Məhkəmə qərarları › İş №2(103)-6667/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6667/2021

08.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6667/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(003)-170/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçılara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Bakı şəhəri 9 saylı Notariat Ofisində İddiaçı1 ilə Cavabdeh2 arasında imzalanmış 21.07.2016-cı il tarixli, 4Ə/588 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 60 Q saylı bağ sahəsi ilə bağlı Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, 02.08.2016-cı il tarixli, RX seriyalı ******* hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(003)-170/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri 9 saylı Notariat Ofisində İddiaçı1 ilə Cavabdeh2 arasında imzalanmış 21.07.2016-cı il tarixli, 4Ə/588 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 60 Q saylı bağ sahəsi ilə bağlı Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, 02.08.2016-cı il tarixli, RX seriyalı ******* hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi, Cavabdeh1 Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçılara təhvil verilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(003)-170/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə notariat qaydasında təsdiq olunmuş ərizə göndərərək, apellyasiya şikayətindən imtina edərək, ona münasibətdə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarləq edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətdən imtina barədə ərizəni müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, Cavabdeh2 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi, Cavabdeh2 apellyasiya şikayətindən imtinası qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(003)- 170/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar