Məhkəmə qərarları › İş №2(103)-6666/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6666/2023

31.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6666/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlak üzərində pay hüququnun müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(001)-5815/2023 nömrəli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlak üzərində pay hüququnun müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlak-vəfat etdiyi xx.xx.2021-ci il tarixədək mərhum xx.xx.1956-cı il təvəllüdlü X2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,06 kv.m torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli ümumi sahəsi 39,06 kv.m-dan ibarət, xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış bağ evinin üzərində onun tam pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(001)- 5815/2023 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının tələb etdiyi bağ evi Bakı şəhəri Binəqədi rayonu ərazisində deyil, Mingəçevir şəhəri ərazisində yerləşir. Göstərilənlərə əsasən iddiaçının mövcud iddia tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi olmayıb, müstəsna aidiyyətə görə mübahisəli daşınmaz əmlak Mingəçevir şəhəri ərazində yerləşməsi əsasına görə Mingəçevir Şəhər Məhkəməsində baxılmalı olan iddia tələbidir. Buna görə də işə onun ərazi aidiyyətinə görə aid olduğu Mingəçevir Şəhər Məhkəməsində baxılmalıdır. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. Göründüyü kimi iddiaçının hazırki tələbi miras əmlak üzərində onun tam pay hüququnun müəyyən edilməsi olmaqla, vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlıdır. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi müstəsna aidiyyət qaydalarının tətbiq edilməli olan tələblərə aid olmadığından məhkəmənin bu əsasla iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(001)-5815/2023 nömrəli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar