Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6653/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-ya qarşı iş üzrə (Açar sözlər: İlkin iddia: kirayə haqqının ödənilməsi, kompensasiyanın öna ödənilməsi təmin edilənədək kirayə haqqının ödənilməsinin davam etdirilməsi; Qarşılıqlı iddia: ödənilmiş kirayə haqqının qaytarılması və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “kirayə haqqının ödənilməsi, kompensasiyanın "xxxx" MTK tərəfindən ona ödənilməsi təmin edilənədək ona kirayə haqqının ödənilməsinin davam etdirilməsi barədə” ilk və "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı “ödənilmiş kirayə haqqının qaytarılması, mənəvi ziyanın ödənilməsi barədə” qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4475/2021 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 03 noyabr 2016-cı il tarixli, 208 nömrəli Sərəncamının surətindən görünür ki, Cavabdehnə Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov Qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli binaların və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilməsi barədə sərəncam verilmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-380/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-yə qarşı “maddi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 288000 manat məbləğində pulun Cavabdeh MTK-dan alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdehn apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2018-cı il tarixli qətnaməsi dəyişdirilərək Cavabdehndən alınmalı olan maddi ziyanın məbləğinin 229000 (iki yüz iyirmi doqquz min) manat müəyyən edilməsi, qətnamənin Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, Cavabdehndən 150 manat qiymətləndirmə xərcinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir.
4. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 saylı iş üzrə 13 iyun 2018-ci il tarixli qətnaməsi İddiaçı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490000 manatın, mənəvi zərərin əvəzi qismində 50000 manatın ödənilməsi” tələblərinin təmin olunmaması hissəsində ləğv olunması, həmin iddia tələblərinin qismən təmin edilməsi, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165322,5 (yüz altmış beş min üç yüz iyirmi iki manat 50 qəpik) manat, mənəvi zərərin əvəzi qismində 500 (beş yüz) manat Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi, qeyd olunan iddia tələbinin qalan hissədə təmin olunmaması, Cavabdeh MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin “vurulmuş maddi ziyana görə 288 000 (iki yüz səksən səkkiz min) manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilməsi, Cavabdeh MMC-dən 283200 (iki yüz səksən üç min iki yüz) manatın alınaraq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1676/2021 saylı qərarı ilə İddiaçı və Cavabdeh MMC tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3809/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsinin kassasiya şikayətləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixdə verilmiş 01 sentyabr 2020ci il tarixli, 2(103)-3809/2020 nömrəli icra vərəqəsindən görünür ki, vurulmuş maddi ziyana görə Cavabdeh MTK-dan 283200 manat alınaraq İddiaçı ödənilməlidir. İstifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 manat, mənəvi zərərin əvəzi qismində 500 manat Cavabdeh MTK -dən alınaraq İddiaçı ödənilməlidir.
8. Cavabdeh MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanlmasını xahiş etmişdir.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 fevral 2022-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı mülkiyyətində olan evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165322,05 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsinə dair” hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilməsi, müvafiq məhkəmə aktının həmin hissədə icra edilməməsi və işə həmin hissədə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 aprel 2022-ci il tarixli 13(102)-3(k)/2022 saylı qərarı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətində olan evindən və istifadəsinə olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli 2(102)-1676/2021 nömrəli qərarının və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli 2(103)-3809/2020 nömrəli qətnaməsinin “İstifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165322,5 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsinə dair” hissəsində ləğv edilməsi, iş həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. İş materiallarında olan məxaric kassa orderlərinin surətlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək cəmi 19500 manat ödəniş edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK tərəfindən 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək ödənilməyən kirayə haqqının əvəzi olaraq, aylıq 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5500 (beş min beş yüz) manatın və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" MTK-dan tutularaq ona ödənilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №0014424 saylı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində maddi və mənəvi zərərin ödənilməsinə dair tələbi üzrə məhkəmə işi yekunlaşıb məhkəmə qərarı ilə təyin edilmiş kompensasiyanın "xxxx" MTK tərəfindən ona ödənilməsi təmin edilənədək, "Pilot İnşaat- A” MTK tərəfindən ona, kirayə haqqının ödənilməsinin davam etdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İlkin iddia onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №0014424 saylı Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi 2009-cu ildən onun xüsusi mülkiyyətində və 0,1844 ha həyətyanı torpaq sahəsi isə istifadəsindədir. 2017-ci ilin mayiyun aylarında "xxxx" MMC ilə evinin və istifadəsində olan torpaq sahəsinin alınması müqabilində ona ödəniləcək kompensasiyanın məbləği ilə bağlı danışıqlar oldu. "xxxx" MMC-nin təklifi ilə razı olmadığından, MMC onu evindən çıxmağa məcbur etmək üçün ilk öncə evinin kommunal təchizat xətlərini kəsərək, evinə su, qaz və elektrik enerjisinin verilməsinə imkan vermədi. Bundan başqa, ətrafda yerləşən evləri sökərək, qazıntı işləri apardı və evinə gediş-gəliş yolunu bağladı. Evində yaşamaq artıq mümkünsüz olmağına belə ki, qaz, işıq, su xətləri kəsilməyinə baxmayaraq ailəsi ilə birlikdə evdə yaşamağa davam etmişlər. Mülkiyyətdən istifadəsinə yaradılmış maneənin aradan qaldırılması üçün 2017-ci ilin iyununda "Pilot İnşaat-A” MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi və iddianın təmini tədbiri qismində fərdi yaşayış evindən istifadə hüququna qəsdən yaradılan maneələrin dərhal aradan qaldırılması, evin ətrafındakı xarabazarlığın dərhal təmizlənməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmasını, habelə cavabdehə, eləcə də digər şəxslərə əmlakı barədə hər hansı hərəkətlərin edilməsinə qadağan qoyulması barədə qərardad çıxarılmasını xahiş etdi. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi 07 iyui 2017-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizəsini təmin etmədi. Bu qərardaddan verdiyi şikayətə baxılmamış, yəni 24 iyul 2017-ci il tarixdə onun və ailəsimin qohumugildə olmağından istifadə edərək, gecə evimin bir hissəni uçurdular. Bundan sonra o, "xxxx" MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsinə "Əmlaka vurulmuş maddi» ziyanın bərpa edilməsi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi" təqdim edərək, mülkiyyətində olan evin bir hissəsinin məhv edilməsi və zədələnməsi nəticəsində əmlakına vurulmuş maddi ziyanın cavabdeh tərəfindən bərpa edilməsi, habelə cavabdehin qanunla qadağan edilmiş özbaşına əməlləri nəticəsində ona vurulmuş mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bu iddia ərizəsi ilə yanaşı iddianın təmini tədbiri qismində mülkiyyətində olan fərdi yaşayış evinin ətrafında aparılan, sakinlərin həyat və sağlamlığını təhlükə altında qoyan hər hansı qazıntı-tikinti və sair işlərin apanlmasının cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Lakin Nəsimi Rayon Məhkəməsi 11 avqust 2017-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizəni rədd etdi. Bundan sonra o, bu qərardaddan şikayət verdi. Məhkəmədə hər İki iddia ərizəsi üzrə məhkəmə prosesi davam etdiyi müddətdə, Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qərardadından şikayət verdiyi halda, evi "xxxx" MMC tərəfindən tamamilə uçurularaq, yerlə yeksan edildi. Bakı Apellyasiya Məhkəməsi 08 sentyabr 2017-ci il tarixli qərardadı ilə birinci məhkəmə işi üzrə Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qərardadını ləğv etdi və iddianın təmini barədə ərizəni qismən təmin edərək, evdən istifadə hüquqlarına cavabdeh tərəfindən qəsdən yaradılan maneələrin aradan qaldırılmasına qərar verdi. Bakı Apellyasiya Məhkəməsinin bu qərardadı qüvvəyə minsə də, evi artıq mövcud olmadığından, yəni qanunsuz olaraq şirkət tərəfindən məhv edildiyindən, qərardadı icra etmək mümkün olmadı. Bundan sonra Nəsimi Rayon Məhkəməsində iddia tələbinin həcminin artırılmasına dair arzə ilə müraciət edərək, aşağıdakıları tələb etmişdir: 1) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №0014424 saylı Çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq, torpağın dəyəri olaraq 490000 manatın, evn dəyəri olaraq 336000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 86090 manatın yəni, ümumilikdə 912090 (doqquz yüz on iki min doxsan) manatın, mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat məbləğində vəsaitin, 2) Hüquqi xidmət üçün ödənilməli olan 2.500 (iki min beş yüz) manat məbləğində vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, mənə ödənilməsi barədə qətnamə çıxarılsın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi 13 iyun 2018-cİ il tarixli qətnaməsi ilə iddia tələblərini qismən təmin edərək, evinin sökülməsi müqabilində 288000 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınarq, ona verilməsini qət edib. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi iddia tələblərinin təmin edilməməsi hissəsində əsassız olduğu üçün, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən cavabdeh "xxxx" MMC-də apellyasiya şikayəti verərək, qeyd edilən qətnamənin ləğv edilməsini və onun iddia tələblərinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş edib. Apellyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsi 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə onun apellyasiya şikayətini təmin etməyib və "xxxx" MMC-nin apellyasiya şikayətini qismən təmin edərək, Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2018-cİ il tarixli qətnaməsini dəyişdirib və "xxxx" MMC-dən onun xeyrinə tutulmalı olan məbləği 229000 manat müəyyən edib. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi onun apellyasiya şikayətinin təmin edilməməsi və "xxxx" MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi hissəsində əsassız olduğundan və maddi və prosesual hüquq normalarının pozulması ilə çıxarıldığından, həmin qətnamədən Ali Məhkəməyə şikayət verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edən yeni qərarın çıxarılmasını xahiş etmişdir. Ali Məhkəmə 13 yanvar 2020-ci İl tarixli qərarı ilə şikayətini qismən təmin edərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edib və işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərini qismən təmin edib və ona dağıdılmış evi ilə yanaşı, torpaq sahəsinə görə də kompensasiya verilməli olduğunu müəyyən edib. Lakin qeyd edilən qərar hələ qüvvəyə minməyib. Belə ki, qeyd edilən qətnamədən də kassasiya şikayəti vermişdir və iş hazırda Ali Məhkəmənin icraatındadır. Məhkəmə proseslərində və məhkəmə qərarlarında "xxxx" MMC tərəfindən evinin söküntüsünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı əsasında keçirildiyi təsdiq edilib. Nazirlər Kabinetinin bu qərarının tələbinə müvafiq olaraq, "xxxx" MMC tərəfindən 2017-ci ilin 24 oktyabrından başlayaraq, evinin söküldüyü 24 iyul 2017-ci İl tarixdən hesablanaraq, ona aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilib. Bu kirayə haqqının ödənilməsi 2020-ci ilin iyul ayının 24-dək davam edib. Lakin 2018-ci ilin 24 iyul tarixdən bu günə kimi, "xxxx" MMC tərəfindən ona kirayə haqqının ödənilməsi təmin edilmir. Buna səbəb kimi isə evinin sökülməsinə maddi zərərin ödənilməsinə dair qətnamə çıxarılıb. Məhkəmə qərarının hələ qüvvəyə minmədiyini və icra edilmədiyini bildirsə də, bu günədək ona kirayə haqqının ödənilməsi təmin edilməyib. Ona kirayə haqqı ödəmək əvəzinə, "xxxx" MMC tərəfindən 28 oktyabr 2020-ci il tarixli, 427 saylı pretenziya məktubu göndərilərək, kirayə haqqının "xxxx" MMC ilə şifahi razılaşması əsasında ödənildiyi və bu şifahi razılaşmanı pozaraq ev əvəzinə, kompensasiyanın ödənilməsini tələb etdiyi üçün indiyədək ona ödənilmiş kirayə haqqını geri qaytarmalı olduğu tələb edilib. Yekun məhkəmə qərarı qüvvəyə minməmiş üç ildən artıqdır ki, evi sökülüb və o ailəsilə birlikdə çöldə qalmalı olmuşdur. "xxxx" MMC qanunsuz olaraq məhkəmə qərarı olmadan evini sökməklə onu və ailəmi evsiz qoymaqla yanaşı, üstəlik 2020-ci ilin avqust ayından etibarən ona aylıq 500 manat kirayə haqqı ödəməkdən imtina etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının 1.3-cü bəndinin tələbini pozmaqla yanaşı, ailənin vəziyyətini daha da ağırlaşdırıraq, çöldə yaşamaq təhlükəsi ilə üz-üzə qoyub. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, 2020-ci ilin avqust ayından etibarən bu günədək aylıq 500 (beş yüz) manat olmaqla ödənilməyən kirayə haqqı üzrə borc məbləği 5500 (beş min beş yüz) manatın təcili otaraq ona ödənilməsinin təmin edilməsi və eyni zamanda, evin sökülməsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi üzrə məhkəmə qərarı icra edilənədək "xxxx" MMC tərəfindən kirayə haqqlarının ödənilməsinin davam etdirilməsi təmin edilməlidir. Nazirlər Kabinetinin bu qərarının tələbinə müvafiq olaraq, "xxxx" MMC tərəfindən 2017-ci ilin 24 oktyabrından başlayaraq, evin söküldüyü 24 iyul 2017-ci il tarixdən hesablanaraq, ona aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilib. Lakin 2020-ci ilin avqust ayından isə bu kirayə haqqının ona ödənilməsi dayandırılıb. Səbəb kimi MMC bunu belə əsaslandırıb ki, məhkəmə qərarı ilə ona kompensasiya verilməli olduğundan, kirayə haqqı verilməyəcək. Maddi və mənəvi zərərin ödənilməsinə dair tələbi üzrə hələ məhkəmə işi yekunlaşmayıb, yekun məhkəmə qərarı qüvvəyə minməyib və məhkəmə işinin yekunlaşması və yekun qərarın qüvvəyə minməsi ən azı daha bir il çəkəcək. Hazırda qeyd edilən iş Ali Məhkəmənin icraatındadır. Bunu təsdiq edən elektron məhkəmə sistemindən müvafiq çıxarış ərizəyə əlavə edilir. Onun isə yekun məhkəmə qərarı qüvvəyə minməmiş üç ildən artıqdır ki, evi sökülüb və o, ailəsilə birlikdə çöldə qalmalı olmuşdur. Üstəlik, bu problemlərə dözə bilməyən və evi uçurulan vaxt insult keçirən atası, evsiz qaldıqlarını görüb mart ayında ikinci dəfə insult keçirərək vəfat edib. "xxxx" MMC qanunsuz olaraq məhkəmə qərarı olmadan evini sökməklə onu və ailəsini evsiz qoymaqla, atasının ölümünə səbəb olmaqla yanaşı, üstəlik ona aylıq 500 manat kirayə haqqı ödəməkdən imtina etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının 1.3-cü bəndinin tələbini pozmaqla yanaşı, ailənin vəziyyətini daha da ağırlaşdırıraq, çöldə yaşamaq təhlükəsi ilə üz-üzə qoyub. 2020-ci İlin avqust ayından bu günədək ona ödənilməmiş aylıq kirayə haqqı ayda 500 manat olmaqla, ümumilikdə 5000 manat təşkil edir. Buraya 2020-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, ayları və 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun ayı daxildir. 'Pilot İnşaat-A" MMC-yə də kifayət qədər aydındır ki, onunla "xxxx" MMC indiyədək heç bir şifahi və ya yazılı anlaşma olmayıb. Kirayə haqqı da yuxarıda qeyd etdiyim kimi, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndinə əsasən ödənilib. Belə ki, qərarın qeyd edilən bəndinə əsasən, Nəsimi Rayon İcra Hakimiyyətinə və tikinti şirkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binəsi tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi tapşırılıb. Onun evi qanunsuz olaraq, "xxxx" MMC tərəfindən sökülüb və indiyədək ona nə ev, nə də hər hansı bir kompensasiya təqdim edilib. Odur ki, 'Pilot İnşaat-A" MMC tərəfindən ona ödənilməmiş kirayə haqqı borcu ödənilməklə yanaşı, qanuni qüvvəyə minəcək məhkəmə qərarı ilə müəyyən edilmiş kompensasiya "xxxx" MMC tərəfindən ona ödənilənədək "xxxx" MMC tərəfindən kirayə haqqının ödənilməsi təmin edilməlidir. Çünki, bu qanunun tələbidir.
14. Həmçinin, "xxxx" MTK cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı kirayə pulu adı ilə əsassız yerə Cavabdeh MTK-dan aldığı 19500 manat məbləğində pulun Cavabdeh MTK-ya geri qaytarılması və vurduğu 500000 manat məbləğində mənəvi ziyanın "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbaİl, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq İşlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 03 noyabr 2016-cı il tarixli, 208 saylı “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Cavabdeh MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MTK-nin istifadəsinə verilmişdir. Eyni zamanda ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi Cavabdeh MTK-ya həvalə edilmişdir. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20 faiz əlavə sahə verilməklə və aylıq kirayə haqları, eləcə əşyaların daşınması xərcləri ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış sahələri sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisi həyata keçirilmişdir. Belə ki, sökülən əraziyə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evdə düşmüşdür. Həmin evin ½ hissəsi paylı mülkiyyət hüququ ilə cavabdehin, digər ½ hissəsi isə X1 mülkiyyətində olmuşdur. O cümlədən, hazırki iş üzrə cavabdeh və onun əmisi oğlu olan X2 (fərdi yaşayış evin digər ½ hissəsi payının mülkiyyətçisi) ilə qarşılıqlı razılıq əldə edilmiş, onlara kirayə haqları ödənilməsi və tikiləcək yeni hündürmərtəbəli binada mənzillərin verilməsi şərtilə evlərindən köçmələri qərara alınmışdır. Ondan sonra, mübahisəli fərdi evin mülkiyyətçiləri bütün əşyaları daşımışlar və aylıq kirayə haqları qabaqcadan almaqla kirayə evlərə köçmüşlər, o cümlədən fərdi evlərini sökmüşlər. Mübahisəli evin ½ hissəsi payının mülkiyyətçisi olan X2 Cavabdeh MTK ilə yeni mənzil üçün müqavilə imzalamış, lakin İddiaçı aylıq kirayə haqqını almasına baxmayaraq, şifahi razılaşmanın şərtlərini qismən pozaraq, heç bir məntiqə sığmayan tələblər irəli sürərək, yeni mənzil üçün Cavabdeh MTK ilə müqavilə bağlamaqdan faktiki imtina etmişdir. İddiaçı Cavabdeh MTK-ya qarşı məhkəmədə iddia qaldıraraq, mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evinə görə 912090 manat maddi ziyan, 50000 manat mənəvi zərər, 2500 manat hüquqi xidmət və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onu ilə əsaslandırmışdır ki, Cavabdeh MTK, onu, mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və İstifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum etmişdir və bu səbəbdən ona maddi və mənəvi zərər vurulmuşdur. Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK -yə qarşı “mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq torpağın dəyəri olaraq 490000 manatın, evin dəyəri olaraq 336000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 86000 manatın, ümumilikdə 912000 manatın, mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində vəsaitin, hüquqi xidmət üçün ödənilməli olan 2500 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutulub ona ödənilməsi” tələbinə dair iddiasını qismən təmin etmiş, vurulmuş maddi ziyana görə 288000 manat məbləğində pul və 15 manat dövlət rüsumu Cavabdeh MMC-dən alımıraq İddiaçı ödənilməsi, iddia digər hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2020-ci il tarixli, 2(103)-3809/2020 saylı qətnaməsi ilə Cavabdeh MTK-dan 448552,50 manat dəymiş maddi və 500 manat mənəvi ziyanın əvəzi olaraq tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd etdikləri kimi, İddiaçı ilə Cavabdeh MTK arasında şifahi razılaşmaya əsasən, mülkiyyətində olmuş ünvan 4 ünvanında yerləşmiş fərdi yaşayış evinin əvəzinə ərazidə yeni tikilən hündürmərtəbəli binada mənzillə təmin olunan tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarına uyğun olaraq, xx.xx.2017-ci il tarixdən etibarən hər üç aydan bir, hər ay üçün 500 manat kirayə pulu ödənilmiş, cəmi 19500 manat kirayə pulu verilmişdir. İddiaçı artıq fərdi yaşayış evinin əvəzinə yeni tikilən binada mənzil tələb etmədiyi üçün, fərdi yaşayış evi və torpaq sahəsinə görə, ona dəymiş ziyanı tələb etdiyinə görə, hesab edirik ki, İddiaçı ödədiyimiz kirayə pulları geri qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarının 1.3-cü bəndinin tələblərinə görə də, köçürülən sakinə yeni tikiləcək yaşayış binasında müvafiq mənzillə təmin olunana qədər onlar üçün kirayə edilmiş mənzillərin kirayə pulları ödənilir. Beləliklə, İddiaçı şifahi razılaşmanın şərtlərini pozaraq fərdi evinin əvəzinə mənzil yox, məhkəməyə Cavabdeh MTK-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbləri üzrə iddia qaldırmış, hazırda iddiası təmin edilmişdir. Ona görə də, hazırkı dövrə qədər Cavabdeh MTK tərəfindən İddiaçı kirayə haqqı kimi verilmiş cəmi 19500 manat kirayə pulu geri qaytarılmalıdır. O cümlədən, Cavabdeh MTK-nı aldadaraq, müqavilə bağlayacağına dair vəd vermiş, fərdi yaşayış evini söküb mal-materiallarını, ev əşyalarını daşıdıqdan sonra hər ay kirayə pulları almasına baxmayaraq əsassız tələblər İrəli sürmüş, Cavabdeh MTK-dan dövlət, icra, məhkəmə orqanlarına çoxsaylı şikayətlər etmiş, şər və böhtanlar atmış, güya onun yaşayış evi tərəfimizdən sökülmüş və ev əşyaları məhv edilmişdir, lakin bu iddiaları təsdiqini tapmamış, qanuni qüvvəsini almış məhkəmə aktları ilə rədd edilmişdir. Cavabdeh MTK-nın işgüzar nüfuzuna ciddi ziyan dəymiş, MTK-nın bazardakı mövqeyinə, yaşayış və qeyriyaşayış sahələrinin satışına və s. fəaliyyətinə mənfi təsirlər elmiş, Cavabdeh MTK-nın rəhbərliyi və kollektivi ağır psixoloji-mənəvi sarsıntılar keçirmişlər. Beləliklə, ümumilikdə 500000 manat məbləğində mənəvi ziyan vurulmuşdur.
16. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 4475/2021 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarına, Mülki Məcəllənin 21, 1091, 1092.1, 1096, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini, ilkin iddianın təmin edilməsini xahiş etmişdir.
19. İlkin iddia üzrə iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının 1.3-cü bəndini tətbiq etməli olduğu halda, tətbiq etməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının 1.3-cü bəndi ilə Nəsimi Rayon İcra Hakimiyyətinə və tikinti şirkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi” tapşırılıb. Nazirlər Kabinetinin bu qərarının tələbinə müvafiq olaraq, Cavabdeh MMC tərəfindən 2017-ci ilin 24 oktyabrından başlayaraq, evimin söküldüyü 24 iyul 2017-ci il tarixdən hesablanaraq, iddiaçıya aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilib. Lakin 2020-ci ilin avqust ayından isə bu kirayə haqqının iddiaçıya ödənilməsi dayandırılıb. Səbəb kimi MMC bunu belə əsaslandırıb ki, məhkəmə qərarı ilə iddiaçıya kompensasiya verilməli olduğundan, kirayə haqqı verilməyəcək. Maddi və mənəvi zərərin ödənilməsinə dair tələb üzrə çıxarılmış məhkəmə qərarı bu günədək icra edilməyib. Üstəlik, Cavabdeh MMC tələbin təmin edilməsi üzrə Ali Məhkəmənin 06 aprel 2021-ci il tarixli qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verib. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər iddiaçıya isə bu günədək maddi və mənəvi zərər ödənilmədən, dörd ildən artıqdırki, evi sökülüb və iddiaçı ailəsi ilə birlikdə çöldə qalmalı olmuşdur. Üstəlik, bu problemlərə dözə bilməyən və evi uçurulan vaxt insult keçirən atası, evsiz qaldığını görüb mart ayında ikinci dəfə insult keçirərək vəfat edib. Cavabdeh MMC qanunsuz olaraq məhkəmə qərarı olmadan evi sökməklə iddiaçını və ailəsini evsiz qoymaqla, atasinın ölümünə səbəb olmaqla yanaşı, üstəlik ona aylıq 500 manat kirayə haqqı ödəməkdən imtina etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının 1.3-cü bəndinin tələbini pozmaqla yanaşı, ailəsinin vəziyyətini daha da ağırlaşdırıraq, çöldə yaşamaq təhlükəsi ilə üz-üzə qoyub. Nəsimi Rayon Məhkəməsi isə iddia ərizəsində yuxarıda qeyd etdiklərini və iddiaçıya kirayə haqqının Nazirlər Kabinetinin 25 fevral 2016cı il tarixli, 86 saylı qərarının 1.3-cü bəndini əsasında verilməli olduğunu nəzərə almadan, sübutları - kirayə haqqının ödənilməsinə dair müqavilə və s. sənədi məhkəməyə təqdim etmədiyini yazaraq iddia tələbini qanunsuz olaraq təmin etməyib. Cavabdeh MMC-yə də kifayət qədər aydındır ki, iddiaçı ilə Cavabdeh MMC indiyədək heç bir şifahi və ya yazılı anlaşma olmayıb. Kirayə haqqı da iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının 1.3-cü bəndinə əsasən ödənilib. Belə ki, qərarın qeyd edilən bəndinə əsasən, Nəsimi Rayon İcra Hakimiyyətinə və tikinti şirkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi tapşırılıb. İddiaçının evi qanunsuz olaraq, Cavabdeh MMC tərəfindən sökülüb və indiyədək iddiaçıya nə ev, nə də hər hansı bir kompensasiya təqdim edilib. Odur ki, Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməmiş kirayə haqqı borcu ödənilməklə yanaşı, qanuni qüvvəyə minəcək məhkəmə qərarı ilə müəyyən edilmiş kompensasiya Cavabdeh MMC tərəfindən ona ödənilənədək Cavabdeh MMC tərəfindən kirayə haqqının ödənilməsi təmin edilməlidir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Fuad Babayev) 2(103)-1583/2022 saylı mülki iş üzrə 11 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3106/2022 saylı qərarı ilə ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1583/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qətnaməsinin qismən, ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
23. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2022-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməyən hissəsində ləğv edilərək, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alındığından, məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən - ilk iddianın təmin edilməməsinə dair hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddiaya münasibətdə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmalı və ilkin iddia tələbi təmin olunmalıdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. İşin müəyyən edilən hallarına görə Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 03 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Cavabdehnə Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov Qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çıxmərtəbəli binaların və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. Şirkət tərəfindən orada olan əmlakların sökülməsi və yerində hündür mərtəbəli yaşayış binaları inşa edilməsi həyata keçirilir. İddiaçı məxsus olan ev də sökülərək onun yerləşdiyi torpaq sahəsində hündür mərtəbəli yaşayış binası inşa edilmişdir. Lakin, həmin yaşayış binasında əmlakı sökülən İddiaçı mənzil verilməsi ilə bağlı razılıq əldə edilməmiş, onunla müqavilə bağlanmamışdır. Ona görə İddiaçı şirkətə qarşı vurulmuş zərərin ödənilməsi (sökülmüş əlmakının əvəzi olaraq) ilə bağlı iddia tələbi irəli sürmüşdür. Həmin iddia icraatı üzrə müəyyən edilmişdir ki, Cavabdeh MTK iddiaçıya məxsus olan evi qanunsuz olaraq sökmüş, bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının tələblərinə riayət edilməmiş, mülkiyyətçi ilə əvvəlcədən razılaşmadan onun evini sökmüş, sonra isə yeni inşa ediləcək binada sökülən əmlakın əvəzi olaraq mənzil verilməsi ilə bağlı razılıq əldə edilməmişdir. Məhz bu səbəbdən mülkiyyətçi sökülmüş əmlakının əvəzinin tutulması ilə bağlı tələb irəli sürmüşdür. Həmin iş üzrə məhkəmə qərarları həmin hissədə dəyişdirilmədən saxlanılmış, ancaq, evin yerləşdiyi torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi ilə bağlı məsələ yenidən baxılması üçün göndərilmiş və hazırda apellyasiya icraatında olmaqla iş üzrə məhkəmə texniki ekspertizası təyin edilməklə iş üzrə icraat dayandırılmışdır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, hazırkı işə baxan məhkəmələrə lazım gəlirdi ki, digər işdə iddiaçının evinin sökülməsi ilə bağlı məhkəmələrin gəldiyi nəticə və həmin nəticənin qanuni qüvvəsini alıbalmaması mövqeyindən çıxış etsinlər. Yəni, iddiaçının evinin qanunsuz sökülməsi hissəsində məhkəmə qərarları qanuni qüvvəsini almışdırsa, həmin halın mövcudluğu hazırkı iş üzrə əhəmiyyət kəsb edən hal kimi nəzərə alınmalıdır. Çünki digər işdə kassasiya məhkəməsinin qəbul edilmiş qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, şirkət iddiaçı ilə razılığa gəlmədən onun əmlakını qanunsuz və əsassız olaraq sökmüşdür (Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2021-ci il tarixli qərarı, mülki iş səhifə 101.). Elektron informasiya sistemindəki məlumatlara görə digər iş üzrə məhkəmə qərarları həmin hissədə dəyişdirilmədən qüvvəsində saxlanmış, ancaq, evin yerləşdiyi torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi ilə bağlı məsələ yenidən baxılması üçün göndərilmişdir. İşə yenidən baxılarkən həmin məsələ bir daha dəqiqləşdirilməlidir. işə yenidən baxılarkən məhkəmə digər iş üzrə müəyyən edilən halları bir daha nəzərdən keçirməli, həmin işlərin qarşılıqlı əlaqəsini öyrənməli, mümkün olarsa onların bir icraatda birləşdirilməsini müzakirə etməli, yuxarıda qeyd olunan zəruri hallarla bağlı həmin işdə müəyyən edilən hallardan (qarşılıqlı razılaşma olmadan evin sökülməsi halı) çıxış edərək müvafiq hüquqi dəyərləndirmə aparmalıdır.
41. Məhkəmə kollegiyası, hazırkı iddia tələbinin ilk iddia üzrə iddiaçının fərdi yaşayış evinin sökülməsi nəticəsində maddi və mənəvi zərərin ödənilməsinə dair məhkəmə qərarı ilə təyin edilmiş kompensasiyanın "xxxx" MTK tərəfindən ona ödənilməsi təmin edilənədək, "Pilot İnşaat- A” MTK tərəfindən ona, kirayə haqqının ödənilməsinin davam etdirilməsi barədə olduğundan, torpaq sahəsinə dair kompensasiyanın ödənilməsinə dair həmin işlə hazırki işin bir icraatda birləşdirilməsinə zərurətin olmadığı qənaətinə gəlir.
42. İş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun sürən məhkəmə çəkişmələrinə məruz qalmış, bunun müqabilində ona müvafiq məhkəmə aktlarına əsasən dəymiş maddi və mənəvi zərərin ödənilməsi qərara alınmışdır. Lakin hazırkı işdə zərərin mövcud olması halı müəyyən edilmir. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona real zərərin vurulmasını bildirsə də, bunu təsdiq edən sübutları (iddia ərizəsində göstərilən müddət üçün bağladığı kirayə müqaviləsi və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçıya real olaraq zərərin dəyməsi halı müəyyən edilmədiyindən məhkəmə ilk iddianın rədd edilməsi qənaətinə gəlmişdir. İddianın cavabdeh tərəfindən 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək ödənilməyən kirayə haqqının ödənilməsi” hissəsində rədd olunması ilə əlaqədar gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır.
43. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə iddiaçının tələbinin qanuni əsası ilə bağlı düzgün nəticəyə gəlmiş, zərərdən irəli gələn maddi hüquq normalarının tələbin qanuni əsası kimi çıxış edə biləcəyini qətnamədə qeyd etmiş, lakin işdə olan sübutlara düzgün qiymət verməmiş, iddiaçının zərərin mövcudluğunu sübuta yetirə bilməməsi əsası ilə iddianı rədd etmişdir. Hansıki, iddiaçının kirayədə yaşaması və ödənilən kirayə haqqı ilə bağlı hal hər iki tərəfin mübahisəsiz olaraq qəbul etdiyi haldır.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı qəzalı vəziyyətdə olan binalarda, evlərdə yaşayan sakinlərin sosial məişət şəraitinin yaxşılaşdırılması hesablanmışdır. Məhz ona görə həmin qərarda sakinlərin yaşadıqları evlərdən qarşılıqlı razılaşma əsasında köçürülməsi, onlara başqa mənzil verilənədək kirayə haqlarının ödənilməsini özündə ehtiva etmişdir.
45. Həmin qərarın 1.3-cü bəndində müvafiq icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər.
46. Qərarın mahiyyəti ondan ibarətdir ki, vətəndaşların əmlakı qarşılıqlı razılaşma əsasında sökülməli, sökülən evin yerində inşa ediləcək binada mənzil hazır olanadək həmin vətandaş başqa yerdə məskunlaşmalı və onun məsrəfləri tikintini aparan şirkət tərəfindən qarşılanmalıdır.
47. Hazırkı işdə iddiaçının evinin qarşılıqlı razılaşma olmadan sökülməsi və belə razılaşma olmadan müvvəqqəti başqa yerdə məskunlaşması təsdiq olunduğu təqdirdə aylıq ödəniləcək kirayə haqqı məbləğinin tutulması artıq Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarının müddəalarına uyğun deyil, vurulmuş zərər olaraq tutulmalıdır. Çünki şəxsin evi söküldüyü üçün onun əvəzi olaraq qarşılıqlı razılaşma ilə ya başqa yaşayış yeri verilməli və yaxud qarşılıqlı razılaşma ilə əmlakının dəyəri ödənilməlidir. Nə qədər ki, hazırkı vaxta qədər qeyd olunanların heç biri ilə bağlı qarşılıqlı razılaşma əldə edilməmiş, mübahisə olduğu təqdirdə isə məhkəmə qərarının icrası gözlənilmədən əmlak sökülmüş, vurulmuş zərərin ödənilməsinə dair qətnamənin icrasına dair sübutlar təqdim edilməmiş, belə olan təqdirdə iddiaçıya vurulmuş zərərin davam etməsi mübahisəsizdir.
48. Eyni zamanda nəzərə alınmalıdır ki, digər işdə (əmlakının sökülməsi ilə bağlı vurulmuş zərərin ödənilməsinə dair işdə) iddiaçı kirayədə yaşaması ilə bağlı vurulan zərəri (xərcləri) qarşı tərəfdən tələb etməmişdir.
49. Cavabdeh MTK tərəfindən məhkəməyə təqdim edilmiş məxaric kassa orderləri ilə təsdiq olunur ki, MTK tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər üç aydan bir 1500 manat olmaqla, cəmi 19500 manat kirayə haqqı kimi ödəniş edilmişdir.
50. Deməli, iddiaçının evi söküldükdən sonra müvvəqqəti yaşamaq üçün kirayə mənzildə yerləşdirilməsi və şirkət tərəfindən hər ay üçün 500 manat vəsait ödənilməsi halı da öz təsdiqini tapır.
51. Kollegiya hesab edir ki, iddiaçıya məxsus fərdi yaşayış evi məhkəmə qərarının icrası gözlənilmədən söküldüyü və vurulmuş zərərin ödənilməsi barədə qətnamənin icrasına dair sübutlar təqdim edilmədiyi üçün ilkin iddia tələbi təmin edilməli, cavabdehdən 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək iddiaçıya ödənilməyən kirayə haqqının əvəzi olaraq aylıq 500 manat olmaqla, ümumilikdə 5500 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, 2021-ci ilin avqust ayından başlayaraq aylar üzrə ayda 500 manat kirayə haqqı Cavabdeh MTK tərəfindən İddiaçı ödənilməsi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsi ilə qət edilən kompensasiya iddiaçıya ödənilənədək davam etdirilməlidir. 52.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmalı, ilkin iddia tələbi təmin edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4475/2021 saylı qətnaməsi mübahisələndirilən - ilkin iddianın təmin edilməməsinə dair hissədə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi təmin olunsun. İlkin iddia üzrə Cavabdeh MTK-dan 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək iddiaçıya ödənilməyən kirayə haqqının əvəzi olaraq aylıq 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5500 (beş min beş yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçınya ödənilsin və 2021-ci ilin avqust ayından başlayaraq aylar üzrə ayda 500 (beş yüz) manat kirayə haqqının Cavabdeh MTK tərəfindən İddiaçı ödənilməsi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsi ilə qət edilən kompensasiya iddiaçıya ödənilənədək davam etdirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.