Məhkəmə qərarları › İş №2(103)-6647/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6647/2025

30.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6647/2025 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən Cavabdeh Istehsalat Birliyinin verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları

1. Iddiaçının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu,Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən həyət evinə 100418810000048 abonent kodu üzrə qaz sayğacı quraşdırılmışdır.

2. Iddiaçının qazdan qeyri qanuni istifadə etməsi ilə bağlı cavabdeh Cavabdeh Istehsalat Birliyininin əməkdaşları tərəfindən 2019-cu ildən 2024-cü ilin mart ayı da daxil olmaqla müxtəlif vaxtlarda aktlar tərtib edilmiş 14726,62 manat borc hesablanmışdır.

3. Iddiaçı həmin borcu qanunsuz hesab edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2019-cu il tarixli, ******* saylı; ##.##.2020-ci il tarixli, ******* saylı; ##.##.2021-ci il tarixli, ******* saylı; ##.##.2021-ci il tarixli, ******* saylı; ##.##.2021-ci il tarixli, ******* saylı; ##.##.2021-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli,******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022- ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023- cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı aktlara əsasən dəymiş zərər kimi müəyyən olunan 14726,62 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ndə yerləşən həyət evi ona məxsusdur. Həmin evə 100418810000048 abonent kodu üzrə qaz sayğacı quraşdırılmışdır. Bir müddət əvvəl müəyyən etmişdir ki, *************** saylı abonent hesabımda borc məbləği yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edildi. Təqdim edilmiş ##.##.2019-cu il tarixli, ******* saylı; ##.##.2020-ci il tarixli, ******* saylı; ##.##.2021-ci il tarixli, ******* saylı; ##.##.2021-ci il tarixli, ******* saylı; ##.##.2021-ci il tarixli, ******* saylı; ##.##.2021-ci il tarixli, ******* saylı; ##.##.2022- ci il tarixli,******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; 31,05.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022ci il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023- cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023- cü il tarixli, ******* saylı; ##.##.2023- cü il tarixli, ******* saylı; ##.##.2024- cü il tarixli, 0422967saylı aktlardan və ziyanın bərpasına dair tələbnamələrdən guya evində sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazdan istifadə halı aşkar edildiyinə görə aktlar tərtib edilmiş, qaz itkisi müəyyən edilərək abonent hesabıma ümumilikdə 14726,64 manat dəymiş zərər məbləği yazılmışdır. O tərtib edilmiş aktlarla razı deyil. Çünki onun evində heç vaxt sayğacdan kənar qazdan istifadə edilməyib. Hesab edir ki, Cavabdeh Istehsalat Birliyinin əməkdaşları yalnışlığa yol vərərək, onun evində sayğacdan kənar qazdan istifadə edildiyini zənn edərək, aktlar tərtib etmişlər. Bundan əlavə hətta sayğacdan kənar qazdan istifadə halı həqiqətən də müəyyən edilmiş olsaydı belə, bu halda da dəymiş ziyan məbləği düzgün hesablanmamışdır. Belə ki, onun evində qazla işləyən yeganə cihaz 4 gözlü qaz plitəsidir. Həmin plitənin də qaz sərfiyyatı aktlarda qeyd edilən həcmdə deyil. Lakin Tələbnamələrdə dəymiş ziyanın məbləği mənzildə olan qaz qurğusunun sərfiyyatına, eləcə də mənzilin yaşayış olan otaqlarının sahəsinə uyğun hesablanmamışdır. Tələbnamələrdən görünür ki, evində olan günlük qaz sarfiyyatı həddən artıq yüksək və həqiqətə uyğun olmayan həcmdə müəyyən edilmişdir. Onun evində heç vaxt bu həcmdə qaz sarfiyyatı olmayıb və olması da mümkün deyildir.

6. Iddiaçıya məxsus sayğac Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və **-*- */*-*-**** nömrəli, ##.##.2023-cü akta əsasən “sayğacın ekranı alt hissədən kənar təsir nəticəsində əzilib, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilib” olması, sayğacın istismara yararsız olması qeyd edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən həyət evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-şıxış borusunda hal-hazırda və əvvəllər hər hansı bir kənar müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Aparılmış tədqiqat dəyəri 64 manat müəyyən edilmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Babaşov Fuad) İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən həyət evin *************** №-li abonent kodundan 14726.64 manat borcun silinməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, qeyd edilmiş qüsur 2022-ci il ###ın #-dən sonra aşkar edilmiş, yəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 13.8-1 -ci maddəsinə əlavə edildikdən sonra. Lakin cavabdeh tərəfindən istehlakçının qazın talanmasında təqsirli olması barədə nə həmin orqanların, nə məhkəmənin qərarı ilə müəyyən edilmədən qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, aşkar edilmiş qüsura görə istehlakçının təqsirinə dair cavabdeh tərəfindən sübut təqdim edilmədiyinə görə iddiaçı məsuliyyət daşımır və aktlar əsasında hesablanmış 14726.64 manat iddiaçıdan istənilə bilməz. Eyni zamanda sözügedən aktlarda iddiaçının imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini, sözügedən aktların tərtib edildiyi tarixi ilə həmin aktlara əsasən iddiaçıya hesablanmış cəriməyə dair tələbnamənin tarixləri arasında uyğunsuzluğun olduğunu, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyini nəzərə alaraq hesab edir ki, cavabdeh təşkilatın əməkdəşları tərəfindən tərtib edilmiş akt əsaslı hesab edilmədyindən həmin akta əsasən iddiaçı olan abonentə hesablanmış borc silinməlidir.

10. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.9 və 18.8-1-ci; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2, 4.6-4.9-cu və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh IB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, Sabunçu rayon məhkəməsi mülki işi obyektiv araşdırmadan mövcud qətnaməni qəbul etmişdir. Iş materiallarında mövcud olan abonent saldosu araşdırılsaydı müəyyən edilərdi ki, iddiaçı ümumiyyətlə 2012-ci ilin iyul ayından 2024-cü ilin iyun ayınadək ümumiyyətlə heç bir ödəniş həyata keçirməmişdir. Iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin, birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPMin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Iddiaçı tərəfdən qanunsuz qoşulmanıhəyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) Birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh IB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13. 9-cu bənd. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (HYPERLINK "https://eqanun.az/framework/54515" \o "## #### 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı"## #### 2023-cü il tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya) . 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (HYPERLINK "https://e-qanun.az/framework/54515" \o "## #### 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı"## #### 2023-cü il tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya).

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi 1919,60 manat borcun silinməsi hissəsində təmin edilməməlidir.

24. Belə ki, iş materiallarına əsasən Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən ##.##.2019- cu il tarixli, ******* saylı akt əsasında 885.60 manat; ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında 885.60 manat,##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 626.40 manat; ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 396 manat; ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 583.20 manat, ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 1530 manat;##.##.2022-ci il tarixli,******* saylı akt əsasında 540 manat;##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 1463.52 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 725.76 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 298.08 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 725.76 manat; ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 1468.80 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 734.40 manat; ##.##.2023cü il tarixli, ******* saylı akt əsasında 734.40 manat;##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 734.40 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 181.44 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 362.88 manat; ##.##.2024-cü il tarixli, ******* saylı akt əsasında 1555.20 manat zərər hesablanmışdır.

25. Iş materiallarında olan Abonentin saldosundan görünür ki, həmin akta əsasən cəmi 14726.64 manat zərər hesablanmışdır.

26. Iddiaçı tələbində cavabdeh tərəfindən iddiaçıya məxsus abonent hesabına (hesab nömrəsi: 100418810000048) hesablanmış 14726,62 manat borcun silinməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, onun evində heç bir zaman qazdan sayğacdankənar istifadə edilməmişdir, tərtbi edilmiş aktlar ona aid ola bilməz. Onun evində qazla işləyən yeganə cihaz 4 gözlü qaz plitəsidir. Həmin plitənin də qaz sərfiyyatı aktlarda qeyd edilən həcmdə deyil.

27. Iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin mövqeyinə görə aşkar edilmiş qüsura görə istehlakçının təqsirinə dair cavabdeh tərəfindən sübut təqdim edilmədiyinə görə iddiaçı məsuliyyət daşımır və aktlar əsasında hesablanmış 14726.64 manat iddiaçıdan istənilə bilməz.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən həyət evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-şıxış borusunda hal-hazırda və əvvəllər hər hansı bir kənar müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Aparılmış tədqiqat dəyəri 64 manat müəyyən edilmişdir.

29. Kollegiya qeyd edir ki, ekspert rəyi də digər sübutlarla yanaşı qiymətləndirilir.

30. Həmçinin abonent saldosuna əsasən aktların tərtib edildiyi dövr üzrə ödənişin qismən edildiyi müəyyən edildiyindən aktlar üzrə zərərin düzgün hesablanması üçün apellyasiya qaydasında işə baxılarkən mütəxəssis rəyi əldə edilmişdir.

31. Əldə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-775/2026 nörməli, ## ###### 2026-cı il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1ndə yerləşən evin (abonent kodu-100418810000048) qaz xətti üzərinde ##.##.2019-cu il tarixdə, G-4 Itron tipli, zavod nömrəsi 48001790218 olan qaz saygacı quraşdırılmış, saygacın qaynaq ve yivli birləşmələri yoxlanılmış, qaz sızması aşkar edilməmişdir. Hazırda qaz sayğacı işlək vəziyyətdədir. Qaz sayğacının yararlılıq müddəti istehsalçı müəssisə tərəfindən müəyyən edilir ve sayğacın texniki pasportunda göstərilir. Qeyd edilən sayğacın texniki pasportunu əldə etmək mümkün olmadığından, yararlılıq müddeti haqqında rəy vermək mümkün deyil. Analogiya üzrə bu tip ve markalı sayğacların yararlılıq müddəti istehsal tarixindən başlayaraq 10 il müəyyən edilir. Tərtib edilmiş aktlar əsasında iddiaçı tərəfindən heç bir ödəniş edilmədiyini nəzərə alınsa qanunsuz qoşulma halında ondan tutula biləcək məbləğ 1919,60 manat ola bilər.

32. Mütəxəssis rəyindən göründüyü kimi iş materiallarında olan aktlar üzrə iddiaçının heç bir ödəniş etməməsi nəzərə alınaraq qanunsuz qoşulma halında ondan 2019-cu ildən 2022-ci ilin aprel ayı da daxil olmaqla tutula biləcək məbləğin 1919,60 manat olması müəyyən edilmişdir.

33. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-1 maddəsini əsas götürərək iddianın tam təmin edilməsi qənaətinə gəlmişdir. Işə baxan məhkəmə həmin qanunun normasının 2022-ci il ###ın #-dən qüvvəyə minməsini qeyd etsə də, 2019-cu ildən 2022-ci ilin aprel ayı da daxil olmaqla tərtib edilmiş aktları fərqləndirməmişdir.

34. Kollegiya qeyd edir ki, abonent saldosundan da müəyyən olunur ki, həmin dövr ərzində cəmi bir neçə ay ərzində ödəniş edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, ## ###### 2026-cı il tarixli mütəxəssis rəyi mötəbər sübut kimi qiymətləndirilməli və 1919.60 manat məbləğində borcun silinməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

35. Cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2024-cü il tarixli, ******* saylı aktlara münasibətdə kollegiya qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa ## ###### 2022-ci il tarixli ***- VIQD nömrəli qanuna əsasən əlavə edilmiş (2022-ci il ###ın #-dən qüvvəyə minmiş) *-* nömrəli maddənin tələbində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

36. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz .

37. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh Cavabdeh Istehsalat Birliyinin istinad etdiyi ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrdə tərtib edilmiş aktlar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.

38. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, 12807,02 manat borcun silinməsi hissəsində tələb əsaslıdır.

39. Beləliklə, kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, 1919,60 manat borcun silinməsi hissəsində iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. MPM-in 402-ci maddəsinin tələblərinə əsasən kollegiya qeyd edir ki, iddiaçıya münasibətdə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən yalnız cavabdeh kassasiya şikayəti verə bilər.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh Istehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. 1919,60 manat borcun silinməsi hissəsində iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən cavabdeh tərəfindən qətnamə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar