Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6667/2023 22.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı işə bərpa edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər:əmrin ləğvi,işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(009)-1213/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları qətnaməni qəbul etdi, İşin halları, iş üzrə məhkəmə icraatı 1.Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin (kontraktının) surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sürücü vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmış, işçinin aylıq əmək haqqı 280 manat təşkil etmişdir. 2.Mədəni irsin inkişafı və bərpası şöbəsinin aparıcı məsləhətçisi vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2023- cü il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Dövlət Xidmətinin sürücüsü İddiaçı tərəfindən mobil telefonuna etik hesab etmədiyi videoçarx göndərilmişdir. O, bunu qəbul etmir və müvafiq tədbir görülməsini xahiş etmişdir. 3.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mədəni irsin inkişafı və bərpası şöbəsinin aparıcı məsləhətçi vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, Dövlət Xidmətinin sürücüsü İddiaçı tərəfindən mobil telefonuna göndərilmiş qeyri-etik ifadələrlə dolu olan tik-tok videoçarxını şərəf və ləyaqətinə qarşı təhqir və kollektivdəki nüfuzuna xələl gətirən bir hal kimi qəbul edir. Əvvəlcə ona səhvən göndərildiyini düşünərək, “yanlışlıqla ona atmısız, Sərxan müəllim” deyərək geriyə cavab yazmışdır. İddiaçı isə cavab olaraq bildirmişdir ki, “yox, Nərmin, prosto çox təsirlidir”. Əlavə olaraq bildirir ki, bu hadisə ilk dəfədir baş verir və bu barədə rəhbərliyə şifahi olaraq məlumat vermişdir. Onunla həmişə əmək münasibətlərində olmuşdur. 4.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı İddiaçı tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, yanvar ayının 26-da günorta saatlarında tik-tok şəbəkəsində valideynlərini, yaxın və əziz insanlarını itirmiş “Arzumu ürəyimdə qoydular” müsahibəsində “Olar səni qucaqlayım” poetessa Aytac xanımın şeirini eşidəndə ona çox psixoloji və mənəvi təsir etmişdir. O, anası, atası və cavan bacısını itirdiyinə görə qərara gəlmişdir ki, bu şeiri bir sıra qohumları, dost və tanışları ilə paylaşsın. Kimə göndərmişdir bu şeiri hamı ona müsbət rəy vermişlər və vhatsap vasitəsi ilə ona öz fikirlərini yazıblar. Lazım olsa o, onları təqdim edə bilər. Lakin iş yoldaşı Nərmin xanım bu şeiri qeyri-adekvat başa düşərək bunu qeyri-etik normalardan kənar bir şeir kimi qəbul etmişdir. O, ondan öyrənmək istəmişdir ki, o, nə səbəbə belə başa düşür bu şeiri. Lakin o, onunla danışmaq istəməmişdir. O, özü də başa düşməmişdir ki, N.Bayramova hansı səbəbə görə bu şeiri belə qəbul etmişdir. Baxmayaraq ki, şeirin şərhi açıq-aydın sosial şəbəkələrdə izah edilib və onun bütün tanışlarında elə həmin formada şərhi qəbul etmişlər. O, belə başa düşür ki, Nərmin xanımın şeir və poeziyanı duya bilmədiyinə görə o, tamamilə şeirdə müəllif tərəfindən oxuculara çatdırılan məna düzgün dərk etməmişdir. Sözünü sübutunu gətirərək şəbəkədə olan müəllifin izahını izahatına əlavə etmişdir. Nərmin xanım onun qızından bir neçə yaş kiçikdir və ona o, qızın gözü ilə baxmışdır. Təəsüf edir ki, o belə mənalı şeiri qeyri-adekvat başa düşüb. 5.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən verilmiş 3-24-1/3-3-K-12/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ştatdan kənar sürücüsü İddiaçı iş yoldaşına qarşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” bəndinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci il 19 aprel tarixli 113-f nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin daxili intizam Qaydaları”nın 3.50-ci bəndinin tələblərini pozaraq, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 5.6.5-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ştatdan kənar sürücüsü İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, maliyyə və təminat sektoru (İ.İbrahimov) İddiaçı son haqq-hesabının ödənilməsini və müvafiq təhvil-təslim işlərinin aparılmasını təmin etməsi əmr edilmişdir. Əsas: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində və tabeliyində olan qurumlar üzrə daxili nəzarətin həyata keçirilməsi məqsədilə daimi fəaliyyət göstərən komissiyanın xx.xx.2023-cü il tarixli, 3-24-1/3-3-XM-87/2023 nömrəli xidməti məlumatı. 6.Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-00584 saylı arayışın surətindən görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi işə bərpa tələbi mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə saat 13.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi - xx.xx.2023-cü ildir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 7.İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3-24-1/3-3-K-12/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.İddiaçı tələbini belə əsaslandırmışdır ki,o, xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində sürücü vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə bütün kollektivlə mehriban, söz-söhbətsiz, səmimi davranışına görə hər kəsin yanında hörməti olmuşdur. Heç kimlə mübahisə olmamışdır. Hər zaman bayramlarda və yaxud adi günlərdə belə whatsapp proqramı vasitəsilə iş yoldaşları ilə bir-birlərinə videoroliklər, şeirlər göndərərlər. Son günlər sosial şəbəkələrdə poetessa Aytac xanımın “Olar səni qucaqlayım?” şeiri paylaşıldı. Bu şeirə qulaq asanda o, çox kövrəlmiş, çünki əzizlərini itirmiş insanlara aid şeir idi. O, da insan olaraq atasını, anasını və bacısını itirmişdir. Təbiidir ki, həyatda hər biri əzizlərindən itirdikləri olmuşdur. Həmin şeiri telefonuna yükləyib həyat yoldaşına, bacısına, qohumlara, tanışlara özünə yaxın bildiyi ərk etdiyi iş yoldaşlarına göndərmişdir. Göndərdiyi hər kəsdən müsbət cavab almışdır. Lakin onların arasında şöbənin aparıcı məsləhətçisi X6 adlı iş yoldaşı göndərdiyi şeirə qeyri-adekvat başa düşərək bunu etik normalardan kənar bir şeir kimi qəbul etmiş və o, ona bu şeirin nə mənada olduğunu, o şeiri niyə belə mənada başa düşdüyünün izahını bilmək istəmişdir. Lakin Nərmin xanım ona cavab verməmiş və onunla danışmaq istəməmişdir. Səhər gəlib işdə rəhbərliyə ondan şikayət etmişdir. Rəhbərlik bununla bağlı həm ona, həm Nərmin xanıma izahat yazdırmış və onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən (qeyri-iş vaxtında) azad etmişlər. Nərmin xanımın yazdığı izahatı oxuyanda ona çox məntiqsiz və saxta gəlmişdir. Nərmin xanım izahatında qeyd etmişdir ki, qeyri-etik ifadələrlə dolu olan tiktok videoçarxın şərəf və ləyaqətinə çox təhqir və kollektivdəki nizama xələl gətirən bir hal kimi qəbul edir. Şeiri göndərdikdən sonra Nərmin xanım ona “Sərxan müəllim yanlışlıqla videoçarxı mənə göndərmisiz” yazdıqda, ona cavabında “xeyr, düz göndərmişəm, şeir çox təsirlidir” cavabını vermişdir. Əgər onun Nərmin xanım düşündüyü kimi fikri olsaydı, ona o cavabı deyil, başqa cavab verərdi və özünü ona inandırmağa çalışmazdı ki, səhv düşünüb. O, Nərmin xanıma nə qədər açıqlama verməyə hərəkət etsə də, Nərmin xanım onunla danışmaq istəməmişdir. Nərmin Bayramova izahatında qeyd etmişdir ki, guya o, onun şərəf və ləyaqətinə xələl gətirmişdir. Lakin o, yox, Nərmin xanım onun şərəf və ləyaqətinə xələl gətirərək onu kollektiv yanında nüfuzdan düşürmüşdür və ona görə işindən olmuşdur. Ona heç bir məlumat vermədən xx.xx.2023-cü il tarixdə saat 14:30-15:00 radələrində təqdim etdiyi izahata məhəl qoyulmadan Xidmətin hüquq sektoru tərəfindən saat 15:24-də təqdim edilmiş, komissiyanın sədri Xidmətin rəis müavini Ağacavid Ramazanovun imzası ilə iş vaxtı bitdikdən sonra, yəni saat 18:11-də rəisə təqdim edilmiş və elə həmin gün təcili şəkildə əmr hazırlanmışdır (qeyri iş vaxtında). İzahatı nəzərə alınmadan, təcili şəkildə qeyri-iş vaxtında fəaliyyətinə xələl gətirən əmrin verilməsini qərəzli və qanunsuz hesab edir və bu barədə nazirliyə rəsmi məlumat vermiş, lakin oradan ona heç bir cavab verilməmişdir. Bundan sonra o, mübahisənin həlli üçün qarşı tərəfə mediasiya təklifi göndərmiş,lakin qarşı tərəf mediasiya sessiyasına gəlməmişdir. Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatının mediatoru xx.xx.2023-cü il tarixdə ona ilkin mediasya sessiyasında (İMS) iştirak edilməməsi barədə məhkəməyə müraciət etmək üçün arayış vermişdir. 9.Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət etmək üçün 1 aylıq müddət ötürülməmişdir. Belə ki, Mediasiya Təşkilatından xx.xx.2023-cü il tarixdə arayış alındıqdan sonra xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə iddia ərizəsi iddiaçının özü tərəfindən Nizami rayon Məhkəməsinə göndərilmiş, lakin bir müddət sonra vəkillə müraciət etmədiyinə görə geri qaytarılmış, iddiaçı xx.xx.2023-cü il tarixdə ona müraciət etdikdən sonra o, Nizami rayon Məhkəməsinin elektron sisteminə iddia ərizəsini göndərmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı əldə edildikdən dərhal sonra isə elektron sistemi vasitəsilə iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsinə göndərilmişdir. Bununla da müddət ötürülməmişdir. 10.Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək və iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixində X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin inkişafı və bərpası şöbəsinin aparıcı məsləhətçi vəzifəsini m.i.e X6 şikayət ərizəsi ilə müraciət edərək Dövlət Xidmətinin sürücüsü İddiaçı xx.xx.2023-cü il tarixində onun mobil telefonuna etik hesab etmədiyi videoçarx göndərdiyini bildirmiş, bunu qeyri-etik qəbul etdiyini və müvafiq tədbir görülməsini xahiş etmişdir. “X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sürücüsü İddiaçı barəsində xidməti araşdırma aparılması haqqında” Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3- 24-1/3-3-k-11/2023 nömrəli Əmrinə əsasən xidməti araşdırma aparılaraq, X2 və İddiaçı izahatları alınmışdır. İddiaçı N.Bayramovaya (tik-tok tətbiqinin “eshq_qirintisi” adlı səhifəsindən yüklənmiş) göndərdiyi “Olar səni qucaqlayım” adlı videoçarx izlənilmiş, İddiaçı hərəkəti etik normalara, müəssisədaxili intizam qaydalarına zidd, kollektivdə işgüzar mühitə pis təsir edən hərəkət kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci il 19 aprel tarixli 113-f nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin daxili intizam Qaydaları”nın 3.50-ci bəndinə əsasən işçi iş yerində və iş vaxtı yoldaşları, rəhbərləri və tabeliyindəki şəxslərlə ünsiyyət zamanı nəzakətli olmalı, heç kəsin şərəf və ləyaqətini alçaldacaq hərəkətlərə və kobud davranışa yol verməməlidir. İşçilərin bir-biri ilə münasibətləri qarşılıqlı hörmət və nəzakət prinsipləri əsasında qurulmalı, vulqar ifadələrin işlədilməsindən çəkinməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaqdır. Bu öhdəlik İddiaçı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 3.3-cü bəndində işçinin üzərinə qoyulmuşdur. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onun əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ştatdan kənar sürücüsü İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-24-1/3-3-k-12/2023 nömrəli əmri ilə xitam verilmişdir. Göründüyü kimi əmrin verildiyi tarix iddiaçının ərizəsində qeyd etdiyi kimi qeyri-iş gününə deyil, həftənin iş günü olan çərşənbə gününə təsadüf edir. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı fərdi əmək mübahisələrinin həlli ilə bağlı məhkəməyə müraciətin iddia müddətini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqdim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürülmüşdür. Belə ki, İddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr xx.xx.2023-cü il tarixdə verilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdə Mediasiya Şurasına, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbi əsassız olduğu üçün onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. 11.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 iyun 2023-cü il tarixli, 2(009)-1213/2023 saylı qətnaməsi ilə (hakim-Şahin Abdullayev) iddia tələbi təmin edilməmişdir. 12.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən “Olar səni qucaqlayım?” adlı videoçarxı həmin müəssisənin işçisi Nərmin Bayramovaya whatsap vasitəsi ilə telefonuna göndərilmiş, həmin işçinin işlədiyi qurumun rəhbəri A.Cəfərliyə bununla bağlı müraciəti əsasında müvafiq araşdırma aparılmış, tərəflərin izahatları alınmış və araşdırma nəticəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 3-24-1/3-3-K-12/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 13.İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı onunla əmək münasibətlərinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsini və onun işə bərpa olunmasını xahiş etmişdir. 14.Məhkəmə iddiaçı tərəfindən əmək kollektivinin üzvünə whatsap vasitəsilə göndərilmiş videoçarxın işçi tərəfindən ona qarşı qeyri-etik davranış kimi qəbul edilməsini, bununla bağlı müvafiq araşdırma aparılıb, komissiya tərəfindən müvafiq xidməti məlumatın verilməsini, bununla da iddiaçı tərəfindən əmək kollektivinin digər işçisinə qarşı ləyaqətli davranış sərgiləmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı həmin hərəkəti ilə intizam xətasına yol vermişdir. 15.Lakin məhkəmə qeyd etmişdir ki, işçinin yol verdiyi intizam xətasına görə ona tətbiq edilmiş intizam tənbehi həmin xətanın xarakterinə adekvat deyildir. Yəni işəgötürən tərəfindən işçiyə işdən azad olunma barədə intizam tənbehi verilərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, kollektivdəki nüfuzu və peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır. 16.Bu səbəbdən məhkəmə hesab etmişdir ki, intizam tənbehi kimi iddiaçının işdən azad olunması barədə xx.xx.2023-cü il tarixdə işəgötürən tərəfindən qəbul edilmiş əmr əsassız olmuşdur. 17.Məhkəmə iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsi tərəfindən verilmiş yazılı vəsatətə münasibət bildirərək qeyd etmişdir ki, mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. 18.Məhkəmə iclasında iddiaçının nümayəndəsi hazırki tələblə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddətin ötürülməməsini bildirərək, bunu təsdiq edən sübut kimi ilkin olaraq iddia ərizəsini "xxxx" MMC (AZ 1041) vasitəsilə xx.xx.2023-cü il tarixdə Nizami Rayon Məhkəməsinə göndərilməsini təsdiq edən məktubu, məhkəmənin xx.xx.2023-cü il tarixli iddianın ərazi aidiyyəti üzrə verilməmə səbəbi ilə geri qaytarılmasına dair qərardadı məhkəməyə təqdim etmişdir. 19.İddia müddətinin ötürülməməsinə dair iddiaçı tərəfin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Mediasiya Təşkilatının arayışında ilkin mediasiya sessiyasının keçirildiyi tarix kimi xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Arayış da məhz sessiyanın keçirilmə tarixindən sonra tərtib edilib tərəflərə təqdim edilməlidir. İddiaçı isə işə bərpa ilə bağlı iddia ərizəsini məhkəməyə xx.xx.2023-cü il tarixdə göndərilməsini qeyd edir. Digər tərəfdən, iddiaçının məhkəməyə təqdim etdiyi poçt qəbzindəki tranzaksiya göndərişinin (No SS566327659AZ) “Poçt göndərişlərinin izləmə” sistemindəki bazasında mövcud olmaması müəyyən edilmişdir. Digər tərəfdən elektron sistem vasitəsilə Nizami Rayon Məhkəməsinə ünvanlanan iddia ərizəsinin yalnız xx.xx.2023-cü il tarixdə məhkəmə icraatına daxil olduğu və xx.xx.2023-cü il tarixdə həmin iddia ərizəsinin icraata qəbuldan imtina edilməsi barədə qərardad qəbul edilməsi müəyyən edir. 20.Məhkəmə Bakı şəhərinin bir rayonundan digər rayonuna xx.xx.2023-cü il tarixdə göndərilən məktubun 1 ay 15 gündən sonra göndəriş məntəqəsinə çatmasını da məntiqli hesab etməmişdir. 21.Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xx.xx.2023-cü il tarixdə xitam verildikdən sonra o, Mediasiya təşkilatına 27 gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişdir və ilkin medasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/9/2023-00584 saylı arayışı əldə etmişdir. 22.Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilkin mediasiya sessiyasına müraciət edib və onun nəticəsindən sonra 3 gün ərzində (xx.xx.2023-cü il tarixdən 3 gün keçdikdən sonra ilk iş günü olan xx.xx.2023-cü il tarixdə) müddətin ötürməməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu halda, ərazi aidiyyətini düzgün seçməməklə xx.xx.2023-cü il tarixli Nizami rayon Məhkəməsinə, həmin məhkəmənin iddia ərizəsinin geri qaytarma barədə xx.xx.2023-cü il tarixli qərardadını əldə etdikdən sonra elektron sistemi vasitəsi ilə Səbail rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. 23.İddiaçının Mediasiya Təşkilatına işdən azad olunduğu tarixdən 27 gündən sonra müraciət etməsi, Mediasiya Təşkilatının müvafiq arayışın əldə etməsindən sonra isə 1 aylıq müddətin bitməsi üçün qalmış 3 gündən artıq müddətdə müvafiq iddia ilə məhkəməyə müraciət etməsi, bununla da hazırki tələblə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddətin ötürülməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının müddətin ötürməməsi barədə gətirdiyi dəlillər əsassızdır. 24.Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar məhkəmədə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyündən, onun xx.xx.2023-cü il tarixli işdən azad olunma barədə əmrin ləğv edilməsi ilə bağlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. 25.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarına; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci il 19 aprel tarixli 113-f nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin daxili intizam Qaydaları”nın 3.50-ci bəndinə; Azərbaycan Respublikası Milli Məclisinin 575-İİQ No-li xx.xx.2004-cü il tarixli qanunu ilə təsdiq edilmiş “Dəyişdirilmiş Avropa Sosial Xartiyasının” 24-cü maddəsinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 10, 70-ci maddəsinin «ç» bəndinə, 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə, 76-cı maddəsinin 1-ci bəndinə, 186, 296-cı maddəsinin 2 və 6-cı bəndlərinə; “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 2-ci bəndinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarına; E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apelyasiya şikayətinin dəlilləri 26.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.İddiaçı apelyasiya şikayətində göstərmişdir ki, məhkəmənin qət etdiyi qətnamə qeyriobyektiv olmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmə qərarında göstərilmiş nəticə işin faktiki hallarına uyğun deyildir, işə baxılarkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyindən irəli gələn maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İddiaçı cavabdehə qarşı işə bərpa tələbi ilə bağlı özü şəxsən mediasiya təşkilatına müraciət etmiş, lakin mediasiya üçün ödənilməli olan rüsumu ödəyə bilmədiyinə görə mediasiya sessiyasında iştirakı təsdiq edən arayışı əldə edə bilməmişdir. Bundan sonra iddiaçının özü tərəfindən iddia müddətinin ötürülməməsi məqsədilə mediasiya sessiyasında iştirakı təsdiq edən arayış olmadan iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmiş, məlum səbəbdən iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Birinci instansiya mhkəməsinin qəbul etdiyi qətnamədə istinad etdiyi “Poçt göndərişlərinin izləmə” sistemindəki bazada mövcud olmayan iddiaçının məhkəməyə təqdim etdiyi poçt qəbzindəki tranzaksiya göndərişi ilə də təsdiq olunur ki, iddia müddətinin axımının bitdiyi vaxt iddia ərizəsinin birinci dəfə Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərildiyi tarixdir. Bundan sonra İddiaçı artıq mediasiya sessiyasında iştirakı təsdiq edən arayışı əldə etdikdən sonra nümayəndə və vəkilə müraciət etmiş, onlar tərəfindən iddia müddəti ötürülmədən iddia ərizəsi elə iddiaçının müraciət etdiyi gün Bakı şəhəri Nizami rayon Məhkəməsinin elektron portalına yerləşdirilmişdir. Lakin 3 gün ərzində birinci instansiya məhkəməsi iddia ərizəsini və əlavə edilmiş sənədləri ərazi aidiyyəti qaydalarına riayət edilmədən verildiyinə görə geri qaytarmışdır. Bundan sonra iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, iddia müddətinin axımının kəsildiyi tarix xx.xx.2023-cü il hesab olunmalıdır ki, bu da İddiaçı tərəfindən iddia ərizəsinin ilkin olaraq Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərildiyi tarixdir. Beləliklə, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən iddia müddətinin üzrsüz səbəbdən ötürməsi barədə gəldiyi bu qənaət əsassızdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi poçt qəbzindəki tranzaksiya göndərişinin “Poçt göndərişlərinin izləmə” sistemindəki bazasında mövcud olmaması faktı iddia müddətinin üzrsüz səbəbdən buraxılmasına dair qənaətə gəlinməsinə əsas vermir. b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri 28.Apellyasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etirazla eyni məzmunlu etiraz təqdim edilərək Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e 2(009)- 1213/2023 nömrəli qətnaməsini tam əsaslı hesab etdiyini və İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. c) Proses iştirakçılarının izahatı 29.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etmədi, apellyasiya şikayətinə qarşı yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, cavabdeh hüquqi şəxs olmaqla, hüquqi ünvanı Səbail rayonu ərazisində yerləşir. İddiaçının iddia müddəti yaratması üçün Nizami Rayon Məhkəməsinə müraciət etməsi məntiqli görünmür. İddiaçı iddia müddətini ötürmüşdür. 30.Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat vermişlər. 31.İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının sualına cavab olaraq bildirmişdir ki, iddiaçı ilkin olaraq Nizami Rayon Məhkəməsinə ona görə vermişdir ki, rəsmi sənədlərdə hüquqi şəxsin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu göstərilmişdir. Növbəti məhkəmə iclasında həmin sənədi təqdim edəcəkdir. 32.Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək hüquqlarını müdafiə etdiyi X3 Xaçmaz Rayon Polis İdarəsində saxlanılması və ona həbs qətiimkan tədbirini seçilməsi barədə prosessual hərəkətlərdə iştirak etməli olduğundan məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahat vermələrini, işin kifayət qədər araşdırılmasını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi: 33.Maddə 10.Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələridir.
34. 70-ci maddəsinini “ç” bəndi.İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.
35. 71-ci maddəsinin 2-ci və 3-cü bəndləri. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
36. 76-cı maddəsinin 1-ci bəndi. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
37. 186-cı maddəsi:
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 3.İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4.İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.
38. 296-cı maddəsinin 2-cü bəndi. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
39. 296-cı maddəsinin 6-cı bəndi. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 40.Maddə 297.Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının MülkiProssesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 41.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci il 19 aprel tarixli 113-f nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin daxili intizam Qaydaları”nın 3.50-ci bəndinə əsasən işçi iş yerində və iş vaxtı yoldaşları, rəhbərləri və tabeliyindəki şəxslərlə ünsiyyət zamanı nəzakətli olmalı, heç kəsin şərəf və ləyaqətini alçaldacaq hərəkətlərə və kobud davranışa yol verməməlidir. 42.Azərbaycan Respublikası Milli Məclisinin 575-İİQ No-li xx.xx.2004-cü il tarixli qanunu ilə təsdiq edilmiş “Dəyişdirilmiş Avropa Sosial Xartiyasının” 24-cü maddəsinə əsasən əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnu səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları tanımaq öhdəliyi götürürlər: a) Bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan, əmək münasibətlərinə xitam verilməməsi hüququ;b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçiləri adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 43.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya baxışının hədləri 45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 46.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
47.Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib,apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 48.Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən “Olar səni qucaqlayım?” adlı videoçarxı həmin müəssisənin işçisi Nərmin Bayramovaya whatsap vasitəsi ilə telefonuna göndərilmiş, həmin işçinin işlədiyi qurumun rəhbəri A.Cəfərliyə bununla bağlı müraciəti əsasında müvafiq araşdırma aparılmış, tərəflərin izahatları alınmış və araşdırma nəticəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 3-24-1/3-3-K-12/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 49.“L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”. 50.Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab etmişdir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. 51.Kollegiya hesab edir ki, məhkəmə iddiaçı tərəfindən əmək kollektivinin üzvünə whatsap vasitəsilə göndərilmiş videoçarxın işçi tərəfindən ona qarşı qeyri-etik davranış kimi qəbul edilməsini, bununla bağlı müvafiq araşdırma aparılıb, komissiya tərəfindən müvafiq xidməti məlumatın verilməsini, bununla da iddiaçı tərəfindən əmək kollektivinin digər işçisinə qarşı ləyaqətli davranış sərgiləmədiyini nəzərə alaraq, iddiaçının həmin hərəkəti ilə intizam xətasına yol verməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. 52.Məhkəmə intizam tənbehi kimi iddiaçının işdən azad olunması barədə xx.xx.2023-cü il tarixdə işəgötürən tərəfindən qəbul edilmiş əmrin işçinin yol verdiyi xətanın xarakterinə adekvat olmadığına görə əsassız olması qənaətinə gəlsə də, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 1 aylıq qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı yazılı vəsatət təqdim edildiyindən, hesab etmişdir ki, iddia müddəti tətbiq edilməklə iddia tələbi təmin edilməmişdir. 53.İddiaçı qətnamə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlillərində göstərildiyi kimi onun tərəfindən iddia müddətinin ötürülmədini bildirir, bunu təsdiq edən sübut kimi ilkin olaraq iddia ərizəsini "xxxx" MMC (AZ 1041) vasitəsilə xx.xx.2023-cü il tarixdə Nizami Rayon Məhkəməsinə göndərilməsini təsdiq edən məktubu, məhkəmənin xx.xx.2023-cü il tarixli iddianın ərazi aidiyyəti üzrə verilməmə səbəbi ilə geri qaytarılmasına dair qərardadı məhkəməyə təqdim etmişdir. 54.Məhkəmə kollegiyası birinci instasniya məhkməsnin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, Mediasiya Təşkilatının arayışında ilkin mediasiya sessiyasının keçirildiyi tarix kimi xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Arayış da məhz sessiyanın keçirilmə tarixindən sonra tərtib edilib tərəflərə təqdim edilməlidir. İddiaçı isə işə bərpa ilə bağlı iddia ərizəsini məhkəməyə xx.xx.2023-cü il tarixdə göndərilməsini qeyd edir. Digər tərəfdən, iddiaçının məhkəməyə təqdim etdiyi poçt qəbzindəki tranzaksiya göndərişinin (No SS566327659AZ) “Poçt göndərişlərinin izləmə” sistemindəki bazasında mövcud olmaması müəyyən edilmişdir. Həmçinin, elektron sistem vasitəsilə Nizami Rayon Məhkəməsinə ünvanlanan iddia ərizəsinin yalnız xx.xx.2023-cü il tarixdə məhkəmə icraatına daxil olduğu və xx.xx.2023-cü il tarixdə həmin iddia ərizəsinin icraata qəbuldan imtina edilməsi barədə qərardad qəbul edilməsi müəyyən edilir. 55.Kollegiya qeyd edir ki, əvvəla mediasiya sessiyasının keçirildiyi xx.xx.2023-cü il tarixli arayışı almadan, iddiaçının əlində mediasiya sesiyası haqqında heç bir sənəd olmadan (onda sual yaranır ki, iddiaçı mediasiyaya nəyə görə müraciət edirdi? ) xx.xx.2023-cü ildə Nizami Rayon Məhkəməsinə müraciəti məntiqli görünmür. Çünki məhkəmə mediasiya qaydasına əməl olunmadığından, iddia ərizəsini MPM-nin 152.1.6-1-ci maddəsinə əsasən geri qaytarmalı idi. 56.Digər tərəfdən iddiaçının xx.xx.2023-cü il tarixdə Nizami Rayon Məhkəməsinə məktub göndərməsi, onun hazırki əmək münasibəti ilə bağlı müraciət etməsi anlamına gəlməyə əsas yaratmır. Çünki, iddiaçının özünün başqa şəxsi tələbləri də ola bilər. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsindən hal-hazıra kimi ixtisaslı hüquqi yardım göstərən vəkillə təmin olunmuşdur. Cavabdehin hüquqi ünvanı hal-hazıra kimi rəsmi internet məlumatlarında ünvan 3 84 qeyd olunur. MPM-nin 35.2-ci maddəsinə əsasən iddia ərizəsi Səbail Rayon Məhkəməsinə verilməli idi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının əvvəlki iclasında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsini ilkin olaraq Nizami Rayon Məhkəməsinə ona görə vermişdir ki, rəsmi sənədlərdə hüquqi şəxsin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu göstərilmişdir, növbəti məhkəmə iclasında həmin sənədi təqdim edəcəkdir. Lakin iddiaçının nümayəndəsi və vəkili növbəti məhkəmə iclasına gəlməmiş, qeyd etdiyi sənədi təqdim etməmişdir. Belə olan halda, iddiaçının hazırki əmək münasibətinə görə iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsi əvəzinə, Nizami Rayon Məhkəməsinə müraciət etməsi məntiqli görünmür. 57.Kollegiya Bakı şəhərinin bir rayonundan digər rayonuna xx.xx.2023-cü il tarixdə göndərilən məktubun 1 ay 15 gündən sonra göndəriş məntəqəsinə çatmasının ağlabatan olmaması ilə bağlı da məhkəmənin mövqeyi ilə razılaşır. 58.Bundan əlavə məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Milli Operatora sorğu ünvanlanmış və alınmış xx.xx.2023-cü il tarixli, 3-27-109-2/2270 saylı cavabda qeyd olunmuşdur ki, “Poçt haqqında Azərbaycan Respublikası Qanunu”nun 21.2-ci maddəsinin tələblərinə əsasən poçt göndərişlərinin çatlırılması, gecikdirilməsi, oğurlanması, zədələnməsi və itirilməsi ilə bağlı istifadəçinin iradı göndərişin qəbulu günündən keçən 6 ay ərzində müvafiq poçt rabitəsi operatorunun istənilən poçt məntəqəsinə verilə bilər. Göstərilənlərə əsasən sorğuda qeyd olunan “SS566327659AZ” nömrəli məktubun göndərilməsindən 6 aydan çox müddət keçdiyinə görə və arxiv sənədləri məhv edildiyindən məktubun ünvanı üzrə çatdırılıb-çatdırılmamasının və ya geri qaytarılmasını imkanları xaricindədir. 59.Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xx.xx.2023-cü il tarixdə xitam verildikdən sonra o, Mediasiya təşkilatına 27 gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişdir və ilkin medasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/9/2023-00584 saylı arayışı əldə etmişdir. 60.“Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 2-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində (bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən) nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 61.Kollegiya qeyd edir ki, iddiaçı ilkin mediasiya sessiyasına müraciət edib və onun nəticəsindən sonra 3 gün ərzində (xx.xx.2023-cü il tarixdən 3 gün keçdikdən sonra ilk iş günü olan xx.xx.2023-cü il tarixdə) müddətin ötürməməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu halda, ərazi aidiyyətini düzgün seçməməklə xx.xx.2023-cü il tarixli Nizami Rayon Məhkəməsinə, həmin məhkəmənin iddia ərizəsinin geri qaytarma barədə xx.xx.2023-cü il tarixli qərardadını əldə etdikdən sonra elektron sistemi vasitəsi ilə Səbail Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. 62.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Mediasiya Təşkilatına işdən azad olunduğu tarixdən 27 gündən sonra müraciət etməsi, Mediasiya Təşkilatının müvafiq arayışın əldə etməsindən (xx.xx.2023-cü il) sonra isə 1 aylıq müddətin bitməsi üçün qalmış 3 gündən artıq müddətdə müvafiq iddia ilə məhkəməyə müraciət etməsi, bununla da hazırki tələblə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddətin ötürülməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur. 63.Kollegiya yuxarıda qeyd olunanlara əsasən iddia müddətinin axımının kəsildiyi tarixin xx.xx.2023-cü il hesab olunması ilə bağlı iddiaçının dəlilini əsassız hesab edir. 64.Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 65.Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfdinən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(009)-1213/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 66.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 67.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 68.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 69.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 70.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etd i:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(009)-1213/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Məmməd Məmmədov