Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6689/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və s." tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qətnaməyə izah verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və s." tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4705/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə məhkəmə icraatı
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Buta Traidinq” MMC-nin işdən azad olunması barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin işdən azad olunması barədə xx.xx.2021-ci il tarixli, BTİX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məhkəmə qətnaməsi qəbul edilənədək müddət üçün hesablanmaqla məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi, 300 manat hüquqi yardım xərci, 2000 manat məbləğində maddi ziyana və 1000 manat məbləğində mənəvi zərərə görə pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 4705/2021 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin İddiaçı ilə bağlanmış müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmrin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul "xxxx" MMC-dən tutularaq X1 ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, 5 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutulub dövlət gəlirinə alınması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1135/2022 nömrəli qətnaməsi ilə Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, xx.xx.2021-ci il tarixli, 2(006)-4705/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun Cavabdeh2 MMC-dən tutularaq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5682/2022 nömrəli qərarı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1135/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 4705/2021 nömrəli qətnaməsi icra edilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla Lənkəran rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.
7. Bundan sonra həmin qətnamənin izah edilməsinə dair Cavabdeh2 MMC tərəfindən məhkəməyə müraciət olunmuş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4705/2021 nömrəli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin qətnaməyə izah verilməsinə dair ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4705/2021 saylı qətnaməsi ilə bağlı “ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin" hissəsinin “ona məcburi işburaxma müddəti üçün - xx.xx.2021-ci il tarixdən xx.xx.2023- cü il tarixədək müddət üçün əmək haqqı ödənilsin" kimi izah olunması qərara alınmışdır.
8. Cavabdeh2 MMC həmin qərardaddan məhkəməyə şikayət verərək qərardadının ləğv edilməsi məhkəmədən xahiş edilmişdir.
9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 4705/2021 nömrəli qərardadı ilə Cavabdeh2 MMC-nin şikayəti təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4705/2021 nömrəli qərardadının dəyişdirilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4705/2021 nömrəli qətnaməsi ilə bağlı “ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin” hissəsinin “ona məcburi işburaxma müddəti üçün – xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün əmək haqqı ödənilsin” kimi izah olunması qərara alınmışdır.
10. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4705/2021 nömrəli qətnaməsi ilə bağlı “ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin” hissəsinin “ona məcburi işburaxma müddəti üçün – xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılması xahiş edilmişdir.
11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 4705/2021 nömrəli qərardadı ilə iddiaçı şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4705/2021 saylı qərardadının dəyişdirilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 4705/2021 saylı qətnaməsi ilə bağlı “ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin” hissəsinin “ona məcburi işburaxma müddəti üçün – xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün əmək haqqı ödənilsin” kimi izah olunması qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
12. İddiaçı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4705/2021 nömrəli qərardadından şikayət verərək onun ləğv edilməsini və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4705/2021 nömrəli qətnaməsi ilə bağlı “ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin” hissəsinin “ona məcburi işburaxma müddəti üçün – xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddət üçün ona əmək haqqı ödənilsin” kimi izah olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 195-ci maddəsinin “a” bəndi İddiaçı hüquqlarının qorunmasının labüdlüyünü daha da artırır. Belə ki, 195-ci maddə işəgötürənin işçiyə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıdığı halları sadalayır. Həmin hallardan biri kimi əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi öz əksini tapmışdır. Cari işdə iddiaçının hüquqlarını qoruyan bir neçə məhkəmə sənədi qəbul edilsə də, 10 aya yaxın müddətdir ki icra edilmir. Yekunda da Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4705/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı iddiaçının məhkəmə sənədlərində öz əksini tapmış maddi hüquqlarının üstündən xətt çəkmiş və qanunsuz formada işçini işdən azad edən "Buta Traidinq” MMC-nin maraqlarına cavab vermişdir. İddiaçının qanunsuz formada işdən azad edilməsi ilə bağlı Cavabdeh2 MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-4705/2021 nömrəli mülki iş üzrə yekun qərar olan Ali Məhkəmənin 2(102)-5682/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı 10 aya yaxın müddətdir ki çıxmasına baxmayaraq, bugünkü günə qədər icra edilməmişdir. Daha sonra qanunsuz və ədalətsiz formada qəbul edilən Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə iddiaçının iki ildən artıq əziyyəti yerə vurulmuş və nəticədə hüquqları kobudcasına pozulmuşdur. Onu da vurğulamaq yerinə düşərdi ki, apellyasiya şikayəti və kassasiya şikayəti cavabdeh tərəfindən verilmiş və nəticədə məhkəmə prosesinin əsassız uzanmasına səbəb olmuşdur. Buradan da anlaşılır ki, təqsirli formada qanunu heçə sayaraq işdən çıxma barədə xitam əmri verən cavabdeh daha sonra əsassız apellyasiya və kassasiya şikayətləri verməklə öz təqsiri ucbatından müddətin uzanmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300cü maddəsinin tələbindən də aydın olur ki, “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Göründüyü kimi, İşəgötürənin qanunsuz əməlləri nəticəsində iki ildən artıq müddətdir ki, İddiaçı işsiz qalmış və onun hüquqi nəticəsi kimi məcburi işburaxma müddəti xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək olan müddət nəzərdə tutulmalıdır. Çünki məhz həmin müddət aralığında İddiaçı "Buta Traidinq“ MMC-də məcburi işburaxma etmiş və daha sonra xx.xx.2023-cü il tarixdə işinə bərpa edilmişdir. Yəni işəgötürənin təqsiri ucbatından kəsilən hüquq münasibətləri xx.xx.2023-cü il tarixdə bərpa edilmiş və onun hüquqi nəticəsi olaraq işəgötürən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan orta əmək haqqını iddiaçıya ödənməli idi. Göründüyü kimi məhkəmə məsələyə ötəri yanaşmış və faktiki hallarla bağlı tam araşdırma aparmamışdır. Eyni zamanda, cavabdeh tərəfindən qərardaddan şikayət xx.xx.2023-cü il tarixdə məhkəmə elektron sisteminə vurulmasına baxmayaraq Nəsimi rayon Məhkəməsi sözügedən qərardaddan mahiyyəti üzrə əvvəlki qərardadı xx.xx.2023-cü il tarixdə qəbul etməklə də ciddi hüquq pozuntusuna yol vermişdir. İddiaçı həmin şikayətlə bağlı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək dəfələrlə Nəsimi rayon Məhkəməsi ilə əlaqə saxlamış və hər dəfə onlar "Buta Traidinq“ MMC tərəfindən verilən şikayətin təmin olunmayacağını bildirməklə onu arxayın salmışlar. Daha sonra xx.xx.2023-cü il tarixdə sözügedən qərardad məhkəmə elektron sisteminə vurulmuş və iddiaçının yalnız onda belə bir qərardaddan xəbəri olmuşdur. Qərardaddan xəbər tutan kimi iddiaçı dərhal məhkəmə ilə əlaqə saxlamış və həmin işçilər iddiaçıya yalnışlıq olduğunu və proses təyin edilərək səhvin düzəldiləcəyini bildirmişdilər. Daha sonra həqiqətən də xx.xx.2023-cü il tarixdə saat 10:00-da məhkəmə prosesinin təyin edilməsi ilə bağlı iddiaçıya sms bildiriş daxil olmuşdur. Bundan sonra iddiaçı məhkəmə işçilərinə inanmış və heç bir prosessual hərəkət etməmişdir. Bir neçə gündən sonra xx.xx.2023-cü il tarixdə saat 10:00-a Nəsimi rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesinin ləğv edilməsi barədə iddiaçıya sms bildiriş gəlmişdir. Göründüyü kimi proseslər olduqca qarmaqarışıq və vətəndaşı çaşdıracaq səviyyədə aparılmışdır.
14. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
16. İddiaçı işə şifahi icraat qaydasında baxılması barədə vəsatətlə müraciət etsə də, məhkəmə kollegiyası vəsatəti əsaslı hesab etməyərək təmin edilməməsi qənaətinə gəlmişdir.
17. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmasına baxmayaraq bugünədək tam şəkildə icrası təmin edilməmişdir. İddiaçı ilə Əmək Müqaviləsi 3 aylıq müddətə bağlanmışdır və bitmə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur, heç bir sınaq müddəti qeyd edilməmişdir. Lakin məhkəmə prosesləri zamanı müqaviləni saxtalaşdıraraq 1 ay sınaq müddəti qeyd edilməsi qarşı tərəfdən iddia edilmişdir. Müqavilənin saxtalaşdırılması faktının olub-olmamasını müəyyən etmək üçün Apellyasiya Məhkəməsi tərəfindən Əmək müqaviləsi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli Ekspert Rəyində tədqiqatın nəticəsi olaraq Əmək Müqaviləsinin saxtalaşdırılması faktı təsdiq olunmuşdur. Qanunsuz və ədalətsiz formada qəbul edilən Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə onun iki ildən artıq əziyyəti yerə vurulmuş və nəticədə hüquqları kobudcasına pozulmuşdur. İki ildən artıq müddət ərzində məhkəmələrə get-gələ məcbur qalmışdır. Onu da vurğulamaq istəyir ki, apellyasiya şikayəti və kassasiya şikayəti cavabdeh tərəfindən verilmiş və nəticədə məhkəmə prosesinin əsassız uzanmasına səbəb olmuşdur. Buradan da anlaşılır ki, təqsirli formada qanunu heçə sayaraq işdən çıxma barədə xitam əmri verən cavabdeh daha sonra əsassız apellyasiya və kassasiya şikayətləri verməklə öz təqsiri ucbatından müddətin uzanmasına səbəb olmuşdur.
18. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35, İV hissə. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
20. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47. “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə 300. “Qeyd”. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4705/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC ilə İddiaçı arasında əmək müqaviləsi xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 3 ay müddətinə bağlanmışdır. İşəgötürənin xx.xx.2021-ci il tarixli əmri ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, lakin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4705/2021 saylı qətnaməsi ilə həmin əmrin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
24. Göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olmuşdur. İddiaçı isə məhkəmə tərəfindən həmin müqavilə üzrə vəzifəsinə bərpa edilmiş və müqavilənin müddəti xx.xx.2021-ci il tarixinədək olduğundan onun məcburi iş buraxma müddəti xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2021-ci il tarixdə bitmişdir. Çünki əmək müqaviləsinin müddəti bitdikdən sonra işçi hər hansı işlərə cəlb edilə bilməz və buna görə də işçi tərəfindən məcburi iş buraxma halı baş verə bilməz.
25. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda istinad olunan Əmək Məcəlləsinin 300-cü maddəsinin məzmunundan göründüyü kimi, işəgötürən əmək qanunvericiliyin tələblərini pozmaqla işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
26. Göründüyü kimi, əmək qanunvericiliyi məhkəmə qətnaməsi ilə məcburi iş buraxma üçün ödənilməli olan əmək haqqı ilə işçiyə dəymiş zərəri fərqləndirir. Zərərin ödənilməsi ilə bağlı işçinin iddiası olduğu təqdirdə məhkəmə qətnamə çıxarır. Həmin zərərə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı da aid edilir.
27. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək yalnız məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir, iddiaçının əmək müqaviləsinin müddəti bitdikdən sonra işləmədiyi müddətin orta əmək haqqının zərər kimi cavabdehdən tutulması ilə bağlı isə qətnamə qəbul edilməmişdir.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas yoxdur, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4705/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: