Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6661/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X25 (sədrlik edən və məruzəçi), X19 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(006)-3662/2025 saylı qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Hacıqabul rayon prokurorunun köməkçisi X5 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından görünür ki, toplanmış 13C-25 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, "xxxx" QSC Mühafizə departamentinin Hacıqabul rayon mühafizə bölməsində qrup rəisi vəzifəsində işləyən İddiaçı və baş atıcı vəzifəsində işləyən Xəzər Ağayev tərəfindən xidməti fəaliyyət zamanı və kollektiv daxilində qruplaşma yaradaraq yol verdikləri nöqsanlara görə barələrində xidməti yoxlama aparılması məsələsinə baxılması üçün Hacıqabul rayon prokuroru qarşısında məsələ qaldırılması, qərarın surətinin təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, qərarın surətinin məlumat vermiş şəxsə göndərilməklə qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır.
2. Hacıqabul rayon prokurorluğu tərəfindən "xxxx" QSC-nin Mühafizə departamentinin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, "xxxx" QSC Mühafizə departamentinin iclasında geniş və hərtərəfli müzakirə edilməklə, qeyd edilmiş əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması, gələcəkdə qeyd edilən nöqsanların təkrarlanmaması, şöbə əməkdaşlarının öz xidməti vəzifələrinə uyğun olaraq məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin görülməsi və təqdimatın müzakirəsi və görülmüş tədbirlər barədə qanunda nəzərdə tutulmuş 1 ay müddətində Hacıqabul rayon prokurorluğuna məlumat verilməsi tələb edilmişdir.
3. "xxxx" QSC Mühafizə departamentinin X11 Komitəsinin xx.xx.2025-ci il tarixli potokolundan çıxarışdan görünür ki, Mühafizə departamentinin rəisi X6 xx.xx.2025-ci il tarixli 13C-25 nömrəli “Qanun pozuntularının, onları doğuran səbəb və şərait yaradan halların aradan qaldırılmasına dair” təqdimatına əsasən Mühafizə departamentinin Hacıqabul mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin bölmə rəisi X9, həmin bölmənin qrup rəisi İddiaçı və həmin bölmənin baş atıcısı X10 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi haqqında məsələyə baxılmış, "xxxx" QSCnin Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin rəisi X15 şiddətli töhmət verilməklə işdən azad olunması ərizəsinin nəzərə alınması, Hacıqabul mühafizə bölməsinin qrup rəisi İddiaçı və baş atıcı X10 əmək müqavilələrinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi qərarı qəbul edilmişdir.
4. "xxxx" QSC Mühafizə departamentinin rəis müavini Fəqan Ömərov, insan resursları şöbəsinin rəisi Pərvin Aslanov və Daxili araşdırmalar şöbəsinin rəisi Vilayət Rzayev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Hacıqabul rayon prokurorluğundan İddiaçı intizam tədbiri görülməsi barədə xx.xx.2025-ci il tarixdə 13C-25 nömrəli təqdimat daxil olmuş, daxil olan təqdimata əsasən departamentdə müzakirələr aparılmış və adı çəkilən şəxsin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə BHİK sədri ilə birgə təşkil olunan iclasa dəvət olunmuş və ondan daxil olunan təqdimat, həmçinin orada qeyd olunan iddialarla bağlı açıqlama və izahat istənilmişdir. Əlavə olaraq BHİK sədri tərəfindən rəyində də qeyd etdiyi kimi barəsində yumşaldıcı tədbirlər görülməsi üçün sözügedən şəxsə müvafiq təkliflər irəli sürülmüşdür. Lakin İddiaçı edilən təkliflərdən, izahat və açıqlamalar verməkdən imtina edərək, prokurorluğun təqdimatında qeyd edilən qərarların əsassız olduğunu və bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir.
5. "xxxx" QSC Mühafizə departamentinin “əmək müqaviləsinin ləğv edilməsi”nə dair xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin qrup rəisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi) xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Əmrin verilməsinə əsas araşdırma materialları və "xxxx" QSC Mühafizə departamentinin X11 Komitəsinin xx.xx.2025-ci il tarixli 14 nömrəli protokolundan çıxarış olmuşdur.
6. "xxxx" QSC Mühafizə departamentinin “Hacıqabul mühafizə bölməsinin qrup rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi” barədə xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixli 13C-25 nömrəli araşdırmanın nəticəsinə əsasən əmək müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəlikləri, vəzifə təlimatının tələblərini, ADYnin daxili intizam qaydalarının tələblərini, əmək və icra intizamını qəsdən pozduğu müəyyən edilmiş, bununla da iş ahənginin pozulmasına səbəb olmuşdur. İddiaçı Əmək Məcəlləsinin 10cu maddəsinin “a”, “b” və “e” bəndlərinin tələblərini kobudcasına pozmuşdur. Göstərilənləri və BHİK-nin xx.xx.2025-ci il tarixli 14 nömrəli protokolundan çıxarışını nəzərə alaraq Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsini, 72-ci maddəsinin “e” bəndini rəhbər tutaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən xitam verilməsi, ... əmr edilmişdir:
7. Hacıqabul rayon prokurorluğu tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, "xxxx" QSC Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin atıcıları X20, X13 və X8 işlədikləri bölmənin rəisi Emil Hüseynovun onlardan müxtəlif vaxtlarda işə düzəlmə və başqa işə keçirilmə müqabilində pul alması barədə müraciətləri əsasında Hacıqabul rayon prokurorluğunda araşdırılmış 13C-25 saylı material Hacıqabul Rayon Məhkəməsinə göndərildiyindən qeyd edilən materialın Nəsimi Rayon Məhkəməsinə göndərilməsinin mümkün olmadığı barədə məlumat verilmişdir.
8. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 6(071)-6/2025 nömrəli qərarından görünür ki, İddiaçı şikayətinin təmin edilməsi, Hacıqabul rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X17 tərəfindən toplanmış material üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın nəticə hissəsinin 2-ci bəndi İddiaçı münasibətdə “xidməti fəaliyyət zamanı və kollektiv daxilində qruplaşma yaradaraq yol verdiyi nöqsanlara görə barəsində xidməti yoxlama aparılması məsələsinə baxılması üçün Hacıqabul rayon prokuroru qarşısında məsələ qaldırılması” hissədə qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi qərara alınmışdır.
9. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 6(071)-6/2025 nömrəli xüsusi qərarından görünür ki, İddiaçı Hacıqabul rayon prokurorluğuna müraciəti əsasında aparılmış araşdırma zamanı kobud qanun pozuntularına yol verdiyinə görə Hacıqabul rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X17 barəsində xüsusi qərar çıxarılması, çıxarılmış xüsusi qərarın müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.\
10. Hacıqabul Rayon Məhkəməsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 6(071)-6/2025 nömrəli qərarının xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini aldığı və qərardan apellyasiya şikayəti və ya protestinin verilmədiyi barədə məlumat verilmişdir.
11. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/6-00856 nömrəli arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmiş, cavabdeh "xxxx" QSC-nin və "xxxx" QSC-nin Mühafizə departamentinin nümayəndələri iştirak etməmişdir.
12. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatına 60 manat mediasiya xidmət haqqı ödənilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin Mühafizə Departamentinin əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli. 13-1-18/3-10-3330/2025 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının "xxxx" QSC-nin Mühafizə Departamentinin Hacıqabul mühafizə bölməsində qrup rəisi vəzifəsinə bərpa edilməsi, mediasiya prosesi zamanı 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərci olmaqla, ümumilikdə ödənilən 60 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsinə texniki düzəliş edilmişdir). 14.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci il tarixdən etibarən "xxxx" QSC-nin Mühafizə Departamentində müxtəlif vəzifələrdə işləmişdir. Həmin təşkilatda 27 ildən çox əmək təcrübəsi əldə etmişdir. Daim işinə və əmək vəzifələrinin icrasına məsuliyyətlə yanaşmışdır. 2025-ci ilin aprel ayının 24-də Mühafizə Departamentinin Həmkarlar təşkilatına dəvət edilərək Departament rəhbərliyinin tələbi ilə öz ərizəsinə əsasən işdən azad olunması təklif edilmiş, əks təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunacağı haqqında məlumat verilmiş, lakin bunun üçün hər hansı əsaslı səbəb göstərilməmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh "xxxx" QSC-nin Mühafizə Departamentinin rəisinin xx.xx.2025-ci il tarixli, 13-1-18/3-10-3330/2025 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsinə dair qeyd edilən əmr qanunsuz və əsassızdır. İddiaçının hüquqlarını kobud şəkildə pozur. Əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdeh təşkilat əmək müqaviləsinə xitam verilməsi qaydasının nəzərdə tutulduğu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad etmişdir. Lakin cavabdeh əmək müqaviləsinə xitam verilməsi haqqına əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad etsə də, yol verdiyi kobud səhvlərin və hüquq pozuntularının nədən ibarət olduğunu, eləcə də işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsinin nədə ifadə olunmasını göstərməmişdir və cavabdehin bununla bağlı hər hansı əsaslandırması yoxdur. İddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi ilə müəyyən edilən hallara uyğun olan hər hansı nöqsanı və hüquq pozuntularına yol verdiyi hal mövcud deyil və bütün bunlar cavabdehin əsassız mülahizələrindən ibarətdir. Qanunverici Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi zamanı işəgötürənin qarşısında işçinin günahı ucbatından iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olmasının və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmasının əsaslandırılması tələbini qoymuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmrində iddiaçının əmək funksiyasını, vəzifə öhdəliklərini yerinə yetirmədiyinin nələrdən ibarət olması, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasının nədə ifadə olunması, həmçinin mülkiyyətçinin, işəgötürənin habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada dəymiş ziyanın nədə ifadə olunması göstərilməyib və təbii olaraq cavabdehin bu haqda hər hansı əsası yoxdur. Cavabdeh əmək müqaviləsinə xitam verərəkən qanunun normalarının qoyduğu şərtlərə əməl etməmiş, Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində qeyd olunan əmək intizamı pozuntularına yol vermədiyi halda heç bir əsas olmadan, əsaslandırma aparmadan həmin maddəni tətbiq etmiş, faktiki olaraq əsaslandırıcı hissəsi olmayan qanunsuz əmr verərək əmək hüquqlarını pozmuşdur. İddiaçı hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdehin xx.xx.2025-ci il tarixli 13-1-18/3-10-3330/2025 saylı əmrinin hər hansı hüquqi əsası yoxdur. Həmin əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsi ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədən verilmişdir. Həmin əmr məhkəmə qaydasında ləğv edilməlidir. xx.xx.2025-ci il tarixdə cavabdehlərə mediasiya təklifləri göndərilmiş, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 6 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş, qarşı tərəflər mediasiyada iştirak etməmiş və mübahisənin mediasiyada həlli mümkün olmamışdır. 15.Cavabdeh "xxxx" QSC məhkəməyə iddiaya etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, etirazda göstərmişdir ki, iddiaçı cavabdeh olaraq ADY-yə və ADY-nin Mühafizə departamentinə qarşı iddia qaldırmışdır. Mühafizə departamenti ayrıca hüquqi şəxs deyildir, ayrıca VÖEN-i yoxdur. Bu səbəbdən iş üzrə cavabdeh kimi çıxış edə bilməz. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə ADY-nin Mühafizə departamentinin xx.xx.2025-ci il tarixli 13-1-18/3-10-3330/2025 nömrəli əmri tam qanuni və əsaslıdır. Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli 2-2-420/2- 070312/2025 nömrəli “Qanun pozuntularının, onları doğuran səbəb və şərait yaradan halların aradan qaldırılması”na dair təqdimatına əsasən məlum olur ki, ADY-nin Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin atıcıları X20, X13 və X21 rəhbərliyə müraciət edərək həmin bölmənin rəisi vəzifəsində işləyən Emil Hüseynovun onlardan müxtəlif vaxtlarda işə düzəlmə və başqa işə keçirilmə müqabilində pullar aldığını qeyd etmişlər. X2 xx.xx.2025-ci il və xx.xx.2025ci il tarixlərdə, X20 isə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı müraciətlərində Emil Hüseynov barəsində əsassız olaraq şikayət etmələrini, hazırda əməldən peşman olmalarını bildirmişlər. Həmçinin, araşdırma zamanı izahatı alınmış X8 işə qəbul edilməsi müqabilində Emil Hüseynova 6000 manat pul verməsini təsdiq edə biləcək şahid qismində adlarını qeyd etdiyi dayısı X26 və X22 onun dediklərini təkzib edərək Ağanur tərəfindən Emil Hüseynova pul verilməsinin şahidi olmadıqlarını bildirmişlər. xx.xx.2025ci il tarixdə Yevlax rayon prokurorluğundan daxil olmuş materiala əlavə edilmiş “CD” diskə baxış keçirilən zaman X13 ilə X23 arasında danışıqların olması, həmin danışıqlarda Xalid İsmayılovun işə qəbul olunmaq müqabilində Emil Hüseynova 5300 manat pul verməsini bildirməsi müəyyən olunsa da, həmin çəkilişi aparmış Xəzər Ağayev izahatında 2024-cü ilin yay aylarında Xalid ilə “Whatsapp” tətbiqi ilə videozəng ilə danışan zaman ona bilərəkdən Emilə pul verməsi barədə suallar verməsini və həmin danışıqları görüntüyə almasını bildirmişdir. Emil ilə arasında soyuq münasibət olduğuna görə həmin görüntü Xalid, Ağanur və Feyruz vasitəsilə ADY-nin Mühafizə Departamentinin Baş İdarəsinə göndərmişdir. Emil Hüseynov tərəfindən hər hansı şəxsdən pul alınaraq işə qəbul olunması barədə məlumatı yoxdur. X22 tərəfindən təqdim edilmiş səs yazılarına baxış aparılan zaman X22 ilə aralarında olan danışıq zamanı ADY-nin Mühafizə departamentinin Hacıqabul rayon mühafizə bölməsində qrup rəisi vəzifəsində işləyən İddiaçı “Emilin aqibətini hamı görəcək, görəcəksiniz, sən narahat olma o işi mən qurmuşam, işin arxasında mən dayanmışam” deməsi dinlənilir. Beləliklə, araşdırma zamanı ADYnin Mühafizə Departamentinin Hacıqabul rayon Mühafizə bölməsində mühafizə işinin düzgün təşkil edilmədiyi, bölmə daxilində xidmətlə əlaqədar olmayan şəxsi maraqlar naminə müxtəlif səs yazılarının və videoçəkilişlərin aparılması, əvvəlcədən əlbir olunmuş şəkildə yuxarı vəzifəli şəxslərin barəsində şikayət ərizələrinin yazılmasının təşkil etdirməsi müəyyən edilmişdir. Nəticə olaraq “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin intizam nizamnaməsi”nə uyğun olaraq ADY-nin Mühafizə Departamentinin Hacıqabul rayon Mühafizə bölməsinin rəisi Emil Hüseynov tərəfindən kollektiv arasında əmək intizamına riayət edilməsinə nəzarət lazimi qaydada edilmədiyindən, qrup rəisi vəzifəsində işləyən İddiaçı və baş atıcı vəzifəsində işləyən Xəzər Ağayev tərəfindən kollektiv arasında nizam intizamın pozulması, əsassız şikayətlərin olunması təşkil edildiyindən, qeyd olunan nöqsanlara bir daha yol verilməməsi məqsədilə qeyd edilən işçilərin intizam məsuliyyətinə cəlb edilməsi məqsədilə səlahiyyətlər çərçivəsində tədbirlər görmək və nəticəsi barədə 1 ay müddətində rayon prokurorluğuna yazılı məlumat vermək bildirilmişdir. ADY-nin Mühafizə Departamentinin X11 Komitəsinin xx.xx.2025-ci il tarixli 14 nörməli protokoldan çıxarışına əsasən İddiaçı tərəfindən kollektiv arasında nizam-intizamın pozulması, əsassız şikayətlərin olunması təşkil edildiyindən, həmçinin işə davamiyyətinin aşağı səviyyədə olması səbəbindən, AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi təklif edilmişdir. X4 sədri İsmayıl Abudllayev öz çıxışında iddiaçı və digər şəxslərə əmək müqavilələrinə öz ərizələri əsasında xitam verilməsi üçün müraciət edəcəkləri halda, onlara şiddətli töhmət verilməklə əmək müqavilələrinə öz xahişləri əsasında xitam verilməsi yönündə rəy bildiriləcəyini qeyd etmişdir. BHİK sədrinin təklifi Emil Hüseynov tərəfindən qəbul edilmiş, İddiaçı və Xəzər Ağayev tərəfindən isə rədd edilmişdir. xx.xx.2025-ci il tarixli akta əsasən məlum olur ki, Hacıqabul rayon prokurorluğundan daxil olmuş təqdimata əsasən Mühafizə departamentində müzakirələr aparılmış və adı çəkilən şəxsin əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məsədəmüvafiq hesab edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə BHİK sədri ilə birgə təşkil olunan iclasa dəvət olunmuş və ondan daxil olan təqdimat, həmçinin orada qeyd olunan iddialarla bağlı açıqlama və izahat istənilmişdir. Əlavə olaraq BHİK sədri tərəfindən rəyində də qeyd etdiyi barəsində yumşaldıcı tədbirlər görülməsi üçün sözügedən şəxsə müvafiq təkliflər irəli sürülmüşdür. Lakin İddiaçı edilən təkliflərdən, izahat və açıqlamalar verməkdən imtina edərək prokurorluğun təqdimatında qeyd edilən qərarların əsassız olduğunu bildirmişdir. Həmçinin ADY-nin Mühafizə departamentinin rəisi Tikrar Quliyevin xx.xx.2023-cü il tarixli 13-1-18/3-13-2568/2023 nömrəli əmrinə əsasən Mühafizə departamentinin Şirvan rayon Yüklərin və obyektlərin mühafizə komadasının rəisi İddiaçı xidməti nizamsız təşkil etdiyi üçün barəsində töhmət elan olunmuş və gələcəkdə belə hallar təkrar baş verdikdə qanunvericiliyə əsasən ona qarşı daha ciddi tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli 13-1-18/3-13- 2568/2023 nömrəli intizam tənbeh tədbirinin verilməsi haqqında əmrdən nəticə çıxarmayaraq təkrar əmək və icra intizamını ciddi şəkildə pozmaqla intizam xətasına yol vermişdir. İddiaçının bu hərəkətləri kollektiv arasında nizam intizamın pozulması, əsassız şikayətlərin olunması təşkil edildiyindən, qeyd olunan nöqsanlara bir daha yol verilməməsi məqsədi ilə işəgötürənin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndi ilə xitam verməsi tam qanuni və əsaslı olmuşdur.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(006)-3662/2025 saylı qətnaməsi ilə (sədrlik edən-G.Abidova) iddianın təmin edilməsi, cavabdeh "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 13-1-18/3-10- 3330/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" QSC-nin Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin qrup rəisi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pulun cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. 17.İddia tələbini əsaslı hesab edən məhkəmə qeyd etmişdir ki, "xxxx" QSC-nin Mühafizə departamentinin xx.xx.2025-ci il tarixli cədvəl formasında olan əmrində hər hansı əsaslandırma qeyd edilməmişdir. Məhkəməyə təqdim edilmiş eyni tarixli cədvəl formasında olmayan əmrdə isə iddiaçının əmək müqaviləsi ilə müəyyən edilmiş öhədliklərini, vəzifə təlimatının tələblərini, ADY-nin daxili intizam qaydalarının tələblərini, əmək və icra intizamını qəsdən pozduğunun müəyyən edildiyi, bununla da iş ahənginin pozulmasına səbəb olduğu qeyd edilmişdir. Həmin əmrdə də iddiaçının hansı öhdəliyinə əməl edilmədiyi, vəzifə təlimatının hansı tələbini pozduğu, daxili intizam qaydalarının hansı tələblərinin pozulduğu və iş ahənginin necə pozulduğunu, eyni zamanda işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin hansı qanuni mənafelərinə hansı formada xələl gətirdiyi barədə heç bir qeyd edilməmişdir. Əmrin verilməsinə əsas araşdırma materialları və BHİK-nin xx.xx.2025- ci il tarixli protokolundan çıxarış olmuşdur. Halbuki, hansısa xüsusi araşdırma materialları məhkəməyə təqdim edilməmişdir.
18. BHİK-nin xx.xx.2025-ci il tarixli protokolundan çıxarışdan müəyyən edilir ki, iddiaçının və digərlərinin Prokurorluğun təqdimatına əsasən intizam məsuliyyətinə cəlb olunmaları təklif edilmişdir. Nəticədə BHİK-nin rəyasət heyətinin üzvləri iddiaçının işə davamiyyətini, nizamintizamının aşağı səviyyədə olmasını nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsini təklif etmişlər. BHİKnin sədri isə iddiaçıya və digərlərinə əmək müqavilələrinə öz ərizələri əsasında xitam verilməsi üçün müraciət edəcəkləri halda, onlara şiddətli töhmət verilməklə əmək müqavilələrinə öz xahişləri əsasında xitam verilməsi yönündə rəy bildirəcəyini qeyd etmişdir. Emil Hüseynov təklifi qəbul etsə də, iddiaçı və Xəzər Ağayev təklifi qəbul etməmişdir. Buna görə də iddiaçı və X40 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə səbəb Hacıqabul rayon prokurorunun təqdimatı olmuşdur. Təqdimatın əsaslandığı cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar isə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “xidməti fəaliyyət zamanı və kollektiv daxilində qruplaşma yaradaraq yol verdiyi nöqsanlara görə barəsində xidməti yoxlama aparılması məsələsinə baxılması üçün Hacıqabul rayon prokuroru qarşısında məsələ qaldırılması” hissəsində ləğv edilmişdir. Qərarda müvafiq təqdimatında əsassız və qanunsuz olduğu müəyyən edilmişdir. Qeyd olunan qərarların hazırkı məhkəmə icraatı çərçivəsində preyudisial əhəmiyyəti olmasa da sübut kimi qiymətləndirilir. Buna görə də Hacıqabul Rayon Məhkəməsinin müvafiq qərarından (baxmayaraq ki, qərar qanuni qüvvəyə minmişdir) protest verilib-verilməməsi hazırkı iş üçün xüsusi əhəmiyyət daşımır. İşin faktiki halları ilə müəyyən edilir ki, səs yazısında iddiaçının “Emilin aqibətini hamı görəcək, görəcəksiniz, sən narahat olma o işi mən qurmuşam, işin arxasında mən dayanmışam” deməsi dinlənilmişdir. Elə iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin səbəbi də iddiaçının müəssisə daxilində şəxsi maraqları naminə şikayət ərizələrinin yazılmasının təşkil etməsi mülahizəsi olmuşdur. Halbuki, qeyd olunan məsələ sübut edilməmişdir. Yəni iddiaçının həqiqətən də belə bir təşkilatçılıq etməsi sadəcə onun müvafiq səs yazısı ilə əsaslandırılır. Hacıqabul Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qərarında müəyyən etmişdir ki, X1 barəsində irəli sürülən ittihamlar qərəzli xarakter daşıyır və idarədaxili münasibətlərdə qruplaşma yaratması barədə iddialar əsassızdır. Müvafiq səs yazıları iddiaçının sərxoş vəziyyətində qeydə alınmışdır. Belə bir vəziyyətdə söylənilən sözlər sərbəst iradənin məhsulu hesab edilə bilməz. Çünki alkoqolun təsiri altında olan şəxs öz hərəkətlərinin və ifadələrinin mahiyyətini dərk etməyə bilər. Şəxsin sərxoş halda verdiyi ifadələr onun hüquqi məsuliyyətini müəyyən etmək üçün əsas ola bilməz.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçının sərxoş vəziyyətdə, əmək münasibətlərindən kənarda söhbət əsnasında qeydə alınmış səsi, hansı ki, həmin şəxs sonradan sərxoş olduğunu və hər hansı təşkilatçılıq etdiyini qəbul etməməsinə baxmayaraq cavabdeh tərəfindən mütləq əsas kimi nəzərə alınmış, Hacıqabul rayon prokurorunun qanunsuz təqdimatı əsasında heç bir daxili araşdırma aparılmadan əmək müqaviləsi ləğv edilmişdir. Halbuki, prokurorluğa şikayət edən şəxslər iddiaçının hər hansı qruplaşma yaratmadıqlarını bildirmiş, əsassız olaraq şikayət etdikləri və əməllərindən peşman olduqları barədə Baş prokurorluğa müraciət ünvanlamışlar. Əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndindən əlavə 72-ci maddəsinin “e” bəndinə də istinad edilmiş, lakin işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin hansı qanuni mənafeyinə ciddi xələl gətirməsi, necə xələl gətirməsi barədə heç bir əsaslandırma edilməmişdir. Bununla da işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü hissələrinin tələbləri pozulmaqla əmr verilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, prokurorluğun qanunsuz təqdimatında həmin şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi tələb olunsa da, işəgötürən heç bir dəqiqləşdirilmiş sübut olmadan öz üstün səlahiyyətlərindən istifadə edərək iddiaçı barəsində ən ağır intizam tənbeh tədbirini tətbiq etmişdir. Məhkəmə işəgötürən tərəfindən əmrin əsaslandırılmamasını nəzərə alaraq hesab etmişdir ki, işin faktiki halları işəgötürənin hansısa əsaslı səbəbinin ola biləcəyini belə güman etməyə əsas vermir. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddə, 1, 2 və 3cü bəndlər, 68-ci maddənin 1-ci hissəsi, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2 və 3cü hissəsi, 72-ci maddənin “e” bəndi, 83-cü maddənin 1-ci hissəsi, 297, 300-cü maddəsinin 1-ci hissəsi; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarı, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına və Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22.Cavabdeh "xxxx" QSC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv ediləməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ADY-nin Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin atıcıları X20, X13 və X21 rəhbərliyə müraciət edərək həmin bölmənin rəisi vəzifəsində işləyən Emil Hüseynovun onlardan müxtəlif vaxtlarda işə düzəlmə və başqa işə keçirilmə müqabilində pullar aldığını qeyd etmişlər. Məsələ ilə bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən araşdırılma aparılmışdır. Araşdırmaya əsasən X13 xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə, X20 isə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı müraciətlərində Emil Hüseynov barəsində əsassız olaraq şikayət etmələrini, hazırda əməldən peşman olmalarını bildirmişlər. Həmçinin, araşdırma zamanı izahatı alınmış X8 işə qəbul edilməsi müqabilində Emil Hüseynova 6000 manat pul verməsini təsdiq edə biləcək şahid qismində adlarını qeyd etdiyi dayısı X26 və X22 onun dediklərini təkzib edərək Ağanur tərəfindən Emil Hüseynova pul verilməsinin şahidi olmadıqlarını bildirmişlər. Eyni zamanda, xx.xx.2025-ci il tarixdə Yevlax rayon prokurorluğundan daxil olmuş materiala əlavə edilmiş “CD diskdə” X22 tərəfindən təqdim edilmiş səs yazıları dinlənilən zaman X22 ilə aralarında olan danışıq zamanı ADY-nin Mühafizə Departamentinin Hacıqabul rayon mühafizə bölməsində qrup rəisi vəzifəsində işləyən İddiaçı “Emilin aqibətin hamı görəcək, görəcəksiniz, sən narahat olma o işi mən qurmuşam, işin arxasında mən dayanmışam” deməsi dinlənilir. Beləliklə, araşdırma zamanı ADY-nin Mühafizə departamentinin Hacıqabul rayon mühafizə bölməsində mühafizə işinin düzgün təşkil edilmədiyi, bölmə daxilində xidmətlə əlaqədar olmayan şəxsi maraqlar naminə müxtəlif səs yazılarının və videoçəkilişlərin aparılması, iddiaçının yuxarı vəzifəli şəxsin barəsində əsassız şikayət ərizələrinin yazılmasını təşkil etdirməsi müəyyən edilmişdir. Nəticədə, tam qanuni və əsaslı olaraq işəgötürən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bildirir ki, iddiaçı tərəfindən qeyd edilən pozuntunun törədilməsi işin mübahisəsiz halıdır. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı səs yazısında bu pozuntunu törətdiyini etiraf etmişdir. Nəzərə almaq lazımdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin daxili intizam qaydalarına əsasən daxili intizam - əmək funksiyalarını icra etməklə yanaşı əmək və icra intizamına əməl etmə, iş vaxtından səmərəli istifadə, öz işinə məsuliyyətlə, yaradıcı və vicdanlı yanaşma, kollektiv dəyərlərə hörmət və ümumi maraqların təmin edilməsinə səy göstərmə və bu kimi münasibətlərin məcmusu, etik davranış isə xidməti və xidmətdənkənar davranış normalarının, prinsiplərinin və onlara əməl edilməsi ilə bağlı münasibətlərin məcmusudur. İddiaçı həmin hüquq pozuntusu nəticəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) bəndinin, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin daxili intizam qaydalarının 3-cü maddəsinin 1-ci hissəsinin 4-cü bəndinin (xidməti vəzifəsinə aid olmadığı hallarda, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və fəaliyyətinə mənfi ictimai qiymət verilməsindən çəkinməli), 3-cü maddəsinin 1-ci hissəsinin 5-ci bəndinin (Cəmiyyətin əməkdaşları ilə ünsiyyətdə bir-birilərini nüfuzdan salacaq hərəkətlərə yol verməməli, ifadələr işlətməməli, digər işçilərin aralarında olan söhbətlərə xüsusi maraq göstərməməli, onların əleyhinə əsassız söz söyləməməli), 3-cü maddəsinin 1-ci hissəsinin 15-ci bəndinin (iş vaxtı digər işçilərin işinə mane olacaq hərəkətlərdən çəkinməli) tələblərini qəsdən pozmuşdur. Nəticədə, iddiaçının həmin hərəkətlərinə görə departamentin əksər işçiləri araşdırmaya cəlb olunmuş, iş vaxtlarında işdən kənarlaşdıqları üçün işlərin icrasını yubatmış, baş vermiş hadisələr ADY-nin nüfuzuna xələl gətirmiş, insanlarda müəssisənin bir departamentində korrupsiya hallarının baş verməsi fikri yaranmışdır. Halbuki, ADY-də hər bir işçi şəxsi məlumatları (CV) təqdim edərək imtahandan keçməklə tam obyektiv şəkildə işə qəbul olur. Eyni zamanda, atılan bu böhtan nəticəsində yayılmış söz-söhbətə görə bölmə rəisi Emil Hüseynov işdən çıxarılmışdır. Hesab edir ki, iddiaçı tərəfindən törədilmiş hüquq pozuntusu nəticəsində işəgötürənin qanuni mənafeyinə real və ciddi şəkildə xələl dəyməsi öz təsdiqini tapır. Lakin sadalanan xüsusatlar işə baxan məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əmək qanunvericiliyində intizam tənbehləri üçün hər hansı ardıcıllıqla tətbiq olunma ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmamışdır. Hesab edir ki, bu cür məhdudiyyət işəgötürənin hüquqlarının pozulmasına və işçinin bundan sui-istifadə etməsinə gətirib çıxara bilər. Eyni zamanda, qanunvericilikdə işəgötürən tərəfindən sui-istifadə hallarının qarşısının alınması üçün də müəyyən məhdudiyyət nəzərdə tutulmuşdur. Belə ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bildirir ki, hazırki mübahisədə qeyd edilən bütün halların, həmçinin, iddiaçının törətdiyi xətanın xarakteri nəzərə alınmaqla onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, iddiaçı bundan əvvəl də xidmətin təşkili qaydalarını və vəzifə təlimatının tələblərini kobud şəkildə pozduğu üçün barəsində töhmət elan olunmuşdu, lakin görünür, iddiaçı bundan nəticə çıxarmayaraq pozuntulara davam etmiş, müəssisədaxili intizam qaydalarına əməl etməmişdir. Bildirir ki, məhkəməyə təqdim edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi yetəri qədər əsaslandırılmışdır. Belə ki, məhkəməyə təqdim etdikləri sənədlərə əsasən pozuntu halı ilə bağlı departamentdə araşdırma və müzakirələr aparılmış, iddiaçı xx.xx.2025-ci il tarixdə ADY-nin Mühafizə departamentinin X11 Komitəsinin iclasına dəvət olunmuş, ondan qeyd olunan pozuntu halı ilə bağlı açıqlama və izahat tələb edilmişdir. Lakin, iddiaçı izahat verməkdən imtina etmişdir. Həmçinin, ona öz ərizəsi əsasında xitam verilməsi üçün müraciət edəcəyi halda, şiddətli töhmət verilməklə əmək müqaviləsinə öz xahişi əsasında xitam veriləcəyi bildirilmişdir. Lakin iddiaçı bununla da razılaşmamışdır. Qeyd etdikləri hallar məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli aktla da öz təsdiqini tapır. Beləliklə, əmrin verilməsi üçün əsas – qeyd etdiyi araşdırma materialları və ADY-nin Mühafizə departamentinin X11 Komitəsinin xx.xx.2025-ci il tarixli 14 nömrəli protokolundan çıxarış olmuşdur. Lakin, məhkəmə tərəfindən qeyd etdikləri nəzərə alınmamışdır. Bu halda məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxması faktı, sübutu düzgün qiymətləndirməsi şübhə doğurur. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının sərxoş vəziyyətdə, əmək münasibətlərindən kənar söhbət əsasında qeydə alınmış səsi, hansı ki, həmin şəxs sonradan sərxoş olduğunu və hər hansı təşkilatçılıq etdiyini qəbul etməməsinə baxmayaraq cavabdeh tərəfindən mütləq əsas kimi nəzərə alınmışdır. Bununla bağlı bildirir ki, məhkəmə sorğu əsasında əldə etdiyi səs yazılarını məhkəmə iclasında tədqiq edərkən belə aydın olmuşdur ki, İddiaçı ilə bölmə rəisi Emil Hüseynov arasında münasibətlər pis olmuş, iş yerində iddiaçı daxil olmaqla qruplaşmalar yaranmış, bölmə rəisi barəsində əsassız şikayət ərizələri hazırlanaraq onun işdən uzaqlaşdırılmasına çalışılmışdır. Həmçinin, səs yazısında iddiaçının “Emilin aqibətin hamı görəcək, görəcəksiniz, sən narahat olma o işi mən qurmuşam, işin arxasında mən dayanmışam” deməsi dinlənilmişdir. Eyni zamanda, səs yazılarında bölmə rəisi vəzifəsinə iddiaçının təyin olunacağı ilə bağlı məlumatlar müzakirə edilmişdir. Məhkəmə isə bu səs yazılarına iddiaçının sərxoş vəziyyətdə, əmək münasibətlərindən kənarda söhbət əsasında qeydə alınmış səsi kimi qiymət vermişdir. Bu zaman sual yaranır, səs yazılarının əmək münasibətlərindən kənarda qeydə alınması və iddiaçının həmin zaman sərxoş vəziyyətdə olması necə sübut olunmuş, məhkəmə bu qənaətə necə gəlmişdir?! Həmçinin, prokurorluqda araşdırma zamanı izahatı alınmış Feyruz Mahmudov izahatında bildirmişdir ki, işlədiyi kollektivdə Emil Hüseynova qarşı qruplaşmalar yarandığından İddiaçı və qeyrilərinin sözlərinə inanaraq Əfqanla bilərəkdən ona pul verməyi ilə bağlı danışmış, qərəzli şəkildə video çəkmişdir. Lakin, qeyd etdikləri bu faktların heç birinə məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Beləliklə, hesab edir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində kobud pozuntulara yol vermiş, bu hal isə özlüyündə məhkəmənin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Bunu nəzərə alaraq məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab oluna bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
25.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X24 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında qeyd etdi ki, Mühafizə departamentinin 3 əməkdaşı həmin departmanetin rəhbərliyinə şikayət ərizələri ilə müraciət ediblər və bir neçə şəxsin adını şahid qismində qeyd ediblər. Mühafizə departamentinin belə bir araşdırma imkanı olmadığı üçün Hacıqabul rayon prokurorluğuna müraciət edilib. Hacıqabul rayon prokurorluğunda aparılan araşdırma zamanı müəyyən edilib ki, şikayət verən şəxslər ifadələrində bölmə rəislərinə pul vermədiklərini, əməllərindən səmimi peşman olduqlarını bildirblər. Şahid kimi qeyd edilən şəxslər də eyni məzmunlu ifadələr veriblər. Məlum olub ki, bu şikayətlər İddiaçı və X23 tərəfindən hazırlanıb. Bu şikayətlərin tərtib edilməsinin səbəbi də İddiaçı ilə bölmə rəisi arasında olan şəxsi münasibətlərdir. Araşdırma ilə bağlı səsyazmalar mövcuddur. İddiaçı həmin səsyazmada bildirir ki, bu işi o təşkil edib, arxasında o dayanır. Prokurorluqda aparılan araşdırmanın nəticə işçilərlə bağlı tədbir görülməsi ilə bağlı fikir bildirilib. Bildirilməsəydi belə araşdırma nəticəsində "xxxx" QSC tərəfindən tədbirlər görüləcəkdi. Həmçinin İddiaçı bölmə rəisinin yerinə keçmək istəməsi ehtimalı da müzakirə olunur. Onun törətdiyi hüquq pozuntusu nəticəsində "xxxx" QSC-nin nüfuzuna zərər dəymişdir. Belə ki, Hacıqabul rayonunda "xxxx" QSC-yə işə qəbul olmaq üçün pul tələb edilməsi ilə bağlı danışıqlar gedir. Halbuki, belə bir hal mövcud deyil, şəffaf şəkildə işə qəbul prosesi mövcuddur. Araşdırmalar yekunlaşdıqdan sonra akt tərtib edilib. Əmək müqqaviləsinin ləğv edilməsinin əsası “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərar olmayıb. Daxili araşdırma materialları, həmkarlar ittifaqının iclas protokolu olub. Bölmə rəisi Emil Hüseynov, İddiaçı və X14 təklif edilib ki, öz ərizələri əsasında işdən azad edilsinlər. Bölmə rəisi bunu qəbul etsə də, digər iki şəxs qəbul etməyib. Bundan sonra İddiaçı və X23 ilə bağlanılmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib.
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, ilk növbədə qeyd etmək istəyir ki, orada heç bir qruplaşma olmayıb. Şikayət verən şəxslərin heç birini şəxsən tanımamışdır. Üzləşdirmələr, məhkəmə prosesləri olub. iddiaçının bölmə rəisi ilə bağlı şəxsən özünün şikayəti olub. "xxxx" QSC-nin sədrinin müşaviri İlham Axundova bununla bağlı şəxsən müraciət etmişdir. Bölmə rəisinin onu (iddiaçını) şərlədiyini bildirmişdir, ona dedilər ki, narahat olmasın, onun yaxşı işçi olduğunu bildirdilər. İddiaçının digər şikayətçilərlə heç bir əlaqəsi olmayıb. Səs yazısı ilə bağlı qeyd etmək istəyir ki, 2025-ci ilin fevral ayının 23-də toya getmişdi, toyda içkili olmuşdular. Toyda Əfqan adlı əməkdaş ona yaxınlaşıb dedi ki, adının bu işdə hallanmasını istəmir. İddiaçı həmin an ona nə demişdir dəqiq xatırlamır, içkinin təsiri altında olmuşdur, anlaqlı vəziyyətdə olmamışdır. Emil Hüseynovun qohumları tərəfindən ona dəfələrlə zəng edildiyi üçün əsəbiləşib demişdir ki, o (iddiaçı) eləmişdir, şikayət etmişdir. İddiaçı Hacıqabul rayon prokurorluğunun qərarından məhkəməyə də şikayət etmişdir, prokurorluğun əməkdaşı barəsində xüsusi qərar da qəbul edilmişdi. X12 iclasında heç bir təklif edilməyib. İddiaçıya orada sədr dedi ki, Hacıqabul rayon prokurorunun qərarına əsasən onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etməlidirlər. Bildirdi ki, iddiaçıya edə biləcəkləri yaxşılıq ancaq ərizəsi ilə özünün işdən çıxmağı ola bilər. Başqa heç bir təklif edilməyib.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 2-ci maddənin 2-ci hissəsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2-ci maddənin 3-cü hissəsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3-cü maddənin 5-ci hissəsi. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddənin 9-cu hissəsi. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə 10.İşçinin əsas vəzifələrinə: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “ç” bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e)əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 80-cı maddənin 1-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-cı maddənin 2-ci hissəsi. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir 186-cı maddəsi:
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 3.İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4.İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. 300-cü maddənin 1-ci hissəsi. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 32.Kollegiya ilk olaraq qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir. Yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. 33.Həmçinin, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 34.Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirdiyindən həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. 35.Əmək qanunvericiliyində işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona hüquqi məsuliyyət növü kimi intizam və ya digər məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur.
36. İş materiallarının tədqiqi ilə müəyyən olunur ki, İddiaçı cavabdeh "xxxx" QSC Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsində qrup rəisi vəzifəsində işləmişdir. İddiaçı iddia ərizəsində əvvəlcə cavabdeh qismində "xxxx" QSC-ni və "xxxx" QSC-nin Mühafizə departamentini cəlb etsə də, sonra iddia ərizəsinə texniki düzəliş edərək cavabdeh qismində yalnız "xxxx" QSC-ni qeyd etmişdir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli əmri ilə müəyyən olunur ki, Mühafizə departamentinin rəisinə ADY-nin sədri tərəfindən həyata keçirilən vəzifələr istisna olmaqla digər vəzifələrə münasibətdə ADY-nin adından işəgötürən səlahiyyəti verilmişdir.
37. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri İlham Axundov 04 dekabr 2024-cü il tarixdə məktubla DİN-in X28 Polis İdarəsinə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin atıcıları X20, X13 və X8 "xxxx" QSC-nin rəhbərliyinə müraciət edərək həmin bölmənin rəisi vəzifəsində işləyən Emil Hüseynovun onlardan müxtəlif vaxtlarda işə düzəlmə və başqa işə keçirilmə müqabilində pullar aldığını qeyd etmələrini və bununla əlaqədar toplanmış materiallara hüquqi qiymət verilməsini xahiş etmişdir. Materiallar ərazi aidiyyəti üzrə Yevlax rayon prokurorluğuna, daha sonra isə Hacıqabul rayon prokurorluğuna göndərilmişdir. Material üzrə Hacıqabul rayon prokurorluğunda araşdırma davam etdirilmiş, izahatlar alınmış, təqdim edilmiş video və səs yazılarına baxış keçirilmiş və digər zəruri hərəkətlər icra edilmiş, nəticədə Hacıqabul rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X17 tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla "xxxx" QSC Mühafizə departamentinin Hacıqabul rayon mühafizə bölməsində qrup rəisi vəzifəsində işləyən İddiaçı və baş atıcı vəzifəsində işləyən Xəzər Ağayev tərəfindən xidməti fəaliyyət zamanı və kollektiv daxilində qruplaşma yaradaraq yol verdikləri nöqsanlara görə barələrində xidməti yoxlama aparılması məsələsinə baxılması üçün Hacıqabul rayon prokuroru qarşısında məsələ qaldırılması da qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon prokuroru "xxxx" QSC-nin Mühafizə departamentinin rəhbərliyinə xx.xx.2025-ci il tarixli təqdimat göndərmiş və qeyd etmişdir ki, "xxxx" QSC Mühafizə departamentinin iclasında geniş və hərtərəfli müzakirə edilməklə, qeyd edilmiş əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılsın. Gələcəkdə qeyd edilən nöqsanların təkrarlanmaması, şöbə əməkdaşlarının öz xidməti vəzifələrinə uyğun olaraq məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlər görülsün və təqdimatın müzakirəsi və görülmüş tədbirlər barədə qanunda nəzərdə tutulmuş 1 ay müddətində Hacıqabul rayon prokurorluğuna məlumat verilsin.
38. Daha sonra Mühafizə departamentinin rəisi X16 Mühafizə departamentinin Hacıqabul mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin bölmə rəisi X9, həmin bölmənin qrup rəisi İddiaçı və həmin bölmənin baş atıcısı X10 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi üçün təqdimat ilə "xxxx" QSC Mühafizə departamentinin X11 Komitəsinə müraciət etmişdir. BHİK iddiaçının əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi barədə qərar qəbul etmişdir. xx.xx.2025-ci il tarixli əmrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi) ləğv edilmişdir.
39. İddiaçı Hacıqabul rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X17 tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında Hacıqabul Rayon Məhkəməsinə şikayət vermişdir. Hacıqabul Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qərar ilə şikayəti təmin etmiş, xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın nəticə hissəsinin 2-ci bəndi iddiaçıya münasibətdə “xidməti fəaliyyət zamanı və kollektiv daxilində qruplaşma yaradaraq yol verdiyi nöqsanlara görə barəsində xidməti yoxlama aparılması məsələsinə baxılması üçün Hacıqabul rayon prokuroru qarşısında məsələ qaldırılması” hissəsində qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi qərara alınmışdır. Qərar xx.xx.2025- ci il tarixdə qanuni qüvvəyə minmişdir. 40.Kollegiya qeyd edir ki, hazırkı işdə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsası kimi iddiaçının əmək müqaviləsi ilə müəyyən edilmiş öhədliklərini, vəzifə təlimatının tələblərini, ADY-nin daxili intizam qaydalarının tələblərini, əmək və icra intizamını qəsdən pozduğuna, İddiaçı AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinlə yetirmək), “b” (əmək inztizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) və “e” (iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq) bəndlərinin tələblərini kobudcasına pozmasına istinad edilmişdir. 41.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar mövcud olmalıdır.
42. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalıdır və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının hansı pozuntuya yol verməsi və bunun hansı nəticələrə səbəb olduğu göstərilməmişdir. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. 44.Digər tərəfdən kollegiyanın qənaətinə görə, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi sübuta yetirilməmişdir.
45. Digər tərəfdən əmrin verilməsinə əsas kimi araşdırma materialları və BHİK-nin xx.xx.2025-ci il tarixli protokolundan çıxarış göstərilsə də, məhkəməyə bununla bağlı hər hansı bir araşdırma materialı təqdim edilməmişdir.
46. BHİK-nin xx.xx.2025-ci il tarixli protokolundan çıxarışdan müəyyən edilir ki, iddiaçının və digərlərinin Prokurorluğun təqdimatına əsasən intizam məsuliyyətinə cəlb olunmaları təklif edilmişdir. Nəticədə BHİK-nin rəyasət heyətinin üzvləri iddiaçının işə davamiyyətini, nizamintizamının aşağı səviyyədə olmasını nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsini təklif etmişlər. BHİKnin sədri isə iddiaçıya və digərlərinə əmək müqavilələrinə öz ərizələri əsasında xitam verilməsi üçün müraciət edəcəkləri halda, onlara şiddətli töhmət verilməklə əmək müqavilələrinə öz xahişləri əsasında xitam verilməsi yönündə rəy bildirəcəyini qeyd etmişdir. Emil Hüseynov təklifi qəbul etsə də, iddiaçı və Xəzər Ağayev təklifi qəbul etməmişdir. Buna görə də iddiaçı və X40 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir.
47. Protokoldan çıxarışa əsasən müəyyən olunur ki, iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə səbəb Hacıqabul rayon prokurorunun təqdimatı olmuşdur. Təqdimatın əsaslandığı cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar isə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “xidməti fəaliyyət zamanı və kollektiv daxilində qruplaşma yaradaraq yol verdiyi nöqsanlara görə barəsində xidməti yoxlama aparılması məsələsinə baxılması üçün Hacıqabul rayon prokuroru qarşısında məsələ qaldırılması” hissəsində ləğv edilmişdir. Qərarda müvafiq təqdimatın da əsassız və qanunsuz olduğu müəyyən edilmişdir.
48. Kollegiyanın mövqeyinə görə birinci instansiya məhkəməsi düzgün vurğulamışdır ki, qeyd olunan qərarların hazırkı məhkəmə icraatı çərçivəsində preyudisial əhəmiyyəti olmasa da sübut kimi qiymətləndirilməlidir.
49. Buna görə də Hacıqabul Rayon Məhkəməsinin müvafiq qərarından (baxmayaraq ki, qərar qanuni qüvvəyə minmişdir) protest verilib-verilməməsi hazırkı iş üçün xüsusi əhəmiyyət daşımır. İşin faktiki halları ilə müəyyən edilir ki, səs yazısında iddiaçının “Emilin aqibətini hamı görəcək, görəcəksiniz, sən narahat olma o işi mən qurmuşam, işin arxasında mən dayanmışam” deməsi dinlənilmişdir. Elə iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin səbəbi də iddiaçının müəssisə daxilində şəxsi maraqları naminə şikayət ərizələrinin yazılmasının təşkil etməsi mülahizəsi olmuşdur. Halbuki, qeyd olunan məsələ sübut edilməmişdir. Yəni iddiaçının həqiqətən də belə bir təşkilatçılıq etməsi sadəcə onun müvafiq səs yazısı ilə əsaslandırılır. Hacıqabul Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qərarında müəyyən etmişdir ki, X1 barəsində irəli sürülən ittihamlar qərəzli xarakter daşıyır və idarədaxili münasibətlərdə qruplaşma yaratması barədə iddialar əsassızdır. Müvafiq səs yazıları iddiaçının sərxoş vəziyyətində qeydə alınmışdır. Belə bir vəziyyətdə söylənilən sözlər sərbəst iradənin məhsulu hesab edilə bilməz. Çünki alkoqolun təsiri altında olan şəxs öz hərəkətlərinin və ifadələrinin mahiyyətini dərk etməyə bilər. Şəxsin sərxoş halda verdiyi ifadələr onun hüquqi məsuliyyətini müəyyən etmək üçün əsas ola bilməz.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Hacıqabul rayon prokurorunun təqdimatı əsasında heç bir daxili araşdırma aparılmadan əmək müqaviləsi ləğv edilmişdir.
51. Digər tərəfdən iş materiallarından müəyyən edildiyi kimi iddiaçı barəsində prokurorluğa şikayət edən şəxslər iddiaçının hər hansı qruplaşma yaratmadıqlarını bildirmiş, əsassız olaraq şikayət etdikləri və əməllərindən peşman olduqları barədə Baş prokurorluğa müraciət ünvanlamışlar.
52. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi istinad edilmiş hallar mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.
53. Əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndindən əlavə 72-ci maddəsinin “e” bəndinə də istinad edilmiş, lakin işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin hansı qanuni mənafeyinə ciddi xələl gətirməsi, necə xələl gətirməsi barədə heç bir əsaslandırma edilməmişdir. Kollegiya hesab edir ki, qeyd edilən hallar əmr verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü hissələrinin tələblərinin pozulduğu qənaətinə gəlməyə tam əsas verir.
54. Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
55. Kollegiya qeyd edir ki, prokurorluğun qanunsuz təqdimatında həmin şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi tələb olunsa da, işəgötürən heç bir dəqiqləşdirilmiş sübut olmadan öz üstün səlahiyyətlərindən istifadə edərək iddiaçı barəsində ən ağır intizam tənbeh tədbirini tətbiq etmişdir.
56. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir.
57. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan xüsusatları ümumiləşdirərək hesab edir ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi əsassız olduğundan, mübahisələndirilən əmrin ləğv edilməli olması ilə bağlı məhkəmə qanuni və əsaslı nəticəyə gəlmişdir.
58. Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələblərinə müvafiq olaraq kollegiya hesab edir ki, məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir.
59. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
60. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(006)-3662/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov