Məhkəmə qərarları › İş №2(103)-6697/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6697/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6697/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı (Bakı şəhər Xətai rayon Bələdiyyəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “kommunal xidmətə görə haqqın ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-487/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı Meridian-M” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25A saylı evin, 103 saylı mənzilinə göstərilən kommunal xidmətlərə görə yaranmış 2.453 manat, məhkəmə xərcləri üçün 44,53 manat, cəmi 2.497,53 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-487/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 2.306,60 manat məbləğində borcun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-487/2023 nömrəli qərardadı ilə Cavabdeh tərəfindin verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qeyd edilən qərardaddan Cavabdeh şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-487/2023 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Bundan sonra Cavabdeh yenidən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-487/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-487/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-487/2022 nömrəli qətnaməsi cavabdehin nümayəndəsi (əri) Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Bu şəxs cavabdehin səlahiyyətli nümayəndəsi kimi məhkəmə iclaslarında iştirak etmiş, işdə iştirak edən şəxs olaraq “Elektron məhkəmə” informasiya sisteminə əlavə edilərək elektron sənəd dövriyyəsini izləmiş, sənədlərlə tanış olmuşdur. Həmin qətnamədən də apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhz cavabdehin nümayəndəsi (əri) Qanuni nümayəndə tərəfindən verilmişdir. Bununla da cavabdeh tərəf apellyasiya şikayətinin verilməsi üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti buraxmış, apellyasiya şikayətini bu müddət bitdikdən 18 gün sonra vermişdir. Lakin buna uyğun olaraq, apellyasiya şikayəti ilə birlikdə müddətin bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Belə olan halda, cavabdeh tərəfin həmin qətnaməni birinci instansiya məhkəməsindən rəsmi olaraq xx.xx.2023-cü il tarixdə qəbul etməsi şikayət vermə müddətinin axımına hər hansı formada təsir etmir. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir və bu səbəbdən geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-487/2023 qətnaməsindən cavabdehin apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ötürülməklə verilməsi səbəbindən geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən Cavabdeh şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-487/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar