etməyinizi xahiş edirik.” İş materiallarında olan Cavabdeh şirkəti tərəfindən 25.12.2020-ci il tarixli filalın layihə menecerinin müavininin son 5 ay ərzində olan əmək fəaliyyətinin araşdrılmasının nəticələrinə dair aktdan görünür ki, “işçi” nin BS ilə filal arasında imzalanmış 06 fevral 2020-ci il tarixli KOC/PR-0029/CON0024 nömrəli dayaq blokunun tikintisi üzrə müqaviləyə əsasən filalın nümayəndəsi kimi təyin olunmasını bilərək, bütün yazışmaların, sənədləşmələrin yalnız onun tərəfindən aparılmalı olduğunu bilərək, eləcə də layihə menecerinin müavini olaraq bu işə qeyri-ciddi yanaşması, BS şirkəti tərəfindən təqdim olunmuş hesabatlara vaxtında münasibət bildirməməsi normal iş ahəngini pozaraq, BS ilə filal arasında mövcud əməkdaşlıq münasibətlərinin korlanmasına zəmin yaratmışdır və cavabdeh tərəfindən “işçi”nin öz əmək funksiyalarının lazımi qaydada icra etməməsi kimi dəyərləndirilmişdir. İş materiallarında olan Cavabdeh şirkəti tərəfindən 11.12.2020-ci il tarixdə iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçı 07.12.2020-ci il tarixindən 11.12.2020-ci il tarixinədək heç bir üzürlü səbəb bildirmədən işə gəlməmişdir. Qısa bir müddət ərzində Cavabdeh şirkətinin Azərbaycan Respublikasının filalına yaxınlaşaraq işə gəlməməyinin səbəbini bildirməsini, əks təqdirdə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 ç maddəsinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad ediləcəkdir. İş materiallarında olan 29.12.2020-ci il tarixli yazılı izahatdan görünür ki, yuxarıda qeyd olunan qovluqlarda sənədlərin silinməsi ilə bağlı heç bir əlaqə yoxdur. Qeyd olunan sənədlərin oktyabr 2020-ci il üçün olan yeniləməsi noyabr 2020-ci ilin iki həftəsində icra olunmuşdur və oktyabr 2020-ci ilə aid sənədlərin aylıq report və dashboard, yenilənməsi zamanı heç bir problemlə üzləşməmişdir. Cavabdeh şirkəti tərəfindən 14 yanvar 2021-ci il tarixli filalın layihə menecerinin müavininin son 5 ay ərzində olan əmək fəaliyyətinin araşdırılmasının nəticələrinə dair aktdan görünür ki, GM ilə filal arasında imzalanmış müqavilə və müqavilə üzrə GM şirkətinə təqdim olunmuş iş sifarişlərinə əsasən filalın nümayəndəsi kimi təyin olunmasını bilərək, bütün yazışmaların, sənədləşmələrin yalnız onun tərəfindən aparılmalı olduğunu bilərək, müqavilə üzrə təqdim olunan sənədlər ilə bağlı sənədlərin icrasını digər şəxslərə həvalə edilmişdir. Eləcə də layihə menecerinin müavini olaraq icraatında olan sənədlərin icrasını yubadmışdır. GM şirkəti tərəfindən təqdim olunmuş TİMESHEET-lərlə vaxtında münasibət bildirməməsi, onları vaxtında təsdiq və yaxud da rədd etməməsi normal iş ahəngini pozaraq, GM şirkətinin 08.01.2021ci il tarixli bildirişi ilə müqavilə üzrə öhdəliklərinin vaxtında icra olunmaması səbəbindən xidmətlərin dayandırılmasına gətirib çıxarmışdır və GM ilə filal arasında mövcud müqaviləyə xitam verilməsi üçün zəmin yaratmışdır. Bütün qeyd olunanlar, işçi qrupu olaraq tərəfindən “işçi” nin öz əmək funksiyalarının lazımi qaydada icra etməməsi və əmək vəzifələrinin kobud şəkildə pozulması kimi dəyərləndirilmişdir. İş materiallarında olan 07.12.2020-ci il tarixdə, 08.12.2020-ci il tarixdə, 09.12.2020ci il tarixdə,10.12.2020-ci il tarixdə, 11.12.2020-ci il tarixdə, 15.12.2020-ci il tarixdə, 16.12.2020-ci il tarixdə,17.12.2020-ci il tarixdə, 18.12.2020-ci il tarixdə, 21.12.2020-ci il tarixdə, 22.12.2020-ci il tarixdə, 23.12.2020-ci il tarixdə, 24.12.2020-ci il tarixdə, 25.12.2020-ci il tarixdə, 28.12.2020-ci il tarixdə, 29.12.2020-ci il tarixdə, 30.12.2020-ci il tarixdə, 05.01.2021-ci il tarxdə tərtib olunmuş aktlardan görünür ki, X4 şirkətinin Azərbaycan Respublikasındakı filalında Layihə menecerinin müavini vəzifəsində çalışan İddiaçı yuxarıda göstərilən tarixlərdə işə gəlməmişdir. İş materiallarında olan X4” şirkətinin iddiaçıya ünvanlanmış 19 yanvar 2021-ci il tarixli KOC/EB-04-007 nömrəli bildiriş məktubundan görünür ki, sərəncamda olan və filala məxsus sənədlər və mal-materiallar bu məktub ilə müəyyən edilmiş müddət ərzində filala təqdim olunmayacağı təqdirdə, filala dəymiş ziyanın məbləği qanunvercilik ilə müəyyən olunmuş qaydada hesablanaraq son haqq-hesabdan tutulacaq. İş materiallarında olan Cavabdeh şirkətinin 19.01.2021-ci il tarixli XHR-2021-018 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əmək müqaviləsi ilə müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, üzürsüz səbəbdən heç bir məlumat vermədən işə gəlmədiyinə görə “işçi” ilə bağlanmış əmək müqaviləsinə 19 yanvar 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilsin və işçi tutduğu vəzifəsindən azad edilsin. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 1 olan Əmək kitabçasının surətindən görünür ki, iddiaçı 04.09.2019-cu il tarixdə Cavabdeh şirkətində qiymətləndirmə üzrə mütəxəsiss vəzifəsinə qəbul edilmiş 19.01.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək funksiyalarının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Dövlət Vegi Xidmətinin Milli Gəlirələr Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı idarəsinin 06 aprel 2021-ci il tarixli **********382200 nömrəli məktubun surətindən görünür ki, X9 filal dövlət qeydiyyatına alındığı 13.05.2019-cu il tarixdən 17.11.2020-ci il tarixədək filalın qanuni təmsilçilik funksiyasına malik baş direktor olmuşdur. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbləri qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyinin düzgün olmadığını vurğulayaraq qeyd edir ki, İddiaçı işdən azad olunma barədə ərizənin mövcud olması işin mübahisə edilməyən halıdır. Birinci instansiya məhkəməsi həmin ərizəni səlahiyyəti olmayan şəxsə verilməsini qeyd etsə də, iş materiallarında olan - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 17 noyabr 2020-ci il tarixdə verilmiş Cavabdeh şirkətinin Azərbaycan filialına dair çıxarışdan görünür ki,əvvəlki qanuni təmsilçi T.Dadaşov, hazırki qanuni təmsilçi isə E.Babayev olmuşdur. Göründüyü kimi 17 noyabr 2020-ci il tarixdə verilmiş çıxarışda cavabdehin qanuni təmsilçisi dəyişilmişdir. İddiaçı 03 noyabr 2020-ci il tarixdə ərizəni məhz səlahiyyətli şəxsə təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmçinin iş materiallarında olan CD diskə istinad edərək, iddiaçının Tahir Dadaşovun Cavabdeh şirkətinin Azərbaycan filialında nümayəndəliyinin rəhbərliyində səlahiyyətli olmaması barədə məlumatlı olmasını qeyd etmişdir. Halbuki qeyd olunan diskdəki görüntülərin ərizəni təqdim etdikdən əvvəl və ya sonra çəkilməsi işin digər sübutları ilə müəyyən edilməmişdir ki, belə olan halda da həmin görüntülərin sübut kimi qəbul edilməsi yol verilməzdir. Göründüyü kimi iddiaçı 03 noyabr 2020-ci il tarixdə işdən azad olma barədə ərizəsini cavabdehə təqdim etsə də cavabdeh tərəfindən hər hansı bir addım atılmamışdır. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 03 noyabr 2020-ci il tarixdə işdən azad olma barədə ərizəsini təqdim etmiş, bundan sonra əmək məcəlləsinin iddiaçıya verdiyi hüquqlarından istifadə edərək, işə çıxmamış və son haqqhesabın aparılmasını tələb etmişdir. Cavabdeh tərəf isə əsassız olaraq iddiaçının işdə olmaması barədə akt tərtib etməklə iddiaçının əmək müqaviləsinə 07 dekabr 2020-ci il tarixindən 19 yanvar 2021-ci il tarixinədək işə gəlməməsi səbəbi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam verilməsinə dair XHR-2021-018 nömrəli əmr verilmiş və həmin əmrin surəti rəsmi bildirişlə iddiaçıya məktubla çatdırılmışdır. Göründüyü kimi cavabdehin Əmək Məcəlləsinin qeyd olunan maddəsinə istinad etməklə iddiaçı ilə olan əmək müqaviləsin xitam verməsi düzgün olmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan əmr ləğv olunmalıdır. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını düzgün araşdırmayaraq, iş üzrə səhv nəticəyə gəlmişdir. İddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 30000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə isə kollegiya hesab edir ki, qeyd olunan hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində - cavabdeh əsassız olaraq iddiaçının barəsində əmr verməklə iddiaçının mənəvi sarsıntılar keçirməsi qaçılmaz olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Şərh olunanların məcmusunu, nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 500 (beş yüz) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin - Cavabdeh şrkətinin aidiyyatı işçilərinin əməllərində hər hansı cinayət tərkibinin olmasının araşdırılması üçün bu işçilər barədə xüsusi qərardad qəbul edilməsi hissəsində təmin edilməsi üçün əsaslar olmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1698/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdehşirkətinin Azərbaycan Respublikasındakı filalının 19 yanvar 2021-ci il tarixli XHR-2021-018 nömrəli əmri ləğv edilsin. İşdən azad olunma barədə İddiaçı tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli ərizə qəbul edilmiş hesab edilsin. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalı ilə İddiaçı arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli CHR-2019-11 nömrəli əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə 04 dekabr 2020-ci il tarixindən xitam olunması Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalına həvalə edilsin. İddiaçı əmək kitabçasında bu barədə düzəlişlər edilsin. 500 (beş yüz) manat mənəvi ziyan cavabdeh X4” şirkətinin Azərbaycan Respublikasındakı filalından tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6646/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6646/2021
17.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver