Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-668/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X5, iddiaçının vəkili X3 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "işlə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi " barədə ilkin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2021 saylı, 10.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "işlə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-ci ilin ortalarında Azərbaycan Tibb Universitetinin “Stomatologiya” fakültəsinin eyni adlı ixtisasını bitirərək həkim mütəxəssis qismində təhsilini davam etdirmək üçün həmin ildə də adıçəkilən universitetin rezidenturasına ödənişsiz əsaslarla daxil olmuşdur. Ərizəçi rezidenturaya daxil olduqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Resident qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28.10.2014-cü il tarixli, 112 nömrəli əmri ilə təsdiq edilmiş '"Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” aralarında 760 №-li, 12 avqust 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə Səhiyyə Nazirliyinin Kadrlar, Elm və Təhsil şöbəsinin müdiri X1 tərəfindən imzalanaraq nazirliyin möhürü ilə təsdiq edilmiş və həmin tarixdə də qüvvəyə minərək şərtləri tərəflər üçün məcburi xarakter daşımışdır. Həmin müqavilənin 1.1-ci bəndində “Bu müqavilə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 22.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il tarixli, 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın 2.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində əhaliyə ixtisaslı tibbi yardımın təmin edilməsi məqsədi ilə klinik bazalarında həkim-mütəxəssislərin hazırlanması və onların müvafiq iş yerləri ilə təmin edilməsi məqsədi ilə bağlandığı göstərilmişdir. Müqavilənin 1.2-ci bəndində bu müqavilə üzrə rezidenturada mütəxəssis hazırlığının dövlət sifarişi əsasında həyata keçirilməsi təsbit edilmişdir. Müqavilənin 1.3-cü və 1.4-cü bəndlərində müvafiq olaraq həkimmütəxəssis hazırlığı aparılan ixtisasın adının “Stomatologiya”, ixtisas üzrə təhsil müddətinin 3 ( üç ) il olduğu göstərilib. Tərəflər arasında bağlanılmış 12 avqust 2016-cı il tarixli 760 nömrəli müqavilənin 3.1-ci bəndində Səhiyyə Nazirliyinin vəzifələri öz əksini tapmışdır. Müqavilənin 3.1.2-ci bəndində göstərilib ki, Rezident hazırlığı uğurla başa vurmasından sonra həkim-mütəxəssis kimi işlə təmin etmək Səhiyyə Nazirliyinin vəzifəsidir. Ərizəçi, müqavilənin şərtlərinə müvafiq olaraq 01 sentyabr 2016-cı il tarixdən başlayaraq, 01 sentyabr 2019-cu il tarixədək 3 ( üç ) il müddətinə “Stomatologiya” ixtisası üzrə rezidenturada təhsil almışdır. Rezidentura təhsili müddətində müqavilənin şərlərinə onun tərəfindən daima əməl edilmiş, rezident kimi o, müqavilənin 3.3-cü bəndindən irəli gələn vəzifələri tam şəkildə yerinə yetirərək ixtisas üzrə təhsil proqramını tam yerinə yetirmiş və hazırlıq keçdiyi Klinik bazanın müəssisədaxili intizam qaydalarına, müvafiq təhsil proqramı ilə tənzimlənən iş rejiminə və növbətçilik qaydalarına, həmçinin müqavilədən irəli gələn digər öhdəliklərə tam şəkildə riayət etmişdir. Onun istər 1-ci və 2-ci kurs üzrə müvəffəqiyyət göstəriciləri, istərsə də yekun attestasiya nəticələri yüksək olmuşdur. Hətta yekun attestasiya imtahanlarından kəsiri olmadan keçən bir neçə rezidentdən biri olmuşdur. Ərizəçi 2019-cu ilin sentyabr ayında həkim-mütəxəssis hazırlığı üzrə 3 illik təhsil müddətini başa vurduqdan sonra Səhiyyə Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə, müvafiq qurumlarına dəfələrlə müraciət edərək onunla adıçəkilən nazirlik arasında bağlanmış 12 avqust 2016-cı il tarixli, 760 nömrəli müqavilənin 3.1.2-ci bəndindən irəli gələn vəzifələrin, yəni rezident olaraq onu Nazirliyin tabeliyində olan tibb müəssisələrindən birində işlə təmin edilməsi barədə xahiş etmişdir. Əvvəlcə Nazirliyin səlahiyyətli nümayəndələri ərizəçini həkim-mütəxəssis kimi işlə təmin edəcəklərini bildirsələr də, sonradan fikirlərini dəyişərək onu işlə təmin etməkdən əsassız olaraq imtina etmişlər. Ərizəçinin Səhiyyə Nazirliyinin tabeçiliyində olan dövlət tibb müəssisələrindən birində işlə təmin edilməsi üçün təyinat verilməsi barədə sözügedən nazirliyin müvafiq səlahiyyətli şəxslərinə, həmçinin bilavasitə səhiyyə naziri Oqtay Şirəliyevə ünvanladığı çoxsaylı məktublarına, həmçinin həmin məktublara verilmiş cavablardan nazirliyin apellyasiya şurasına verdiyi şikayətlərə adıçəkilən nazirlik adından eyni şəxshəmin nazirliyin Kadrlar, elm və təhsil şöbəsinin müdiri Saidə Rüstəmzadənin 27.12.2019-cu il tarixli məktubunda cavab olaraq bildirilmişdir ki, rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətinin davam etdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişində qeyd olunan təyinat yerinin dəyişdirilməsi barədə müraciətə baxılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13 oktyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”nın 2.4 və 2.5-ci bəndlərinə əsasən həkim-mütəxəssislərin təyinatı nazirliyin tabeliyində olan tibb müəssisələrindəki vakansiyalar nəzərə alınmaqla və vakansiyaların seçimi zamanı həkim- mütəxəssisə daha çox tələbatın olduğu bölgələrə Komissiya tərəfindən üstünlük verilərək aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 2019-cu il tarixli qərarı ilə həkimstomatoloqlara azad təyinat verilmişdir ”. Həmin qərar qəbul edilərkən keçirilən komissiyanın iclasına iddiaçı dəvət edilməyib, eyni zamanda Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının qərarı ərizəçiyə təqdim edilməmiş və yaxud poçt vasitəsilə göndərilməmişdir. Baxmayaraq ki, ərizəçi bir neçə dəfə həmin qərarın surətinin ona təqdim edilməsini xahiş edib, lakin ona yuxarıda qeyd edilən şəkildə cavablar verilmişdir. Bundan əlavə, həmin cavabda göstərilir ki, guya ki, ərizəçi təyinat yerinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edib. Halbuki, iddiaçı cavabdehə ünvanladığı bütün məktublarda onun müqavilə şərtlərinə uyğun olaraq işlə təmin edilməsini cavabdehdən xahiş etmişdir. İddiaçı heç bir halda təyinat yerinin dəyişdirilməsi barədə müraciət etməmiş, çünki onun hər hansı bir təyinat yeri olmamışdır. Göstərilənlərə əsasən İddiaçı həkim-stomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Bakı şəhərində və yaxud Abşeron rayonunda cavabdehin tabeçiliyində olan tibb müəssisələrinin birində həkim-stomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, ona dəymiş 5250 manat maddi ziyanın və 5000 manat da mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İddiaçı qarşı «müqavilənin ləğv edilməsi tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nda və ‘‘Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra təbdbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 30 dekabr 2019-cu il tarixli 910 nömrəli Fərmanının 2.1-ci maddəsinə əsasən əksər tibb müəssisələri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan tibb müəssisələrində həkim-stomatoloq ixtisası mövcud deyildir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində İddiaçı işlə təmin edilməsi məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə (şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi) əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi olduğundan mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həkim-mütəxəssis ixtisasları İddiaçı həkim-stomatoloq ixtisasına uyğun olmadığından iddiaçı ilə bağlanan 12 avqust 2016-cı il tarixli 760 nömrəli müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İddiaçı arasında qeyd olunan müqavilə bağlanılarkən Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 910 nömrəli fərmanının mövcud olmadığına görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı situasiya mövcud olmamış və “TƏBİB'” qurumu da yaradılmamışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İddiaçı arasında bağlanan 12 avqust 2016-cı il tarixli, 760 nömrəli müqavilənin ləğv olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2021 saylı, 10.06.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ilkin iddia üzrə İddiaçı daimi yaşayış yeri nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin birində həkim-stomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin cavabdeh Səhiyyə Nazirliyinə həvalə edilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Rəşid Səmədov).
6. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsini xahiş etmişdir.
7. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:
8. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbinin ikinci-təmin edilməyən hissəsi həmin iddia tələbinin birinci, yəni təmin edilən hissəsi ilə əlaqədardır, ondan törəmədir. İşin materiallarında olan sübutlardan və tərəflərin izahatlarından da görünür ki, tərəllər arasında mövcud müqavilə üzrə öhdəlik ilkin iddia üzrə cavabdeh tərəfindən yerinə yetirilməməsi səbəbindən iddiaçı, İddiaçı 2019-cu ilin dekabrında həkim-stomotoloq qismində rezudentura təhsilini başa vurmasına baxmayaraq işlə təmin edilməmişdir. Bu səbəbdən ilkin iddia üzrə cavabdehin təqsiri ucbatından maddi və mənəvi ziyana məruz, qalmışdır. Maddi ziyanın məbləğini müəyyən etmək üçün ilkin iddia üzrə iddiaçı həm bilavasitə özü, həm də məhkəmə vasitəsilə həkim-stomotoloqların orta aylıq əmək haqqının müəyyən edilməsi üçün həm cavabdehə, həm də bir çox tibb müəssisələrinin idarəcdilməsini həyata keçirən “Təbib" X9 səlahiyyətli şəxslərinə müvafiq sorğular göndərsə də, həmin sorğulara heç bir cavab verilməmişdir. Ona görə də ilkin iddia üzrə iddiaçı, respublika üzrə aylıq minimal əmək haqqı məbləğini əsas götürərək, həmin məbləği işlə təmin edilmədiyi ayların cəminə vuraraq, ilkin iddia üzrə cavabdehdən ona 5250 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmişdir. İddiaçının irəli sürdüyü 5000 manat məbləğində mənəvi zərərə gəldikdə isə ilkin iddia üzrə cavabdeh təıəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi şübhəsiz ki, İddiaçı mənəvi sarsıntılara, iztirablara səbəb olmuşdur. İxtisaslı həkim-stomotoloq olmasına baxmayaraq, işlə təmin edilməməsi səbəbindən valideynlərinin himayəsi altında, onların maddi yardımı ilə yaşamağa məcbur olmuşdur ki, bu hal da onda olan mənəvi iztirabları günü-gündən artırmaqdadır. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçının iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi barədə tələbi ilkin iddia üzrə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən əmələ gəlmişdir. Həkim-stomotoloqların aylıq orta əmək haqqı ilə bağlı ilkin iddia üzrə iddiaçının bilavasitə özünün və məhkəmənin sorğularının ilkin iddia üzrə cavabdeh və digər səlahiyyətli qurumlar tərəfindən cavablandırılmaması səbəbindən İddiaçı öz tələbini əsaslandıran sübutları məhkəməyə təqdim etməməsi barədə hakimin mövqeyi bu səbəbdən tamamilə əsassızdır. Qeyd edilənlər onu göstərir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 iyun 2021-ci ii tarixli qətnaməsi ilkin iddianın təmin edilməyən hissəsinə münasibətdə qanunsuz və əsassız lıesah edilərək həmin hissədə ləğv edilməli və iş iizrə ilkin iddianın tamamilə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməl idi.
9. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki tibb müəssisələrində həkim-stomatoloq vəzifəsi mövcud deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həkim-mütəxəssis ixtisasları İddiaçı həkim-stomatoloq ixtisasına uyğun olmadığından iddiaçı ilə bağlanan 12 avqust 2016-cı il tarixli 760 nömrəli müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Kollegiyasının 13.10.2014-cü il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları"nın 2.8-ci bəndinə əsasən Təyinat aparılarkən aşağıdakı hallarda rezidenturanı bitirən şəxlərin vakansiya üzrə istəyi nəzərə alınır: müvəffəqiyyət göstəricilərinin yüksək olması: rezidentura oxuyarkən şəxsin apardığı elmi tədqiqat fəaliyyəti. Yuxarıda qeyd edilən hallar olmadıqda isə onlara azad təyinat haqqında arayış verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi həkim-mutəxəssislərə təyinat verilən zaman diskresion səlahiyyətlərə malikdir. İnzibati Prosessual Məcəlləsinin 71.2-ci maddəsinə əsasən Məhkəmə inzibati orqanın diskresion səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır. İddiaçı yaşayış yerininin nəzərə alınmaqla işlə təmin olunması Səhiyyə Nazirliyinin diskresion səlahiyyəti olduğundan Məhkəmə tərəfindən hər hansısa bir qərarın qəbul edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 2019-cu il tarixli qərarı ilə 2019-ci il məzunlarından olan həkim-stomatoloqlara azad təyinat verilmişdir. İddiaçı "Rezidenturanı bitirən həkimmütəxəssislərin ış yerlərinə göndərilməsi Qaydalarının 2.12-ci bəndinə əsasən Həkimmütəxəssisin komissiyasının qəbul etdiyi qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmə hüququ vardır. Lakin iddiaçı həmin qərardan şikayət etmədiyi halda məhkəməyə iddia tələbi irəli sürməyi əsassızdır və həmçinin Nəsimi Rayon Məhkəməsinin 1006.2021-ci il tarixli 2(006)-2194/2021 saylı qətnaməsi qanunsuz hesab edilərək ləğv edilməlidir. Nəsimi Rayon Məhkəməsi tərəfimizdən verilən qarşılıqlı iddianı - şəraitin əhəmiyyətli dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi halını heç bir əsas olmadan təmin etməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Strukturu”nda və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən əksər tibb müəssisələri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturna daxil olan tibb müəssisələri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə idarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabelıyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan tibb müəssisələrində həkimstomatoloq ixtisası mövcud deyildir və İddiaçı işlə təmin edilməsi məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə (şəraitin əhəmiyyətli dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi) əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi olduğundan mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İddiaçı arasında qeyd olunan müqavilə bağlanılarkən Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 910 nömrəli Fərmanının mövcud olmadığına görə şəraitin əhəmiyyətli dəyişməsi ilə bağlı situasiya mövcud olmamış və "TƏBİB” qurumu da yaradılmamışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İddiaçı arasında bağlanan 12 avqust 2016-cı il tarixli, 760 nömrəli müqavilə ləğv olunmalıdır. Tərəflərin izahatları:
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi C.Qasımov və onun vəkili A.Nəsirli apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin şikayətinin təmin edilməməsini xahiş etdilər.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin şikayətinin təmin edilməməsini xahiş etdilər.
12. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə 3-cü şəxs “TƏBİB”ə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3-cü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
14. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
15. Belə ki, İş materiallarında olan BB-A №022728 saylı diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Dövlət Ateestasiya Komissiyasının 20.06.2013-cü il tarixli qərarı ilə həkim ixtisası verilmişdir.
16. İş materiallarında olan Azərbaycan Respublikası №001645 saylı dipolum təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Yekun Attestasiya Komissiyasının 01.11.2019-cu il tarixli Qərarı ilə stomatologiya ixtisası üzrə həkim mütəxəssis ali peşə ixtisas dərəcəsi verilmişdir.
17. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3173/2020 saylı, 09.09.2020-ci il tarixli qərardadından örünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı qərarın ləğv edilməsi və müqavilənin tələblərinin icra edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.
18. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İddiaçı arasında bağlanılmış 12 avqust 2016-cı il tarixli, 750 nömrəli “rezidenturada həkim mütəxəssis hazırlığı haqqında” müqavilədən görünür ki, bu müqavilə Azərbaycan Respublikasının ərazisində əhaliyə ixtisaslı tibbi yardımın təmin edilməsi məqsədi ilə klinik bazalarında həkim mütəxəssislərin hazırlanması və onların müvafiq iş yerləri ilə təmin edilməsi məqsədi ilə bağlanılır. Həmin müqavilənin 3.1.2-ci bəndində göstərilmişdir ki, rezidenti hazırlığı uğurla başa vurmasından sonra həkim-mütəxəssis kimi işlə təmin etmək Nazirliyin vəzifəsidir.
19. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İddiaçı ünvanladığı 27.12.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 2019-cu il tarixli qərarı ilə həkimstomatoloqlara azad təyinat verilmişdir.
20. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13.04.2021ci il tarixli məktubundan görünür ki, rezidentlərin təyinatı respublikada dövlət səhiyyə müəssisələri üzrə mövcud vakant vəzifələr üzrə aparılır. 2019-cu ildə stomatologiya ixtisası üzrə rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi məsələsinə 10 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xüsusi komissiyasının iclasında baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinin böyük əksəriyyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmişdir. Bu səbəbdən də rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında müqavilənin işlə təmin etmək şərtinin icrası bir neçə ixtisas üzrə mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Eləcə də həmin Məcəllənin 1131 -ci maddəsinə əsasən işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Göründüyü kimi müqavilə şərtinin icrası Səhiyyə Nazirliyinin cavabdeh olmadığı haldan irəli gəlmişdir. Bu səbəbdən 10 dekabr 2019-cu il tarixində keçirilən komissiyanın iclasına stomatologiya ixtisası üzrə rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislər dəvət olunmamış və onlara azad təyinat verildiyi şifahi olaraq bildirilmişdir. Eyni zamanda, İddiaçı işlə təmin edilməsi mümkün olmamışdır. Respublikanın tibb müəssisələrində çalışan həkim- mütəxəssislərin əməyin ödəniş dərəcələrinin diapozonu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19.06.2017-ci il tarixlinin 8 nömrəli qərarı ilə tənzimlənir. Diapozon mütəxəssislərin stajından və ixtisasından asılı olaraq dəyişir Hüquqi dəyərləndirmə:
21. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
22. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gərçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
24. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditor isə borcludan vəzifəsinin icrasını tələb etməlidir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli, 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.4-cü müddəasına əsasən “Dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. Dövlət sifarişi əsasında rezidenturaya qəbul olunanların hüquq və öhdəlikləri onlarla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında bağlanılmış mülkihüquq müqaviləsi ilə tənzimlənir”.
29. Həmin Qaydalara əlavədə rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə “stomatologiya” ixtisasının sətri 060933 və həmin ixtisas üzrə təhsilin müddəti 3 il müəyyən edilmişdir.
30. Kollegiya iş materiallarına və qanunvericiliyin tələblərinə əsasən qeyd edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilədə göstərilən şərtlərlə razılaşaraq İddiaçı ilə həmin müqaviləni bağlamışdır. Tərəflər arasında bağlanılmış 12.08.2016-cı il tarixli, 760 saylı müqavilənin 3.1.2-ci bəndinə əsasən hazırlığı uğurla başa vurmasından sonra rezidenti həkimmütəxəssis kimi işlə təmin etmək Səhiyyə Nazirliyinin vəzifəsi kimi göstərilmişdir.
31. Belə olan halda, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, İddiaçı daimi yaşayış yeri nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin birində həkimstomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin Səhiyyə Nazirliyinə həvalə edilməsindən ibarət gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
32. Kollegiya ilkin iddia tələbinin “dəymiş 5250 manat maddi ziyanın və 5000 manat da mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
33. İddia tələbinin və apellyasiya şikayətinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə isə kollegiya “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir.
34. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
35. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur.
36. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”
37. Hazırki iş üzrə iddiaçı 5000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə 5000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
38. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki tibb müəssisələrində həkimstomatoloq vəzifəsi mövcud deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həkim-mütəxəssis ixtisasları İddiaçı həkim-stomatoloq ixtisasına uyğun olmadığından iddiaçı ilə bağlanan 12 avqust 2016-cı il tarixli 760 nömrəli müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi mümkün deyildir.
39. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında Səhiyyə Nazirliyinin balansında (məsələn bakı sağlamlıq mərkəzi) olan tibb müəssisələrində hal-hazırda vakant həkimstomatoloq vəzifəsinin olmamasını bildirmişdir. Cavabdeh apellyasiya şikayətində Nazirliyin tabeliyində olan tibb müəssisələrində həkim-stomatoloq vəzifəsinin mövcud olmadığını, izahatında isə hazırda həmin sahə üzrə vakant yer olmadığını bildirməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir.
40. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası Prezidentinin 30.12.2019-cu il tarixli 910 nömrəli Fərmanı ilə mövcud şəraitin dəyişməsi və TƏBİB adlı qurumun yaradılmasını həmçinin bir sıra səlahiyyətlərin həmin quruma verilməsini bildirmişdir.
41. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01.02.2021-ci il tarixli iş yerinə göndərişlərin surətlərindən görünür ki, Nazirlik rezidenturanı stomatologiya ixtisası üzrə bitirmiş bəzi rezidentlərinə iş təyinatını vermişdir. Məhkəmə iclasında cavabdeh Səhiyyə Nazirliyinin nümayəndəsi digər şəxslərə təyinat verildiyi halda bunun İddiaçı tətbiq edilməməsinin səbəbini izah edə bilməmişdir.
42. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) 3-cü şəxs qismində cəlb edilmiş, lakin ona kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
43. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İddiaçı ünvanladığı 27.12.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 2019-cu il tarixli qərarı ilə həkimstomatoloqlara azad təyinat verilmişdir. Məhkəmə kollegiyasının iclasında araşdırma zamanı nazirliyin özünün nümayəndəsinin sözlərindən müəyyən olunmuşdur ki, Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiya Nazirliyin özünün yaratdığı bir qurumdur. Cavabdehin bu fikrinə münasibətdə kollegiya qeyd edir ki, müqavilədə tərəf Səhiyyə Nazirliyi özü olduğundan Komissiyanın qərarı həmin müqavilədən daha üstün hüquqi qüvvəyə malik ola bilməz.
44. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili ondan ibarət olmuşdur ki, İddiaçı yaşayış yerinin nəzərə alınmaqla işlə təmin olunması Səhiyyə Nazirliyinin diskresion səlahiyyəti olduğundan Məhkəmə tərəfindən hər hansısa bir qərarın qəbul edilməsi qanunsuzdur.
45. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, Nazirliyin diskresion səlahiyyətləri onun inzibati qaydada nizama saldığı məsələlərə münasibətdə tətbiq edilə bilər. Hazırki mübaisə mülki hüquq müstəvisində tənzimlənən münasibətlərə aid olmaqla, nazirliklə İddiaçı arasında mövcud olan müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır ki, bu halda müqavilə üzrə hər hansı bir tərəfin diskresion səlahiyyət (mümkün qanunauyğun qərarlardan birini seçmək hüququ) imkani yoxdur.
46. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 13.10.2014-cü il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”nın 2.8-ci bəndinə əsasən Komissiya həkim – mütəxəssislərin təyinatı haqqında qərarı onların ailə vəziyyəti, daimi yaşayış yeri və onların işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsini nəzərə almaqla qəbul edir.
47. Cavabdeh apellyasiya şikayətində həmçinin o hala istinad etmişdir ki, İddiaçı "Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydalarının 2.12-ci bəndinə əsasən Həkim-mütəxəssisin komissiyanın qəbul etdiyi qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmə hüququ vardır. Lakin, iddiaçı həmin qərardan şikayət etmədiyi halda məhkəməyə iddia tələbi irəli sürməyi əsassızdır və həmçinin Nəsimi Rayon Məhkəməsinin 1006.2021-ci il tarixli 2(006)-2194/2021 saylı qətnaməsi qanunsuz hesab edilərək ləğv edilməlidir.
48. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə vurğulayır ki, hazırda iddiaçı məhkəməyə müraciət etməklə Nazirliyin hər hansı bir qərarını mübahisələndirmir. İddiaçı Nazirliklə aralarında olan müqavilə üzrə Nazirliyin üzərinə düşən öhdəliyinin (işlə təmin etmə) icra edilməsini tələb edir. Belə olan halda, iddiaçı Nazirliyin hər hansı bir qərarını mübahisələndirmədiyindən, hazırki mübahisəyə inzibati icraat qaydasında baxılmadığından iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl Nazirliyin qərarından inzibati qaydada şikayət verməsi üçün əsas mövcud deyildir.
49. Bundan başqa, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3173/2020 saylı, 09.09.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı qərarın ləğv edilməsi və müqavilənin tələblərinin icra edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.
50. Beləliklə yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ilkin iddianın qismən təmin edilərək ilkin iddia üzrə İddiaçı daimi yaşayış yeri nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin birində həkim-stomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin cavabdeh Səhiyyə Nazirliyinə həvalə edilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
52. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
53. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i: İddiaçı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5538/2021 saylı, 30.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev