Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6676/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan, Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı mülki iş üzrə 30 avqust 2023-cü il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X9 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasından kənar yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5rşı “işə bərpa və maddi-mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X6 İddiaçı arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X7 əvvəlki vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X9 tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2020-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin əmək müqaviləsinin müddətsiz hesab edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqının hansı məbləğdə ödənilməsi və hansı müddətlə iş stajına əlavə edilərək qeyd aparılması və xx.xx.2020-ci il tarixdən işə bərpa olunma tarixinədək verilmiş məzuniyyət ödənişlərinin, kollektiv mükafatların cavabdeh tərəfindən ödənilib-ödənilməməsi hissələrinə izah verilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, qeyd olunan icra vərəqəsinin icrası zamanı müəyyən anlaşılmazlıq olmuşdur. Belə ki, icra məmurunun icraata başlamaq haqqında qərarından 4 aydan çox müddətin keçməsinə baxmayaraq, məhkəmənin qətnaməsi cavabdeh tərəfindən icra edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Observatoriyaya dəvət olunmuş, ona analoji vəzifə - Əmək Bazarı və Sosial Müdafiə sahəsi üzrə Tədqiqat departamentinin Təhlil və tədqiqatlar şöbəsində əmək haqqı məbləği 900 manat olmaq şərti ilə vakant “İnformasiya üzrə əlaqələndirici” vəzifəsi təklif olunmuş, AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə müqavilə bağlanmış, məcburi işburaxma müddəti üçün əmək haqqının hissə-hissə ödəniləcəyi bildirilmişdir. Observatoriya onunla qətnamədə əmək müqaviləsinin müddətsiz bağlanılması göstərilsə də, təkidlə əmək müqaviləsini 3 ay müddətli bağlamağı təklif etmiş, məcburi işburaxma dövrü üçün əmək haqqını xx.xx.2020-ci il tarixdən işə bərpa olunan günə qədər tam ödəməkdən və məzuniyyət haqqını, mükafatları ödəməkdən imtina etmişdir. Belə ki, əmək müqaviləsi bildirişində və xx.xx.2020-ci il tarixdə təsdiq olunmuş ştat cədvəlində əmək haqqı 1200 manat məbləğində olduğu halda, məcburi işburaxma müddətinə görə əmək haqqının 600 manat məbləğilə hesablanacağı bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə aşağıdakı qaydada izah verilməsi qərara alınmışdır: “Həmin qətnaməyə əsasən İddiaçı işə bərpa edilərkən onun əmək müqaviləsi müddətsiz hesab edilsin, həmin qətnaməyə əsasən İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı onun işdən azad olunduğu tarixdən qətnaməyə əsasən işə bərpa olunacağı tarixədək ödənilsin. Məcburi işburaxma müddəti üçün ödənilməli olan əmək haqqının məbləği əgər İddiaçı işdən azad olunmasaydı, “aparıcı mütəxəssis” vəzifəsinə görə həmin dövrdə almalı olduğu məbləğdə müəyyən edilsin, İddiaçı işə bərpa olunarkən məcburi işburaxma müddəti onun əmək stajına aid edilsin. Həmin qətnaməyə əsasən İddiaçı işdən azad olunduğu tarixdən işə bərpa olunacağı tarixədək Əmək Məcəlləsinin 154.1-ci maddəsində müəyyən edilən, əmək haqqının tərkibinə daxil olan bütün ödənişlər ödənilsin”. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiəsi Məsələləri üzrə Milli Observatoriya PHŞ həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, qərardaddan göründüyü kim məhkəmə qanunsuz və əsassız olaraq qərara almışdır ki, məcburi işburaxma müddəti üçün ödənilməli olan əmək haqqının məbləği əgər İddiaçı işdən azad olunmasaydı, “aparıcı mütəxəssis” vəzifəsinə görə həmin dövrdə almalı olduğu məbləğdə müəyyən edilsin. Bununla bağlı qeyd etmək istəyirik ki, məsələnin belə qoyuluşu Əmək Məcəlləsinin 300-cü maddəsinə, habelə 177-ci maddəsində orta əmək haqqının müəyyənləşdirilməsi qaydasına tamamilə ziddir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş 10. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Barəsində izah verilmiş Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1728/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsindən görünür ki, qətnaməyə əsasən tələbkara məhz məcburi iş buraxma müddəti üzrə xx.xx.2020-ci il tarixdən içə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Başqa sözlə, qətnamədə tələbkara məcburi işburaxma müddəti üzrə əmək haqqının, yəni Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndində və Qeyd hissəsində şərh edilmiş dəymiş zərər qismində məcburi işburaxma müddəti üçün əmək haqqının - işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqının ödənilməsini qət etmişdir. Orta əmək haqqının hesablanması qaydası isə Əmək Məcəlləsinin 177-ci maddəsində müəyyən edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 177-ci maddəsinin 1-ci hissəsinə əsasən orta əmək haqqı işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinn "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı" müəyyən edilmişdir. Beləliklə, istinad olunan əmək qanunvericiliyi normaları işə bərpa olunan işçiyə məcburi işburaxma müddəti üzrə əmək haqqının hesablanmasının və ödənilməsinin xüsusi qaydasını müəyyən etmiş, bu zaman işçiyə işlədiyi dövrdə işəgötürən tərəfindən faktiki ödənilmiş məbləğlər üzrə hesablamaların aparılmasını və belə hesablamar nəticəsində müəyyən edilən orta əmək haqqının meyar kimi götürülməsini təsbir etmişdir. Hazırki məhkəmə qərardadında isə məhkəmə faktiki olaraq əmək qanunvericiliyinin istinad olunan norma tələblərindən və məcburi işburaxma üzrə əmək haqqının hesablanması qaydasından imtina edərək xüsusi qayda müəyyən etmiş və işçiyə "ışdən azad olunmasaydı, “aparıcı mütəxəssis” vəzifəsinə görə həmin dövrdə almalı olduğu məbləğdə müəyyən edilməsini" qərara almışdır. Halbuki, əmək qanunvericiliyi məcburi işburaxma müddəti üzrə əmək haqqının hesablanması qaydasını "işçi işdən azad olunmasaydı tutduğu vəzifəyə görə almalı olduğu əmək haqqı" formulası əsasında deyil, məhz işlədiyi müddətdə işəgötürən tərəfindən ona faktiki ödənilmiş vəsaitlər üzrə hesablanmış orta əmək haqqı ilə hesablanmasını müəyyən etmişdir. Belə ki, məsələn işçi müvəqqəti əmək qabiliyyətinin itirilməsi nəticəsində işlədiyi dövrdə müəyyən müddət işdə olmaya da bilər ki, bu zaman onun məcburi işburaxma müddəti üzrə əmək haqqı "almalı olduğu əmək haqqı" əsasında deyil, məhz orta əmək haqqına əmək stajına uyğun hesablanmış müvafiq sosial müavinət əsasında hesablanmış ola bilər. Yaxud, işçi ilə işəgötürən arasında elə məhz ödənilməli olan əmək haqqının məbləği ilə bağlı fikir ayrılığı və ayrıca fərdi əmək mübahisəsi də ola bilər ki, bu da yeni iddia predmetidir və məhkəmə qətnaməsinə izah verilməsi ilə bağlı icraatın predmeti ola bilməz. Ərizədə izah verilməsi xahiş olunan digər məsələ isə bərpa olunarkən iddiaçı ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmıası ilə bağlı olımuşdur ki, məhkəmənin bununla bağlı verdiyi izah faktiki olaraq 2(001)-1728/2021 saylı iş üzrə məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsindən ibarət olmuşdur. Belə ki, izah olunan məhkəmə qətnaməsinin nəticə hissəsindən göründüyü kimi məhkəmə 2(001)- 1728/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli Qətnaməsində məhz tərəflər arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab olunmasını qət etmişdir. Belə ki, tələbkarın əmək müqaviləsinə xitam verilməsi barədə əmr icra icraatı qaydasında Milli Observatoriya tərəfindən ləğv edilsə də, qurumun 2021-c il 15 yanvar tarixində yeni strukturunun təsdiq olunması ilə bağlı tələbkarın işlədiyi ştat vahidi və struktur bölmə ləğv edildiyindən onun əmək müqaviləsinə də qeyd olunan əsasla xitam verilmiş, özünün də qeyd etdiyi kimi ona analoji vəzifə təklif edilmişdir. Başqa sözlə, Binəqədi rayon məhkəməsinin 2(001)-1728/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli Qətnaməsində tərəflər arasında bağlanmış və 2021-ci il 15 yanvar tarixində ştat vahidinin ləğv edilməsi üzrə ixtisar əsasında qüvvədən düşmüş əmək müqaviləsinin müddətsiz olması müəyyən edilsə də tələbkar işə bərpa edilərkən onunla bağlanacaq əmək müqaviləsinin müddət şərtləri müəyyən olunmamışdır. Başqa sözlə, qətnamədə tələbkarın əvvəlki vəzifəsinə işə bərpa edilməsi qət olunsa da bu zaman onunla əmək müqaviləsinin müddətli və ya müddətsiz əsaslarla bağlanılması müəyyən edilməmişdir. Hazırki vəziyyətdə isə məhkəməninin izah qərardadı ilə qeyd olunan münasibətləri tənzimləməsi Ali Məhkəmənin "Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli Qərarının 14cü bəndinə zidd olaraq qətnaməni izah etmək yolu ilə onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsi cəhdidir. Əvvəla Əmək Məcəlləsinin 42-ci maddəsinin 1ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Həmçinin həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Beləliklə, hətta işçinin işə bərpa olunması ilə bağlı olsa belə yeni əmək müqaviləsinin bağlanması, onun məzmununun və şərtlərinin, o cümlədən müddət şərtlərinin müəyyənləşdirilməsi tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Eyni zamanda, Əmək qanunvericiliyinin normalarından görünür ki, məhkəmənin fərdi əmək mübahisələrinin həllində, habelə əmək hüquqlarının həyata keçirilməsindəki səlahiyyətləri perspektiv deyil, retrospektiv xarakter daşıyır. Başqa sözlə, məhkəmə tərəflər arasında gələcək münasibətlərin xarakterini, mahiyyətini, məzmununu və şərtlərini müəyyənləşdirə bilməz, o yalnız tərəflərin pozulmuş hüquqlarını müraciət daxil olduğu halda ədalətli məhkəmə araşdırması və çəkişmə prinsipi əsasında müəyyən edə bilər. Odur ki, məhkəmənin tərəflər arasında bağlanılacaq və qanunverciliyin tələblərinə əsasən şərtləri və məzmunu sərbəst müəyyənləşdirilməli olan əmək müqaviləsinin bağlanması prosesinə müdaxiləsi, tərəflərə onun müddət şərtlərini diqtə etməsi yolverilməzdir. Həmçinin, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndində hətta daimi əmək funksiyalarına malik işçilərə müddətli əsaslarla əmək müqaviləsi bağlamaq hüququ verilmişdir ki, məhkəmə tələbkarın da hüquqlarını pozaraq onun gələcəkdə belə bir hüquqi imkandan istifadə etmək ehtimalını nəzərə almamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı mülki iş üzrə 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün 2(001)-1728/2021 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı mülki iş üzrə 30 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətin dəlilləri məhkəmənin artıq hüquqi qiymət verdiyi hallara aiddir. cavabdeh isə birinci instansiya məhkəməsinin həmin məsələlərə verdiyi hüquqi dəyərləndirmə ilə razılaşmır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia tələbi təmin edilsin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X6 İddiaçı arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilsin, o Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X7 əvvəlki vəzifəsinə bərpa edilsin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X9 tərəfindən məcburi işburaxmaya müddəti üzrə xx.xx.2020-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq iddiaçıya ödənilsin. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bildirmişdir ki, əgər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X3 iddiaçının işləmiş olduğu vəzifə ştatı mövcud deyildirsə, bu halda o, işlədiyi vəzifəyə uyğun (əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifə) digər işlə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə İddiaçı qətnamənin icrası zamanı işə bərpa edilərkən onun əmək müqaviləsi müddətsiz hesab edilməli, məcburi işburaxma müddəti üçün əmək haqqı onun işdən azad olunduğu tarixdən işə bərpa olunacağı tarixədək ödənilməli, məcburi işburaxma müddəti üçün ödənilməli olan əmək haqqının məbləği əgər İddiaçı işdən azad olunmasaydı, “aparıcı mütəxəssis” vəzifəsinə görə həmin dövrdə almalı olduğu məbləğdə müəyyən edilməli, işə bərpa olunarkən məcburi işburaxma müddəti onun əmək stajına aid edilməli və işdən azad olunduğu tarixdən işə bərpa olunacağı tarixədək Əmək Məcəlləsinin 154.1-ci maddəsində müəyyən edilən, əmək haqqının tərkibinə daxil olan bütün ödənişlər ödənilməlidir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilənlər qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı mülki iş üzrə 30 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı mülki iş üzrə 30 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6676/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6676/2023
30.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver