Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6650/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqı) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2751/2023 nömrəli 23 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2012-ci il tarixdə bağlanmış 5459 saylı əmək müqaviləsinə əsasən Cavabdeh MMC ilə İddiaçı qarşılıqlı razılığına əsasən sonuncu xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci tarixə kimi 3 ay müddətində İnspektor vəzifəsinə işə qəbul edilmişdir.
2. xx.xx.2020-ci il tarixdə bağlanmış 7327 saylı əmək müqaviləsindən müəyyən edilir ki, Cavabdeh MMC ilə İddiaçı qarşılıqlı razılığına əsasən sonuncu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixə kimi 3 ay müddətində Nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilədə göstərilir ki, müqavilədə göstərilən müddət bitdikdə əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflər müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətdə uzadılmış hesab edilir.
3. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC-də təkrarqarametal tədarükü şöbəsində nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir.
4. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri ilə müəyyən edilir ki; - 06.07.2021-ci il tarixdən Cavabdeh QSC-də təkrarqarametal qəbulu və qiymətləndirilməsi şöbəsində nəzarətçi vəzifəsi üzrə əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətdə uzadılmış hesab olunmuşdur. - 03.02.2022-ci il tarixdən Cavabdeh QSC-də təkrarqarametal qəbulu və qiymətləndirilməsi şöbəsində nəzarətçi vəzifəsi üzrə əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətdə uzadılmış hesab olunmuşdur. - 15.07.2022-ci il tarixdən Cavabdeh QSC-də “Keşlə sahəsi/yığım sahəsi 3 Mingəçevir” bölməsində “Baş mütəxəssis” vəzifəsi üzrə əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətdə uzadılmış hesab olunmuşdur.
5. Cavabdeh QSC-nin X-Y-2374 saylı, xx.xx.2023-cü il tarixli bildirişi ilə İddiaçı Əliağa oğluna xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2023cü il tarixdə bitdiyi, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2023-cü il tarixdən xitam veriləcəyi bildirilmişdir.
6. Cavabdeh QSC-nin 028/k saylı, xx.xx.2023-cü il tarixli əmri ilə “Keşlə sahəsi/yığım sahəsi 3 Mingəçevir” bölməsində “Baş mütəxəssis” vəzifəsində işləyən İddiaçı Əliağa oğlu ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirilişi həmin tarixdə sistemə daxil edilmişdir.
7. xx.xx.2023-cü il tarixli, 88947 saylı ödəniş tapşırığına əsasən İddiaçı Cavabdeh QSC tərəfindən 3402 manat məbləğində pul ödənilmişdir, ödənişin təyinatında son haqqhesab kimi göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin direktorunun xx.xx.2023-cü il tarixli, 028/K nömrəli əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi ilə tutduğu vəzifəyə bərpa olunması və xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il tarixdən “Təkrarqarametal” İstehsalat Birliyinin (indiki Cavabdeh QSC) Mingəçevir sahəsində müxtəlif fasilələrlə sahə rəisi və digər vəzifələrdə işləmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixədək isə Cavabdeh QSC-nin Mingəçevir sahəsində müntəzəm olaraq inspektor, nəzarətçi və sonuncu baş mütəxəssis vəzifələrində işləmişdir. Lakin cavabdehin direktor müavini Polad Hümmətov ona xx.xx.2023-cü il tarixdə yazılı bildiriş göndərərək, onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam veriləcəyini bildirmişdir. Dəfələrlə onu əmrlə tanış etmələrini, əmrin surətini və əmək kitabçasının ona təqdim edilməsini tələb etsə də, bundan imtina olunmuşdur. Sonradan o, xx.xx.2023-cü il tarixdə internet vasitəsilə əmri skan edib götürmüşdür. xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fasiləsiz olaraq cavabdehin Mingəçevir sahəsində işləmiş, işlədiyi sahə və vəzifə mövsümi deyil, daimi xarakterli olmuşdur.
10. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, göstərmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş 1 ay müddətində iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyindən, iddiaçının tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 avqust 2023-cü il tarixli 2(005)-2751/2023 nömrəli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia rədd edilmişdir.
12. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmış və həmin normalara tam riayət olunmuşdur. İddiaçı yuxarıda sadalanan əsaslarla işdən azad edilmiş, iddiaçının iddia tələbi ilə bağlı əsaslandığı xüsusatlar məhkəmə araşdırması zamanı tədqim edilmiş sübutlar ilə tam təkzib olunmuşdur. Belə ki, iddiaçı müvafiq əmrlə Cavabdeh QSC-də xx.xx.2020-ci ildə müddətli əmək müqaviləsi əsasında təyin edilmişdir. Ondan əvvəl 2 il müddətində "xxxx" MMC-də inspektor vəzifəsində işləmişdir.
13. Məhkəmə həmçinin göstərmişdir ki, iddiaçı qanunla nəzərdə tutulan müddət ərzində məhkəməyə müraciət etmədiyindən, eyni zamanda iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi əsaslıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125, 35, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 47, 68, 73, 76, 394.4, 294.5, 296.2, Mülki Məcəllənin 372.1, 372.2, 375.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətində iddia ərizəsində sadalananlar göstərilməklə qeyd edilmişdir ki, qətnamə qanunsuz və əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçı 2012-ci ildən təmsil etdiyi müəssisədə işləsə də, 2017-ci ildə işdən çıxaraq 2020-ci ilədək Cavabdeh QSC-yə aidiyyəti olmayan "xxxx" MMC-də işləmişdir.
19. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
20. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
21. Maddə 68. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla xitam verilə bilər.
22. Maddə 68.2. “b” bəndi. işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
23. Maddə 70 “b” bəndi. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçilərin sayı və ya ştatların ixtisar edilməsidir.
24. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
25. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 372.1.Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
27. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
36. Kollegiya hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
37. İşdən göründüyü kimi iddiaçı xx.xx.1993-cü il tarixdən “Təkrarqarametal” İstehsalat Birliyinin (indiki Cavabdeh QSC) Mingəçevir sahəsində müxtəlif fasilələrlə sahə rəisi və digər vəzifələrdə işləmişdir. "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdə İnspektor peşəsinə qəbul edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə bağlanmış 7327 saylı əmək müqaviləsinə əsasən Cavabdeh MMC ilə İddiaçı qarşılıqlı razılığına əsasən sonuncu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixə kimi 3 ay müddətində Nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra eyni iş yerində digər vəzifələrə keçirilməklə xx.xx.2023-cü il tarixə qədər işləmişdir. İddiaçıya bildiriş təqdim edilməklə, Cavabdeh QSC-nin 028/k saylı, xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləninin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə qurtarması ilə əlaqədar işdən azad edilmişdir. Onunla son haqq-hesab edilmiş və həmin məbləğ xx.xx.2023-cü il tarixdə ödənilmişdir.
38. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.
39. İddiaçıya xx.xx.2023-cü il tarixdə bildiriş təqdim edilməklə, QSC-nin xx.xx.2023-cü il tarixli əmri ilə əmək müqaviləsinə xitam verilmiş və işdən azad edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə son haqq-hesab ödənilmişdir. Yəni iddiaçının həmin tarixdə işdən çıxarılması barədə məlumatlı olması mübahisəsizdir.
40. Qanunvericiliyin tələbinə əsasən isə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
41. İddiaçı tərəfindən isə mediasiya prosesinin tətbiqi barədə təklif cavabdehə xx.xx.2023-cü il tarixdə göndərilmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir.
42. İddiaçı hazırki ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
43. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
44. Göründüyü kimi iddiaçıya xx.xx.2023-cü il tarixdən işdən azad olunması məlum olmuşdur. İddiaçı məhkəməyə müraciət edilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddəti ötürdükdən sonra mediasiya prosesinin tətbiqi ilə bağlı müraciət etmişdir.
45. Qanunvericiliyin tələbinə görə bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
46. Kollegiya qeyd edir ki, hazırki tələb üzrə iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür, bu da əsas verir ki, iddia tələbi rədd edilsin. Ona görə də prosessual qənaət prinsipi baxımından iddianın əsaslı olub-olmamasına qiymət verilməsi zərurəti yoxdur.
47. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2751/2023 nömrəli 23 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.