Məhkəmə qərarları › İş №2(103)-667/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-667/2025

18.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-667/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mülki iş üzrə (açar sözlər: mənzilə köçürmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namik Ənvər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3205/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavabdan görünür ki, Zamanova X2 prospekti 5 ünvanında 2003-cü ildən pasport qeydiyyatındadır. Nəyin əsasında pasport qeydiyyatına alınması haqqında məlumat yoxdur. İnşaatçılar pr. 5 saylı bina Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin balansında olmaqla dövlət mülkiyyətindədir. xx.xx.1964-cü il təvəllüdlü İddiaçı İnşaatçılar pr.5 ünvanında yerləşən hansı otağın ayrılması, hansı dövrdə və hansı otaqda yaşaması haqqında heç bir məlumat və sənəd yoxdur. 4 saylı otaqda Ağdam rayonundan məcburi köçkün ailəsi Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 müvəqqəti olaraq pasport qeydiyyatları olmadan yaşayırlar. Mənzil özəlləşdirilməmişdir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Ağdam şəhərindən məcburi köçkünlər – Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və övladı Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən (X11 İdarəsi) 4 saylı yataqxanada (1995-ci il qeydiyyat kartı əsasında) müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Cavabdeh1 və Cavabdeh3 məcburi köçkün statusuna malikdir. Hal-hazırda komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinn siyahıları üzrə müvafiq işlər aparılmaqdadır və həmin siyahılar üzrə Cavabdeh1 adı da qeyd olunan ailə üzvləri ilə birgə sözügedən ünvan üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışla bağlı Ağdam rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı sözügedən ailənin də öz doğma yurduna köçürülməsi həyata keçiriləcək, köçürmə ərəfəsində sözügedən yaşayış sahəsi boşaldılaraq aidiyyəti üzrə təhvil veriləcəkdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 157 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Zamanova X2 prospekti, ev 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2003cü il tarixdən bugünədək ünvan 4 ünvanında qeydiyyatdadır və şəxsiyyət vəsiqəsinin statusu aktivdir. Azərbaycan Respublikası X9 Mənzil-Kommunal Təsərrüfat İdarəsi Birləşmiş Ümumi yataqxana tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 578 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən İnşaatçılar prospekti ev 5-də daimi qeydiyyatdadır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 157 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 22 nömrəli məktubdan görünür ki, Ağdam rayonundan olan məcburi köçkün Cavabdeh1 ailəsi ilə birlikdə İnşaatçılar prospekti bina 5 4 saylı mənzildə məskunlaşmışlar. İddiaçı iddia ərizəsində 2003-cü ildən İnşaatçılar prospekti ev 5, 4 saylı mənzildə uzun müddət yaşamasını, lakin bir müddətdən sonra onun mənzilinin məcburi köçkünlər tərəfindən zəbt edilməsini göstərmişdir. Göstərilən 2003-cü il tarixdə İnşaatçılar prospekti 5 saylı bina X4 balansında olmuşdur. Həmin bina xx.xx.2015-ci il tarixli 25S nömrəli Baş Nazirin sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin balansına verilmişdir. Yəni bina 2015-ci ildən etibarən 157 saylı MKİS-in xidmət sahəsinə keçmişdir. İddiaçı 4 saylı mənzildə yaşaması və həmin mənzilin məcburi köçkün tərəfindən zəbt olunması haqqında məlumatları yoxdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, sonuncu Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 35 nömrəli Sərəncamı əsasında ümumi əsaslarla mənzil uçot siyahısındadır. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı Şəhəri İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı “Azərbaycan Respublikası X9” QSC tərəfindən Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı yataqxanada bir otaqlı mənzil verilmişdir, lakin orada yaşamadığından ona verilən mənzildə məcburi köçkün məskunlaşmışdır. Eyni zamanda, o, yaşayış yeri üzrə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 35 nömrəli sərəncamına əsasən ümumi əsaslarla mənzil uçot siyahısındadır, sıra nömrəsi 2112-dir. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzillə təmin olunması və mənzil şəraitinin yaxşılaşdırılması üçün Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətlər ünvanlamış, ünvan 6ün Bakı şəhəri İcra Hakimiyyətinə məktub ünvanlanmasını xahiş etmişdir. Göstərilənlərlə əlaqədar sonuncunun İnşaatçılar prospekti 5 saylı yataqxanda mənzillə təmin olunmasına köməklik göstərilməsi xahiş olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət Proqramına müvafiq olaraq ayrı-ayrı təşkilatlara məxsus olmuş yataqxanalar dövlət mənzil fonduna daxil edilməklə yerli icra hakimiyyəti orqanlarının balansına verildiyindən yataqxana statusundan çıxarılmışdır. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. İddiaçı qeyd edilən ünvanda mənzillə təmin olunması barədə “Azərbaycan Respublikası X9” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Ona görə də, ərizəçiyə qaldırdığı məsələ ilə bağlı köməklik göstərilməsi mümkün olmamışdır. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 35 nömrəli sərəncamından görünür ki, İddiaçı 2003-cü ildən ünvan 9 ünvanda yerləşən yataqxanada pasport qeydiyyatındadır. O, rayon İcra Hakimiyyətinə müraciətində özünün mənzilinin olmaması səbəbindən ağır şəraitdə yaşadığını bildirərək, gələcəkdə yaşayış şəraitinin yaxşılaşdırılması üçün mənzil növbəsinə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı yaşayış yeri üzrə mənzil uçotuna götürülmüş və ümumi əsaslarla mənzil uçot siyasına daxil edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən 4 saylı yataqxana Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansıdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 157 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 11 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 592 nömrəli arayışdan görünür ki, Ağdam rayonundan olan məcburi köçkün Cavabdeh1 X11 İdarəsinin yataqxanasında Yasamal rayon sektorunda 076011 saylı kartdan olan məlumata əsasən xx.xx.1995-ci ildən İnşaatçılar prospekti 5 ünvanında müvəqqəti qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən yataqxananın 4 saylı otağına yaşamaq hüququnun tanınaraq, ora köçürülməsi və 100 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2003-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən yataqxananın 4 saylı otağında pasport qeydiyyatındadır. Ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciətindən sonra həmin yataqxanada qeydiyyata alınaraq, yaşamağa başlamışdır. Qeyd edilən otaqda uzun müddət yaşamışdır. Lakin bir gün mənzilə gələrkən otağın açarının dəyişdirildiyini gördü və şikayətlərdən sonra məlum olmuşdur ki, otaq məcburi köçkünlər tərəfindən zəbt edilmişdir. Qeydiyyatda olduğu mənzilin həmin məcburi köçkünlər tərəfindən zəbt edildiyi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə də təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə edilən sorğu ilə bağlı iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, cavabdehlər “müvəqqəti olaraq Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prokpekti 5 ünvanında yerləşən (X11 İdarəsi) 4 saylı yataqxanada məskunlaşmışlar. Mənzilində məskunlaşan sözügedən məcburi köçkün ailəsinin işğaldan azad olunmuş öz doğma yurduna geri köçürüləndə, qanunamüvafiq olaraq zəbt olunmuş mənzillər boşaldırlaraq aidiyyəti üzrə təhvil veriləcəkdir. Verilən cavabdan da bir daha görünür ki, iddiaçının yaşadığı otaqda adları iddia ərizəsində göstərilən cavabdehlər (məcburi köçkünlər) yaşayış və həmin mənzil onlar tərəfindən qanunsuz zəbt edilmişdir. Hazırda həmin məcburi köçkün ailəsi zəbt etmiş olduğu mənzilə onun yaşamasına icazə vermir, ona görə də hazırda mənzilə dair mübahisə olduğundan iddia ərizəsi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Uzun illərdir ki, öz mənzilindən məhrum olaraq, başqa ünvanlarda kirayələrdə və qohum əqrəbanın evində yaşamağa məhkum olunmuşdur. Hazırda onun yaşamağa başqa mənzili yoxdur, tənha qadındır. Cavabdeh1 iddia ərizəsinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, o məlum hadisələrlə əlaqədar 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür. Həmin tarixdən, yəni 1993-cü il tarixdən etibarən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən yataqxananın 4-cü otağında yaşayır. Bunu 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 157 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 240 saylı arayış təsdiq edir. Bundan başqa, həmin yataqxanada məskunlaşan digər məcburi köçkünlər-qonşular da notarial qaydada təsdiq edilmiş ərizələrində onun 1993-cü il tarixdən etibarən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən yataqxananın 4-cü otağında yaşaması faktını qeyd etmişlər. Həmin şahidlər zərurət olarsa, bunu məhkəmə iclasında öz ifadələri ilə də təsdiq edə bilərlər. Bundan başqa, iddiaçı və onun mərhum qardaşı iddia etdiyi kimi heç vaxt, nəinki, həmin otaqda, ümumiyyətlə həmin yataqxanada yaşamamışdır. Bu faktı da həmin yataqxanada yaşayan sakinlər təsdiq edə bilərlər. Həmin adamları nə o, nə də ki binada yaşayan digər sakinlər heç vaxt görməmişlər və tanımırlar. İddiaçının isə iddia ərizəsində göstərdikləri isə tamamilə absurd və yalandır. Çünki heç vaxt həmin mənzildə yaşamamışdır və həmin mənzil üzərində onun hər hansı hüququnu təsdiq edən sənəd yoxdur. İddiaçı 2003-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında qeydiyyata düşməsini qeyd etsə də, hansı sənədlər əsasında həmin ünvana qeydiyyata düşdüyünü göstərməmişdir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İş materiallarından da göründüyü kimi iddiaçının həmin ünvanda qeydiyyata alınması üçün heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Bundan başqa iddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanına qeydiyyat alınmışdır. Həmin qeydiyyat sənədində nə mənzilin, nə də ki, otağın nömrəsi göstərilməmişdir. Əslində göstərilə də bilməzdi. Çünki şəxs heç vaxt həmin binanın heç bir mənzildə yaşamamışdır. Elə təkcə bu fakt iddianın əsassızlığını sübut edir. Qanunvericiliyin tələblərinə əsasən isə şəxsin qeydiyyatı faktiki yaşadığı yer üzrə olmalıdır. Faktiki yaşadığı yerdə qeydiyyat olmamağına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən Vətəndaşın yaşadığı yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir. Həmçinin Azərbaycan Respublikası sosial dövlət olduğu üçün X12 Əliyev və onun siyasətini layiqli davamçısı cənab X8 məcburi köçkün düşdükləri andan etibarən daim məcburi köçkünlərə qayğı göstərmişlər və bu qayğı hal-hazırda da davam etməkdədir. Bunun məntiqi nəticəsidir ki, Qaçqınlar və Məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə ölkə Prezidenti tərəfindən 18 fərman və sərəncam imzalanmış, Milli Məclis tərəfindən 2 qanun, Nazirlər Kabinetinin isə 64 qərar və sərəncamı qəbul edilmişdir, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş Əlavələr təsdiq edilmişdir. X12 Əliyev tərəfindən imzalanmış “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 895 saylı sərəncamına əsasən məcburi köçkünlərin 1992-1994-cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısı alınmalıdır, həmin ailələrin məskunlaşdıqları evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlər hüquqi qüvvəsini müvəqqəti dayandırılmalıdır və bu sahəyə hüquq-mühafizə orqanlarının nəzarəti gücləndirilməlidir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli, 298 saylı Sərəncamına əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Göründüyü kimi cənab Prezident öz sərəncamında qərara almışdır ki, hətta xüsusi mülkiyyət olsa belə, məcburi köçkünlər məskunlaşdıqları yerdən çıxarılmamalıdır. Buna görə də hazırki iddia tələbi əsassız olduğu qədər də qanunsuzdur və Dövlətin, Hökümətin yürütdüyü siyasət xəttinə tam ziddir. Bundan başqa, iddiaçı tərəfindən hüquqlarının yaranmasını təsdiq edən bir dənə də olsa normativ hququ akta istinad etməmişdir. Əslində bu başa düşüləndir ki, absurd bir iddianı hüquqi cəhətdən əsaslandırmaq da mümkün deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3205/2024 nömrəli qətnaməsinə əsasən, iddia tələbinin təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası X9 Mənzil- Kommunal Təsərrüfat İdarəsi Birləşmiş Ümumi yataqxanası tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 578 nömrəli arayış əsasında Zamanova X2 prospekti ev 5-də daimi qeydiyyata alınmışdır. Lakin iddiaçı mübahisəli yataqxanada qeydiyyata alınması ilə bağlı müvafiq orqanların qərarını və orderi sübut qismində təqdim etməmiş, verilmiş sorğulara cavab məktublarında da iddiaçının yataqxanda hansı əsasla qeydiyyata alınması barədə məlumat aşkar olunmamışdır. Halbuki, münasibətlərin yarandığı dövrdə, yəni 2003-cü ildə qüvvədə olan Mənzil Məcəlləsinin normalarına əsasən yataqxanalarda mənzil sahəsi verilməsi müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı və order əsasında həyata keçirilir. Digər tərəfdən Azərbaycan Respublikası X9 Mənzil Kommunal Təsərrüfat İdarəsi Birləşmiş Ümumi yataqxanası tərəfindən verilmiş arayışda iddiaçının yataqxananın məhz 4 saylı otağında qeydiyyat olması ilə bağlı heç bir qeydiyyat aparılmamışdır. Eyni zamanda hazırda həmin bina yerli icra hakimiyyəti orqanlarının balansına verildiyindən yataqxana statusundan çıxarılmış və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olmaqla dövlət mülkiyyətindədir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının həmin yataqxana ilə bağlı order və ya müvafiq orqanların qərarının olduğunu ehtimal edilsə belə, həmin yataqxana artıq digər dövlət orqanının idarəçiliyinə verildiyindən yataqxana statusundan çıxmış, yəni həmin müqaviləyə xitam verilmişdir. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünkü hazırkı iş üzrə isə iddiaçının mübahisəli mənzilin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını hazırkı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 27.1, 27.3-cü maddələrinə, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28, 106, 107-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 101.2-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3205/2024 qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3205/2024 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. İddiaçı Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 3205/2024 saylı qətnaməsi ilə razı deyildir. Belə ki, o, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən yataqxananın 4 saylı otağına yaşamaq hüququnun tanınaraq ora köçürülməsi və 100 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qeyd edir ki, 2003-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən yataqxananın 4 saylı otağında pasport qeydiyyatındadır. Ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciətindən sonra həmin yataqxanada qeydiyyata alınaraq, yaşamağa başlamışdır. Qeyd edilən otaqda uzun müddət yaşamışdır. Lakin bir gün mənzilə gələrkən otağın açarının dəyişdirildiyini görüb və şikayətlərindən sonra məlum olmuşdur ki, otaq məcburi köçkünlər tərəfindən zəbt edilmişdir. Qeydiyyatda olduğu mənzilin həmin məcburi köçkünlər tərəfindən zəbt edildiyi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə də təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə edilən sorğu ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, cavabdehlər “müvəqqəti olaraq Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prokpekti 5 ünvanında yerləşən (X11 İdarəsi) 4 saylı yataqxanada məskunlaşmışlar. Mənzilində məskunlaşan sözügedən məcburi köçkün ailəsinin işğaldan azad olunmuş öz doğma yurduna geri köçürüləndə, qanunamüvafiq olaraq zəbt olunmuş mənzillər boşaldılaraq aidiyyəti üzrə təhvil veriləcək. Verilən cavabdan da bir daha görünür ki, yaşadığı otaqda adları iddia ərizəsində göstərilən cavabdehlər (məcburi köçkünlər) yaşayır və həmin mənzil onlar tərəfindən qanunsuz zəbt edilmişdir. Hazırda həmin məcburi köçkün ailəsi zəbt etmiş olduğu mənzildə onun yaşamağına icazə vermir, ona görə də mənzilə dair mübahisə olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmıṣdır. Uzun illərdir ki, öz mənzilindən məhrum olaraq, başqa ünvanlarda kirayələrdə və qohuməqrəbanın evində yaşamağa məhkum olunmuşdur. Hazırda iddiaçının yaşamağa başqa mənzili yoxdur, tənha qadındır. Qətnamədə bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil – Kommunal Təsərrüfat Departamentinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət Proqramına müvafiq olaraq ayrı-ayrı təşkilatlara məxsus olmuş yataqxanalar dövlət mənzil fonduna daxil edilməklə yerli icra hakimiyyəti orqanlarının balansına verildiyindən yataqxana statusundan çıxarılmışdır. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. İddiaçı qeyd edilən ünvanda mənzillə təmin olunması barədə “Azərbaycan Respublikası X9” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Lakin, Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, iddiaçıya “Azərbaycan Respublikası X9” QSC tərəfindən Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı yataqxanada bir otaqlı mənzil verilmişdir, lakin orada yaşamadığından ona verilən mənzildə məcburi köçkün məskunlaşmışdır. Eyni zamanda, o, yaşayış yeri üzrə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 35 nömrəli sərəncamına əsasən ümumi əsaslarla mənzil uçot siyahısındadır və sıra nömrəsi 2112-dir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 35 nömrəli Sərəncamı əsasında ümumi əsaslarla mənzil uçot siyahısındadır. Amma Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 22 nömrəli məktubda İnşaatçılar pr. 5 saylı binanın xx.xx.2015-ci il tarixli 25S nömrəli Baş Nazirin sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin balansına verilməsi, yəni binanın 2015-ci ildən etibarən 157 saylı MKİS-in xidmət sahəsinə keçməsi və onun 4 saylı mənzildə yaşamağı və həmin mənzilin məcburi köçkün tərəfindən zəbt olunması haqqında məlumatlarının olmadığı bildirilmişdir. Hesab edir ki, məhkəmə düzgün qənaətə gəlməmişdir. Qətnamədə bildirilir ki, Azərbaycan Repsublikası Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən 4 saylı yataqxana Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansıdır və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 11 ünvanında qeydiyyatsız yaşayır. Həmçinin, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 592 nömrəli arayışdan görünür ki, Ağdam rayonundan olan məcburi köçkün Cavabdeh1 X11 İdarəsinin yataqxanasında Yasamal rayon sektorunda 076011 saylı kartdan olan məlumata əsasən xx.xx.1995-ci ildən İnşaatçılar pr. 5 ünvanında müvəqqəti qeydiyyatdadır. Amma Azərbaycan Respublikası X9 Mənzil-Kommunal Təsərrüfat İdarəsi Birləşmiş Ümumi yataqxanadan tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 578 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixdən İnşaatçılar prospekti ev 5-də daimi qeydiyyatdadır. Hesab edir ki, bütün bunlar, həmin mənzil üzərində yaşayış sahəsinə hüququnun yarandığını və həmin mənzilə köçürülmə tələb etməkdə haqlı olduğunu bildirməklə yanaşı iddia tələbinin təmin edilməməsinin əsassızlığı ilə əlaqədar məhkəmə araşdırılmasının ətraflı aparılmadığını göstərir. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin, 28-ci maddəsinə əsasən, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin, 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 107-ci maddəsinə əsasən yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Qeyd olunan maddənin tələbinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməyi ilə əlaqədar yanlış nəticəyə gəlmişdir. Belə ki, o, 2003-2004-cü illər ərzində orada yaşamışdır. Onun başqa ev nə mülkiyyətində olmamışdır, nə də ki, başqa əsaslarla daimi yaşayış yeri olmamışdır. Sadəcə olaraq uzun müddət kirayədə yaşadığı ev olmuşdur. Ona görə də, məhkəmə başqa evə daimi yaşamaq üçün köçməyi qənaətinə gəlməklə qeyd olunan maddi hüquq normasının tələblərini pozmuşdur. İddiaçı 2015-də Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin həmin yataqxananı alması xəbərini eşitmiṣdir. Həmin vaxt dərhal həmin yataqxanaya yaxınlaşıb. Lakin evini ona təhvil vermək istəməyiblər. Komitəyə müraciət etməzdən əvvəl dəfələrlə yataqxanaya gedərək evinə yığışmaq istədiyini bildirmişdir və mənzilinin ona təhvil verilməsini xahiş etmişdir. Lakin onun bu dediklərinə məhəl belə verən olmamışdır. Bu səbəblərə görə mübahisələndirilən mənzilə istədiyi kimi sahib olmamış və ondan istifadə edə bilməmişdir. Axırıncı getdiyi zaman isə torpaqlar işğaldan azad oldunduqdan sonra mənzilinin ona qaytarılacağı bildirildi. Həmçinin bildirir ki, hazırda onun mənzilinin nömrəsi də dəyişmişdir. Qeyd edir ki, cavabdehlər də öz növbəsində həmin mənzildə heç bir hüquqi əsas olmadan qanunsuz yaşayırlar. Cavabdehlərin məcburi köçkün olaraq başqa yaşayış yerlərinin olmaması barədə dəlilinə gəldikdə isə hesab edir ki, cavabdehlərin həmin mənzilə Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən köçürülməsi iş materialı ilə müəyyən edilməmişdir. Sadəcə xx.xx.1995-ci ildən İnşaatçılar pr. 5 ünvanında müvəqqəti qeydiyyatda olmaları bildirilmişdir. Çünki, Qaçqınların və X3 üzrə Dövlət Komitəsi cavabdehləri həmin mənzilə müvəqqəti qeydiyyata salan zaman həmin mənzilin kimə məxsus olmasını, orada kimin nə üçün qeydiyyatda olduğunu araşırmadan bu proseduru həyata keçirmişdir. Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, iddiaçıya “Azərbaycan Respublikası X9” QSC tərəfindən Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı yataqxanada bir otaqlı mənzil verilmişdir. İddiaçının xx.xx.2003-cü il tarixdən bugünədək ünvan 16 ünvanında qeydiyyatdadır və şəxsiyyət vəsiqəsinin statusu aktivdir. Tənha qadındır və başqa mülkiyyəti yoxdur. Ona görə də apellyasiya şikayətinin tam təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3205/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edib, izahatında 4 saylı otaqda Ağdam şəhəri işğal olduqdan sonra məcburi köçkün kimi ailəsi ilə birlikdə məskunlaşmasını, həmin vaxt 4 saylı otağın təsərrüfat təyinatlı otaq olmasını, iddiaçının heç vaxt həmin otaqda yaşmamasını, soncuya məxsus hər hansı bir əşyanın orada olmamasını göstərib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrfüfatı Birliyinin 157 saylı Mənzil Kommunal İstismar Sahəsinə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehlər və 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25.Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 33. Mənzil toxunulmazlığı hüququ İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. İİ. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) Maddə 28. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Maddə 108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş* və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli Qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən, iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçı əvvəllər yataqxana olmuş, hazırda isə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olmaqla dövlət mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 5 ünvanında yerləşən binaya 2003-cü ildə qeydiyyata alınmışdır. İddiaçı iddia tələbində Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 5 ünvanında yerləşən binanın 4 saylı otağının ona ayrılmasını, bu otaqda yaşamasını, Ağdam rayonundan məcburi köçkün olan cavabdehlərin ona məxsus otağı (mənzili) zəbt etmələrini qeyd etsə də, bu halı təsdiq edə biləcək hər hansı bir bir mötəbər, təkzib olunmaz sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. İddiaçının ona yataqxanada mənzilin ayrılmasını qeyd etdiyi dövrdə qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə əsasən, yataqxanalarda mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı əsasında verilməsi qaydası müəyyən edilmişdir. Belə qərar qəbul edildikdən sonra isə həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən həmin şəxsə, Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdiyi formada, order verilməli idi. Order yalnız boş olan sahəyə verilə bilərdi. Bundan sonra həmin şəxsin yataqxanada ayrılmış otağa (mənzilə) köçüb yaşamaq hüququ yaranırdı. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 5 ünvanına, yalnız pasport qeydiyyatına alınmış, iddiaçıya qeyd olunan ünvanda yerləşən yataqxananın nəinki, 4 saylı mənzilinin, ümumiyyətlə yataqxanada yerləşən hər hansı bir otağın ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (qərar, order və s.) mövcud deyildir. İddiaçı ona ayrılmasını iddia etdiyi otaqda 2003-2004-cü illərdə yaşamasını bildirsə də, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Ağdam şəhərindən məcburi köçkünlər – Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və övladı Cavabdeh3 Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən 4 saylı otağında 1995-ci ildən məskunlaşmaları, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 35 nömrəli Sərəncamı ilə iddiaçının ümumi əsaslarla mənzil uçot siyahısına alınması müəyyən olunur. Mülki mübahisənin qanuni həlli üçün işə baxarkən kollegiya ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 5, 4 saylı mənzilə dair hər hansı bir hüququ yaranmadığından, yaranmayan, movcud olmayan hüququn pozulması kimi müdafiəsi də mümkün olmadığından iddia tələblərini təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3205/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar