Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6659/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh X8rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2104/2023 saylı 25 sentyabr 2023-cü il tarixli cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh X8rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X1 Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri baş mühasib vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək müqaviləsinə xitam verildiyi gündən işə bərpa olunacağı günə kimi əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin olunması, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdehndə əvvəlki vəzifəsinə (Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri – baş mühasib) bərpa olunması, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının İddiaçı cavabdeh tərəfindən ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən həmin mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh X14 tərəfindən apellyasiya şikayəti daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4801/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2104/2023 saylı iş üzrə 24 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2104/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2104/2023 saylı, 24 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh nümayəndəsi X9 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Daha sonra cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə birlikdə yenidən apellyasiya şikayəti verərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2104/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh X14 tərəfindən verilmiş ərizənin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən həmin mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh X14 tərəfindən yenidən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(004)- 2104/2023 nömrəli qərardadı ilə həmin ərizə təkrar verildiyindən geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət bərpa edilməsi barədə ərizəyə artıq baxılmış və qiymət verilmişdir. Həmin qərardaddan cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh X14 şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdehn məhkəməyə təkrar müraciət etmək hüququ məhdudlaşdırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2104/2023 saylı, 06 oktyabr 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2104/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh X14 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmış, apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət bərpa edilməmişdir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsində əks olunan dəlillərə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş, müvafiq məhkəmə aktı da, barəsində şikayət verilmədiyindən qanuni qüvvəsini almışdır. Təkrar verilmiş ərizədə qeyd olunan dəlillər isə eyni məzmunlu olmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş dayanıqlı əsaslara uyğun həyata keçirilməli və bu məhkəmə müdafiəsi hüququ, hüquqdan sui-istifadəyə məruz qalaraq, digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmaslına xidmət etməməlidir. Bununla əlaqədar qeyd edilməlidir ki, cavabdehə mübahisəli məsələni həll etmək üçün malik olduğu imkanlardan səmərəli istifadə etməsinə şərait yaradılmış, narazı qalacağı təqdirdə şikayət vermək hüququ izah edilmişdir. O, isə həmin hüquqdan qanunvericiliklə nəzərdə tutulan qaydada istifadə etmədən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə eyni məzmunlu ərizə ilə yenidən müraciət etmişdir. Beləliklə yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Əks yanaşma qarşı tərəfin məhkəmə müdafiəsinə olan hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına, mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə zidd olaraq həm də məhkəmələrin lüzumsuz yüklənməsinə gətirib çıxarar. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh X14 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2104/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-6659/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6659/2023
31.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver