Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6695/2023 03.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş, hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamə iddiaçıya xx.xx.2022-ci ildə rəsmi qaydada verilib (iş v. 72). Bundan sonra iki dəfə apellyasiya şikayəti verilib. Birinci apellyasiya şikayəti həmin tarixdən 7 ay sonra – xx.xx.2023-cü ildə verilib. Bu apellyasiya şikayəti müddətin keçməsinə görə geri qaytarılıb. Bundan sonra - xx.xx.2023-cü ildə ikinci apellyasiya şikayəti verilib, eyni zamanda apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verilib. Müəyyən olunur ki, apellyasiya şikayəti verilməsi müddəti üzrlü səbəb olmada ötürülüb. İşin bu halı Sabunçu Rayon Məhkəməsinin qərardadında düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Beləliklə, məhkəmə Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, Sabunçu Rayon Məhkəməsi müddətin bərpası barədə ərizəni rədd etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6695/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6695/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver