Məhkəmə qərarları › İş №2(103)-6679/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6679/2020

23.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6679/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İddiaçı nümayəndəsi X2, digər nümayəndəsi və vəkili Mərəndskiy Rövşən Vidadi oğlunun, Cavabdeh iştirakları ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-144/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 R saylı sahədə İddiaçı məxsus torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küsəsi 103 R saylı ünvanda yerləşən 0.0305 ha torpaq sahəsinin mülkiyyətçisidir. Həmin ərazi bir neçə hissəyə bölünərək fərqli şəxslərə satılmışdır. Lakin ümumi istifadədə olan məhəllədaxili keçid nəzərdə tutulmamışdır. Buna görə də uzun müddətdir ki, qonşular iddiaçının mülkiyyətində olan torpaq sahəsindən öz yolları kimi istifadə edirlər. Bu səbəbdən torpaq sahəsinin keçmiş mülkiyyətçisi, yəni iddiaçıya satan şəxslə uzun müddət məhkəmə mübahisələri getmişdir. Məhz məhkəmə çəkişmələrinin nəticəsini gözlədiyi müddətdə həmin torpaq sahəsində hər hansı tikinti işləri aparmamış, həmin sahəyə öncələr ara-sıra getsə də, sonra bir müddət getməmişdir. Bu arada iddiaçıya məlum olmuşdur ki, həmin ərazidə gözətçi kimi çalışan Cavabdeh iddiaçının torpaq sahəsinin bir hissəsində, habelə məhəllədaxili keçid yolunun bir hissəsində özünə qanunsuz tikili inşa edib və orada yaşayır. Həmin özbaşına tikili tamamilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə girişi bağlamışdır. Habelə, özü üçün tikməyi planlaşdırdığı fərdi yaşayış evi üçün bir müddət öncə öz vəsaiti hesabına çəkdirdiyi çirkab su xəttinin qovşağı (kanalizasiya quyusu) da sözügedən özbaşına tikilinin altında qalmışdır. 2017-ci ilin payız aylarında özünə məxsus fərdi yaşayış evinin inşasınabaşlamış və həmin vaxt cavabdehdən qanunsuz tikilinin sökülməsini tələb etmişdir. Cavabdeh qış aylarının gəldiyini səbəb göstərərək, yaza qədər ona möhlət verməyini və yaz aylarında könüllü sökəcəyini bildirdi. Bu xahişi nəzərə alaraq 2018-ci ilin may ayına qədər ona möhlət verdiyini bildirmişdir. Lakin 2018-ci ilin may ayından bu günə qədər cavabdeh müxtəlif bəhanələr gətirərək özbaşına tikilinin sökülməsindən imtina edir, iddiaçının Konstitusiya ilə qorunan mülkiyyətçi hüquqları kobud surətdə pozur. Qanunsuz tikiliyə görə iddiaçı inşa etdiyi fərdi yaşayış evini hasara ala bilmir, kanalizasiya xəttinə qoşula bilmir, evinin və həyətyanı torpaq sahəsinin girişinə qapı-darvaza qoya bilmir. Maddi və mənəvi ziyanla üzləşir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bir neçə il öncə torpaq sahəsinin keçmiş mülkiyyətçisi- satıcıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhəllədaxili yolun ayrılmasını tələb etmiş, lakin məhkəmələr belə qənaətə gəlmişdirlər ki, cavabdehlərin mülkiyyətindən istifadəsinə hər hansı maneə yoxdur. Qonşuların yolu yoxdursa onların özü müraciət etməlidir. Hazırkı vəziyyətdə digər qonşular cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindənməhəllədaxili yol keçidi kimi istifadə edirlər. Təbii ki, onlar anlayır ki, özgəsinin mülkiyyətindən icazəsiz istifadə qanunla yolverilməzdir. Cavabdehlər ilkin olaraq müəyyən kompensasiya razılığına gəlinsə də sonradan cavabdeh razılaşmamışdır. İlkin olaraq qonşular tərəfindən müştərək qaydada 15000 manat məbləğində pul yığılaraq cavabdeh B.Əliyevə tərəfindən verilmişdir. Lakin, cavabdehin dediyinə əsasən, iddiaçı tərəfindən təklif olunan kompensasiya onun ayıracağı torpaq sahəsinin real bazar qiyməti ilə uyğunsuzluq yaradır. Qanunvericilikdə göstərilir ki, tərəflər arasında servitut razılaşması notarial qaydada bağlanılmalı və sonradan dövlət reyestrində qeydə alınmalıdır. Tərəflər arasında razılığa gəlmək mümkün olmamışdır. Belə olan halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-144/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat məbləğində pulun İddiaçı dövlət nəfinə tutulması, iş üzrə mütəxəssis rəyinin alınması üçün aparılmış tədqiqatın dəyərinə görə 66 (altmış altı) manat məbləğində pulun İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən şikayət verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qəbul edilmiş qətnamə ilə razılaşmır, qətnamənin qərəzli və qeyri-obyektiv olduğunu, habelə qətnamə çıxarılarkən bir sıra maddi və prosessual hüquq normalarının kobud pozulduğunu iddia edir.O, Bakı Apellyasiya Məhkəməsindən tam hüquqlu məhkəmə kimi mülki işin yenidən tam həcmdə araşdırılmasını, sübut və dəlillərə düzgün qiymət verilməklə, iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş edir. İddiaçı 2013cü ildən ünvan 2 R saylı ünvanda yerləşən 0.0305 ha torpaq sahəsinin mülkiyyətçisidir. Həmin ərazi bir neçə hissəyə bölünərək fərqli şəxslərə satılmışdır. Lakin ümumi istifadədə olan məhəllədaxili keçid nəzərdə tutulmamışdır. Buna görə də uzun müddətdir ki, qonşular iddiaçının mülkiyyətində olan torpaq sahəsindən öz yolları kimi istifadə edirlər. Bu səbəbdən torpaq sahəsinin keçmiş mülkiyyətçisi, yəni iddiaçıya satan şəxslə uzun müddət məhkəmə mübahisələri getmişdir. Məhz məhkəmə çəkişmələrinin nəticəsini gözlədiyi müddətdə həmin torpaq sahəsində hər hansı tikinti işləri aparmamış, həmin sahəyə öncələr ara-sıra getsə də, sonra bir müddət getməmişdir. Bu arada iddiaçıya məlum olmuşdur ki, həmin ərazidə gözətçi kimi çalışan Cavabdeh iddiaçının torpaq sahəsinin bir hissəsində, habelə məhəllə daxili keçid yolunun bir hissəsində özünə qanunsuz tikili inşa edib və orada yaşayır. Həmin özbaşına tikili tamamilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə girişi bağlamışdır. Habelə, özü üçün tikməyi planlaşdırdığı fərdi yaşayış evi üçün bir müddət öncə öz vəsaiti hesabına çəkdirdiyi çirkab su xəttinin qovşağı (kanalizasiya quyusu) da sözügedən özbaşına tikilinin altında qalmışdır. 2017-ci ilin payız aylarında özünə məxsus fərdi yaşayış evinin inşasına başlamış və həmin vaxt cavabdehdən qanunsuz tikilinin sökülməsini tələb etmişdir. Cavabdeh qış aylarının gəldiyini səbəb göstərərək, yaza qədər ona möhlət verməyini və yaz aylarında könüllü sökəcəyini bildirdi. Bu xahişi nəzərə alaraq 2018-ci ilin may ayına qədər ona möhlət verdiyini bildirmişdir. Lakin 2018-ci ilin may ayından bu günə qədər cavabdeh müxtəlif bəhanələr gətirərək özbaşına tikilinin sökülməsindən imtina edir, iddiaçının Konstitusiya ilə qorunan mülkiyyətçi hüquqları kobud surətdə pozur. Qanunsuz tikiliyə görə iddiaçı inşa etdiyi fərdi yaşayış evini hasara ala bilmir, kanalizasiya xəttinə qoşula bilmir, evinin və həyətyanı torpaq sahəsinin girişinə qapı-darvaza qoya bilmir. Maddi və mənəvi ziyanla üzləşir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bir neçə il öncə torpaq sahəsinin keçmiş mülkiyyətçisi-satıcıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhəllədaxili yolun ayrılmasını tələb etmiş, lakin məhkəmələr belə qənaətə gəlmişdirlər ki, cavabdehlərin mülkiyyətindən istifadəsinə hər hansı maneə yoxdur. Qonşuların yolu yoxdursa onların özü müraciət etməlidir. Hazırkı vəziyyətdə digər qonşular cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən məhəllədaxili yol keçidi kimi istifadə edirlər. Təbii ki, onlar anlayır ki, özgəsinin mülkiyyətindən icazəsiz istifadə qanunla yolverilməzdir. Cavabdehlər ilkin olaraq müəyyən kompensasiya razılığına gəlinsə də sonradan cavabdeh razılaşmamışdır. İlkin olaraq qonşular tərəfindən müştərək qaydada 15000 manat məbləğində pul yığılaraq cavabdeh B.Əliyevə tərəfindən verilmişdir. Lakin, cavabdehin dediyinə əsasən, iddiaçı tərəfindən təklif olunan kompensasiya onun ayıracağı torpaq sahəsinin real bazar qiyməti ilə uyğunsuzluq yaradır. Qanunvericilikdə göstərilir ki, tərəflər arasında servitut razılaşması notarial qaydada bağlanılmalı və sonradan dövlət reyestrində qeydə alınmalıdır. Tərəflər arasında razılığa gəlmək mümkün olmamışdır. Belə olan halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə qətnaməsi 9 səhifədən ibarət olsa da işə baxan hakim konkret hansı səbəbdən iddianın rədd edilməsini qətnamədə açıqlamamışdır. Qətnamənin böyük həcmli olması onunla izah edilir ki, hakim bir neçə dəfə ekspert və mütəxəssis rəyini olduğu kimi təkrar köçürmüşdür. Qətnamədə qanunvericiliyin normaları sadalansa da nəyə görə həmin maddələrə istinad edilməsi, ümumiyyətlə həmin hüquqi aktların hazırkı işə aidiyyatın olub-olmaması açıqlanmamışdır. Qətnamədən cavabdehin hər hansı mövqeyi və istinad etdiyi hallar məlum deyildir. Hakim, “cavabdeh iddianın qəbul etməmişdir” deməklə kifayətlənmişdir. Qətnamədə bir neçə şahid ifadəsinə istinad olunur, həmin şahid ifadələri bir birinə kəskin ziddiyyət təşkil etməsinə baxmayaraq məhkəmə tərəfindən şahid ifadələrinə ümumiyyətlə münasibət bildirilməmişdir. Məsələn, şahid Müşfiq Abbasov bildirir ki, cavabdeh qanunsuz inşa edərkən iddiaçıya məxsus kanalizasiya xətləri cavabdehin qanunsuz tikilisinin altında qalmışdır, maneə yaradır. Hakim bu ifadələrin üstündən səssiz keçmişdir. Digər şahid, Allahverdi Həsənov bildirir ki, “cavabdeh həmin sahədə gözətçi işləmiş, sonra orada qalmağa başlamışdır, torpağı ona vermişdilər”.Kim vermiş, hansı torpağı, hansı hüquqi əsasla? Bu suallar cavabsız qalmışdır. Yoxsa kənar şəxslər iddiaçının mülkiyyətini cavabdehə vermişlər, hakim də bunu eşidir lakin heç bir tədbir görmür? Başqa bir şahid, Nazim Abdullayev, bildirir ki, “cavabdeh tikilini 2006-2007-ci illərdə inşa etmişdir”. İltizam altında belə yalan ifadə verən şahid barəsində nəinki tədbir görülmür, heç bu ifadələrə düzgün hüquqi qiymət də verilmir. Məhkəməyə məlumdur ki, iddiaçının həmin torpaq sahəsi ilə bağlı qonşuları ilə uzunmüddətli məhkəmə çəkişmələri getmişdir, məhkəməyə həmin işin gedişatı dövründə alınmış ekspert rəyini və mütəxəssis planını, fotoşəkilləri və sair təqdim etmişlər. 2013-cü ildə heç cavabdehin orada tikilisi olmamışdır, bu fakt şübhəsiz öz təsdiqini tapdığı halda hakim yalançı şahid ifadəsini qətnamədə qeyd edir, amma ona təqdim etdiyimiz mötəbər sübutların heç biri qətnamədə öz əksini tapmır. Daha sonra ekspert rəyində qeyd edir ki, tədqiq olunan sahədə “xxxxxx" ASC-yə məxsus kanalizasiya xətləri və ya kanalizasiya kollektoru aşkar edilməmişdir. Lakin həmin sahədən yaşayış evlərinə çəkilən məhəllədaxili-kanalizasiya xəttinin keçdiyi və həmin xəttin bir hissəsinin cavabdehə məxsus tikilinin altına-düşdüyü, eləcə də həmin tikiliyə bitişik sahədə kanalizasiya quyusunun yerləşdiyi müəyyən edilmişdir. Lakin hakim bu cümlənin yalnız ilk hissəsini əsas götürərək, qətnamənin sonrakı bütün hissələrində qeyd edir ki, həmin ərazidə kanalizasiya xətləri aşkar edilməmişdir. Hakim bir xüsusi halı da nəzərdən qaçırmışdır, qətnamədə bu barədə qeyd etməmişdir. Cavabdeh iddia yeni verilərkən, iddianı qəbul etmişdir, lakin evin sökülməsinə vəsaitinin olmadığını bildirmişdir. Həmin vəsaiti iddiaçı öz hesabına ödəməyi söz vermişdir, bunun üçün hətta aralarında bir razılaşma da yazıldı. Bu məsələlərin həll edilməsi üçün hakim tərəfindən əlavə vaxt verilmişdir. Lakinsonradan cavabdeh razılaşmanı pozdu, söküntü işlərinə başlamadı. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Mərəndskiy Rövşən Vidadi oğlu apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-144/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 103 K saylı 0,0305 hektar torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Məhkəmə tərəfindən təyin edilmiş Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 103 K ünvanının yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus torpaq sahəsi dördbucaqlı şəkildə olmaqla, sağ yan tərəfdən məhəlləarası yol ilə digər tərəflərdən isə təxminən 1 metr eni olan torpaq sahəsi ilə əhatə olunmuşdur. Torpaq sahəsinin üzərində yaşayış evi inşa edilmişdir. Torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən müəyyən edilmiş koordinatlar daxilində uzunluğu təxminən 13 metr, digər tərəfdən təxminən 17 metr, eni isə bir tərəfdən təxminən 23 metr, digər tərəfdən təxminən 23 metr təşkil edir. Cavabdeh məxsus tikili bir mərtəbəli olub, 3 otaq və sanitar qovşağından ibarət olmaqla, iddiaçıya məxsus yaşayış evinin qarşı hissəsində yerləşir. Yaşayış evi ilə mübahisəli tikili arasında məsafə təxminən 10 metr təşkil edir. Baxış zamanı cavabdehə məxsus tikiliyə bitişik sahədə kanalizasiya quyusunun yerləşdiyi müəyyən edilmişdir. Yerində müayinə zamanı həmçinin, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikilinin məhəllədaxili yolun üzərində yerləşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********78 nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına” əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 103K ünvanında yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədi boyunca bərkidilmiş nöqtələri olmadığı üçün naturada (faktiki olaraq) ölçülərini müəyyən etmək mümkün olmadı və bu səbəbdən faktiki sahəni, hüquq müəyyənedici sənədlərlə müqayisə etmək mümkün olmadı. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici və texniki sənədlər bazada aşkar edilmədi lakin sözü gedən torpaq sahəsinə reyestr nömrəsi **********50 olan X6 məxsus torpaq sahəsinin bir qismi daxil olur (sxemdə göstərilmişdir). Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikilinin hər hansı bir hissəsinin (eyvan, giriş qapısı, ümumi sahə və s.) Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 103K ünvanına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2018-ci il tarixdə İddiaçı verilmiş RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da və AN seriyalı, 266826 saylı, xx.xx.2018ci il tarixində tərtib edimiş “Torpaq sahəsinin planı və ölçüsü”-nə dair sənəddə göstərilən torpaq sahəsinin hüdudlarına düşmür (sxemdə göstərilmişdir). “xxxxxx” ASC-yə məxsus kanalizasiya xətləri və ya kanalizasiya kollektoru aşkar edilməmişdir və bu səbəbdən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikili “xxxxxx” ASC-yə məxsus kanalizasiya xətləri və ya kanalizasiya kollektorundan neçə metr məsafədə inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmadı; Yalnız məhəllə arası kanalizasiya xətti mövcuddur. Mütəxəssis rəyinin verilməsi üçün 66,44 manat məbləğində smeta tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19300 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı əldə olunan məlumatları və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanındaDaşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********78 nömrəli mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına” əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 103K ünvanında yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədi boyunca bərkidilmiş nöqtələri olmadığı üçün naturada (faktiki olaraq) ölçülərini müəyyən etmək və bu səbəbdən faktiki sahəni, hüquqmüəyyənedici sənədlərlə müqayisə etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici və texniki sənədlər bazada aşkar edilməmişdir. Lakin sözü gedən torpaq sahəsinə reyestr nömrəsi **********50 olan, X6 məxsus torpaq sahəsinin bir qisminin daxil olduğu müəyyən edilmişdir (sxemdə göstərilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na əsasən, tikililərin inşa edilməsi həmçinin binalarda hər hansı dəyişikliklərin və yenidənqurma işlərinin aparılması, layihə-smeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirildikdən və aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Tədqiq olunan tikilinin inşa edilməsinə dair müvafiq icazəverici sənədlər olmadığından, həmin tikilinin inşa edilməsinin tikinti normalarına uyğun olmadığı müəyyən edilir. Qeyd olunur ki, mübahisəli tikiliyə dair hər hansı sənəd təqdim edilmədiyindən həmin tikilinin təyinatını müəyyən etmək mümkün olmadı. Mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikilinin hər hansı hissəsinin (eyvan, giriş qapısı, ümumi sahə və s.) Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 103K ünvanına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2018-ci il tarixdə İddiaçı qızma verilmiş RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"-da və AN seriyalı, 266826 saylı, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü”-nə dair sənəddə göstərilən torpaq sahəsinin hüdudlarına düşmədiyi qeyd edilmişdir (sxemdə göstərilmişdir). Eyni zamanda, qeyd olunur ki, baxış zamanı, tədqiq olunan tikilinin mülk iş materiallarındakı bölgü eskizinə əsasən, məhəllədaxili yolun üstündə inşa edildiyi müəyyən olunmuşdur. Tədqiq olunan sahədə “xxxxxx" ASC-yə məxsus kanalizasiya xətləri və ya kanalizasiya kollektoru aşkar edilməmişdir. Lakin həmin sahədən yaşayış evlərinə çəkilən məhəllədaxilikanalizasiya xəttinin keçdiyi və həmin xəttin bir hissəsinin cavabdehə məxsus tikilinin altına-düşdüyü, eləcə də həmin tikiliyə bitişik sahədə kanalizasiya quyusunun yerləşdiyi müəyyən edilmişdir. Mübahisəli tikilinin İddiaçı verilmiş torpaq sahəsinə çəkilmiş kanalizasiya kəmərlərinin və ya kanalizasiya qurğularının istifadəsinə, eləcə də torpaq sahəsindən məhəllədaxili avtomobil yoluna çıxışa maneə yaradıb-yaratmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından bu suallar üzrə tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsində mülki iş üzrə mütəxəssis qismində cəlb edilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 2013-cü ildən MKİS-də nəzarətçi çalışır. Cavabdehin butkası olmuşdur. Sonra həmin ərazidə evlər tikilmişdir. Kanalizasiya xətti mövcuddur. Bu xətlər cavabdehin tikilisinin altından keçir. Tikilinin tini kanalizasiya xəttinə maneə yaradır. Tikili sökülsə maneə yaratmaz. Kanalizasiya xətti məhəllədaxili yolda qoşulub. Birinci instansiya məhkəməsində mülki iş üzrə şahid qismində dindirilən X1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki,2009-cu ildən həmin məhəllədə yaşayır. Cavabdehi tanıyır. Özü də ona ev tikməyinə kömək etmişdir. Əvvəl ora dayanacaq olmuşdur. Cavabdeh orada gözətçi işləmişdir. Cavabdeh sonra orada qalmağa başlamış, torpağı ona vermişdirlər, əvvəl tək qalmış, sonra ailəsi ilə yaşamağa başlamışdır. Birinci instansiya məhkəməsində mülki iş üzrə şahid qismində dindirilən X3 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, 2004-cü ildən həmin məhəllədə yaşayır. Cavabdehi tanıyır. Əvvəl ora dayanacaq olmuş, cavabdeh orada gözətçi işləmişdir. Cavabdeh əvvəl tək qalmış, sonra ailəsi ilə yaşamağa başlamışdır. 2006-cı və 2007-ci illərdə cavabdeh tikilini inşa etməyə başlamışdır. İddiaçının mübahisəli tikilinin onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində inşa edildiyinə dair dəlili ilə bağlı qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikilinin hər hansı hissəsinin (eyvan, giriş qapısı, ümumi sahə və s.) Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 103K ünvanına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2018-ci il tarixdə İddiaçı qızma verilmiş RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"-da və AN seriyalı, 266826 saylı, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü”-nə dair sənəddə göstərilən torpaq sahəsinin hüdudlarına düşmədiyi müəyyən edilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə zamanı və mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyindən (əlavə edilən sxemdən) müəyyən edilmişdir ki, ünvan 2K ünvanında yerləşən fərdi yaşayış evlərinin arasından çəkilən məhəllədaxili yolun faktiki yerləşməsi iddiaçı tərəfindən təqdim edilmiş Bölgü Eskizinə uyğun deyil. Məhəllədaxili yol İddiaçı məxsus torpaq sahəsinin hüdudlarında, torpaq sahəsində inşa edilmiş tikililərin yan sağ tərəfindən çəkilmişdir və Cavabdeh tərəfindən inşa edilmiş tikili həmin yolun üzərində yerləşmir. Göstərilənlərlə yanaşı məhkəmə iddiaçının ona məxsus fərdi yaşayış evi üçün çəkdirdiyi çirkab su xətti qovşağının cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikilinin altında qaldığına görə iddiaçının kanalizasıya xəttinə qoşula bilmədiyi ilə bağlı dəlilinə qiymət verərək qeyd etmişdir ki, “Su təchizatı və tullantı sular haqqında” Qanunun 35-ci maddəsinin 3-cü hissəsinə əsasən kanalizasiya qurğularının istismara verilməsi elan edildikdən sonra kanalizasiya müəssisəsinin xidməti ərazisində tikilməkdə və yenidən qurulmaqda olan bütün obyektlər kanalizasiya sisteminə qoşulmalıdır. Tullantı sularının axıdılması üçün istifadə olunan hər hansı fərdi qurğu isə ancaq müvafiq dövlət standartları və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydaların gözlənilməsi şərti ilə kanalizasiya müəssisələrinin icazəsinə əsasən istismar oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 1.2.7-ci bəndinə əsasən tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə (bundan sonra STTSAS) qoşulması (texnoloji qoşulma) - texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən STTSAS-a qoşulma nöqtəsinədək yeni STTSAS-ın layihələndirilməsi və inşası, əlavə tələbatla bağlı layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin, su təchizatı qurğularının STTSAS-a fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən kompleks xidmətdir. Həmin qaydaların 2.1-ci bəndinə əsasən sifarişçinin, yəni su təchizatı və kanalizasiya müəssisəsinin STTSAS-a qoşulması nəzərdə tutulan tikinti obyektlərinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçının, tikinti obyektinin STTSAS-a qoşulması su təchizatı və kanalizasiya müəssisəsinin tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. İddiaçı tərəfindən inşa edilmiş tikintinin iddiaçıya məxsus fərdi yaşayış evlərinin kanalizasiya sisteminə qoşulmasına maneə yaratdığını bildirsə də, iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evlərinin tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmasına dair yuxarıda qeyd edilən müvafiq sənədləri (texniki şərtləri), məhkəməyə təqdim etməmişdir. İddiaçı bildirmişdir ki, ümumi sistemə qoşulan kanalizasiya xəttinin texniki şərləri mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən qeyd edilən halı təsdiq edəcək müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq kollegiya hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Qeyd olunanlara əsasən kollediya hesab edir ki, məhkəmə İddiaçı Cəlal qızının ünvan 2 R saylı sahədə İddiaçı məxsus torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə iddia tələbi, iddianın əsasını təşkil edən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından əsassız hesab edilərək rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə iddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (MM 1096.1-ci maddəsi). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (MM 1097.1-ci maddəsi). MM-nin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiqedilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya»nın 41-ci maddəsinə və X11 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X11 Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdənonun xeyrinə maddi zərərin əvəzi kimi2000 (iki min) manat məbləğində pulun tutulmasınıtələb etsə də, çəkdiyi və ya çəkməli olduğu xərclər, əldə edəcəyi gəlirlə bağlı hər hansı birsübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 2000manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı formal olaraq mülahizələrəəsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılarkeçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində başverməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia cavabdehdən 1000 manatməbləğində mənəvi zərərin tutulması hissəsində də əsassız hesab edilərək təminedilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehin əməlləri cinayət qanunvericiliyi ilə qadağanolunduğu üçün Cavabdeh barədə xüsusi qərardad qəbul edilməklə bu barədə müvafiq Prokurorluğa məlumat verilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu tələbhüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və yaişə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdətərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərinhərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirəotağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdanməhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində cinayət işinin başlanması ilə bağlıprokurorluq orqanlarına məlumat verilməsini tələb etməsinə baxmayaraq, bu məsələprosessualtələbkimiqiymətləndirilə bilməz. Məhkəmə kollegiyası əsaslı olduğu üçün, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya həmçinin hesab edir ki, məhkəmə xərcləri ilə bağlı məsələ məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)- 144/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar