Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6680/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(006)-4131/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Fyodrovnaya qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(006)-4131/2022 saylı qərardadı ilə sözügedən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, məhkəmənin 30 avqust 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfin şikayəti onunla əsaslandırılır ki, iddiaçı ilə 15 noyabr 1989-cu ildə Cavabdeh Fyodrovna adlı şəxslə aralarında sadə yazılı alğı-satqı müqaviləsi bağlayaraq, orderlə Cavabdeh Fyodrovnaya məxsus olan ünvan 1 ünvanlı mənzili həmin dövrün ödəniş vahidi olan rublla – 5200 rubl ödəyərək almışdır. O, mənzili aldıqdan qısa müddət sonra mənfur qonşularımız olan ermənilər xalqımıza qarşı törətdikləri qanlı hadisələri, dövlətimizə qarşı işğalçılıq siyasətləri ilə əlaqədar evi aldığı Cavabdeh Fyodrovna adlı şəxs də ölkəmizi tərk etmişdir. Həmin vatxdan sonra onunla hər hansı bir əlaqə saxlamaq mümkün olmamışdır. Ölkəmizə qarşı işğalçılıq siyasəti yürüdən ermənistan respublikası ilə ölkələrimiz arasında heç bir diplomatik əlaqələrin olmaması səbəbindən, Ermənistan respublikasının vətəndaşı Cavabdeh Fyodrovnanın rəsmi sənədlərinin və faktiki yaşayış yerinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, şikayət təmin olunmalı, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2022ci il tarixli, 2(006)-4131/2022 saylı qərardadı ləğv edilməli, mülki iş materialları iddia ərizəsinin mümlkünlüyü məsləsinə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İşin hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsində Cavabdeh Fyodrovnanı cavabdeh qismində cəlb etmiş, lakin sonuncunun şəxsiyyətini müəyyən etmək üçün zəruri sənədləri (şəxsiyyət vəsiqəsi və s.) və yaxud həmin sənədlərin alınması ilə bağlı aidiyyəti orqana müraciət etməsinə dair hər hansı bir sənədi iddia ərizəsinə əlavə etməmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Prosessual Qanunvericiliyin tələbindən göründüyü kimi, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. İş materiallarından görünür ki, Cavabdeh Fyodrovnaya erməni milliyyətindən olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, blok 4, 32 saylı evin, 54 saylı mənzilinin orderi onun adınadır. Hamıya bəlli olan haldır ki, Ermənistan Respublikası ilə əlaqələr olmadığından, cavabdehlə bağlı məlumatlar əldə etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Göründüyü kimi, cavabdehin axırıncı yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, blok 4, 32 saylı evin, 54 saylı mənzili olduğundan, hazırki idldia düzgün olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılarkən Prosessual Qanunvericiliyin tələblərinə düzgün əməl edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(006)-4131/2022 saylı qərardadı ləğv edilməli, mülki iş materialları iddia ərizəsinin mümkünlüyü məsləsinə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(006)- 4131/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları iddia ərizəsinin mümkünlüyü məsələsinə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6680/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6680/2022
28.09.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver