Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6696/2025 07.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X3, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5980/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh “Azəriqaz" İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli 14-2-2/3-1K-700/2025 nömrəli əmri ləğv edilsin. İddiaçı yeni struktura uyğun əvvəlki dərəcəsinə və vəzifəsinə uyğun işə bərpa edilməsi və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi barədə, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun da cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5980/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh "İddiaçı əmək müqaviləsinə xitam verilməsi" barədə xx.xx.2025-ci il tarixli 14-2-2/3- 1K-700/2025 №-li Əmri ləğv edilməsi, İddiaçı “Azəriqaz" İB-nin yeni strukturunda əvvəlki dərəcəsinə və vəzifəsinə uyğun işə bərpa edilməsi, “Azəriqaz" İB tərəfindən xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, “Azəriqaz" İB-dən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-5980/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək buraxılmış müddəti bərpa edib Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5980/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh “Azəriqaz" İB xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə şikayət ilə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2(011)-5980/2025 saylı qətnamədən Cavabdeh tərəfindən apellyasiyaşikayətinin verilmə müddəti ötürülmüşdür. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 5980/2025 saylı qətnaməsindən apellyasiya verilmə müddətinin buraxılmasının səbəbi Metrologiya Departamentinin ləğv edilməsi ilə əlaqdar orada işləyən və Meterologiya departamentinə aid bütün işlərin, eləcə də bu işdə iştirak etməli olan hüquq məsləhətçilərinin iş yerlərinin dəyişdirilməsi olmuşdur. Onların əmək müqavilələrinə xitam verildiyi müddətdə minlərcə Azərbaycan üzrə bütün məhkəmə və icra vs orqanlardan göndərilmiş bildiriş və qərarlar yığışaraq qeyd olunan qərarın icra müddətini buraxmaqlarına səbəb olmuşdur. Məlumat üçün bildirilir ki, elektron məhkəmə sistemində Birlik üzrə çıxarılan məhkəmə qərarlarının (işlərinin) sayı 66234, bildirişlərin sayı 644010, icra işlərinin sayı isə 6280 ədəd görünür. Ona görə də məhkəmə prosessində iştirak edib qeydiyyatını apara bilmədikdə elektron sistem üzərindən hər hansı sənədi görmək çox çətin olur. Bunun nəticəsində qəbul edilmiş qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verməkləri mümkün olmamışdır. Hazırkı iş üzrə qətnamədən isə, iddiaçı tərəf qətnaməni və icra vərəqəsini şəxsən Birliyə gətirib təqdim etdiyində xəbərləri olmuş və yalnız bundan sonra müvafiq iş üzrə tərəflərindən zəruri hüquqi tədbirlərin görülməsi proseduruna başlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5980/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 6696/2025 nömrəli qərardadı ilə şikayətə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi X6 şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, hazırkı apellyasiya şikayəti üzrə mübahisələndirilən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 5980/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh İB-nə məxsus elektron kabinetdə yerləşdirilməklə onun tərəfindən rəsmi qaydada alınmışdır, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin son günü xx.xx.2025-ci il tarixi olsa da, apellyasiya şikayəti sonrakı tarixdə, xx.xx.2025-ci il tarixdə verilməklə prosessual müddət ötürülmüş və qətnamə icraya yönəldilmişdir. Hazırda icra mərhələsindədir. Göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 5980/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüş və müddətin üzrlü səbəbdən buraxılması bağlı hər hansı mötəbər və legitim sübut təqdim edilməmişdir. Məhkəmə iclasında şikayət verən tərəf departamentin ləğv edilməsi, o cümlədən ləğv edilən departamentdə olan iki hüquqşünasın həmin vaxt işdən azad edilməsi və bu səbəbdən şikayətin verilməsi müddətinin ötürülməsini qeyd etmişlər. Lakin iş materiallarında olan cavabdeh təşkilatla hüquq şöbəsinin rəisi Namiq Vəliyev arasında bağlanan əmək müqaviləsinin ləğv edilməsinə dair 29 dekabr 2023-cü il tarixli və böyük hüquq məsləhətçisi Faiq Əliyevlə cavabdeh təşkilat arasında bağlanan əmək müqaviləsinin ləğv edilməsi barədə 10 yanvar 2024-cü il tarixli əmrlərdən görünür ki, birliyin hüquqşünasları ilə əmək müqaviləsinə xitam verilərkən hələ məhkəmnin mübahisələndirilən qətnaməsi qəbul edilməmişdir. Yəni birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəsini almasından xeyli müddət əvvəl birliyin hüquqşünasları ilə artıq əmək müqaviləsini xitam verilmişdir. Bundan əlavə iş üzrə mübahisələndirilən qətnamə məhz Cavabdeh elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə ünvanlanmışdır ki, həmin qurumun da qətnamədən apellyasiya şikayəti verməsi üçün hər hansı bir işçisinin olmamasına istinad edilməsi qeyd edilən səbəbin müddətin ötürülməsinin üzürlü əsası hesab etmək olmaz. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 5980/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən cavabdeh “Azəriqaz" İB tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5980/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5980/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6696/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6696/2025
07.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver