Məhkəmə qərarları › İş №2(103)-6695/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6695/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6695/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1065/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5165,40 manat məbləğində zərərin, 30 manat dövlət rüsumunun ümumilikdə isə 5195,40 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1065/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Sabunçu Rayon Məhkəməsinin 2(006)- 1065/2021 saylı, 19 avqust 2021-ci il tarixli sorğusu daxil olmuş, həmin sorğuda qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verildiyi, bu səbəbdən mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qətnamədən apellyasiya şikayəti verdiklərini, həmin apellyasiya şikayətinə münasibət bildirilməsi üçün mülki işin apellyasiya baxışından çıxarılaraq rayon məhkəməsinə göndərilməsi xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə cavabdehin iştirakı olmadan baxılması mümkündür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(006)-1065/2021 saylı, 19 avqust 2021ci il tarixli sorğusu daxil olmuş, sorğuda cavabdeh tərəfindən Sabunçu Rayon Məhkəməsinin 2(008)-1065/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verildiyi, həmin apellyasiya şikayətinə münasibət bildirilməsi üçün mülki işin apellyasiya baxışından çıxarılaraq rayon məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçının verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1065/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar