Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6658/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(007)- 3060/2019 nömrəli qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiаçı İddiaçı оğlunun Cavabdeh MənzilTikinti Kooperativinə qarşı iddiа ərizəsi ilə Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinə mürаciət еdərək, işçilərin öz hesablarına məzuniyyətə göndərilməsi barədə Cavabdeh MTK tərərfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 08 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiаçı İddiaçı оğlu iddiа ərizəsini müdаfiə еdərək onunla əsaslandırmışdır ki, onun Cavabdehnə qarşı işlədiyi dövr ərzində ödənilməyən 3060 manat əmək haqqının və əmək haqqının vaxtında verilmədiyi üçün gecikdirilmiş hər gün üçün 2% olmaqla ödəncin, istifadə etmədiyi məzuniyyətlər üçün pul əvəzinin tutulması barədə iddiası Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinin 2(007)-1800/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamə əsaslandırılarkən Cavabdeh 08 saylı xx xxxxxx 2018-ci il tarixli 08 nömrəli əmrinə istinad edilərək göstərilmişdir ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli 08 №-li əmrinin surətindən görünür ki, kooperativin iş həcminin azalması və maliyyə çatışmazlığı səbəbindən İddiaçı оğlu və Kooperativin digər 7 işçisinin xx.xx.2018-ci il tarixdən 60 gün müddətinə öz hesablarına məzuniyyətə göndərilməsi əmr edilmişdir. Qətnamədən apellyasiya şikayəti ilə bərabər xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə Rаyоn Məhkəməsinə mürаciət еdərək, xx xxxxxx 2018-ci il tarixli 08 №-li əmrinin surətinin ona verilməsini xahiş etmiş və xx xxxxxx 2019-cu il tarixə əmrin surəti məhkəmə tərəfindən ona təqdim edilmişdir. Bildirir ki, qanunvericilikdə iş həcminin azalması və ya maliyyə çatışmazlığı səbəbindən işçinin öz hesabına məzuniyyətə göndərilməsi nəzərdə tutulmamışdır, öz hesabına məzuniyyətə işçi öz təşəbbüsü ilə göndərilə bilər. Başqa bir anlaşılmayan məqam ondan ibarətdir ki, mübahisələndirilən əmrin 2-ci bəndində göstərilir ki, bu barədə qarşılıqlı razılaşma ilə işçilərə xəbərdarlıq edilsin. Hansı qarşılıqlı razılşaşma nəzərdə tutulur əmrdə bəlli deyil. İşçi olaraq onunla hər hansı qarşılıqlı razılaşma əldə edilməmiş, əmrin veriləcəyi barədə xəbərdarlıq edilməmişdir. Verilməsi barədə ötən dövr ərzində ona məlumat verilməmiş, surəti təqdim edilməmişdir. Odur ki, göstərilənlərə əsasən işçilərin öz hesablarına məzuniyyətə göndərilməsi barədə Cavabdeh MTK tərərfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 08 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi barədə iddiasının təmin edilməsini məhkəmədən хаhiş еdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(007)- 3060/2019 nömrəli qətnaməsi ilə iddiа təmin еdilərək, işçilərin öz hesablarına məzuniyyətə göndərilməsi barədə Cavabdeh MTK tərərfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 08 nömrəli əmrinin İddiaçı оğluna aid hissədə ləğv edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3060/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsininin tamamilə ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, işə baxan Nizami rayon Məhkəməsi iddia tələbi üzrə sübutlara düzgün hüquqi xxxxxx verməmiş, hüquqşünas və vəkil olan iddiaçının məhkəməni aldatmaq məqsədilə təqdim etdiyi sübutların həqiqiliyini araşdırmamışdır. Belə ki, işə baxan məhkəmə hazırda mübahisələndirilən qətnamənin 3cü səhifəsinin 5-ci abzasında qeyd edir ki, “Müqaviləyə əsasən işçiyə hər ay 170 manatməbləğində əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur və həmin müqavilənin 4.20-ci bəndinə əsasən işçi həftətədə sərbəst natamam iş həftəsi ilə işləyir". Məhkəmənin yuxarıda qeyd etdiyi məsələ ilə bağlı sual yaranır ki, iddiaçının həftədə sərbəst natamam iş həftəsi ilə işləməsini kimin təqdim etdiyi sübutlar əsasında müəyyən etmişdir?! Sözügedən müqavilə məhkəməyə təbii ki, iddiaçı tərəfindən verilmişdir. Bu isə hüquqşünas və vəkil olan iddiaçının məhkəməyə saxta sübut təqdim etməsi və bu yolla məhkəməni aldatması deməkdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixində sərbəst iş qrafiki ilə cavabdeh MTK-ya hüquqşünas vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixindən etibarən isə iddiaçı daimi iş rejiminə keçirilmiş və onun iş günləri tam iş günü olaraq müəyyən edilmişdir. Bütün bunlar məhkəmənin iş üzrə qətnamə qəbul edərkən iddiaçı tərəfindən təqdim edilmiş saxta sübutlara əsaslandığının təsdiqidir. Sual oluna bilər ki, işçinin sərbəst iş qrafıkində və ya daimi iş rejimində işləməsinin mübahisə ilə bağlı nə əlaqəsi var?! Bununla bağlı bildirir ki, hazırki mübahisə iddiaçının ödənişsiz məzuniyyətə göndərilməsi ilə bağlı olduğundan və iddiaçı ödənişsiz məzuniyyətdə olduğunu bilmədiyini qeyd etdiyindən onun cavabdeh MTK-da sərbəst iş qrafiki ilə yoxsa daimi iş rejimində işlədiyi mühüm əhəmiyyət kəsb edir. Belə ki, İddiaçı Cavabdeh MTK-da hüquqşünas vəzifəsində çalışmış və xx.xx.2018-ci il tarixli ərizəsi əsasında ərizəsində qeyd edildiyi tarixdə - xx.xx.2018-ci il tarixində cavabdeh MTK tərəfindən tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilməmişdən 2 ay öncə isə ödənişsiz məzuniyyətdə olmuş və həmin dövrdə cavabdeh MTK-da işə çıxmamış və o dövrlər üçün əmək haqqı almamışdır. İddiaçı 2018-ci ilin mart və aprel aylarında ödənişsiz məzuniyyətdə olduğundan işdən çıxmaq barədə ərizəsini də məhz ödənişsiz məzuniyyətin müddətinin bitdiyi gündən - xx xxxxx 2018-cı il — sonrakı gün - xx xxx 2018- ci il tarixində cavabdeh MTK-ya təqdim etmişdir. Bu isə iddiaçının ödənişsiz məzuniyyətdə olmasından xəbərdar olmasını təsdiq edir. Digər bir tərəfdən isə, əgər iddiaçı ödənişsiz məzuniyyətdə olduğunu bilmirdisə, o zaman hansı səbəbdən daimi iş rejimində işlədiyi MTK-ya 2 ay ərzində işə çıxmamışdır?! Bu hal işçi tərəfindən üzrsüz səbəbdən iş buraxma hesab edilmirmi?! Belə olduğu halda işəgötürən olan cavabdeh MTK işçi barəsində tədbir görməzdimi?! Təbiidir ki, ödənişsiz məzuniyyətdə olması barədə iddiaçının məlumatı olduğundan o işə çıxmamış, ödənişsiz məzuniyyət müddəti bitdiyi gündən sonrakı gün isə öz ərizəsi ilə işdən azad edilməsi üçün cavabdehə müraciət etmişdir. Əks halda iddiaçı elə həmin dövrdə cavabdehə və ya müvafiq orqanlara, o cümlədən də məhkəməyə müraciət edə və pozulduğunu iddia etdiyi hüququnun müdafiəsi üçün digər tədbirlər görərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı iddia etdiklərinin əksinə olaraq hər hansı bir tədbir görməməklə ödənişsiz məzuniyyətə göndərilməsinə razılıq verdiyini təsdiq etmişdir. Bütün bunlar iddiaçının öz ərizəsində qeyd etdiklərinin nə qədər əsassız olduğunu təsdiq edir. İddiaçı xx.xx.2018-ci il tarixli məhkəmə prosesində cavabdeh MTK-nın nümayəndəsi olaraq yox, vəkili olaraq çıxış etmişdir. Belə ki, sözügedən məhkəmə prosesi təbiidir ki, həftələr öncə təyin edilmiş və iddiaçı da cavabdeh MTK ilə hüquqi yardım haqqında müqavilə bağlayıb, order götürərək cavabdehin vəkili olaraq Ali Məhkəmədə keçirilən məhkəmə prosesində iştirak etmişdir. Vəkillik fəaliyyəti müstəqil mülki-hüquqi fəaliyyət olub əmək fəaliyyətindən fərqli olaraq məzuniyyət və ezamiyyət kimi əmək fəaliyyətinə xas olan hüquqi elementləri özündə ehtiva etmir. Başqa sözlə, vəkil olan bir şəxsin əmək müqaviləsi ilə işlədiyi bir müəssisədən məzuniyyətə çıxması və ya göndərilməsi həmin şəxsin vəkillik fəaliyyəti ilə məşğul olmasına, o cümlədən də məzuniyyətə göndərildiyi müəssisəyə də vəkillik xidməti göstərməyə mane deyildir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən bu hallara da baxılmamış, iddiaçı tərəfindən məhkəməni aldatmaq məqsədi ilə verilmiş sübutlara məhkəmə tərəfindən gözüyumulu şəkildə “xxxxxx” verildiyini bildirmişdir. İddiaçı cavabdeh MTK tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş 08 nömrəli əmrdən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1800/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsini aldığı zaman məlumatlı olmasını bildirmiş və işə baxan məhkəmə tərəfindən bu məsələ də araşdırılmamış və işin bu halına ümumiyyətlə xxxxxx verilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş mаtеriаllаrındа оlаn Cavabdeh ilə İddiaçı оğlu arasında bağlanmış əmək müqaviləsinin surətdən görünür ki, xx xxxxxx 2016-cı il və xx.xx.2017-ci il tаriхlərdə İddiaçı оğlu ilə müddətli əmək müqaviləsi bağlanaraq, o, Kooperativə «hüquqşünas» vəzifəsinə işə qəbul edilmişdir. Müqaviləyə əsasən işçiyə hər ay 170 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur və həmin müqavilənin 4.20. bəndinə əsasən işçi həftədə sərbəst natamam iş həftəsi ilə işləyir. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli 08 №-li əmrinin surətindən görünür ki, kooperativin iş həcminin azalması və maliyyə çatışmazlığı səbəbindən İddiaçı оğlu və Kooperativin digər 7 işçisinin xx.xx.2018-ci il tarixdən 60 gün müddətinə öz hesablarına məzuniyyətə göndərilməsi əmr edilmişdir. İddiaçı оğlu xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə Bakı şəhəri Nizami Rаyоn Məhkəməsinə mürаciət edərək işçilərin öz hesablarına məzuniyyətə göndərilməsi barədə Cavabdeh MTK tərərfindən 08 nömrəli əmrin ona təqdim edilməsi xahiş etmiş və həmin əmrinin surətini qəbul etmişdir. Birinci instansiya məhkəməsinin arаşdırmаsı zаmаnı tərəflərin izahatlarından və tədqiq еdilən sənədlərdən müəyyən оlunmuşdur ki, İddiaçı оğlu xx.xx.2016-cı ildən Cavabdehndə «hüquqşünas» vəzifəsinə işə qəbul edilmiş, öz ərizəsinə əsasən xx.xx.2018-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (tərəflərin razılığına əsasən). Hazırda iddiаçı İddiaçı оğlu Cavabdehnə qarşı işçilərin öz hesablarına məzuniyyətə göndərilməsi barədə Cavabdeh MTK-nin xx xxxxxx 2018-ci il tarixli 08 №-li əmrinin ona aid hissədə ləğv edilməsi barədə məhkəmədə iddia qaldıraraq, iddiasını qeyd olunan əmrinin 2-ci bəndində göstərilməsinə, bu barədə qarşılıqlı razılaşma ilə işçilərə xəbərdarlıq edilməsinin göstərilməsinə baxmayaraq, işçi olaraq onunla hər hansı qarşılıqlı razılaşma əldə edilməməsi, əmrin veriləcəyi barədə xəbərdarlıq edilməməsi, əmrin verilməsi barədə ötən dövr ərzində ona məlumat verilməməsi və surətinin ona təqdim edilməməsi, Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinin 2(007)-1800/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsini aldığı zaman, həmin əmrdən məlumatı olması ilə əsaslandırmışdır. Cavabdeh tərəf isə öz növbəsində iddia tələbinə etiraz edərək, etirazının əsası kimi iddiaçının öz ərizəsi ilə tutduğu vəzifədən azad edilməmişdən 2 ay öncə isə ödənişsiz məzuniyyətdə olmasını və həmin dövrdə Cavabdeh MTK-da işə çıxmamasını, ödənişsiz məzuniyyəti bitdiyi gündən sonrakı gün işdən öz ərizəsi ilə işdən azad edilməsi üçün Cavabdeh MTK-ya müraciət etməsini göstərmiş, eyni zamanda iddiaçının əks halda elə həmin dövrdə cavabdehə və ya müvafiq orqanlara, o cümlədən də məhkəməyə müraciət edə və pozulduğunu iddia etdiyi hüququnun müdafiəsi üçün digər tədbirlər görə bilməsini, lakin iddiaçının hər hansı bir tədbir görməməklə məzuniyyətə göndərilməsinə razılıq verdiyini təsdiq etməsi kimi göstərmişdir. Belə olan halda əldə edilən işçilərin öz hesablarına məzuniyyətə göndərilməsi barədə Cavabdeh MTK tərərfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 08 nömrəli əmrinin İddiaçı оğluna təqdim olunmasını sübuta yetirmək cavabdehin üzərinə düşür. Cavabdeh tərəf isə həmin əmrin iddiaçıya təqdim olunmasına və onun tərəfindən qəbul olunmasına dair hər hansı sübut təqdim məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, Cavabdeh MTK tərərfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 08 nömrəli əmrinin İddiaçı оğluna təqdim olunması sübut olunmamışdır və iddiaçı isə həmin əmri xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə Bakı şəhəri Nizami Rаyоn Məhkəməsinə mürаciət edərək, xx xxxxxx 2019-cu il tarixdə həmin əmrinin surətini qəbul etdiyin göstərmişdir. xx xxxxxx 2019-cu il tarixdə isə İddiaçı оğlu hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edirki, cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi təmin edilməməlidir. Həmçinin, mübahisələndirilən əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə zidd qəbul edilmişdir.Belə ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli 08 №-li əmrinin surətindən görünür ki, kooperativin iş həcminin azalması və maliyyə çatışmazlığı səbəbindən İddiaçı оğlu və Kooperativin digər 7 işçisinin xx.xx.2018-ci il tarixdən 60 gün müddətinə öz hesablarına məzuniyyətə göndərilməsi əmr edilmişdir. Kollegiya qeyd edir ki, qanunvericilikdə (Əmək Məcəlləsinin 128 və 130-cu maddələri) iş həcminin azalması və ya maliyyə çatışmazlığı səbəbindən işçinin öz hesabına məzuniyyətə göndərilməsi nəzərdə tutulmamışdır, öz hesabına məzuniyyətə işçi öz təşəbbüsü ilə göndərilə bilər.Digər tərəfdən mübahisələndirilən əmrin 2-ci bəndində göstərilir ki, bu barədə qarşılıqlı razılaşma ilə işçilərə xəbərdarlıq edilsin.Lakin hansı qarşılıqlı razılşaşma nəzərdə tutulduğu əmrdə bəlli deyil.İşçi ilə (iddiaçı ilə) hər hansı qarşılıqlı razılaşma əldə edilməsi, əmrin veriləcəyi barədə xəbərdarlıq edilməsi iş materiallarında müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və xxxxxxləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq xxxxxx verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bеləliklə, məhkəmə kollegiyası hеsаb еdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməsi və işçilərin öz hesablarına məzuniyyətə göndərilməsi barədə Cavabdeh MTK tərərfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 08 nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv еdilməsi ilə bağlı 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(007)- 3060/2019 nömrəli qətnaməsi Cavabdehnə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6658/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6658/2020
17.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver