Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-67/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdeh Cavabdeh nümayəndəsinin Vəkil iştirakı ilə, iddiaçı “X4 Kompani S.A” Şirkətinin Cavabdeh (Zığ Bələdiyyəsi mübahisə predmeti barədə müstəqil təlb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “zəbt olunmuş torpaq sahəsinin Nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-745/2017 saylı işi üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı “X4 Kompani S.A” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “X4 Kompani S.A" şirkəti Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsinin Şimal-Qərb hissəsində 39 T 414173.00 m B; 4470364.00 m C koordinantları üzrə yerləşən 600 kv.m zəbt olunmuş torpaq sahəsinin tikinti meriallarından boşaldılaraq Nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-745/2017 saylı işi üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə X4 Kompani S.A" şirkətinin Cavabdeh qarşı "zəbt olunmuş torpaq sahəsinin Nümayəndəliyin istifadəsinə qaytarılması" tələbi barədə iddia ərizəsi təmin edilməmiş, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı “X4 Kompani S.A" şirkəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-745/2017 saylı işi üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsinin ləğv oluması və iddia tələbinin təmin olunması dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 954/2018 saylı qətnaməsi ilə “X4 Kompani S.A" şirkəti apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-745/2017 saylı işi üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “X4 Kompani S.A" şirkəti həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-25/2019 saylı Qərarı ilə iddiaçı “X4 Kompani S.A" şirkətinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-954/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4-cü maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında”2005-ci il 24 noyabr tarixli 4 N-li qərarının 2.2ci bəndinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx xxxxxx 2005-ci il tarixli Sazişə əsaslanmaqla neft-qaz əməliyyatlarının aparılması üçün onun qanuni istifadəsinə ayrılmış torpaq sahəsində- Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsinin Qərb hissəsində 39 T 414173.00 m B; 4470364.00 m C koordinatları üzrə yerləşən sahədə Cavabdeh tərəfindən özbaşına tikinti aparıldığını iddia etmişdir. Lakin, Bakı şəhər Suraxanı rayon Zığ Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 21/2 saylı Sərəncamına və Torpaqların alğı-satqısına dair Aktına əsasən Zığ qəsəbəsinin Şimal-Qərb hissəsində fərdi ev tikintisi üçün 600 kv.m torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. İddiaçı Şirkət isə 2005-ci ildə bağlanmış Saziş əsasında fəaliyyətə başlamış olsa da, onun tərəfindən 2016-cı ilin oktyabr ayınadək cavabdehə həmin torpaq sahəsi ilə bağlı hər hansı bir irad və etiraz bildirilməmişdir, 2004-cü ildən Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinə sonuncu tərəfindən 2016-cı ilin oktyabr ayında hasar çəkmək üçün tikinti işləri aparılarkən, iddiaçı tərəfindən xx xxxxxxx 2016-cı il tarixli Akt tərtib edilərək, məhkəməyə müraciət olunmuşdur. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Bakı şəhər Suraxanı rayon Zığ Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 21/2 sayiı Sərəncamına və Torpaqların alğı-satqısına dair Aktına əsasən Cavabdeh mülkiyyətinə verilmişdir. Yəni, həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. Fərdi yaşayış sahəsi tikilməsi üçün vətəndaşa torpaq sahəsi ayrılması barədə Sərəncamın qanuniliyi "X4 Kompani S.A." şirkəti tərəfindən mübahisələndirilməmiş və heç bir inzibati akt və ya məhkəmə qərarı ilə həmin Sərəncam ləğv edilməmişdir. Ona görə də, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin 2004-cü ildə Cavabdeh verilməsinə dair müvafiq səlahiyyətlərə malik orqanın Sərəncamı olduğu üçün, həmin torpaq sahəsi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsi hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin belə mövqe ilə razılaşmır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin Bakı şəhər Suraxanı rayon Zığ Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 2172 saylı Sərəncamında və Torpaqların alqı-satqısına dair Aktda nəzərdə tutulmuş torpaq sahəsi olması barədə nəticəyə yalnız cavabdehin izahatı əsasında gəlmiş, lakin cavabdehin bu dəlilini ətraflı araşdırmadan, mübahisəli torpaq sahəsinin həqiqətən də həmin sənədlərdə nəzərdə tutulmuş torpaq sahəsi olub-olmamadığını müəyyən etmək xüsusi bilik tələb etdiyi halda, iş üzrə müvafiq ekspertizanın təyin edilərək keçirilməsi müzakirə olunmadan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66, 111-ci maddələrini, Mülki Məcəlləsinin 140-cı maddəsini hazırki mübahisəyə tətbiq edərək mübahisəli torpaq sahəsini cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi kimi qiymətləndirmişdir. Ümumiyyətlə, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin Zığ bələdiyyəsinin mülkiyyətində olmasına dair apelyasiya instansiyası məhkəməsinin nəticəyə gəlməsinin digər sübutlar əsasında olması iş materiallarından görünmür. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, hazırkı mübahisənin həlli üçün yetərli mötəbər sübutlar olmamasına əhəmiyyət verməmiş, zəbt olunduğu iddia edilən torpaq sahəsinin koordinatları müəyyən edilməklə, bu sahənin iddiaçının qeyd etdiyi Sazişdə nəzərdə tutulan, yoxsa cavabdehin istinad etdiyi bələdiyyə sərəncamında nəzərdə tutulan torpaq sahələri sərhədləri daxilində yerləşməsinin naturada (yerində) müəyyən edilməsi, (GPS cihazı vasitəsilə naturada ölçmə işləri aparmaqla), iddiaçının istifadəsində olan və ya Bələdiyyəyə məxsus olan torpaq sahələrinin biri-biri ilə qonşuluqda yerləşib-yerləşməməsi və ya üst-üstə düşüb-düşməməsini müəyyən etmək üçün xüsusi bilik tələb olunduğu halda hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etməmiş, iddianın hansı mötəbər sübutlar əsasında rədd edilməsini öz qətnaməsində əsaslandırmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisəli torpaq sahəsinin faktiki koordinatları müəyyən edilmədən, həmin torpaq sahəsinin məhz Saziş ərazisi daxilində yerləşməsi, yəni həmin torpaq sahəsinin dövlət, yaxud bələdiyyə mülkiyyətində olması müvafiq ekspert rəyi ilə müəyyən edilmədən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan torpaq qanunvericiliyinə əsasən, dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Torpaq qanunvericiliyinə əsasən torpaq sahələri məqsədli təyinatlar üzrə istifadə edilirlər. Bu məqsədlə torpaqlar Torpaq Məcəlləsində nəzərdə tutulmuş qaydada ərazinin inkişaf planına əsasən müxtəlif təyinatlı və hüquqi rejimli torpaq sahələrinə bölünürlər ki, buna torpağın zonalaşdırılması deyilir. Belə torpaq sahələri arasında fərdi mənzil, bağ evləri, qaraj, habelə sahibkarlıq fəaliyyəti üçün zəruri olan tikililərin inşası üçün də torpaq sahələri nəzərdə tutulmuşdur. Yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən bu sahələrdən kənarda belə tikinti aparmaq qadağandır və belə tikililər özbaşına tikinti sayılırlar. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin sənaye təyinatlı torpaq sahələrinə, yəni dövlət mülkiyyətinə aid olub-olmadığı, yaxud bələdiyyə mülkiyyətinə daxil olub-olmadığı iş materiallarından müəyyən edilmir. Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamışdır və bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. İddiaçı “X4 Kompani S.A” Şirkətinə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim olunmuş mütəxəssis rəyində təqdim olunmuş koordinatda (39 T 414158.73 m B 4470363.75 m C) göstərilən torpaq sahəsi SOCAR-ın (“X4 Kompani S.A” şirkətinin) hüdudları daxilində yerləşdiyi bildirilmişdir (səh.170). Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 20040 saylı rəyi ilə 1-ci sual üzrə mülki iş materiallarında olan məlumatlara əsasən, tədqiq olunan 600 kv.metr torpaq sahəsi Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin 21/2 saylı, xx.xx.2004- cü il tarixli Sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh ayrılmış, eyni zamanda torpaqların alqı-satqısına dair Akt əsasında ******* manat ödənilməklə Cavabdeh satılmışdır. 2-ci sual üzrə Tədqiq olunan torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən mütəxəssis arayışı təqdim edilmədiyindən, cavabdehə Bakı şəhəri, Zığ Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli sərəncamı ilə ayrılan torpaq sahəsi ilə iddia edilən torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin baxış zamanı tədqiq olinan torpaq sahəsi ilə yanaşı torpaq sahələrində ayrı-ayrı vətəndaşlara məxsus yaşayış evlərinin yerləşdiyi və həmin yaşayış evlərinin xüsusi mülkiyyət kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Ekspetr xərci 100 manat müəyyən edilmişdir (səh.200). Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-3759/2019 nömrəli qərardadında göstərilən koordinatlar (414173.00; 44770364.00) “Kadastr və X2 Mərkəzi“-nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, qeyd edilən koordinatlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan, və neft-qaz hasilatı məqsədilə Suraxanı Əməliyyat Şirkətininin idarəetməsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. Qeyd edilən koordinatların yerləşdiyi ərazi sənaye təyinatlı Dövlət mülkiyyəti torpağıdır. Həmin ərazidə Zığ Bələdiyyəsinə, eləcə də Cavabdeh torpaq sahəsinin ayrılması barədə hec bir məlumat aşkar edilməmişdir (səh.8). xx.xx.2020-ci il tarixli ekspert rəyində isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli **********24 saylı mütəxəssis rəyinə əsasən, qəradadda qeyd olunan (414173.00 və 4470364.00) koordinatların Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə Suraxanı Əməliyyat Şirkətinin idarəetməsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Lakin mülki iş materiallarında olan məlumatlara əsasən, tədqiq olunan 600 kv.metr torpaq sahəsinin Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin 21/2 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh ayrıldığı, eyni zamanda torpaqların alqı-satqısına dair Akt əsasında Cavabdeh satıldığı, eləcə də baxış zamanı tədqiq olinan torpaq sahəsi ilə yanaşı torpaq sahələrində ayrı-ayrı vətəndaşlara məxsus yaşayış evlərinin yerləşdiyi və həmin yaşayış evlərinin xüsusi mülkiyyət kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Buna görə də həmin məsələ məhkəmə tərəfindən qiymətləndirilə bilməsi müəyyən edilmişdir.Ekspetr xərci 100 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsinin Vəkil iddia müddətinin tətbiq edilməsi barədə vəsatəti təqdim edərək, torpaq sahəsinə 2004-cü ildə sərəncam verildiyini, iddianın 2012-ci il tarixində qaldırıldığını, bu səbəblə iddai müddətinin tətbiq edilməli olduğunu, həmin ərazidə halhazırda tikinti işlərinin aparıldığını, ekspert rəyinin məhkəmə tərəfindən nəzərə alınmasının məcburi xarakter daşımadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı “X4 Kompani S.A” Şirkəti və mübahisə predmeti barədə müstəqil təlb irəli sürməyən üçüncü şəxs Zığ Bələdiyyəsi nümayəndələinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatı zamanı xx xxxxxxx 2016-cı ildə saat 10:00 radələrində "X6 Kompani S.A" Şirkətinin kontrakt ərazisinə baxış keçirilərkən, Şirkətin kontrakt ərazisində, yəni Zığ qəsəbəsinin Şimal-Qərb hissəsində Cavabdeh tərəfindən torpağın zəbtolunmasının aşkarlanması haqqında xx xxxxxxx 2016-cı il tarixli Aktın müvafiq qaydada təsdiq iş surəti (səh.9), Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsinin Şimal-Qərb hissəsində fərdi ev tikintisi üçün 600 kv.m torpaq sahəsi ******* manat məbləğində pul vəsaiti ödənilməsi müqabilində Cavabdeh mülkiyyətinə verilməsi və həmin torpaq sahəsinin cizgisi çəkilməsinə dair xx xxxxxx 2004-cü il tarixli 21/2 saylı Sərəncam, Torpaqların alqı-satqısma dair Akt və Rənədlər (səh.50-51). Cavabdeh Xeybər oğlu tərəfindən ******* manatın ödənilməsi haqqında xx.xx.2004-cü il tarixli kassa mədaxil orderinin qəbzi (səh.53), Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nzami küçəsi 117 saylı evin 04 saylı qeydiyyat kitabında 464-cü səhifəsində xx.xx.2003-cü il tarixində qeydiyyatının aparılmasına dair 020430 saylı qeydiyyat vəsiqəsi (səh.55), İddiaçı “X5” şirkətinin apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1648/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması haqqında Bakı Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)1900/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qərardadı (səh.174) sübut qismində tədqiq edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; "Texniki Təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 94 saylı xx xxx 2001-ci il tarixli qərarı; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 46, 47, 67, 111; Mülki Məcəllənin 139-181, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385, 386, 388, 389, 390, 420-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə müəyyən edilmiş hallar üzrə sübutlar təkzib edildiyindən və öz təsdiqini tapmadığından və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, həmçinin mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan, və neft-qaz hasilatı məqsədilə Suraxanı Əməliyyat Şirkətininin idarəetməsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşdiyindən, cavabdeh torpağa və tikiliyə dair heç bir hüquqmüəyyənedici rəsmi sənəd təqdim etmədiyindən, qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli,göstərilən faktiki və hüquqi istinadlar ilə təmin edilməsi üçün əsaslar olduğundan iddia təmin edilməlidir. Diqqətə çatdırılmalıdır ki, araşdırılan hallarla təsdiqini tapmayan yüquqmüəyyənedici sənədlərin (Zığ Bələdiyyəsinin sərəncamının) mövcudluğu dövlətin torpağ, tikinti və arxitektura sahəsində qanuni icazə rejimi siyəsitinə zidd olaraq iddianın rədd edilməsi üçün əsas ola bilməz. Lakin qeyd edilənlər qanunun pozulmasına şərait yaradan səlahiyyətli vəzifəli şəxslərin məsuliyyətini istisna etmir. Məhkəmələrə müraciətlərlə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməli, ekspertiza xərcləri cavabdehdən tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “X4 Kompani S.A” Şirkətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-745/2017 saylı işi üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X4 Kompani S.A” Şirkətinin Cavabdeh (Zığ Bələdiyyəsi mübahisə predmeti barədə müstəqil təlb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “zəbt olunmuş torpaq sahəsinin Nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsinin Şimal-Qərb hissəsində 39 T 414173.00 m B; 4470364.00 m C koordinantları üzrə yerləşən 600 kv.m zəbt olunmuş torpaq sahəsi tikinti meriallarından boşaldılaraq “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsinə qaytarılsın. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğdə pul vəsaiti – Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-67/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-67/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver