Məhkəmə qərarları › İş №2(103)-6669/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6669/2023

07.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6669/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Əmlakın Dövlət kadastrı və X2 şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Əmlakın Dövlət kadastrı və X2 şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı iş üzrə icraata xitam verilməsinə və icraatın dayandırılmasına dair vəsatətlə məhkəməyə müraciət edərək, vəsatətini onunla əsaslandırmışdır ki, hazırkı mülki iş üzrə irəli sürdüyü tələbin “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi” hissəsi üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışın və texniki sənədlərin ləğv olunması tələbinə dair” iddiası ilə bağlı 2- 1(112)-12206/2023 saylı inzibati iş vardır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmçinin hesab edir ki, irəli sürülmüş tələbin “torpaq sahəsinin boşaldılması” hissəsi üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 12206/2023 saylı inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Qeyd olunanlara əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair irəli sürdüyü tələbin “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi” hissəsi üzrə icraata xitam verilməsinə dair, “torpaq sahəsinin boşaldılması”tələbi üzrə isə icraatın Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)-12206/2023 saylı inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Əmlakın Dövlət kadastrı və X2 şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı məhkəməyə şikayət verərək qərardadının ləğv edilməsini, iddia tələbinin “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi” hissəsi üzrə də icraatın dayandırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmədə xitam/dayandınlma ilə bağlı ərizəsi düzgün tərtib olunmamış, məsələnin mahiyyəti və xitamın hüquqi nəticələri ona düzgün izah edilməmişdir. Bildirmək istəyir ki, tərəflər arasındakı mübahisənin hələ mülki və ya inzibati xarakterili, yaxud hər iki xarakterli olacağı məlum deyil, bu əldə ediləcək sənədlərdən, onların xarakterindən, cavabdeh fiziki şəxsin hüquqazidd əməllərinin müəyyən edilməsindən, yaxud cavabdeh inzibati orqanın qanunsuz hərəkətlərinin xarakterindən asılı olaraq müəyyən ediləcək, üzə çıxarılacaqdır. Hal-hazırda inzibati məhkəmədə olan işdə iddia tələbinin qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğunlaşdırmaq üçün ona müddət verilmiş və iddia ərizəsinin verilməsi ilə bağlı nöqsanların aradan qaldırılması təklif (məhkəmə yardımı qaydasında) edilmişdir. Mübahisənin gələcəkdə mülki və ya inzibati xarakterli olacağı indidən bəlli deyildir. Bu üzdən hazırki iş üzrə "çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi" hissəsində icraatın xitamı ilə razı deyildir, bu hissədə də icraat dayandırılmalıdır. Bundan əlavə, "çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi" ilə bağlı mülki məhkəmə icraatları təcrübəsi vardır. Çıxarışın, plan və ölçünün məhz inzibati məhkəmə icraatı qaydasında ləğvi ilə bağlı qanunvericiliyin imperativ göstərişi yoxdur. Bu məsələ ilkin hüquq müəyyənedici sənədlərin, hüququn qeydiyyata alınmasına əsas olan hüquqi və texniki sənədlərin xarakterindən, bunların əldə edilməsi yollarından, bu zaman edilmiş hüquqa ziddə əməllərin xarakterindən, bunların inzibati məhkəmə aydınlaşdırılmasından asılıdır/asılı olacaqdır. Bu üzdən hazırki iş üzrə qeyd edilən hissədə ictaata xitam verilməsi ilə razı deyildir, buna görə də həmin hissədə də icraat dayandırılmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2 (103)- 6669/2023 saylı qərardadı ilə şikayətə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 şikayətə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə daxil olaraq ölkə xaricində olduğundan hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyi və məhkəmə iclasının xx.xx.2023-cü il tarixdən sonraya təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq şikayətə iddiaçının və digər cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalara istinadən qeyd edir ki, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışın və texniki sənədlərin ləğv olunması” tələbinə dair” 2-1(112)-12206/2023 saylı inzibati iş vardır. Eyni zamanda apellyasiya icraatı zamanı təqdim edilmiş iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın və texniki sənədlərin ləğv olunması” tələbini inzibati qaydada mübahisələndirmişdir. Həmin iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı uzun müddət istifadə etdiyi Badamdar qəsəbəsi 1 yaşayış massivində yerləşən torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş **********41 saylı çıxarışın və texniki sənədlərin ləğv edilməsini xahiş etmişdir. Lakin iddiaçı ərizə ilə həmin məhkəməyə müraciət edərək inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmədən öncə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən və iddiasının inzibati icraat haqqında qanunun tələblərinə riayət etmədən verildiyindən bu halın aradan qaldırılması üçün iddiasının geri götürməsi xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12206/23 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin iddia ərizəsindən də göründüyü kimi, iddiaçı Cavabdeh1 qanunsuz və əsassız şəkildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən ona verilmiş texniki sənədlərə əsaslanaraq onun yerinə sahiblənməsini göstərilmiş, o cümlədən texniki sənədlərin və çıxarışın verilməsi zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən onun torpaq sahəsinin zəbt edilməsinə əhəmiyyət verilməməsi bu baxımdan da çıxarış, plan və ölçü sənədinin ləğv edilməsini qeyd etmişdir. Yəni, belə hesab etmişdir ki, inzibati orqanın səhvi nəticəsində onun yerinə plan və ölçünü düzgün vurumaması nəticəsində onun yerinə Cavabdeh1 tərəfindən müdaxilə edilməsinə gətirib çıxarmışdır. Belə olan halda kollegiya hesab edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılması qaydasında qiymət verilməlidir. Yəni, hazırki tələbə mülki mühakimə icraatı qaydasında baxımalı deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Əmlakın Dövlət kadastrı və X2 şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam vermişdir. Bu səbəbdən İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-751/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar